________________Milli Kitabxana______________
139
Hakim masasında zor aldı qanun
İttiham eləyir vicdanı, arı,
Dünya təmtəraqlı səhnədir,
onun
Yalandır, böhtandır rejissorları.
Namərdlər ağzında haqq çilik-çilik
Doğranıb səpildi efirə yerdən...
Böhtanlar yurdunda mərdlik, kişilik;
Baxır adamlara abidələrdən...
Beyin axını
Amerikanın qızılı var,
Dolları var.
Bu dolların gücünə də
Uzaq, yaxın ölkələrə
Gizli-gizli yolları var.
Ölkələri deyil yalnız
Gözəl-gözəl duyğuları,
Dərin-dərin fikirləri,
Zəncirlərə sala bilən
Güclü-güclü qolları var.
Alır, satır o, hər şeyi —
Şirin-şirin diləkləri,
Beyinləri,
Ürəkləri...
O, suları bulandırır
Qızılların şəfəqilə.
O, gözləri qamaşdırır
Ağızları sulandırır.
Tələsinin qırmağına
Quyruq taxıb
Asiyanı dolandırır,
Afrikanı dolandırır...
Bəzək vurub
________________Milli Kitabxana______________
140
O, "azadlıq heykəlinə".
İngilisin barmağını
Çoxdan kəsib,
Calaq edib öz əlinə.
Xırda-xırda ölkələrə
Layla çalır.
Siyasəti hamarlayıb,
Xəyalları tumarlayıb
Fikirləri tora salır...
Afrikadan,
Asiyadan,
Avropadan
Amerikaya ağıl axır, beyin axır.
Yüz-yüz axır,
Min-min axır...
Beyinləri xammal kimi daşıyırlar
Qalaq-qalaq.
Onu sataq,
Bunu alaq!..
Dili bağlı,
Qolu bağlı,
Köksü dağlı millətlərin,
Təkcə varı, sərvəti yox,
hissi,
fikri,
Düşüncəsi talan olur.
Həqiqətin doğru, düzgün tərcüməsı
Yalan olur.
Neçə-neçə ildən bəri
beyinləri
Bir dollara dəyməyənlər,
Alır, satır
Fikir dolu,
Əməl dolu,
İşıq dolu
beyinləri.
Söz qudurub haqqı danır,
"Həqiqəti" təmsil edən,
________________Milli Kitabxana______________
141
Qanun sapla baltalarla
Haqqın başı parçalanır.
Bu qanunlar layla çalır
Millətlərə bələyində,
Yalanların başı durur bir ölkədə,
Əlləriysə gəzir başqa bir ölkənin
ürəyində...
Millətlərə xeyirini, zərərini
O göstərir,
Qanun əkib,
Qızıl dərir.
Amerikaya beyin axır,
əməl axir,
işıq axır.
Bu əməllə, bu işığa
Afrikalı gendən baxır,
Asiyalı gendən baxır.
ÜSYAN
Amerikaınn Vyetnamdakı müharibəsina etiraz etdiyinə
görə həkim B. Spok məhkəməyə verilmişdir.
- Neçin axmalıdır uzaq diyarda
Amerika gəncinin günahsız qanı?
Bu qəsdli, qərəzli vuruşmalarda,
Sizdən soruşuram,
ədaləl hanı?
Bayquş əməllidir əməlləriniz,
Buna biganədir qanun da, din də.
Neçin xoşbəxtliyi tapmalıyıq biz
Başqa ölkələrin bədbəxtliyində?
Neçin sahibini evdən qovlayaq,
Neçin şəhərlərə od ələyək biz?
Neçin ürəklərə dərd, ələm qoyaq,
Neçin yanaqlara yaş çiləyək biz?
________________Milli Kitabxana______________
142
Qorxub cəmiyyətin xəstəliyindən,
Artıq təbabətdən əl çəkirəm mən.
Tək-tək xəstələri sağaltmaq hələ
Deyil əlimizdə o qədər çətin.
Ey həkim dostlarım, verək əl-ələ
Dərdini düşünək bu cəmiyyətin.
Üzüldük,
düşündük,
bilmədik ancaq
Nədir dərmanımız, çaramız bizim.
Biz burda xəstəyik,
bilmədik ancaq,
Vyetnamda açıldı yaramız bizim.
Bu sözlər üstündə tutdular onu,
Çəkdi məhkəməyə dğru doğrunu.
Dedilər: - Vətəndaş deyilmisən sən?
Bəs sənin qeyrətin, namusun hanı?
Bizi imdadına səslərkən Vətən,
Güldürdün Vətənə bütün cahanı.
Dedi: - Günahkarı məgər dünyamı?
Kəsir kökümüzü öz əllərimiz.
Billah, gülməlidir,
Vyetnamdamı
Vətən qeyrətini çəkməliyik biz?
Bəs onda... hər yerdə deyirik nədən,
Zülmün zəncirini çoxdan qırmışıq,
Biz ki, yurdumuzu dövri-qədimdən
Azadlıq ölkəsi adlandırmışıq.
- Azadlıq! Hər şeyin, axı, həddi var.
- Bizi məhv elədi hədlər, hüdudlar.
- Demək hüdudlara nöqtə qoyulsun?
Həkim, çox böyükmüş sənin niyyətin.
-Yarımçıq azadlıq qoy sənin olsun.
Bütövü gözəldir hər səadətin.
-Həkim, zamana bax, özünü danla,
Görmüşük döşünə çox döyənləri.
________________Milli Kitabxana______________
143
Zaman özü udur vaxtla, zamanla
Fikrini kökləyə bilməyənləri.
Həqiqət boyanın dalında yatır,
Utanmaz-utanmaz böhtan da atır,
Zamana boyalar, vaxta boyalar,
Min dilli boyalar, saxta boyalar,
Gün dedim Günəşə, ay dedim Aya,
Öyündüm xəyali gündüzlərimlə.
Baxmaq istəyirəm, axı, dünyaya
Mən öz gözlərimlə, öz gözlərimlə.
Bir eşqim, min arzum, min diləyim var,
Çalma min ürəyi tək bircə simlə.
Mənə ürək vermə, öz ürəyim var,
Duymaq istəyirəm öz ürəyimlə.
Qoy özünə qalsın bu səfsəfələr,
Mən seçə bilirəm düzü əyridən.
Mənə ağıl vermə, öz ağlrm yetər,
Qanmaq istəyirəm öz ağlımla mən.
Vətəni hamıdan çox sevdiyindən
Vətənin düşməni - dedilər ona.
Həmişə... Zindana dönübdür Vətən
Vətənin ən böyük oğullarına.
Gəlin, varaqlayaq keçmiş illəri,
Düşünən başlara qılınc çaldılar.
Danteni,
Puşkini,
Feyxtvangeri,
Hadini Vətəndən qaçaq saldılar.
Haqqı bayraq edən,
qədimdən bəri
Batıb iynə kimi gözünə əsrin.
Böyük ürəklərin böyük sözləri
Dəyib sillə kimi üzünə əsrin.
Dostları ilə paylaş: |