Bəybala xankiŞİyev şahrza əLİyev



Yüklə 4,91 Mb.
Pdf görüntüsü
səhifə117/134
tarix17.09.2018
ölçüsü4,91 Mb.
#68772
növüDərs
1   ...   113   114   115   116   117   118   119   120   ...   134

 

380 


 

– tətbiq edilən amortizasiya metodları; 

– tətbiq edilən faydalı istifadə müddətləri və ya amortizasiya dərəcələri

–  dövrün  əvvəlinə  və  sonuna  olan  ümumi  balans  dəyəri  və  yığılmış 

amortizasiya;  

– aşağıdakıları əks etdirmək üçün dövrün əvvəlinə və sonuna olan balans 

dəyərinin yoxlanılması: 

– artım fərqləri; 

– xaricolmalar; 

– müəssisələrin birləşməsi vasitəsilə əldə etmələr; 

– tanınan qiymətdən düşmə zərərləri; 

– hesabat verən təşkilatın xarici fəaliyyətinin təqdimat valyutasına keçməsi 

daxil  olmaqla,  maliyyə  hesabatlarının  əməliyyat  valyutasından  təqdimat 

valyutasına yenidən hesablanması nəticəsində yaranan xalis məzənnə fərqləri. 

Torpaq,  tikili  və  avadanlıqların  hər  bir  sinfi  üçün  maliyyə  hesabatlarında 

əlavə olaraq həmçinin aşağıdakılar açıqlanmalıdır: 

–  mülkiyyət  hüquqları  məhdud  olan  aktivlərin  mövcud  olması  və  onların 

balans  dəyərləri  və  həmçinin  öhdəliklər  üzrə  təminat  şəklində  girov  qoyulan 

torpaq, tikili və avadanlıqlara aid aktivlərin balans dəyərləri; 

–  torpaq,  tikili  və  avadanlıqların  inşası  müddətində  onların  balans 

dəyərində tanınan məsrəflərinin həcmi; 

–  torpaq,  tikili  və  avadanlıqların  əldə  edilməsi  üzrə  müqavilə 

öhdəliklərinin həcmi;  

–  maliyyə  fəaliyyətinin  nəticələri  haqqında  hesabata  daxil  edilmiş 

qiymətdən  düşmüş,  itirilmiş  və  ya  imtina  edilmiş  torpaq,  tikili  və  avadanlıq 

obyektləri üzrə üçüncü tərəflərdən əldə olunmuş kompensasiyanın məbləği. 

Əgər  torpaq,  tikili  və  avadanlıqlar  obyekti  yenidənqiymətləndirmə  dəyəri 

ilə təqdim edilərsə, bu zaman aşağıdakılar açıqlanmalıdır: 

– yenidən qiymətləndirmənin keçirilməsi tarixi; 

– müstəqil qiymətqoyma mütəxəssisinin cəlb edilib-edilməməsi; 




 

381 


 

– aktivin  ədalətli dəyərinin birbaşa olaraq fəal bazarda və ya əməliyyatın 

həyata keçirilməsində maraqlı olan, yaxşı məlumatlandırılmış və bir-birindən asılı 

olmayan  tərəflər  arasında  ən  son  əməliyyatlarda  müşahidə  oluna  bilən  bazar 

qiymətlərinə,  ya  da  digər  qiymətləndirmə  üsullarına  istinadən  müəyyənləşdirilmə 

dərəcəsi; 

– dövr ərzində baş vermiş dəyişiklikləri səhmdarlar və ya digər iştirak payı 

sahibləri  arasında  qalığın  bölüşdürülməsi  üzrə  hər  hansı  məhdudiyyətləri 

göstərərək yenidənqiymətləndirmə artımının məbləği; 

– müvafiq sinfə daxil olan torpaq, tikili və avadanlıqların hər bir maddələri 

üzrə bütün yenidən qiymətləndirilən mənfəətin məbləği;  

– müvafiq sinfə daxil olan torpaq, tikili və avadanlıqların hər bir maddələri 

üzrə bütün yenidən qiymətləndirilən zərərin məbləği. 

Seqment hesabatları 

Məlumatın açıqlanması: 

–  təşkilat  hər  bir  seqment  üçün  seqment  gəlirini  və  seqment  xərcini 

açıqlamalıdır. Büdcə ayırmaları və ya oxşar bölüşdürmələrdən, kənar mənbələrdən 

və  digər  seqmentlərlə  əməliyyatlardan  əldə  olunan  seqment  gəliri  hər  biri  ayrı-

ayrılıqda təqdim edilməlidir; 

– təşkilat seqment aktivlərinin ümumi balans dəyərini hər bir seqment üçün 

açıqlamalıdır; 

–  təşkilat  seqment  öhdəliklərinin  ümumi  balans  dəyərini  hər  bir  seqment 

üçün açıqlamalıdır; 

– seqment nəticəsinin açıqlanması tələb edilmir. 



Seqment üzrə əlavə məlumat 

Uçot siyasəti və izahlı qeydlərdə həm xidmət, həm də coğrafi seqmentlər 

üzrə aşağıdakı minimum məlumatın açıqlanması tələb olunur:  

–  hər  bir  təqdim  edilmiş  xidmət  seqmentinə  daxil  edilmiş  mal  və 

xidmətlərin növlərini; 

– hər bir coğrafi hesabat seqmentinin tərkibini;  




 

382 


 

–  xidmət  və  ya  coğrafi  seqmentlərin  qəbul  edilmədiyi  halda  onların 

xüsusiyyətini. 

Təşkilat  hər  bir  coğrafi  seqment  və  xidmət  seqmenti  üzrə  aşağıdakı 

məlumatlarını açıqlamalıdır: 

– seqment xərclərini; 

– seqment aktivlərinin ümumi balans dəyərini.  

Bir  neçə  dövr  ərzində  istifadə  edilməsi  nəzərdə  tutulan  seqment 

aktivlərinin  əldə  edilməsi  üçün  müvafiq  dövr  üzrə  ümumi  xərclər  (torpaq,  tikili, 

avadanlıqlar və qeyri-maddi aktivlər). 

Seqmentlərarası qiymətqoyma, köçürmələrin və onlarda baş verən istənilən 

dəyişikliyin əsası uçot siyasəti və izahlı qeydlərdə açıqlanmalıdır. 



Pul  vəsaitləri  yaratmayan  aktivlərin  qiymətdən  düşməsi  barədə 

məlumatın açıqlanması 

Təşkilat aktivlərin hər bir sinfi üzrə aşağıdakıları açıqlamalıdır: 

–  dövr  ərzində  mənfəət  və  ya  zərərdə  tanınmış  qiymətdəndüşmə 

zərərlərinin  məbləğini  və  həmin  zərərlərin  əks  olunduğu  maliyyə  fəaliyyətinin 

nəticələri haqqında hesabatın müvafiq maddələrini; 

–  dövr  ərzində  mənfəət  və  ya  zərərdə  tanınmış  qiymətdəndüşmə 

zərərlərinin  “storno”  edilmiş  məbləğini  və  həmin  zərərlərin  “storno”  olunduğu 

maliyyə fəaliyyətinin nəticələri haqqında hesabatın müvafiq maddələrini. 

Təşkilat  dövr  ərzində  tanınmış  və  ya  “storno”  edilmiş  hər  əhəmiyyətli 

qiymətdəndüşmə zərəri üzrə aşağıdakı informasiyanı açıqlamalıdır: 

–  qiymətdəndüşmə  zərərinin  tanınmasına  və  yaxud  “storno”  edilməsinə 

səbəb olan hadisə və şərtləri; 

–  tanınmış  və  yaxud  “storno”  edilmiş  qiymətdəndüşmə  zərərinin 

məbləğini; 



Ümumi Dövlət Sektoru haqqında maliyyə məlumatının açıqlanması 

Açıqlamalar 

Ümumi dövlət sektoru üzrə təqdim edilən açıqlamalar aşağıdakıları  əhatə 

etməlidir: 



Yüklə 4,91 Mb.

Dostları ilə paylaş:
1   ...   113   114   115   116   117   118   119   120   ...   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə