BəXTİyar vahabzadə seçİLMİŞ ƏSƏRLƏRİ İKİ Cİlddə 2/2 CİLD



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə37/62
tarix18.06.2018
ölçüsü2,8 Kb.
#49814
1   ...   33   34   35   36   37   38   39   40   ...   62

________________Milli Kitabxana______________ 
175 
 
 
 
 
 
 
 
Üzeyir bəy Hacıbəyovun xatirəsinə 
 
Bəlkə 
 
Bir quş ötür budağında  
Bu nəğmənin laylasına  
Çəmən, çayır mürgüləyir.  
Naləsilə yazıq bizə 
Nəsə deyir, 
Nəsə deyir...  
"Cik-cik", "cik-cik"...  
Bilirikmi dediyini?  
-Yox, bilmirik, biz bilmirik.  
Quş dilini bilmiriksə,  
Günahkarını o quşcuğaz?  
Səbrini bas,  
Ləhcəsinə, naləsinə,  
Dilindəki qəm səsinə  
Qulağınla qulaq asma,  
Ürəyinlə sən qulaq as.  
O nalənin atəşində  
Öz qəlbini oda yaxsan,  
Mətləbini bilməsən də,  
Ürəyini duyacaqsan.  
Tar da elə...  
O sızlayır için-için.  
İçindədir hər mətləbi,  
Naləsidir eşitdiyin.  
O quş kimi 
 
 
MUĞAM


________________Milli Kitabxana______________ 
176 
 
 
Tarın da öz ləhcəsi var, öz dili var. 
Mətləbinin axırı var, əvvəli var. 
Əvvəl öyrən sən bu dilin 
Nöqtəsini, 
Vergülünü. 
Ayıra bil 
Dağ gülündən  
Bağ gülünü.  
Ayıra bil 
Ocaqdakı od külündən  
Sinədəki dağ külünü.  
Bu dünyanın ağrıları, acıları  
Necə sığır Çahargahın  
Bəstənigar pərdəsinə?  
Dağlara çıx, diqqət elə  
Qayalarda yumalanan 
Daş səsinə,  
Öz səsinə 
  Səs axtaran quş səsinə...  
O səsdəki 
Qırıq-qırıq hıçqınqlar nə nalədir?  
Qırqovulun döşündəki rənglər nədir?  
O rənglərdə muğamdakı  
Əlvan-əlvan pərdələri,  
Pırıl-pırıl səsləri gör.  
O düşünür, 
Həm də bizi düşündürür.  
Ney üstündə yeddi səsin,  
Oyuq-oyuq yuvaları,  
Nədir belə?  
Bəlkə elə 
Balaları perik düşən  
Qaratoyuq yuvaları?  
Səslər, qırıq bir arzunun can səsimi?  
Yuvaları dağıdılmış  
Çolpaların naləsimi?  
Qayalardan sızan suyun, 
 


________________Milli Kitabxana______________ 
177 
 
Dərələrdə azan suyun 
Səslərini 
Bir-birindən ayıra bil. 
O, bir deyil, yox bir deyil. 
Addım-addım, nəfəs-nəfəs 
Dağı dolan, dərəni gəz, 
Bax hər yerin çiçəyinə 
Bil dağların çiçəyi nə, 
Dərələrin çiçəyi nə? 
Çiçəklərin öz rəngində, öz ətrində 
Nəğmədəki səsləri gör, xalları gör — 
Enib qalxan keçidləri, 
Cığırları, yolları gör. 
Dağa gedən cığırlarda 
Qarşına bax, dünyanı gör. 
Sığırçının belindəki 
Arşına bax, dünyanı gör
*

Bəlkə o da bizim kimi 
Ölçmək istər bu dünyanı? 
Bircə qarış yer üstündə 
Bizə göstər bu dünyanı... 
Söz var, qəlbə yol açmayan 
adi bir səs, quru nəfəs.  
Səs də var ki, 
Sözün deyə bilmədiyi sözü deyir.  
Elə səsin özü şeir, sözü şeir.  
Söz - qəlbdəki bir mətləbin  
Öz səsidir... 
Nəğmə - səsin şeyriyyəti,  
Şeir sözün nəğməsidir.  
Bəlkə... Muğam bir nağıldır, əfsanədir.  
Bilək, onun bu dünyaya sözü nədir, qəsdi 
nədir? 
Nağıllarda bir göyərçin  
Bir qəribi şah elədi. 
 
 
 
                                                 
*
Əfsanəyə görə, sığırçının belindəki ağ xətt bir arşındır. 
  


________________Milli Kitabxana______________ 
178 
 
Bu dünyanın kələ-kötür işlərini 
rəndələdi... 
Ötənlərin dərdlərinə dola-dola  
İnanaqmı bu nağıla?  
Bu arzudur, bu diləkdir.  
El deyir ki, arzularım  
Gələcəkdir, 
Güləcəkdir... 
Bəlkə, düzgün böləmmədik  
Biz o zaman 
Göydən düşən üç almanı?  
Bilək, niyə şüşədədir 
Divin canı?..  
Niyə, niyə gözləyib el  
"O sahibi-əzzamanı?"  
Bəlkə, muğam bir gözləyiş, 
Bir həsrətdir?  
Əl var ikən, qol var ikən,  
Baş var ikən, diş var ikən,  
Bu gözləmə müsibətdir.  
Canavarın aldatdığı Şəngülümün,  
Şüngülümün  
Qanı, bəlkə, düşüb tarın kök siminə?  
Muğamdakı hıçqırıqlar  
Üsyan edir, bəlkə, divin tilsiminə?  
Ürəyinin tellərindən 
Tellər çəkib tara xalqın.  
O tellərin nəğməsində 
Öz ruhunu, öz qəlbini ara xalqın. 
 
Tanımaqmı istəyirsən 
Görmədiyin bir xalqı sən? 
Əvvəl onun nəğməsinə sən qulaq as, 
Onu öyrən.  
Öz sözünü, sorğusunu  
Xəyalını, duyğusunu  
Xalq yaşadır nəğməsində. 
  


________________Milli Kitabxana______________ 
179 
 
Tarixin bir dövrü yatır  
Bir bəmdəki "ah" səsində. 
 
Çahargahın Müxalifi  
“Çaldıranda”
*
 at saldıran,  
Qılınclardan od aldıran 
Döyüş səsi...  
Çahargahın Cövhərisi  
Kol dibində  
Qar altından 
Çıxan tənha bənövşənin üşüməsi – 
Qılınc səsi, qalxan səsi,  
Bənövşənin üşüməsi.  
Biri hünər,  
O birisi göz yaşıdır.  
O sərtliklə bu incəlik  
Bir muğamda yanaşıdır..,  
Dinlə tarı, dinlə neyi.  
O -keçmişdən  
Asta-asta söhbət açan 
Səs muzeyi...  
O - şöhrətli, şanlı muzey.  
O - damşan, həm də bizi danışdıran 
Canlı muzey.  
Gah səsində göy gurlayır,  
Gah inləyir həzin-həzin.  
Həm babamın yaşıdıdır, 
Həm nəvəmin. 
 
ŞUR 
 
Varaqlama o tarixi,  
İki qəlbin həsrətini  
Varaqlarda döyündürən  
Bir maraqlı roman kimi. 
 
 
 
                                                 
*
Çaldıran vuruşması. 
  


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə