BəXTİyar vahabzadə seçİLMİŞ ƏSƏRLƏRİ İKİ Cİlddə 2/2 CİLD



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə39/62
tarix18.06.2018
ölçüsü2,8 Kb.
#49814
1   ...   35   36   37   38   39   40   41   42   ...   62

________________Milli Kitabxana______________ 
186 
 
ÇAHARGAH 
 
Şahə qalxan ağ dalğalar 
Köpük-köpük...  
Uca-uca, böyük-böyük  
Qayalara gah çırpılır,  
Gah çəkilir axın-axın...  
Təlatümlər, həyəcanlar  
Bərdaştıdır, ön sözüdür 
Çahargahın. 
Deyir: - Həyat bir döyüşdür,  
Bir vuruşdur başdan-başa,..  
Rahatlığı həyəcanlar qucağında 
ara, yaşa 
En enişə, qalx yoxuşa  
Sellər kimi coşa-coşa,  
Sular kimi daşa-daşa... 
Yaşa, yaşa.  
Mayəsində səslər uçur 
Qanad-qanad,  
Nəql olunur ötən gündən 
Bir əhvalat: ... 
Yad ölkədən elçi gəlib 
Ölkəmizə.  
- Gərək təslim olasıniz, - 
Deyir bizə,  
-Olmasanız...  
Təpəriniz varsa əgər
Savaşınız.  
Savaşsanız...  
Daş üstündə qalmayacaq 
Bir daşınız.  
Ağsaqqallar düşündülər: 
- Nədir çarə?  
Dada çatmaz bu məqamda  
Nə moizə, 
Nə müəzzin, 
  


________________Milli Kitabxana______________ 
187 
 
Nə minarə.  
Qara yellər qabağında  
Fikirlər də haçalandı.  
Bu onu, 
O, bunu dandı. 
- Keçmişimiz şanlı idi. 
Bəs gələcək? 
- Fikirləşək. 
Bu bəladan qurtarmağa  
Bir ağıllı tədbir görək, 
Səbir gərək.  
Məqamı var hər istəyin,  
Tələsməyin, tələsməyin.  
Tarixlərə o, baş vurur  
"Vuruş" - deyə 
Alovlanan ürəkləri  
O tədbirlə ovundurur.  
Bəstənigar aman çəkir,  
Amanından amnan, aman!..  
Şikayətdir 
Taleyin bu qəzasından.  
Düşmən yaman amansızdır, 
O qansızdır. 
- Neyləməli? 
- Dişimizlə daş qırmalı. 
- Hanı bizim o gücümüz?.. 
- Onda ata-babaların şərəfini 
Düşmənəmi tapşırmalı?., 
Təəssüfmü? 
Fikir qalxdı,  
Fikir endi. 
- Təəssüfün kölgəsində 
Hansı dilək çiçəkləndi? 
Bəstənigar - 
Bəstəbəylu nigarların 
Dili ilə inlər, inlər. 
Ağı deyər qız gəlinlər: 
  


________________Milli Kitabxana______________ 
188 
 
"Don tiksən ağı bizdən,  
Belinin bağı bizdən,  
Qoymayın yadellini  
Almağa baği bizdən..."  
Yığıldılar, 
Dağıldılar dönə-dönə.  
"Ötən günə gün çatarmı  
Calasan da günü-günə".  
Biri qalxdı:  
- Günü günə calamağın 
Nə faydası?  
Ürəkdə od qalamalı,  
Günü oda calamalı.  
Min-min fikir  
Bircə borcu ödəməmiş.  
Qalxan əydi belimizi  
Çox qısaltdı dilimizi.  
Qalxan altda qaldığımız 
Yetər bizim.  
Dərdlırimiz qılınc ilə 
Bitər bizim.  
"Dəyirmanın pərindən,  
Suyu çıxar dərindən.  
Elin sözü bir olsa,  
Dağ oynadar yerindən..."  
"Çən-duman düzə neylər?  
Zülfün tök üzə, neylər?  
Ov bizim, ovlaq bizim  
Yad ovçu bizə neylər?"  
İndi bizə qılınc gərək, 
Nizə gərək. 
Od bişirək, dəmir döyək.  
İndi bizə sellər kimi daşmaq gərək.  
Qəlbimizə kölgə salan  
"Qorxu" adlı hasarları 
Aşmaq gərək.  
Çahargahın Hasarında, 
  


________________Milli Kitabxana______________ 
189 
 
Yadellinin qabağına hasar çəkən 
Qalalarda 
Kürələrdə od qalandı,  
Ocaq yandı,  
Dəmir bişdi, 
Çəkic altda, zindan üstdə  
Xəmir kimi kündələndi
Cilalandı.  
Taraq-taraq, Taq-tararaq,  
Əldə yaraq  
Vuraq, qıraq,  
Cəbhə yaraq.  
Dəmir, əri,  
Qılınca dön, 
Düşmən üstə durma, yeri.  
Çəkic altda qığılcıma dönüb axdı  
Çahargahın pərdələri...  
Müxalifdə,  
Hücum, hücum!  
Ərənlərin nərəsinə  
Yer titrədi, göy gurladı.  
Uca dağlar dua verib  
Ərənləri uğurladı.  
Düşmən qaçır, bizimkilər təqib edir  
Mənsuriyyə qələbədir, təntənədir:  
"Əzizim sözə qaldi  
Bir şirin sözə qaldı.  
Yad qovuldu dağlardan,  
Yurd yenə bizə qaldı..." 
 
Qəlbi vulkan tək coşan üsyandır, üsyan Çarigah,  
Açmış hər zənguləsindən fikrə meydan Çarigah... 
 
Şahə qalxan dalğalardır bir Müxalif guşəsi,  
Dəryalar ləngərlədən tufandı, tufan Çarigah. 
  


________________Milli Kitabxana______________ 
190 
 
Guşələr göy gurladır, yer titrədir, sel oynadir,  
Göndərir yadelliyə imzalı fərman Çarigah. 
 
Simlərin mizrab ilə toqquşmasından od çıxar,  
Yoğrulubdur bəlkə də çaxmaq daşından Çarigah. 
 
Cövhərində bir həzinlik, bir xəfiflik saxlanır,  
Ayrılıbdır öylə bir can sirdaşıpndan Çarigah. 
 
Bəxtiyaram, heyranam bərdaştda çılğın səslərə,  
İstərəm od alsın əsrin atəşindən Çarigah! 
 
 
Qalalar 
 
Abşeironun qalaları  
Daşlardakı o oymalar,  
Dalğasımı qatardakı 
Həzin, şirin  
          Pərdələrin?  
Bürclərdəki o əzəmət, 
Təmkin, vüqar, 
Bəlkə... Hasar pərdəsidir Çahargahın?  
Səs düzümü qaladakı dişlər kimi 
sıra-sıra, axın-axın.  
Yadelünin hücumuna hasar çəkir.  
Daşda fikir, səsdə fikir.  
Boyaları əvəz edən kölgələr də 
Fikir, fikir...  
Ruhumuzla uyqardadır, 
O batıqlar,  
          Qabarmalar.  
Qabarmalar 
Batıqlara kölgə salar.  
Nə doğmadır, nə istidir,  
Çıxışların batıqlara  
Düşən xəfif kölgələri - 
  


________________Milli Kitabxana______________ 
191 
 
Tağlardakı 
Oyma "naxış ləpələri".  
Yadellinin başı üstdə  
Yumruq kimi düyünlənən bu qalalar,  
Düşmən bizə güc gələndə  
El-obaya sığnaq olar.  
Bu qalalar azadlığı hələ yanan,  
Tüstülənən ocaqlarmış.  
Bu qalalar tarix boyu  
Neçə-neçə cəbhə yarmış.  
Qız qalası! Adına bax,  
"Bakirədir, qızdır qalam.  
Yaxın gəlmə, mən quzğunam, mən qartalam.  
Bu qartallar məskəninə  
Qaraquşlar kölgəsini sala bilməz.  
Qız qalamın qızlını al bilməz..."  
"Sə gəərsən, sən görərsən" – 
Qalasının adındakı 
Mənaya bax, məqsədi gör.  
Babaların məramından 
İbrət götür.  
Düşməninə o deyir ki,  
Əgər gəlsən, 
Yumruğumun ləzzətini sən görərsən.  
Gəldiyinə peşman olub  
Dabanına tüpürərsən.  
Nələr deyir daşlardakı 
O batıqlar, qabarmalar – 
Daş üstündə çiçəklənən 
O yarmalar?  
Kim deyir ki, bu qalalar,  
Yalnız elə qallar üçün 
Qaldırılan  
           Bir qaladır?  
Xeyr, burda sərtlik ilə  
İncəliklər qol-qoladır.  
Qorucumuz, keşikçimiz 
 
  


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə