Bəybala xankiŞİyev şahrza əLİyev



Yüklə 4,91 Mb.
Pdf görüntüsü
səhifə38/134
tarix17.09.2018
ölçüsü4,91 Mb.
#68772
növüDərs
1   ...   34   35   36   37   38   39   40   41   ...   134

119 

 

hazırlanması, büdcənin tərtib edilməsi, büdcənin icrası, büdcənin icrası ilə əlaqədar 



olan  maliyyə  əməliyyatları,  büdcənin  icrası  üzrə  əməliyyatların  uçotu  və  maliyyə 

informasiya sistemi, auditor xidməti kimi əsas funksiyaları həvalə edilir. 

Azərbaycan  Respublikası  Maliyyə  Nazirliyinin  Dövlət  Xəzinədarlığı 

Agentliyi fəaliyyət istiqamətlərinə uyğun olaraq aşağıdakı vəzifələri həyata keçirir: 

–  hər  il  növbəti  büdcə  ili  üzrə  dövlət  büdcəsinin  və  icmal  büdcənin 

layihələrinin və sonrakı üç il üçün icmal büdcənin göstəricilərinin hazırlanmasında 

iştirak  etmək,  büdcənin  icrasına  dair  hesabat  sənədlərini  hazırlamaq  və  dövlət 

büdcəsinin kassa icrasını həyata keçirmək

–  dövlət  büdcəsinin  icrası  üzrə  xəzinə  əməliyyatlarının  uçotu  və  hesabatı 

işlərinin təşkilinə metodiki rəhbərliyi həyata keçirmək; 

–  dövlət  büdcəsinə  bütün  daxilolmalar,  büdcədənkənar  haqlar  (ödənişlər), 

büdcədənkənar  dövlət  fondları  (Azərbaycan  Respublikası  Dövlət  Neft  Fondunun 

gəlirləri, əməliyyat xərcləri, beynəlxalq banklarda və digər maliyyə institutlarında 

vəsaitin yerləşdirilməsi ilə bağlı xərclər istisna olmaqla), məqsədli büdcə fondları, 

dövlət  büdcəsinin  kəsirinin  bağlanması  üçün  dövlət  təminatı  ilə  alınmış  kreditlər 

üzrə  maliyyə  əməliyyatlarını  və  digər  dövlət  maliyyə  əməliyyatlarını 

qanunvericiliklə müəyyən edilmiş qaydalara uyğun olaraq həyata keçirmək

– büdcəyə daxilolmaların vəziyyətindən asılı olaraq və büdcə kəsiri nəzərə 

alınmaqla  (müdafiə  olunan  xərc  maddələri  istisna  olmaqla)  təsdiq  edilmiş  dövlət 

büdcəsində nəzərdə tutulmuş xərcləri maliyyələşdirmək; 

– dövlət büdcəsi vəsaitinin idarə edilməsinin, o cümlədən mərkəzləşdirilmiş 

xərclər  üzrə  nəzərdə  tutulmuş  resurslardan  istifadənin  səmərəliliyinin  təmin 

edilməsi məqsədilə maliyyə planlaşdırılmasını həyata keçirmək; 

–  müəyyən  olunmuş  qaydada,  lakin  dövlət  büdcəsinin  təsdiq  olunmuş 

göstəricilərindən artıq olmamaq şərtilə büdcə xərcləri üzrə dövlətin adından büdcə 



120 

 

təşkilatları qarşısında öhdəlik götürmək, bu öhdəliklər çərçivəsində alınmış mal, iş 



və xidmətləri xəzinə uçotuna qəbul etmək və kassa xərcləri aparmaq

–  ehtiyat  fondlarından  vəsaitin  Azərbaycan  Respublikası  Prezidentinin  və 

Azərbaycan  Respublikası  Nazirlər  Kabinetinin  müəyyən  etdiyi  təyinatlar  üzrə 

yönəldilməsini təmin etmək; 

–  dövlət  büdcəsindən  maliyyələşən  təşkilatların  sifarişi  və  məxaric 

cədvəllərinə  əsasən  onların  xərc  smetalarında  nəzərdə  tutulmuş  vəsait  həddində 

maliyyələşməsini həyata keçirmək; 

–  dövlət  büdcəsində  büdcə  kəsirinin  örtülməsi  üçün  nəzərdə  tutulmuş 

maliyyələşmə mənbələrindən istifadə etmək; 

– dövlət maliyyəsindən istifadə sahəsində şəffaflığı təmin etmək məqsədilə 

dövlət büdcəsindən maliyyələşən bütün idarə, müəssisə və təşkilatlar üzrə maliyyə 

əməliyyatlarının müvafiq uçot qaydalarına uyğun uçotunu aparmaq; 

–  dövlət  büdcəsinin  icrasına  dair  hesabatın  layihəsini  və  icmal  hesabatı 

hazırlamaq; 

–  dövlət  büdcəsində  nəzərdə  tutulmuş  tədbirlərin  maliyyələşdirilməsi  üzrə 

ayrılan  vəsaitlərdən  təyinatı  üzrə  istifadə  olunmasına,  habelə  büdcədənkənar 

vəsaitlərin təsdiq edilmiş smetaya uyğun istifadəsinə dövlət büdcəsinin kassa icrası 

prosesində cari nəzarəti həyata keçirmək; 

–  rayon,  şəhər  üzrə  maliyyə  idarələrinin  və  şöbələrinin  xəzinədarlıq 

strukturlarında  və  regional  (zona)  xəzinədarlıq  orqanlarında  xəzinə  işlərinin 

müvafiq  qaydalara  uyğun  qurulmasına,  büdcə  vəsaitinin  hərəkətinin  xəzinə 

hesablarında  düzgün  əks  etdirilməsinə,  mövcud  kredit  resursu  və  büdcə  limiti 

həddinin  gözlənilməsi  prinsipinə  əməl  edilməsinə,  ödəniş  üçün  əsas  olan 

təsdiqedici  sənədlərin  mövcud  qanunvericiliyə  uyğunluğuna  operativ  nəzarəti 

təmin etmək; 



121 

 

  –    xəzinə  işlərinin  normativ  sənədlərin  tələblərinə  uyğun  təşkilinin  və 



aparılmasının icra vəziyyətini yoxlamaq

 

–  qabaqcıl  beynəlxalq  təcrübə  nəzərə  alınmaqla,  Agentliyin  fəaliyyətində 



elmi-texniki nailiyyətlərin tətbiq edilməsini təmin etmək; 

 

–  Agentlik  tərəfindən  xidmət  göstərilən  büdcə  təşkilatları  ilə  rayon,  şəhər 



üzrə  maliyyə  idarələrinin  və  şöbələrinin  xəzinədarlıq  strukturları  və  regional 

(zona)  xəzinədarlıq  orqanları  arasında  hərəkət  edən  maliyyə  resurslarının  dövri 

üzləşdirilməsini həyata keçirmək; 

 

–  qanunvericiliyə  uyğun  olaraq  dövlət  sirrinin  və  məxfilik  rejiminin 



qorunması  üçün  zəruri  tədbirlər,  habelə  fəaliyyət  istiqamətlərinə  uyğun 

təhlükəsizlik tədbirlərini görmək; 

 

–  rayon,  şəhər  üzrə  maliyyə  idarələrinin  və  şöbələrinin  xəzinədarlıq 



strukturlarının və regional (zona) xəzinədarlıq orqanlarının proqram vasitələri ilə 

təmin olunmasına əməli köməklik göstərmək; 

 

–  büdcə  təşkilatları  tərəfindən  alınan  mal,  iş  və  xidmətləri  xəzinə  hesab 



kitablarında uçota almaq

 

–  dövlət  xəzinədarlığının idarəedilməsi  sahəsində  normativ  tənzimləmənin 



həyata  keçirilməsi  ilə  bağlı  Azərbaycan  Respublikasının  Maliyyə  Nazirliyinə 

təkliflər vermək. 

Azərbaycan  Respublikası  Maliyyə  Nazirliyinin  Dövlət  Xəzinədarlığı 

Agentliyi öz vəzifələrini yerinə yetirmək üçün aşağıdakı hüquqlara malikdir: 

 

–  mərkəzləşdirilmiş  xərclərin  kassa  icrası  prosesində  öz  səlahiyyətləri 



daxilində  cari  nəzarətin  həyata  keçirilməsi,  maliyyə  planlaşdırılması  və  dövlət 

büdcəsindən  xərclərin  maliyyələşdirilməsi  üçün  büdcə  təşkilatlarından  zəruri 

sənədləri almaq;    

 

– dövlət büdcəsinin icrası ilə əlaqədar olaraq yerli və ya mərkəzləşdirilmiş 



xərclərdən  maliyyələşən  nazirlik,  komitə,  şirkət,  baş  idarə  və  idarələrdən 

hesabatların vaxtında təqdim edilməsini tələb etmək və onları icmallaşdırmaq; 




Yüklə 4,91 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə