360
hesabları”, 105 №-li “Pul vəsaitlərinin ekvivalentləri” hesablarının kreditində əks
etdirilir.
Cəmi xaricolmalar sətrində təşkilatın hesabat dövrü və əvvəlki dövr üzrə
yuxarıda göstərilən sətirlər üzrə xaricolmaların cəmi əks etdirilir.
Maliyyələşdirmə fəaliyyətlərindən yaranan pul vəsaitlərinin xalis hərəkəti
sətrində cəmi daxilolmalar sətrində göstərilmiş məbləğdən cəmi xaricolmalar
sətrində göstərilmiş məbləğlər çıxılmaqla alınan məlumat əks etdirilir.
361
13.4. Pul vəsaitləri və onların ekvivalentlərinin xalis artması (azalması) üzrə
hesabat
Pul vəsaitləri və onların ekvivalentlərinin xalis artması (azalması)
bölməsində pul vəsaitlərinin hərəkəti barədə aşağıdakı sətirlər üzrə
ümumiləşdirilmiş məlumatlar göstərilməlidir:
– Pul vəsaitləri və onların ekvivalentlərinin xalis artması (azalması);
– Pul vəsaitləri və onların ekvivalentləri üzrə ilin əvvəlinə olan qalıq;
– Pul vəsaitləri və onların ekvivalentləri üzrə ilin sonuna olan qalıq.
Pul vəsaitləri və onların ekvivalentlərinin xalis artması (azalması)
sətrində təşkilatın hesabat dövrü üzrə və əvvəlki dövr üzrə əməliyyat
fəaliyyətlərindən
yaranan
pul
vəsaitlərinin
xalis
hərəkəti,
investisiya
fəaliyyətlərindən yaranan pul vəsaitlərinin xalis hərəkəti və maliyyələşdirmə
fəaliyyətlərindən yaranan pul vəsaitlərinin xalis hərəkəti sətirlərində göstərilən
məbləğlərin cəmi əks etdirilir.
Pul vəsaitləri və onların ekvivalentləri üzrə ilin əvvəlinə olan qalıq
sətrində təşkilatın hesabat dövrü üzrə və əvvəlki dövr üzrə ilin əvvəlinə “Maliyyə
vəziyyəti haqqında hesabat” formasına əsasən 10 №-li “Pul vəsaitləri və onların
ekvivalentləri” maddəsi üzrə qalıq məbləği əks etdirilir.
Pul vəsaitləri və onların ekvivalentləri üzrə ilin sonuna olan qalıq
sətrində təşkilatın hesabat dövrü üzrə və əvvəlki dövr üzrə ilin sonuna “Maliyyə
vəziyyəti haqqında hesabat” formasına əsasən 10 №-li “Pul vəsaitləri və onların
ekvivalentləri” maddəsi üzrə qalıq məbləği əks etdirilir.
İlin sonuna qalıq məbləği pul vəsaitləri və onların ekvivalentlərinin xalis
artması (azalması) və pul vəsaitləri və onların ekvivalentləri üzrə ilin əvvəlinə olan
qalıq sətirlərində əks olunan məbləğlərin cəminə bərabər olmalıdır.
362
XIV FƏSİL. Büdcə təşkilatlarında uçot siyasəti və izahlı qeydlər
14.1. Uçot siyasəti və izahlı qeydlərin məzmunu, 14.2. Uçot siyasətinin təqdim edilməsi, 14.3. Maliyyə
hesabatlarında göstərilməyən, Milli Mühasibat Uçotu Standartları ilə tələb olunan informasiyanın
açıqlanması, 14.4. Büdcə təşkilatlarının maliyyə hesabatlarında göstərilməyən uçot siyasəti və uçot
qiymətləndirilmələrində olan dəyişikliklərin açıqlanması.
14.1. Uçot siyasəti və izahlı qeydlərin məzmunu
Maliyyə hesabatlarının əsas tərkib hissələrindən biri olan “Əhəmiyyətli
uçot siyasətləri və izahlı qeydlər” tərtibi üzrə tələblər Azərbaycan Respublikası
Maliyyə Nazirliyinin 13 yanvar 2009-cu il tarixli İ-05 nömrəli əmri ilə təsdiq
edilmiş Büdcə Təşkilatları üçün müvafiq Milli Mühasibat uçotu Standartları ilə
müəyyən edilmişdir.
Maliyyə hesabatlarının istifadəçiləri və bu hesabatların anlaşıla bilməsi və
onların digər təşkilatların maliyyə hesabatları ilə müqayisə edilə bilməsi üçün
“Əhəmiyyətli uçot siyasətləri və izahlı qeydlər” göstərilən informasiya aşağıdakı
kimi təqdim olunmalıdır:
– büdcə Təşkilatları üçün Milli Mühasibat Uçotu Standartlarına
uyğunluğun açıqlanması;
– tətbiq edilmiş əhəmiyyətli uçot siyasətinin xülasəsi;
– maliyyə vəziyyəti haqqında hesabat, maliyyə fəaliyyətinin nəticələri
haqqında hesabat, xalis aktivlər/kapitalda dəyişikliklər haqqında hesabat və pul
vəsaitlərinin hərəkəti haqqında hesabatın və bu hesabatlarda hər bir maddənin
təqdim edilməsi qaydasında əks etdirilən maddələr üzrə köməkçi informasiya;
– müvafiq standartlarla tələb olunan digər açıqlamalar.
Dövlət büdcəsindən maliyyələşən təşkilat tərəfindən hesabat dövrü ərzində
maliyyə hesabatlarının tərtib olunması zamanı “Əhəmiyyətli uçot siyasətləri və
izahlı qeydlər”in quruluşu aşağıdakı kimi qruplaşdırılır:
363
– maliyyə hesabatlarının hazırlanması zamanı istifadə edilmiş uçot siyasəti
haqqında informasiya təqdim edilməlidir;
– maliyyə vəziyyəti haqqında hesabat, maliyyə fəaliyyətinin nəticələri
haqqında hesabat, xalis aktivlər/kapitalda dəyişikliklər haqqında hesabat və pul
vəsaitlərinin hərəkəti haqqında hesabatda göstərilməyən, lakin Büdcə Təşkilatları
üçün Milli Mühasibat Uçotu Standartları ilə tələb olunan informasiya
açıqlanmalıdır;
– maliyyə vəziyyəti haqqında hesabat, maliyyə fəaliyyətinin nəticələri
haqqında hesabat, xalis aktivlər/kapitalda dəyişikliklər haqqında hesabat və pul
vəsaitlərinin hərəkəti haqqında hesabatda göstərilməyən, lakin bu hesabatların hər
birinin anlaşıla bilməsi üçün zəruri olan əlavə informasiya təqdim edilməlidir.