BəXTİyar vahabzadə seçİLMİŞ ƏSƏRLƏRİ İKİ Cİlddə 2/2 CİLD



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə52/62
tarix18.06.2018
ölçüsü2,8 Kb.
#49814
1   ...   48   49   50   51   52   53   54   55   ...   62

________________Milli Kitabxana______________ 
254 
 
 
 
 
 
 
 
 
Mərhum  bəstəkarımız  Qəmbər  
Hüseynlinin xatirəsinə 
 
Mənim dostum idi, mahnılarından  
Torpaq ətri gələn bəstəkar Qəmbər.  
Dillərdə gəzərdi bizim bir zaman  
Qoşa yazdığımız şirin nəğmələr. 
 
Xoşuna gələndə yazdığım şeir,  
Sözün alovuna bürünərdi o.  
Bir anın içində tamam dəyişər,  
Başqa bir sifətdə görünərdi o. 
 
Şeiri dönə-dönə o, oxuyardı,  
Sözün nəğməsinə dalar, uyardı.  
Sonra dindirərdi astadan tarı,  
Muğam naxışları, muğam xalları  
 
Süzülüb axardı barmaqlarından;  
Külçə gotürərdi söz dağlarından.  
Alardı ilhamı sözdən, şeirdən,  
Sənət meydanında çapan bəstəkar;  
 
Muğamdan nəğməyə keçərdi birdən  
Şeirin nəğməsini tapan bəstəkar.  
Amma həmişə 
Ala gözlərində bir kədər vardı.  
Bilirdim, zamanla gəlmiş döş-döşə,  
Odur ki, hər yerdə az danışardı.  
Özü deməmişdi, bilirdim, 
onu, 
Neçə il qabaq  
Həbs eyləmişlər. 
 
 
ATILMIŞLAR 


________________Milli Kitabxana______________ 
255 
 
  
Günahı nə imiş, bilmirdim, ancaq 
Nə mən soruşardım, 
Nə o deyərdi. 
Söhbət bu mətləbə yaxınlaşanda 
Sözü dəyişdirib təzələyərdi. 
 
Açıqca görürdürn, gizli dərdi var, 
Adamlar içində çox zaman susar, 
Xatalı söhbətdən yan keçərdi o, 
Yüz ölçüb, min ölçüb, 
Bir biçərdi o. 
Neçə il zindanda əzab çəkəli 
Dolandı həmişə o, səksəkəli. 
Məgər yalnız omu? 
Xeyr, hamımız. 
Qaldı gözümüzdə bütün kamımız. 
 
Qorxu qayda oldu, adicə qayda,  
Qorxudan don biçdi əyninə illər.  
Bu məmləkət boyda həbsxanada  
Dustaq olmadıqmı hamımız məgər? 
 
Gülmədi bir dəfə üzünə illər,  
Kiçik bir daxmada yaşadı Qəmbər.  
İçində dəfn etdi dərdi-sərini,  
O bildi, yox imiş yazıya pozu.  
Tar üstə yaratdı nəğmələrini,  
Nə royalı vardı, nə pianosu.  
Əlçatmaz zirvəyə daim can atdı,  
Ucalıq eşqinə yazdı, yaratdı.  
Amma neyləyəsən, bəyənmədilər,  
"Qəmbər tar üstündə yazır" - dedilər.  
Guya saz avazı, guya tar səsi,  
Ulu dədələrin ulu nəğməsi  
Uyuşmur zamanın öz ahənginə,  
Əsrimiz sığışmaz saz ahənginə.  
Ruhumuz qovuldu musiqimizdən,  
Uyduq uzun illər caz ahənginə. 
  


________________Milli Kitabxana______________ 
256 
 
Bir soran olmadı, ay qardaş, nədən  
Axı, baş yerinə ayaq tərpədən,  
Bizi səmalardan yerə endirən,  
Özgə qapısında veyilləndirən  
Dayaz rok-en-rollar göyə ucalsın,  
Üzeyir məktəbi yetimmi qalsın?  
Hara çəkirsiniz musiqimizi,  
Nadanmı sandınız bu qədər bizi? 
Amma o satqınlar çatdı şərəfə. 
Qəmbər bir dəfə 
Mənə gileyləndi güzaranından, 
Ürəyim sıxıldı... 
Soruşdum ondan: 
- Bəs səni nə üstə həbs etmişdilər? 
Birdən barıt kimi açıldı Qəmbər: 
-Bilmirsən? Dünyanı lənətləmişdim. 
"Ellər atasına" düşmən demişdim
*

 
Bu boyda ölkəni saldı nə günə.  
O qəddar, o zalım, müdhiş zülmünə,  
Bir dəfə demədi, həvəsdi, bəsdi,  
Düşünən kəslərin başını kəsdi. 
 
O, nəsə andı, 
Birdən dayandı... 
Anladım onu, - 
Mən başa düşdüm 
Niyə birdən-birə tutulduğunu. 
O dözə bilmədi, birdən danışdı, 
Sonra dediyinə peşmanlamışdı. 
 
O susub dinməmiş, susarkən hələ  
Onun əsiriydi qəlbiniıı sözü. 
Dözmədi, partladı, 
öz əsirinə 
 
 
                                                 
*
 
O zaman Stalinə "ellər atası" deyərdilər

 


________________Milli Kitabxana______________ 
257 
 
Dönüb əsir oldu indi o, özü.  
Qorxuya düşmüşdü dediklərindən,  
O, birdən dayandı, o birdən susdu.  
Yəqin ki, çəkindi, o qorxdu məndən,  
Düşündü: "Bu şair bəlkə casusdu". 
 
Sənə tanış deyil bu hal, ey cavan,  
Qorxardıq doğmaca qardaşımızdan.  
Dədəsini satan az olmamışdı  
Yalnız yaşlılara bu hal tanışdı.  
Rütbə sata-sata, yer sata-sata,  
Çoxları hörmət də qazandı bol-bol.  
O vaxt şübhəliydi oğuldan ata,  
Gəlindən qaynana, atadan oğul.  
O vaxl susardılar xeyirdə, şərdə,  
İdrakı, vicdanı əzərdi şübhə.  
O zaman evlərdə, idarələrdə  
Qara kabus kimi gəzərdi şübhə.  
Yaman yeyin idi şübhənin atı,  
Hamımiz qul idik, o, bəydi ancaq.  
Birinin birinə münasibəti  
Şübhəydi, 
şübhəydi, 
şübhəydi ancaq! 
Odur ki, qorxardıq bir-birimizdən,  
Qorxu saçılardı gözlərimizdən. 
 
Düzlüyü, mərdliyi döşlədi qorxu,  
Bir əsər qalmadı vüqarımızdan.  
Elə canımıza işlədi qorxu,  
Axdı qan yerinə damarımızdan. 
 
Səhrada göyərən bir qanqal təki  
Bizim içimizdə kök atdı qorxu.  
Yalanla həqiqət arasındakı  
Halal sərhədləri dağıtdı qorxu.  
Boğub həqiqəti yalan öyündü, 
  


________________Milli Kitabxana______________ 
258 
 
Əsl mənasını itirdi söz də.  
Yalan üzümüzdə gülüşə döndü,  
Həqiqət ağladı ürəyimizdə. 
 
Yalanın hökmünə düz əyilincə  
Əyri pərvazlandı, əyri dağ aşdı.  
Həqiqət ürəkdən dilə gəlincə  
Yolda yetıniş dəfə mayallaq aşdı. 
 
Yəqin ki, düşündün bu dəm, ey cavan,  
Bəs qanun, bəs qayda yoxmuş o zaman?  
Cəllad nə istəsə edə bilərmiş,  
Ona hansı qanun, bu hökmü vermiş? 
 
Necə cavab verim sənə mən indi?  
İnsan hər zülmə, vallalı, dözəndi.  
Qanundan qorxmazdıq o illərdə biz,  
Adamdan qorxardıq, adamdan, yalnız. 
 
Mütləq hakiın idi o vaxt bircə baş,  
Onun iradəsi hər şeydi, ancaq.  
Adamlar qanuna deyil, a qardaş,  
Qanun bir adama tabeydi ancaq. 
 
- Bağışla, qızışdım, - söylədi 
birdən, - 
Özümü, sözümü bilmirəm hərdən.  
Bir yazıqlıq duydum onun səsində,  
Qəmbər də haqlıydı öz şübhəsində. 
 
Onun şübhəsini dağıdım - deyə  
Dediyi sözləri dəstəklədim mən: 
- O qənim kəsilib, - dedim, - ölkəyə, 
Cavidlər sürülüb öz Vətənindən.
*
 
 
 
  
                                                 
*
Hüseyn Cavid nəzərdə tutulur. 1937-ci ildə onu və onun kimi çoxlarını Sibirə sürgün etmişlər. 
  


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə