364
14.2. Uçot siyasətinin təqdim edilməsi
Мaliyyə hesabatlarının hazırlanması zamanı uçot siyasətinin konkret
aspektləri haqqında məlumat maliyyə hesabatlarının ayrıca komponenti kimi
təqdim edilir. Təşkilatın təqdim etdiyi uçot siyasətində aşağıdakılar əks
etdirilməlidir:
–
maliyyə
hesabatlarının
hazırlanmasında
istifadə
olunmuş
qiymətləndirmənin əsasları;
– maliyyə hesabatlarında bir neçə qiymətləndirmə əsası istifadə edildikdə,
qiymətləndirmə əsasına müvafiq olaraq aktivlərin və öhdəliklər kateqoriyasının
kifayət qədər göstərilməsi;
– maliyyə hesabatlarının düzgün anlaşılması üçün zəruri hesab olunan uçot
siyasəti.
Büdcə Təşkilatları üçün Milli Mühasibat Uçotu Standartlarının xüsusi
olaraq tələb etmədiyi, lakin, “Uçot siyasəti, Uçot qiymətləndirmələrində
dəyişikliklər və səhvlər” adlı Büdcə Təşkilatları üçün 3 №-li Milli Mühasibat
Uçotu Standartına uyğun olaraq seçilən və tətbiq edilən hər bir əhəmiyyətli uçot
siyasətinin açıqlanması tələb edilir.
Təşkilat
uçot siyasətində qiymətləndirmələrdən əlavə maliyyə
hesabatlarına görə məsul olan şəxslərin qəbul etdiyi və maliyyə hesabatlarında
tanınmış məbləğlərə əhəmiyyətli dərəcədə təsir göstərən qərarları açıqlamalıdır.
– təşkilatın hüquqi ünvanı və hüquqi forması, eləcə də, onun fəaliyyət
göstərdiyi hüquq müstəvisi;
– təşkilat əməliyyatlarının və fəaliyyətinin əsas növlərinin xarakterinin
təsviri;
– qrupun bilavasitə və son nəticədə tabe olduğu əsas təşkilatların adları;
– hesabat dövrü ərzində işçilərin orta sayı.
365
14.3. Maliyyə hesabatlarında göstərilməyən, Milli Mühasibat Uçotu
Standartları ilə tələb olunan informasiyanın açıqlanması
Uçot siyasəti və izahlı qeydlərdə maliyyə vəziyyəti haqqında hesabatla
bağlı təqdim edilməli olan informasiya
Təşkilat maliyyə vəziyyəti haqqında hesabatda hər bir təqdim edilən
maddəni onun uçot siyasəti və izahlı qeydlərində təşkilatın əməliyyatlarına
müvafiq olaraq yarımsiniflərə bölməlidir. Uçot siyasəti və izahlı qeydlərdə maliyyə
vəziyyətinə dair hesabatdakı məlumatların təfərrüatı ilə açıqlanması Büdcə
Təşkilatları üçün Milli Mühasibat Uçotu Standartlarının tələblərindən və göstərilən
maddələrin xarakterindən, funksiyasından və onların məbləğlərinin həcmindən
asılıdır. Təşkilat səhm kapitalına malik olmadıqda, maliyyə vəziyyətinə dair
hesabatda göstərilən xalis aktivləri (kapitalı) uçot siyasəti və izahlı qeydlərdə
aşağıdakı kimi ayrı-ayrılıqda açıqlamalıdır:
– Təşkilata məxsus nizamnamə kapitalının nominal dəyərindən onun
ödənilməmiş hissəsi çıxılmaqla müəyyən edilən ödənilmiş nizamnamə kapitalı;
– Ehtiyat fondları, o cümlədən xalis aktivlər/kapital çərçivəsində hər bir
ehtiyat fondunun xüsusiyyəti və məqsədinin təsviri;
– Bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər).
Təşkilat səhm kapitalına malik olduğu zaman uçot siyasəti və izahlı
qeydlərdə aşağıdakı informasiyanı açıqlamalıdır:
– hər bir sinif üzrə səhm kapitalının dəyəri;
– buraxılacaq səhmlərin sayı;
– buraxıldıqdan sonra tam ödənilmiş və tam ödənilməmiş səhmlərin sayı;
– səhmin nominal dəyəri və ya səhmlərin nominal dəyərə malik
olmadığının açıqlanması;
– hesabat dövrünün əvvəlində və sonunda dövriyyədə olan səhmlərin
sayının üzləşdirilməsi;
366
– müvafiq sinfə aid hüquqlar, imtiyazlar və məhdudiyyətlər, həmçinin
dividendlərin bölüşdürülməsi və kapitalın geri qaytarılmasına dair məhdudiyyətlər;
– təşkilatın həmin təşkilat, onun törəmə və ya asılı müəssisələri tərəfindən
saxlanılan səhmləri.
Təşkilatın xalis aktivlər (kapital) çərçivəsində hər bir kapital ehtiyatının
xüsusiyyətləri və məqsədi açıqlanmalıdır.
Uçot siyasəti və izahlı qeydlərdə maliyyə fəaliyyətinin nəticələri
haqqında hesabatla bağlı təqdim edilməli olan informasiya
Gəlir və xərc maddələri əhəmiyyətli olduqda, onların xüsusiyyətləri və
məbləğləri ayrıca açıqlanmalıdır.
Təşkilat uçot siyasəti və izahlı qeydlərdə maliyyə fəaliyyətinin nəticələri
haqqında hesabatda göstərilmiş təsnifləşdirilmiş məcmu gəliri yarımmaddələrə
bölməklə təqdim etməlidir.
Təşkilat uçot siyasəti və izahlı qeydlərdə maliyyə fəaliyyətinin nəticələri
haqqında hesabatda göstərilmiş məcmu xərclərin xarakterinə görə təsnifatı
əsasında təhlilini təqdim etməlidir.
Maliyyə fəaliyyətinin nəticələri haqqında hesabatda xərclər xarakterinə
görə aşağıdakı kimi təsnifləşdirilməklə əks etdirilir:
– istifadə edilmiş materialların dəyəri;
– tikili və avadanlıqların amortizasiyası;
– əmək haqqı və sosial sığorta xərcləri;
– sair xərclər.
Xarakterinə görə təsnifləşdirilmiş xərclərin təhlili maliyyə fəaliyyətinin
nəticələri haqqında hesabatda göstərilmiş xərclərin hər bir maddəsi üzrə ayrı-
ayrılıqda aparılır.
Uçot siyasəti və izahlı qeydlərdə xalis aktivlər/kapitalda dəyişikliklər
haqqında hesabatla bağlı təqdim edilməli olan informasiya
Dostları ilə paylaş: |