________________Milli Kitabxana______________
244
Boğazında düyüldü qəhər,
Saxladı özünü ana birtəhər.
- Bəs hara gedirsən herdən axşamlar?
- Körpələr evinə.
- Orda kimin var?
- Ora dayaq yerim, ümiid yerimdir.
Ordakı atılmış bütün körpələr
Elə bilirəm ki, nəvələrimdir.
Qoca söz demədi, bir siqar eşdi,
Mətləbi anladı, sozü dəyişdi.
Yenə danışdılar dağdan, arandan,
Hər kəs otağına keçdiyi zaman,
Qoca dedi: - Səndən bir xahişim var
Ora nə vaxt getsən məni də apar.
Küçənin bu tayı - Körpələr evi,
O tayj - qocalar sığınacağı.
İnsan möhtac olur başqalarına
Bir ömrün ilk çağı, bir də son çağı.
Möhtac olan vaxtda möhtacı atmaq?
Bu, hansı kitabda yazılıb, deyin?
Vicdanı unutmaq, insafı satmaq
Bəlkə, ölçüsüdür müasirliyin?
Bəzən babaları bəyənməyirık,
Bəzən biz onlara "cahil" deyirik.
İnsafı danana aman verməmək,
Yediyi çörəyə dal çevirməmək,
Sədaqət, dəyanət, düzlük, ədalər,
Etibar, kişilik, böyüyə hörmət,
Ulu babalardan mirasdır bizə,
Gəlin, bir də baxaq keçmişimizə...
Yaşlılar ölkəsi deyilir nədən
Ana vətənimiz Azərbaycana?
Bəs bunun səbəbi nə imiş, görən?
Həkimlər hərəsi yozdu bir yana.
Min bir təcrübədə, min bir oyunda,
________________Milli Kitabxana______________
245
Alimlər məhəyə vurdu bu sirri.
Biri havasında, biri suyunda,
Biri iqlimində gördü bu sirri.
Bir deyən olmadı: - Nə olub sizə?
Nədir bıı təcrübə, nədir bu sınaq?
Mən heyrət edirəm heyrətinizə,
İnsanın haqqıdır uzun yaşamaq!
Mənim də sözüm var: - Ey, dayanın siz,
Nədir bu təəccüb, nədir bu heyrət?
Düz deyil, düz deyil yozumlarınız,
İnsanı yaşadar insana hörmət!
Uzun yaşamağın sirri -
yurdumun
Nə torpağındadır,
Nə də suyunda.
Kiçiyə mərhəmət, böyüyə hörmət!
Səbəbi bundadır, səbəbi bunda!
Öz yaşına görə hamıya sayğı:
"Yol böyüyün, amma su kiçiyindi..."
Böyüyə ehtiram, kiçiyə qayğı
Yoxsa, bir cəhalət sayılır indi?
İnsan qocaldımı?
Başqalarından
Dönüb kömək umur dilsiz körpə tək.
Bilmirəm, alətıni, əşyamı insan,
Gərəksiz olanda atılsın gərək?
Atılmaq!
Kimsəyə gərək olmamaq!
Sən heç bilirsənmi bu nə deməkdir?
İnsanlıq admdan danışıb, ancaq
İnsanlıq adını ləkələməkdir.
Atalar, analar övladlarına
Ömürdən pay verir, candan pay verir.
Yandırır özünü baladan yana,
Tutub əlimizdən yol da göstərir.
________________Milli Kitabxana______________
246
Elə ki qocaldı, əl açır bizə,
Güvənir, sığmır köməyimizə.
Danır insan oğlu ötən illəri
Baxınca bu günün öz zirvəsindən.
Bir vaxt əlimizdən tutan əlləri
Bizə açılanda kəsirik bəzən...
Azdır belələri yaxşı ki, bizdə
Ancaq qorxuludur olsa da tək-tək.
Heç vaxt görünməyib ənənəmizdə
Böyüyün, kiçiyin haqqını kəsmək!
Həmişə öyrədib, öyrədir zaman:
Kökdən gəlməyəni yox etmək asan.
IV Fəsil
KÖRPƏLƏR EVİ
1
Atdı anasını ikinci oğul,
Anası bir kəlmə dedi: "Çox sağ ol!"
Nə desin taleyin sərəncamına.
Qocalar evinə sığındı ana.
O gedir bazara hər bazar günü,
Gah gül-çiçək alır, gah da oyuncaq.
Körpələr evinə atır özünü,
Gözləyir yolunu orda bir uşaq.
Körpələr evində hamı bir yana,
Çilli bir uşağa meylmi salmış.
Onu görən kimi basmış bağrınıa,
Demiş: - Sən atılmış, mən də atılmış.
O gündən bəri,
Bazar günləri,
Körpələr evində bir canlanma var,
Nənəni gözləyir bütün uşaqlar.
________________Milli Kitabxana______________
247
O çilli körpə,
Ürəyi sevgidən nisgilli körpə
O gündən bəri,
Gözləyir nənəni bazar günləri.
Körpələr evində bir toy-büsat var,
Uşaqlar sevinir, əylənir yenə.
Ürəyi nisgilli körpə balalar
Toplaşıb ananın yan-yörəsinə.
Dünyaya gələli onlar dünyadan
Yamanlıq görüblər, bəli, yamanlıq.
Yetimlər hər kəsdən yalnız hər zaman
Bir xoş baxış umar, bir mehribanlıq.
Hamıdan çəkinər, hamıdan hürkər,
Sınıq ürəkləri şüşədən kövrək.
Nə dəcəllik bilər, nə şıltaq bilər,
Onların baxışı inamsız, ürkək.
Onlar nə xoş sifət,
nə sığal görər.
Baxımsız bağlardan,
de, bağ olarmı?
Körpə şıltaq edər, ana götürər,
Anasız körpələr şıltaq olarmı?
Onlar dayələrdən məhəbbət umar,
Buna nə hövsələ, nə də macal var.
Atanın, ananın xətrinə ancaq
Tanış da, biliş də körpəni oxşar.
Onun etdiyini yad edə bilməz,
Dayənin xoş sözü, nəvazişi də
Körpə ürəkləri isidə bilməz.
Ana sevgisinə varmı bir əvəz?
Ana sevgisinə körpə həsrəti
Kim deyir ən böyük bir həsrət deyil!
Dayənin sığalı, adi hörməti
Vəzifə borcudur, məhəbbət deyil.
________________Milli Kitabxana______________
248
Uşaq ürəyini aldatmaq olmaz.
Yanılır o qəlbə qıyıb hökm edən.
Seçir,
körpə qəlbi həssasdır, həssas,
Əsl məhəbbəti saxta sevgidən.
Uşaq böyüdükcə
dərdi-səri də
Böyüyür özüylə birgə ilbəil.
Dayənin uşaqdan tələbləri də
Ancaq tərbiyədir, məhəbbət deyil.
Dəcəl körpələrin nazı, şıltağı
Dayənin gözündə qüsurdur, əlbət.
Ana məzəmməti, ata danlağı
Ancaq məhəbbətdir, ancaq məhəbbət!
Yaman kövrək olur, yamanca həssas
Yetim ürəklərin eşqi, fitrəti.
Bir ana qucağı, bir isti nəfəs
Onların ən böyük könül həsrəti!
Ürəyi həsrətlə şişib dolsa da,
Nə cürəti olar, nə cəsarəti.
Belədir...
Adları uşaq olsa da,
Uşaqlıq onların deyil qisməti.
Durarlar uzaqda, baxarlar gendən,
Gözlər intizarlı, baxışlar dərin.
Onların üzünə qərn kölgəsindən
Basılıb möhürü kimsəsizliyin.
Uşaq ürəyini aldatmaq olmaz,
Yanılır o, qəlbə qıyıb hökm edən.
Seçir,
uşaq qəlbi o qədər həssas,
Əsl məhəbbəti saxta sevgidən.
Dostları ilə paylaş: |