________________Milli Kitabxana______________
134
Beşinci xəbər
Cənab Conson
Görk üçün
Əmr edir qəzetlərə:
" - Bildirsinlər Ağ evin
Növbəti xəbərini:
Prezident çəkinmədən
Vyetnama göndərir
Öz qızının ərini"
Rücu:
Tez yayır bu xəbəri
"Amerikanın səsi" də:
"Ədalətin naminə"
Vyetnamda döyüşür
Consonun yeznəsi də.
Yazdı başqa qəzetlər:
"Bu da prezidentin
Əzmidir,
Hünəridir..."
Ancaq... heç yazmadılar
Vyetnamda döyüşən
Consonun tək qızının
Səkkizinci əridir...
Çox da ata göndərir,
Bu gedər gəlməz yola
Razılaşdı nədən qız?
Doqquzuncu,
Onuncu
Ərlərə getməzmi bəs
Səkkizinə gedən qız?..
________________Milli Kitabxana______________
135
EFİRDƏ DÖYÜŞ
Düyməni burursan,
Efirdə səslər...
Qarışıb dolaşır biri-birinə
Bir ölkə havadan hey axşam-səhər
Böhtanlar yağdırır özgələrinə.
Əvvəllər beləydi:
durub döş-döşə
Çıxardı düşmənlər açıq döyüşə...
Qılıncda parlardı qəzəb, ədavət,
Bu açıq döyüşdə sözə nə hacət?
Arxadan vurmazdı düşməni düşmən,
Həm ölən kişiydi, həm də öldürən...
Dəyişdi dünyanın köhnə əhvalı,
Artıq bu adətlər qocaldı, getdi;
Koroğlu demişkən:
"Tüfəng çıxalı,
Mərdlik də dünyadan baş aldı getdi..."
Bu gün, bu əsrdə biz nahaq yerə
Vəhşilik demirik bu adətlərə.
Deyirik, məhv olsun ədavət görək,
Qardaş olmalıdır btitün adamlar.
Böyük duyğularla yaşasın ürək,
Axı, qan tökməkdə nə yaxşılıq var?
Ancaq dərd odur ki.
ədavətin də
Özü məhv olmadı, sözü dəyişdi;
Xain ürəklərdə,
qəzəb də,
kin də,
Astarı saxladı üzü dəyişdi.
Qan tökmək qanunla yasaq olandan,
Qanları qaraltmaq dəb olub yaman!..
________________Milli Kitabxana______________
136
İnqilab elədik, zülmü devirdik,
Uymadıq zamanın min qəzasına.
Biz mərdü mərdanə döyüşə girdik,
Haqsızı çatdırdıq öz cəzasına.
- Bəs onda?..
Bilirəm, nə soracaqsan,
Nədir bu yaltaqlıq, ikiüzlülük?
Əfsus! Öz yoluyla gedirkən zaman,
On safı korlayır bəzən bir çürük...
Dəyişir sonunu hər şey, diqqət et
Dəyişir adətlər, qanun-qaydalar.
İndi ədavətin başında beret,
Üzündə təbəssüm, əlində gül var.
Baxırıq keçmişə indi uzaqdan,
Araya illərdən dağ endirmişik.
Kinin, ədavətin əyninə çoxdan
Mədəniyyət donu geyindirmişik.
Təhsillə, sənədlə sanırıq ki, biz
Çatmışıq ən ali mədəniyyətə.
Ancaq qıcqıranda əsəblərimiz,
Məhəbbət bir anda dönür nifrətə.
Qəzəbli anlarda
İnsan büsbütün
Dəyişir, alçalır,
(gözlərdən iraq...)
O, öz mənliyini böyütmək üçün
Dediyi "mən"lərlə kiçilir ancaq.
Arxada "filankəs alçaqdır" deyən,
"Alçağın" üzünə irişir indi.
Açıqca döyüşə girə bilməyən,
İmzasız məktuba girişir indi.
________________Milli Kitabxana______________
137
Yazır ki: "Oğrudur filan, filankəs",
Yazır ki: "Onların gözü tox deyil".
Hamıdan yayınıb gizli-gizli bəs
Ozgəyə gor qazmaq oğurluq deyil?
Özgəyə xəlvəti quyu qazanda,
Söylə, öz-özündən utanmadınmı?
Öz dəsti-xəttində sən "K" yazanda
Kişilik sözündən utanmadınmı?
Qələm gələcəyə yol göstərəndir,
O ki, yaranmayıb böhtanlar üçün.
Qələm könüllərdən çiçək dərəndir,
Ona yaraşarmı gor qazmaq bu gün?
Düşün babaları: Müdrik sözləri
Yurdun dövlətidir, elin varıdır.
Qobustan dağında qılınc izləri
Düşmənə imzalı məktublarıdır.
Düyməni burursan,
Efirdə səslər...
Qanşıb dolaşır biri-birinə;
Bir ölkə havadan hey axşam-səhər
Böhtanlar yağdırır özgələrinə.
Amerikanın səsi,
Bi-bi-si,
Pekin...
Dinməmiş bilirsən nə deyəcəkdir.
Dolub qulaqları bəşəriyyətin -
Axı, bu yalanlar kimə gərəkdir?
Biri digərinə "zülümkar" deyir,
Özü də bilir ki, yalan danışır.
Zalim öz gözündə tiri seçməyir,
Ö
zgə gözündəki qıldan danışır.
________________Milli Kitabxana______________
138
Efirdə qarışıb səslər səslərə,
Yalanlar titrəyir,
Əsir havada.
Bir mətləb səslənir gündə min kərə,
Sözlər bir-birini kəsir havada.
Susun, ey bayquşlar, yazıqdır insan,
Sizdə bir azacıq insaf varmıdır?
Bu bəşər övladı eşq ucbatından
Dünyaya gəlməkdə günahkarmıdır?
İnsanın qayğısı, dərdi cürbəcür,
Ona aman vermir həyəcanları.
Onsuz da qəlbləri təlatumlüdür,
Qoyun qulaqları dincəlsin barı.
Efirdə dəhşətli bir çarpışma var,
Səslər bir-birindən qeylü-qal edir;
Yalan fabrikləri - teletayplar
Hər saat min yalan istehsal edir.
Ölkələr qışqırıb, deyir: "Mənəm, mən!"
Eşidə bilmirik "O da var!" - deyən.
Nigar Koroğludan sordu: - Heç səni
Bir yıxan olubmu, biləydim bunu?
Koroğlu dedi ki: "Gizir Mustafa
Bu gün çaya basdı qoç Koroğlunu".
Daladı qurd kimi bəşəriyyəti,
"Mən!", "Mən!" - deyə-deyə Hitler də bir vaxt
Özgə hesabına, o, bir milləti
Böyütmək istədi, kiçildi ancaq.
İndi silahları əvəz edib söz,
Boyunlar söz ilə düşür qarmağa.
Böhtanlar yağdırır Bonn, gecə-gundüz
Çalışır haqsızı haqlandırmağa.
Dostları ilə paylaş: |