BəXTİyar vahabzadə seçİLMİŞ ƏSƏRLƏRİ İKİ Cİlddə 2/2 CİLD



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə41/62
tarix18.06.2018
ölçüsü2,8 Kb.
#49814
1   ...   37   38   39   40   41   42   43   44   ...   62

________________Milli Kitabxana______________ 
197 
 
SEGAH 
 
Ey Zabul segahım, Orta segahım,  
Mənim öz amanım, mənim öz ahım.  
Sən mənə kimsədən pay verilmədin,  
Sən özgə çeşmədən gətirilmədin.  
Mənim dağlarımdır sənin qaynağın,  
Qoşqarın 
Kəpəzin, 
Ulu Şah dağın 
Bağrından sızılıb sən durulmusan,  
Məndə yuvalanıb mənim olmusan.  
Başqa rəngə salıb bu zaman səni,  
Yenidən yaratdı Sadıxcan
*
səni.  
Mənim öz dərdimsən, öz məlalımsan.  
Anamın südü tək sən halalımsan,  
Çoban bayatısı... 
Dağlar başından  
Qarlara qanşıb qar-qar axıbdı.  
Çöllərə boylanan gül baxışından  
Keçdiyi yollara iz buraxıbdı... 
 
Həzin bayatılar, çiçəklər kimi  
Dağlarda kök atdı, arana çatdı.  
Şirin bayatılar diləklər kimi  
Bir qəlbdə boy atıb min qəlbə çatdı. 
 
Nənəmin dilində min il dillənən  
Segahım, özün al, özün, canımı.  
Dilqəmin dilində dil-dil dillənən  
Ay telli sazlarm telli xanımı.  
Ey Sarı aşığm sevgi dastanı,  
Ey Molla Cumanın "İsmi pünhanı".  
Vaqifin könlünü qana döndərən,  
Xumar baxışdanmı süzülmüsən sən?  
Segah - bir arzunun, bir çırpıntnın 
 
 
                                                 
*
XIX əsrin musiqişunaslarındandır, tarda böyük yeniliklər etmişdir. 
  


________________Milli Kitabxana______________ 
198 
 
 
Min ürəkdən gələn hıçqırıqları. 
Sonu iniltili, 
Əvvəli çılğın - 
Sınmış bir ürəyin səs qırıqları... 
 
Qəmdir dolayları o ağlar səsin. 
Ağrılar mayası, 
Şikayət süsü. 
Bir himə bənd olan bir qərib kəsin
Könül hıçqırtısı, iç hönkürtüsü. 
Danışır, başından ötüb keçəni. 
Bəzən üsyan edir, 
Bəzən inləyir. 
Gizli dərdlərinə yandırır səni, 
Mətləbi gah açır, 
Gah düyünləyir. 
 
Əlilə saldığı kor düyününə  
Dililə yalvarır: "Tez açıl" - deyir.  
Ötən keçmişini qoyub önünə  
Bayatı çağırır, ona dil deyir:  
Araz gəldi, yan axdı,  
Dibində min can axdı.  
Vətən sarı baxanda  
Ürəyimdən qan axdı. 
 
Dağların sinəsi nə?  
Gün qalxıb sinəsinə.  
Aləmə sığmaz başım  
Sığıbdır sinəsinə. 
 
Əziziyəm gül oldum,  
Yandım, axır, kül oldum.  
Bir dilbilməz quş idim,  
Oxudum, bülbül oldum... 
 
Segah - naləsinə alışan könül,  
Alovu təəssüf, köçü xatirə. 
  


________________Milli Kitabxana______________ 
199 
 
Keçmişi yanğıyla danışan könül,  
Qazancı ağrılar, özü xatirə. 
 
O deyir dililə amanın, ahın:  
-Tale bir ürəyə gör necə qıymış...  
Mənim çəkdiklərim hansı günahın,  
Hansı bəd əməlin öz bahasıymış?  
Bu dərdə bağladı məni kim? - deyir.  
Bəmində, zilində o, "neylim"? - deyir. 
 
Dərdimin yükünə tab gətirmədi  
Əyilib qırılan budağa neylim?  
Dərələr keçmişəm, dağlar aşmışam,  
Könlümdə dikələn bu dağa neylim? 
 
Günahım nə oldu mənim dəmadəm,  
Düzəndə kəsdilər, dağda bitmişəm,  
İsti nəfəsimlə qar əritmişəm,  
Şaxtaya dözmüşəm, sazağa neylim?  
Mən danışan zaman bir kimsə dinməz.  
Səsim su yandırar, sözüm bilinməz.  
Böyük arzulara dünya bir qəfəs,  
Dilimə vurulan qadağa neylim? 
 
Mən od hərisiyəm, od mənə həmdəm,  
Günah məndə deyil, daşı əritsəm.  
Buz tutar, yay günü bulağa getsəm.  
Neylim, buza neylim, bulağa neylim? 
Danışdı. 
Gördü ki, dinləyənlərin  
Başından od çıxdı, gözləri doldu.  
Dərdilə, qəmilə başqalarına  
Əzab verdiyinə peşiman oldu. 
 
Dedi: - Bu da keçər, axı neyləmək?  
Həmişə olmaz ki, yer üzü gündüz.  
Belə yaranıbdır bu çərxi-fələk,  
Bir üzü gecədir, bir üzü gündüz. 
  


________________Milli Kitabxana______________ 
200 
 
Ey mənim ürəyim, sən öz gözünlə  
Gecəni gecə gör, gündüzü gündüz.  
Öz əllərinlə, 
Könüllər şad edən əməllərinlə  
Yoluna gül düz. 
 
Nə deyir könlümü oymaqla, oyulmaqla Segah?  
Gözə göz yaşları tək bir belə dolmaqla Segah? 
 
Könül hıçqırtısı, qəlb atəşi, can yanğısıdır. 
Sən mənim göz yaşım ol, çağla, Segah, çağla, Segah. 
 
Anamın öz südü tək sən halalımsan, halalım,  
Nə deyirsən, məni məndən belə almaqla Segah? 
 
Bizi dünyanın o dar çərçivəsindən çıxarır,  
Dəli xallardakı hönkürtüyə dalmaqla Segah. 
 
Onun hər pərdəsi ah, hər bəmi qəm, hər zili od,  
Qəlbə atəş çiləyir, hökm eləyir ağla Segah. 
 
Bəxtiyarın da könül telləri titrər beləcə
Deyər ahəstəcə hey: "Ağla, Segah, ağla, Segah". 
 
 
RAST 
 
Buxarı başında el ağsaqqalı,  
Əyləşib 
Qəlbini açır süfrə tək.  
Danişır, anbaan dəyişir halı  
Zoğal çubuğunu tüstülədərək.  
Sözləri bəm simdən zil simə düşmüş,  
Danışır bir əsrin öz yarasını.  
Danışır aramla, 
Tilsimə düşmüş 
  


________________Milli Kitabxana______________ 
201 
 
Bir pəri qızının macərasını.  
Dağlarda göynəyən Məcnundur Segah,  
Rast - onun atası... Nəsihət eylər.  
Məcnun səhralara gətirər pənah,  
Ata bu sevdanı məzəmmət eylər.  
 
Rast - müdrik bir ağıl, dərin düşüncə,  
Danışır təmkinlə, aramla tək-tək.  
Segah - bir istəyin, eşqin dalınca  
Mələyə - mələyə qaçan bir ürək. 
Rast - çılğın qəlblərə bir ağsaqqalın 
Nəsihət nidası, öyüd səsidir. 
Bir zaman büdrəyən qəlbin, kamalın 
Ayılıb özünü dərk etməsidir. 
Segah - nalə çəkən, Rast - tədbirlidir, 
Vüqarlı, dözümlü, o səbirlidir. 
Yüz ölçür, bir biçir, 
Düşünür dərin, 
Mühit dənizi tək o ləngərlidir.  
Onun ləngər vuran hər guşəsində  
Dərin düşüncələr daldalanıbdır.  
Gizli fikirlərin sıx meşəsində  
Arzudan, istəkdən od qalanıbdır. 
 
Fikirlər, fikirlər... 
Bir sirdaş olmuş  
İnsana... 
Dərdinə dolandan bəri,  
Rast cavan deyildir, 
O, yaşa dolmuş,  
Müdrik bir ürəyin düşüncələri:  
Həyat nə? 
Ölüm nə? 
Ömür nə? 
Yol nə?  
Qəflət yuxusunu dağıdan nədir? 
  


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə