________________Milli Kitabxana______________
224
II Fəsil
QOCA
1
Ana tanıyıram iyirmi yaşından
Dul qaldı.
Bəlalar ötdü başından.
Dərdi qabaqladı.
Kədəri ötdü.
İki nər cüssəli bala böyütdü.
Biri çatan kimi on yeddisinə.
Səs verdi vətənin çağrış səsinə
Getdi od içinə.
Getdi,
Gəlmədi.
Gənc ömrü yarımçıq bitdi,
gəlmədi.
Ana kiçiyinə ümid bağladı,
Dərdini gizlətdi, gecə ağladı.
O, bircə arzuya, bircə niyyətə
Verdi ürəyini, verdi büsbütün.
Dözdü hər ağrıya, hər əziyyətə,
"Bir övlad böyütdü bir afət üçün".
Ona toy elədi.
Ömür yükündən
Sandı ki, azaddır bu gündən bəri.
Ancaq o bilmədi,
elə o gündən
Başlanır ən böyük müsibətləri.
Ana öz işini tamam bitirdi.
Bitirdi!
Hər şeyi, demək, itirdi.
Vəzifən bitdimi, borc ödəndimi,
Üz astara dönür, astar üzləşir.
________________Milli Kitabxana______________
225
Geyilib atılmış bir paltar kimi
İnsan da bu zaman gərəksizləşir.
Ayıra bilmədi yoxuşdan diki,
O, bunu bilmədi,
Nə biləydi ki,
Hər hökmün bitəcək iş-güc bitəndə,
Hörmətin itəcək hökmün itəndə.
Bir vaxt ayıldı ki, dəyişib yerlər,
Çömçə isti olub indi qazandan.
El ağzı -
fal ağzı
yaxşı deyirlər,
Köynək yaxın imiş ürəyə candan.
Bir vaxt ayıldı ki,
keçib iş işdən,
Baxışlar soyuyub, üz yaman dönüb.
Ana başa düşdü, bu tərpənişdən
Oğul da, deyəsən, anadan dönüb.
Gördü ki, hökmünü
O, bircə-bircə
İtirir...
Hörməti əlindən gedir.
Bir vaxt ayıldı ki, bu ilki sərçə
Bildirki sərçəyə civ-civ öyrədir.
Köhnəlik - qaynana.
Yenilik-gəlin!
Hərə öz fikrində haqlı,
həm doğru!
Gələn yeni ilə gedən köhnənin
Sonu görünməyən döyüşüdür bu.
Ana bu ocağa gəlin gələndən,
Bu qədim yuvada bir qayda vardı:
Gəlinlər oyanıb hamıdan erkən
________________Milli Kitabxana______________
226
Ərləri yedirib yola salardı.
Ana bu qaydanı müqəddəs bilir,
Ana bu qaydanı yaman güdürdü.
Ana bu qaydanı indi hər səhər
Təzə gəlinindən tələb edirdi.
Gəlinsə yatırdı doqquza qədər,
Oğul acqarına işə gedirdi.
Bir gün,
beş gün,
on gün!
Ötdü beləcə.
Ana nə danışdı,
Ana nə dindi.
Gördü ki, oğul da dinmir...
Bir gecə
Dözmədi...
Gəlinə yaman təpindi.
İki əqidənin, iki cəbhənin
Döyüşü başlandı sükutdan sonra.
Ana dözəmmədi...
Bu təzə gəlin
Təzə nırx qoyanda köhnə bazara.
Partladı ürəklər,
Açıldı üzlər.
Yaman qanad açdı latayır sözlər.
Gəlin qaynananı bükdü bucağa:
- Gözünü dünyaya yaxşı aç, - dedi.
İndi mən sahibəm, mən, bu ocağa.
İşə bax!
Yerliyə yersiz qaç - dedi.
Köməyə çağırdı ana oğlunu.
Oğul danışmadı...
Durdu kirimiş.
Ana bilmədi ki, bu imiş sonu,
________________Milli Kitabxana______________
227
Gəlin gələn kimi oğul itirmiş.
Ara verilmədi evdə davaya,
Ürəklər partladı qəzəbdən, kindən.
Oğul barış üçün girdi araya,
Heç biri dönmədi öz cəbhəsindəıı.
- Bizim zəmanədə belə deyildi.
- Saxla! Çoxdan bitib sənin zamanın.
Ana bilmədi ki,
Günəş əyildi,
Öz təzə hökmü var təzə dövranın.
Elə ki qocaldın,
Bil öz yerini!
Oynaya bilmirsən, göz yum hər şeyə.
Əlacın odur ki,
Gördüklərini
Vurasan həmişə görməməzliyə,
Bu da nöqsanıdır Qorqud Dədənin,
Dördcə naxışında yanıldı nəqqaş.
Oğulu anadan ayıran gəlin,
"Gəlin" yox,
"Ayıran" çağrılaydı kaş!
Oğul arvadına haqq verdi yüz yol,
Ananın könlündə düyünləndi daş.
Bir deyən olmadı, ay dönük oğul,
Axı, üz var idi, saqqal çıxmamış.
Ümidlər, arzular gördü talanmış,
Ayıran dırnağı ətdən ayırdı.
Bir deyən olmadı, a canıyanmış,
Axı, diş yox ikən dodaq ki vardı.
Gördü ki, bu oğul, o oğul deyil,
Gördü ki, umubmuş zərərdən xeyir.
Belin ağrısmı, gördü, bel deyil,
Kəmər inildəyib çəkmək istəyir.
________________Milli Kitabxana______________
228
Ürək ağrılarla dolub daşanda
İnsan başdan-başa gileyləşərmiş.
Yad qızı ocağa doğmalaşanda,
Doğmalar get-gedə ögeyləşərmiş.
Ana öz işini tamam bitirdi.
Bitirdi...
Hər şeyi, demək, itirdi.
Bu dünya belədir,
Baxmır fəryada.
Vaxt çatdı.
Köçünü çək yavaş-yavaş.
Vəzifən bitdimi sənin dünyada –
Özünü bitmiş bil, özünü, qardaş!
Bu dünya belədir,
Götürə bilmir
Saxta bir bəzəyi, saxta bir süsü.
Nəfs artıq tikəni ötürə bilmir
Gərəklik - insanın dəyər ölçüsü!
Gərək bilirlərsə dünyada səni,
Böyründə-başında dost görəcəksən.
Elə ki, itirdin gərəkliyini,
Dünyada hər şeyi itirəcəksən.
Yerləri astaca dəyişir zaman,
Baxmır nə fəryada, nə göz yaşına.
Dünənki məqamı əlindən çıxan
Dünəni bu günün qaxır baına:
- Səni bu dünyaya mən gətirmişəm,
Sənə döşlərimdən mən süd vermişəm.
Gecələr yatmadım yatasan deyə,
Böyüdüb çatdırdım səni ərsəyə.
Mən sənin həm atan, həm anan oldum,
Axırda beləcə aldanan oldum.
Anam özünə yad tutdun, oğul,
Borcunu nə yaman unutdun, oğul?
Dostları ilə paylaş: |