367
Təşkilat uçot siyasəti və izahlı qeydlərdə xalis aktivlər/kapitalda
dəyişikliklər haqqında hesabatda göstərilən məlumatları aşağıdakı kimi
açıqlamalıdır:
– mülkiyyətçilərin statusu çərçivəsində fəaliyyət göstərən mülkiyyətçilərə
edilən bölüşdürmələri ayrıca açıqlamaqla, onlarla aparılan əməliyyatların
məbləğləri;
– hesabat dövrünün əvvəlinə və sonuna yığılmış mənfəət və ya zərər və
dövr ərzində dəyişikliklər;
– hesabat dövrünün əvvəlinə və sonuna olan xalis aktivlərin/kapitalın
komponentinin balans dəyəri və dövr ərzində dəyişikliklər.
Xalis aktivlər/kapitalda dəyişikliklər haqqında hesabatda uçot siyasətinin
dəyişdirilməsi və səhvlərin düzəldilməsi nəticəsində xalis aktivlər/kapitalın hər bir
komponentinə edilən ümumi düzəlişlər ayrıca açıqlanmalıdır;
Göstərilən dəyişikliklərin həyata keçirilməsi üçün retrospektiv düzəlişlər
tələb edildikdə və ya bölüşdürülməmiş mənfəətin (ödənilməmiş zərərin) qalıqları
üçün retrospektiv düzəlişlərə və retrospektiv yenidən təqdim etmələrə ehtiyac
yarandıqda bu düzəlişlər təqdim olunan hər keçmiş dövr və hesabat dövrünün
əvvəli üçün açıqlanmalıdır.
Uçot siyasəti və izahlı qeydlərdə pul vəsaitləri və onların
ekvivalentlərinin komponentləri haqqında hesabatla bağlı təqdim edilməli
olan informasiya:
Uçot siyasəti və izahlı qeydlərdə təşkilat, pul vəsaitləri və onların
ekvivalentlərinin komponentlərini açıqlamalı və pul vəsaitlərinin hərəkəti haqqında
hesabatda təqdim edilmiş məbləğlərin balans hesabatında göstərilmiş ekvivalent
məbləğlərlə uyğunluğu açıqlanmalıdır.
Bu məqsədə nail olmaq üçün təşkilat “Pul vəsaitlərinin hərəkəti haqqında
hesabat forması”nda təqdim edilmiş aşağıdakı maddələri açıqlamalıdır:
– bank overdraftları çıxılmaqla pul vəsaitləri və onların ekvivalentlərinin
ilin əvvəlinə olan məbləği;
368
– il ərzində pul vəsaitləri və onların ekvivalentlərinin məbləğinin xalis, o
cümlədən fəaliyyətlər üzrə artması (azalması);
– xarici valyutaların məzənnələrinin dəyişməsinin təsiri;
– bank overdraftları çıxılmaqla pul vəsaitləri və onların ekvivalentlərinin
ilin sonuna olan məbləği.
369
14.4. Büdcə təşkilatlarının maliyyə hesabatlarında göstərilməyən uçot siyasəti
və uçot qiymətləndirilmələrində olan dəyişikliklərin açıqlanması
Uçot siyasəti. Məlumatın açıqlanması
Büdcə Təşkilatları üçün Milli Mühasibat Uçotu Standartının ilkin olaraq
tətbiq edilməsi cari hesabat dövrünə və ya hər hansı keçmiş hesabat dövrünə təsir
göstərdikdə və yaxud gələcək hesabat dövrlərinə təsir göstərə biləcəyi halda,
düzəlişin məbləğini müəyyənləşdirmək mümkün olmadığı hal istisna olmaqla,
aşağıdakı məlumatlar açıqlanmalıdır:
– Büdcə Təşkilatları üçün Milli Mühasibat Uçotu Standartının adı;
– uçot siyasətində dəyişikliyin xarakteri;
– cari dövr və təqdim edilmiş hər əvvəlki dövr üçün mümkün olan
dərəcədə maliyyə hesabatlarının təsirə məruz qalmış hər maddəsi üzrə düzəlişlərin
məbləği;
– düzəlişlərin təqdim edilmiş dövrlərdən əvvəlki dövrlərə aid məbləği.
Uçot qiymətləndirmələrində dəyişikliklər. Məlumatın açıqlanması
Dəyişikliyin təsirini qiymətləndirmək qeyri-mümkün olduğu hallar istisna
olmaqla, təşkilat, cari hesabat dövrünə təsir göstərmiş və ya gələcək hesabat
dövrlərinə təsir göstərəcəyi ehtimal edilən uçot qiymətləndirmələrində dəyişikliyin
mahiyyətini və məbləğini açıqlamalıdır.
Səhvlər:
Səhvlər maliyyə hesabatları elementlərinin tanınması, ölçülməsi, təqdim
edilməsi və ya açıqlanması üzrə yarana bilər. Təşkilatın maliyyə vəziyyətinin,
maliyyə fəaliyyətinin və ya pul vəsaitləri hərəkətinin müəyyən şəkildə təqdimatına
nail olmaq üçün maliyyə hesabatlarında qəsdən əhəmiyyətli və ya əhəmiyyətsiz
səhvlər buraxıldıqda, bu maliyyə hesabatları Büdcə Təşkilatları üçün Milli
Mühasibat Uçotu Standartına uyğun hesab edilmir. Cari hesabat dövründə aşkar
edilmiş bu dövrün ehtimal edilən səhvləri maliyyə hesabatı dərc olunmaq üçün
təsdiq edilənədək düzəldilməlidir.
370
Əhəmiyyətli səhvlər növbəti hesabat dövrünədək aşkar edilmədiyindən, bu
səhvlər növbəti hesabat dövrünün maliyyə hesabatlarında təqdim edilmiş
müqayisəli məlumatlarda düzəldilməlidir.
Təşkilatın keçmiş hesabat dövrünün əhəmiyyətli səhvləri aşkar edildikdən
sonra təşkilat tərtib edilmiş maliyyə hesabatlarında bu səhvləri düzəltməklə
müqayisəli informasiyanı yenidən təqdim etməlidir.
Xarici valyuta məzənnələrində dəyişikliklərin təsiri. Məlumatın
açıqlanması
Təşkilat aşağıdakı məlumatları açıqlamalıdır:
– Maliyyə alətləri: maliyyə fəaliyyətinin nəticələri haqqında hesabatda
ədalətli dəyərlə qiymətləndirilən maliyyə alətləri üzrə yaranan məzənnə fərqləri
istisna olmaqla, mənfəət və ya zərərdə tanınan məzənnə fərqlərinin məbləğini;
– kapitalın ayrıca komponenti kimi təsnifləşdirilən xalis məzənnə fərqləri
və belə məzənnə fərqlərinin dövrün əvvəlinə və dövrün sonuna olan məbləğlərinin
açıqlanması.
Hesabat verən təşkilatın və ya əhəmiyyətli xarici əməliyyatın əməliyyat
valyutasında dəyişiklik olarsa, bu fakt və həmin dəyişikliyin səbəbi açıqlanmalıdır.
Borclara aid edilən xərclər üzrə məlumatın açıqlanması
Maliyyə hesabatlarında borclar üzrə aşağıdakı məlumatlar açıqlanmalıdır:
– borclar üzrə məsrəflərlə bağlı qəbul edilən uçot siyasətində yanaşmalar;
– dövr ərzində kapitallaşdırılan borclar üzrə məsrəflərin məbləği.
Birləşdirilmiş (konsolidə edilmiş) və fərdi maliyyə hesabatlarında
məlumatın açıqlanması
Birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarında aşağıdakı
məlumatlar açıqlanmalıdır:
– nəzarət edilən təşkilatların siyahısı;
– nəzarətin mövcud olmasına dair izahat;
– nəzarət edilən təşkilatın maliyyə hesabatları birləşdirilmiş (konsolidə
edilmiş) maliyyə hesabatlarının hazırlanması üçün istifadə olunduqda və o, nəzarət
edən təşkilatın maliyyə hesabatlarından fərqli tarixə və ya fərqli dövr üzrə tərtib
Dostları ilə paylaş: |