BəXTİyar vahabzadə seçİLMİŞ ƏSƏRLƏRİ İKİ Cİlddə 2/2 CİLD



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə38/62
tarix18.06.2018
ölçüsü2,8 Kb.
#49814
1   ...   34   35   36   37   38   39   40   41   ...   62

________________Milli Kitabxana______________ 
180 
 
Dinlə Şuru  
Öz qəlbini sənə açan,  
Hər kəlməsi alov saçan  
Tarix yaşlı baban kimi,  
Gözüyaşlı anan kimi.  
Tüstüsünə aman elə, 
Oduna yan.  
Dayan, düşün,  
Düşün, dayan.  
Dinlə onu. 
Hər guşəsi 
Quş qonmayan qayalardan daş tərpədər,  
Kirpiklərdə yaş tərpədər.  
Mahnılar var, ayaqları,  
Muğamlarsa baş tərpədər.  
Bu dünyanın 
Ağrısını, 
Acısını 
Duydunmu sən?  
Duymadınsa,  
Bir çiçək də dərəmməzsən 
Sən bu hikmət çəmənindən.  
Dayan, basma ayağını 
Bu çəmənə.  
O, sirrini açmaz sənə.  
Əvvəl öyrən, bu vətənə  
Hardan, 
Hansı külək əsib?  
Qara yellər dilləndirən 
Bir qarğıdan  
Kim, nə zaman, 
Nədən ötrü tütək kəsib?  
Şur nə deyir, nə danışır narın-narın?  
Öyrən, nə vaxt qaynağına daş atılıb 
Dağlardakı bulaqların?  
Öyrən, nə vaxt aparıbdır 
Sel Saranı? 
 
  


________________Milli Kitabxana______________ 
181 
 
Kim salıbdır dildən-dilə  
Bu dəhşətli macəranı?  
Niyə kəsdi sel aranı,  
Həsrət qoydu o tərəfə 
Xançobanı? 
Öyrən, niyə Xəstə Qasım  
Birdən belə sayru düşüb?  
Kərəm niyə 
Əslisindən ayrı düşüb?  
Ədalətin şərbətinə  
İlk dəfə kim zəhər qatdı?  
Keşişləri, Həmzələri 
Kim yaratdı, 
Nə yaratdı?  
Koroğlunun nərəsinə, 
haqq səsinə  
Yer gurladı,  
Göy gurladı. 
Dünən onun qapısında boyun bükən  
Bu gün necə oğurladı  
Mərd kişinin Qıratını?  
Nənəm Nigar, bəlkə, onda 
Çağırıb ilk bayatını?  
Qobustanda rəqs eləyən  
Qayalara, daşlara bax.  
Təbiətin öz əliylə 
Çarpalanan çapıq-çapıq qaşlara bax.  
Cəngi səsi 
Birləşdirir göyu, yeri.  
Bəlkə, elə burdan gəlir  
Muğamların ilk rəngləri,  
Təsnifləri, ritmləri..  
Cəngi səsi...  
Gumbuldayır nağaralar,  
Ağız açır mağaralar,  
Qan sıçrayır beyinlərə,  
Qollar keçir çiyinlərə: 
 
  


________________Milli Kitabxana______________ 
182 
 
"Hoydu, hoydu, dəlilərim, 
Yeriyin meydan üstünə. 
Havadakı şahin kimi 
Tökülün al qan üstünə..." 
"...Uca-uca dağ başında 
Yaz bir yana, qış bir yana. 
Titrəşir ağzım içində 
Dil bir yana, diş bir yana... 
Çəkəndə Misri qılıncı 
Leş bir yana, baş bir yana". 
Cəngi deyir: 
- Düşmən gəlir, keç irəli! 
Yallı gedir. 
Bayandurun, Koroğlunun dəliləri... 
Burda oxu, 
Sinələri nəğmələşən 
Hər qayanı, 
Hər sal daşı. 
Təbiətin ruhundadır 
Bu uyarlıq, bu nəğməlik. 
Təbiətin özü çalır "qaval daş"ı. 
Qayadakı sərtliyə bax, 
Cəngidəki mərdliyə bax. 
Əllər süzür incə-incə, 
Ayaqlarsa, yeyin-yeyin. 
Yallı da bir vəhdətidir 
O sərtliklə bu mərdliyin... 
Cəngi səsi 
Birləşdirir göyü, yeri... 
Bəlkə, elə burdan gəlir 
Muğamların ilk rəngləri, 
Təsnifləri, ritmləri? 
Bu rənglərdə, nəğmələrdə 
Saxlayıbdır muğamlar da 
Saflığını, özlüyünü - 
Qanadında qürur, vüqar, 
Cövhərində qəm düyünü... 
 
  


________________Milli Kitabxana______________ 
183 
 
O düşünür, düşündürür.  
Gah yandırır, gah söndürür.  
Xallardakı xəyallarla, fikirlərlə  
Yox, boşalmır, 
Ürək dolur. 
Böyük qəmin, böyük dərdin  
Vüqarı da böyük olur. 
 
Aydan arı, sudan belə durum mənim,  
Ay yanıqlı Şurum mənim.  
İstərəm ki, əlvan-əlvan çiçək olub  
Dolaşdığın pərdələrə 
Mən səpiləm.  
"Uca dağlar" başındakı  
"Azərbaycan maralı"nın  
Gözündəki "Qara giləm"...  
Nənələrin toxuduğu  
Xalıların xanasında xanalandın 
xınalandın. 
Göygölümün ləpəsində sonalandın.  
Sevgililər dodağında  
Yanıb söndün, 
Sönüb yandın:  
"Dəryada gəmim qaldı,  
Biçmədim zəmim qaldı,  
Çox çəkdim yar cəfasın,  
Mənə də qəmim qaldı..." 
 
Novruz ötüb, yazbaşıdır,  
Bu nə səsdir?  
Göydə topa buludları 
Bir-biriylə güləşməsi,  
Dağlardakı qar üstünə 
Xal düşməsi,  
Dərələrdə suya dönüb 
Gülüşməsi,  
Marxallarda qar uçqunu 
  


________________Milli Kitabxana______________ 
184 
 
Yazla qişın savaşıdır,  
Novruz ötüb... Yazbaşıdır...  
Sellər, sular aşıb-daşır,  
Bir-birilə qucaqlaşır.  
Qayaların qabağında  
O əyilir, o burulur.  
Təpələrdən səpələnir 
toz-toz olur.  
Yaylaqları gəzə-gəzə,  
Dəyir daşa, enir düzə  
Ağacların budağına  
Düymələri düzə-düzə...  
Daşır, coşur, 
Yollar boyu nəğmə qoşur:  
"Qəhrəman"ı qayalarda şaqqıldayıb 
qəhərlənir, 
Saz üstündə pöhrələnir.  
Çəmənlərə nəğməsini yaza-yaza,  
Gəlib çatır 
Araz Kürə, Kür Araza.  
Hər ikisi dağın qarı, 
Dağın barı.  
Qovuşanda 
Ağ ləpələr rəqs eləyir:  
Arazbarı, Arazbarı!  
Bu duyğular fışqırtısı,  
Təlatümlər, qaynamalar,  
Sığışmadı bir yatağa,  
Budaqlandı sola, sağa.  
Bir fəsildə neçə kərə  
Dəyişdirdi öz yönünü, 
öz yolunu.  
Zaman keçdi,  
Bir məcraya sığışdırıb  
Tanıtdırdı bu dünyaya  
Bizim sənət bahadırı - Fikrət onu... 
 


________________Milli Kitabxana______________ 
185 
 
Çoxdan unudulmuş, yeri qalmış yaradır Şur,  
Birdən yada düşmüş bir ötən macaradır Şur. 
 
Bir arifin hikmət dolu söz-söhbəti, eşqi,  
Heyrətdən ağıl mülkünə bir pəncərədir Şur. 
 
Fikrin nə qədər yolları, mənzilləri varmış,  
Üstündə cığırlar açılan bir dərədir Şur. 
 
Dağlar başı ağ, çölləri al, döşləri əlvan,  
Hər pərdəsi bir rəngə çalan mənzərədir Şur. 
 
Qürbətdə Vətən həsrəti, yurdunda bir anlıq,  
Yaddaşda yanıb, tez də sönən xatirədir Şur. 
 
Çox qürrələnir Bəxtiyar öz şeirinə hərdən,  
Guya deyəcəkmiş bizə şeirilə, nədir Şur?! 
 
 
Tellər ağlasın 
 
Şikəstənin Zil guşəsi – 
Əsgəranda vıyıldayan güllə səsi.  
Qara xəbər el-obanı dolandı:  
Əsgəranda Qoç Nəbini vurdular.  
Baxışlarda göz yaşları sulandı,  
Ağı dedi buz bağlayan lal sular.  
Bayatılar qara geydi əyninə.  
Gəraylılar qəm götürdü çiyninə.  
Qarabağın çöllərini qar aldı.  
Şikəstənin zil pərdəsi qaraldı:  
"Əsgəranda dağıtdılar araba.  
Görüm bu diyarı qalsın xaraba.  
Nəbinin meyidi qaldı arada  
Yerisin üstünə ellər ağlasın.  
Darasın saçını, tellər ağlasın". 
 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə