356
– sığorta şirkətinin sığorta mükafatları və ya iddialar, annuitetlər və digər
müavinət siyasətləri üzrə pul vəsaitlərinin daxilolmaları və ödənişləri;
– əməliyyat fəaliyyəti ilə əlaqədar olan müvafiq vergilərin, tədiyələrin
ödənilməsi ilə bağlı pul vəsaitlərinin ödənişləri;
– məhkəmə prosesləri ilə əlaqədar pul vəsaitlərinin ödənişləri;
– büdcəyə qaytarılan vəsait.
Birja,
qeyri-birja
və
sair
əməliyyatlara aid edilən əməliyyat
fəaliyyətlərindən yaranan pul vəsaitlərinin xaricolmaları 101 №-li “kassa”, 103 №-
li “Bankda olan hesablaşma hesabları”, 104 №-li “Tələblərə əsasən verilən digər
bank hesabları”, 105 №-li “Pul vəsaitlərinin ekvivalentləri” hesablarının kreditində
əks etdirilir.
Cəmi xaricolmalar sətrində təşkilatın hesabat dövrü və əvvəlki dövr üzrə
yuxarıda göstərilən sətirlər üzrə xaricolmaların cəmi əks etdirilir.
Əməliyyat fəaliyyətlərindən yaranan pul vəsaitlərinin xalis hərəkəti
sətrində cəmi daxilolmalar sətrində göstərilmiş məbləğdən cəmi xaricolmalar
sətrində göstərilmiş məbləğlər çıxılmaqla alınan məlumat əks etdirilir.
357
13.2. İnvestisya fəaliyyətlərindən yaranan pul vəsaitlərinin hərəkəti üzrə
hesabat
İnvestisiya fəaliyyətlərindən yaranan pul vəsaitlərinin hərəkəti bölməsində
aşağıdakı sətirlər üzrə pul vəsaitlərinin daxilolmaları barədə ümumiləşdirilmiş
məlumatlar göstərilməlidir:
–
torpaq, tikili və avadanlıqların, qeyri-maddi və digər uzunmüddətli
aktivlərin satılmasından əldə olunan pul vəsaitləri;
–
digər
tərəflərə
təqdim
edilmiş avansların və kreditlərin
qaytarılmasından
pul
vəsaitlərinin
daxilolmaları
(maliyyə
institutlarının avans və kreditləri istisna olmaqla);
–
investisiyanın satılmasından gəlirlər.
Birja, qeyri-birja və sair əməliyyatlara aid edilən investisiya
fəaliyyətlərindən yaranan pul vəsaitlərinin daxilolmaları 101 №-li “kassa”, 103 №-
li “Bankda olan hesablaşma hesabları”, 104 №-li “Tələblərə əsasən verilən digər
bank hesabları”, 105 №-li “Pul vəsaitlərinin ekvivalentləri” hesablarının debetində
əks etdirilir.
Cəmi daxilolmalar sətrində təşkilatın hesabat dövrü və əvvəlki dövr üzrə
yuxarıda göstərilən sətirlər üzrə daxilolmaların cəmi əks etdirilir.
İnvestisiya fəaliyyətlərindən yaranan pul vəsaitlərinin hərəkəti bölməsində
aşağıdakı sətirlər üzrə pul vəsaitlərinin xaricolmaları barədə ümumiləşdirilmiş
məlumatlar göstərilməlidir:
– torpaq, tikili və avadanlıqların, qeyri-maddi və digər uzunmüddətli
aktivlərin əldə edilməsi məqsədilə pul vəsaitlərinin ödənişləri. Bu ödənişlər
təsərrüfat subyekti tərəfindən öz gücünə inşa edilmiş torpaq, tikili və avadanlıqlar,
habelə layihələr üzrə kapitallaşdırılan xərclərə aid ödənişləri daxil edir;
– digər tərəflərə təqdim edilən avanslar və borc vəsaitləri (dövlət maliyyə
qurumlarına təqdim edilən avanslar və borc vəsaitləri istisna olmaqla);
– xarici valyutada qiymətli kağızların alınması.
358
Birja, qeyri-birja və sair əməliyyatlara aid edilən investisiya
fəaliyyətlərindən yaranan pul vəsaitlərinin xaricolmaları 101 №-li “kassa”, 103 №-
li “Bankda olan hesablaşma hesabları”, 104 №-li “Tələblərə əsasən verilən digər
bank hesabları”, 105 №-li “Pul vəsaitlərinin ekvivalentləri” hesablarının kreditində
əks etdirilir.
Cəmi xaricolmalar sətrində təşkilatın hesabat dövrü və əvvəlki dövr üzrə
yuxarıda göstərilən sətirlər üzrə xaricolmaların cəmi əks etdirilir.
İnvestisiya fəaliyyətlərindən yaranan pul vəsaitlərinin xalis hərəkəti
sətrində cəmi daxilolmalar sətrində göstərilmiş məbləğdən cəmi xaricolmalar
sətrində göstərilmiş məbləğlər çıxılmaqla alınan məlumat əks etdirilir.
359
13.3. Maliyyələşdirmə fəaliyyətlərindən yaranan pul vəsaitlərinin hərəkəti
üzrə hesabat
Maliyyələşdirmə fəaliyyətlərindən yaranan pul vəsaitlərinin hərəkəti
bölməsində aşağıdakı sətirlər üzrə pul vəsaitlərinin daxilolmaları barədə
ümumiləşdirilmiş məlumatlar göstərilməlidir:
– istiqrazların, borc sənədlərinin, veksellərin, istiqraz vərəqələrinin, girov
(ipoteka) kağızlarının və digər qısamüddətli və uzunmüddətli istiqrazların
buraxılmasından yaranan pul vəsaitlərinin daxilolmaları;
– alınmış faizlər şəklində pul vəsaitlərinin daxilolmaları.
Birja, qeyri-birja və sair əməliyyatlara aid edilən maliyyələşdirmə
fəaliyyətlərindən yaranan pul vəsaitlərinin daxilolmaları 101 №-li “Kassa”, 103 №-
li “Bankda olan hesablaşma hesabları”, 104 №-li “Tələblərə əsasən verilən bank
hesabları”, 105 №-li “Pul vəsaitlərinin ekvivalentləri” hesablarının debetində əks
etdirilir.
Cəmi daxilolmalar sətrində təşkilatın hesabat dövrü və əvvəlki dövr üzrə
yuxarıda göstərilən sətirlər üzrə daxilolmaların cəmi əks etdirilir.
Maliyyələşdirmə fəaliyyətlərindən yaranan pul vəsaitlərinin hərəkəti
bölməsində aşağıdakı sətirlər üzrə pul vəsaitlərinin xaricolmaları barədə
ümumiləşdirilmiş məlumatlar göstərilməlidir:
– hökumətə və ya onun adından müvafiq səlahiyyətləri həyata keçirən
mərkəzi icra hakimiyyəti orqanına verilən dividendlər, bölüşdürmələr;
– maliyyə icarəsi üzrə yerinə yetirilməmiş öhdəliyin qalıq məbləğinin
azaldılması üçün icarəyə götürən tərəfindən pul vəsaitlərinin ödənişləri;
– borc şəklində alınmış məbləğlərin geri qaytarılmasına görə pul
vəsaitlərinin xaricolmaları.
Birja, qeyri-birja və sair əməliyyatlara aid edilən maliyyələşdirmə
fəaliyyətlərindən yaranan pul vəsaitlərinin xaricolmaları 101 №-li “Kassa”, 103 №-
li “Bankda olan hesablaşma hesabları”, 104 №-li “Tələblərə əsasən verilən bank
Dostları ilə paylaş: |