BəXTİyar vahabzadə seçİLMİŞ ƏSƏRLƏRİ İKİ Cİlddə 2/2 CİLD



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə40/62
tarix18.06.2018
ölçüsü2,8 Kb.
#49814
1   ...   36   37   38   39   40   41   42   43   ...   62

________________Milli Kitabxana______________ 
192 
 
Qalaların sinəsində  
Nələr yatır, nələr, nələr?!  
Bu qalalar - Daş nəğmələr.  
Daşlardakı çalalara axar, dolar,  
Daş üstündə naxış tutan,  
O fikirlər, o duyğular,  
Guşələrdə qaqqıldaşan  
Pərdələrdən aşıb-daşan,  
Hiddətlənən səs axını...  
Batıqların, çıxıqların  
Sinəsində qalxıb enən 
Səs axını. 
 
 
Hərə bir cürə... 
 
Mərifət, qanacaq ölçümdür muğam,  
Mən onu özümə məhək sanmışam.  
O məhək daşında mən insanları  
Saf-çürük edərəm, yoxlaram müdam,  
Sən də yanırsansa əgər bu oda,  
Dostumsan... 
Görürəm özümü səndə,  
Mən öz həmdəmimi, dostlarımı da  
Tanıram muğamın pərdələrində.  
Görən, nə danışır, nə deyir bizə 
Səslərə bükülmüş bu göz yaşları? 
Od saçır, 
Dağ basır ürəyimizə 
Elə bil köç edir durna qatarı... 
O hara tələsir? O niyə gedir? 
O bizim çölləri niyə tərk edir? 
Tökülür yarpaqlar, susur bulaqlar, 
Soyuqdan üşüyür, əsir budaqlar. 
Payızın sazağı kəsir otları, 
Göydə topalanır qəm buludları... 
Dağın dumanımı, sisimi görən, 
Dumanlı səslərdə belə hönkürən? 
  


________________Milli Kitabxana______________ 
193 
 
Ağlayır aşikar, 
Yanır gizlicə. 
Barmağı altmda tarzən gör necə, 
Düyünlü səsləri qovunır, sıxır. 
Səslərdən yaş sızır, 
Sudan od çıxır... 
 
Ey tarım, ey nəğməm, ey pirim mənim,  
Sənə nəzir düşür... çox yoxsulam mən.  
Nəğməm ola bilər nəzirim mənim,  
O da ki sönükdür nəğmələrindən...  
O məchul dilinlə, sirli səsinlə  
Gizli bir aləmdən xəbər verirsən.  
Nolar, mənim kimi səsini dinlə,  
Görək buna necə tab gətirərsən?  
Ey atam hünərli, babam fikirli,  
Ey reyhan nəfəsli, yarpız ətirli,  
Nağıl nənələrin ey laylay səsi.  
Ulu babaların kamal xəznəsi,  
Şirin arzularım, xoş xəyallarım,  
Ey müqəddəs pirim, ey müdrik tarım,  
Danış,  
Nəğmə oxu, 
Sən həzin-həzin  
Abırlı, həyalı qızlarımızın  
Utancaq, dözümlü sevgilərindən.  
Danış, 
Söhbətinə müntəzirəm mən.  
Danış, 
Nədən ötrü ayrı saldılar  
Kərəmi Əslidən,  
Qeysi Leylidən?  
Niyə taleləri daşa çaldılar?  
Sinənə çəkilən bu dağlar nədən?  
Sənin xəyalların, düşüncələrin  
Dəryadan ləngərli, səmadan dərin.  
Hər xalın tarixi 
Yüz il, beş yüz il. 
 
  


________________Milli Kitabxana______________ 
194 
 
Guşələr rəngbərəng: 
Yaşıl, al, sarı...  
Orda varaqlanır, 
Bir qəlbin deyil,  
Bir xalqın minillik iztirabları.  
Bir xalqın tarixi -tarixin yolu. 
Enişi, yoxuşu, iztirab dolu.  
Səslənir muğamın pərdələrində.  
Söhbəti aşkarda,  
Sirri dərində. 
Zilində elə bil od qalanıbdır,  
Yanğına dözməyib havalanıbdir.  
Bəmində yanğını keçirmək üçün  
Fikirlər, xəyallar yuvalanıbdır. 
Biz ki bu yolları bir başa vurduq,  
Biz ki bir vahidik bir arzu-kamda.  
Elə bununçun da... Tək mənmi?.. 
Yox, yox. 
Hər kəs öz qəlbini tapır muğamda.  
Muğam - hər guşəsi sirli, soraqlı 
Yola bənzəyir.  
Yatağa sığmayan qollu-budaqlı 
Selə bənzəyir. 
Əvvəlcə yamyaşıl düzü dolaşır,  
Birdən dəyişdirir köhnə yerini.  
O axır, kükrəyir, 
O coşur, daşır  
Dağıda-dağıda sahillərini. 
 
Cilova gəlsəydi belə bir axın,  
Nota salardılar onu nəğmə tək.  
Şəklini çəkməkçin xırdalıqların  
Özgə bir dünyadan boyalar gərək.  
Tez-tez dəyişdirir öz məcrasını,  
O yola çıxmadan yolunu bilmir. 
  


________________Milli Kitabxana______________ 
195 
 
Səfərə çıxanda macərasının  
İlkini bilsə də, sonunu bilmir.  
Bu yolu hər yolçu bir cür qət edir,  
Bəmi düzənlikdir, zili zirvədir.  
Bəli, o, zirvədir. 
O zirvəlikdə 
Ayağın altından sanki yer qaçır.  
O ayaq dəyməyən yaşıl gədikdə  
Hər yolçu özünə özü yol açır. 
 
Hər muğam çalanın, muğam deyənin 
Keçdiyi, açdığı iz başqa-başqa. 
Eyni müğənnini hər dinləyənin 
Könlünü yandıran köz başqa-başqa. 
Məğrur Qız qalası... 
O köhnə Bakı, 
Mənsur Zabul üstə inlədir tarı. 
O nədir? 
Suların qayalardakı 
Həzin, asta-asta pıçıltıları. 
- Necə dumanlısan, 
Görünmür gözə 
Pərdədə, örtükdə çırpınan ürək. 
Gizli mətləbini görməkçün 
Bizə 
Dərinə işləyən təxəyyül gərək.  
Hərə bu ocaqdan bir od götürər,  
Tutar səsindəkı dərinliklərə.  
Xəyalın gözüylə eşidər, görər 
Gizli mətləbini hərə bir cürə.  
Bilmirəm, yaşıldır, aldır səslərin.  
Səsinə nə sözüm?  
Laldır səslərin. 
Mətləbi gizlədir, inləyir ancaq.  
Danışır, 
Bilmirik nə deyir ancaq...  
Lal səsin nə böyük qüdrəti varmış. 
 
  


________________Milli Kitabxana______________ 
196 
 
Səsdə sözdən boyük hikmət olarmış... 
Mübhəmdir, 
Gizlidir sözü nəğmənin. 
Min sözdən güclüdür, bir xalın sənin. 
Ey tarım, 
Ey nəğməm, 
Ey pirim mənim  
Sənə nəzir düşür... 
Çox yoxsulam mən,  
Nəğməm ola bilər nəzirim mənim  
O da ki sönükdür nəğmələrindən. 
 
Sözümdə olsaydı səsinin gücü, 
Onu başım üstə bayraq edərdim, 
Səsinlə dünyanı mən tərpədərdim. 
Yanıb şırıl-şırıl, 
Axıb şır-şır o 
Kim deyə bilər ki, nə danışır o? 
Onda qucaq-qucaq söz çələngi var. 
Hər səsin, hər xalın neçə rəngi var. 
Hər kəs, hər guşəni yozur bir yerə, 
Gəlin, bir anlığa baxaq göylərə. 
Buludlar burulur, 
Buludlar dönür, 
Hərənin gözünə bir cür görünür. 
Yox. 
Həmən həməndir, 
Göy də, 
Bulud da. 
Hərə öz qəlbini görür buludda.  
Yoxsa inanmadın? 
İnanma, ancaq, 
Anbaan dəyişən o buluda bax,  
Sən də öz qəlbinin pəncərəsindən  
İnan gördüyünə, 
Elədir, əlbət, 
Mənim gördüyümü görməsən də sən,  
Mən də həqiqətəm, sən də həqiqət. 
  


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə