55
proqramları hazırlamaqla, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və
İqtisadi İnkişaf Nazirliyi ilə razılaşdırıb sentyabr ayının 1-dək Azərbaycan
Respublikasının Nazirlər Kabinetinə təqdim edirlər.
Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və İqtisadi İnkişaf Nazirliyi
tərəfindən təqdim edilmiş sənədlər Azərbaycan Respublikasının Nazirlər
Kabinetində müzakirə edilir. Müzakirə nəticələrində müsbət qərar qəbul
edildikdən sonra növbəti büdcə ili üzrə dövlət büdcəsinin və icmal büdcənin
layihəsi, sonrakı üç il üçün icmal büdcənin göstəriciləri və digər sənədlərlə
birlikdə sentyabr ayının 25-dək Azərbaycan Respublikasının Nazirlər Kabineti
tərəfindən Azərbaycan Respublikasının Prezidentinə təqdim edilir.
Azərbaycan Respublikasının Maliyyə Nazirliyi növbəti büdcə ili üzrə
dövlət büdcəsinin təsdiq olunmuş göstəriciləri əsasında onun büdcə təsnifatına
uyğun olaraq mənbələr üzrə gəlirlərinin və xərclərinin rüblük, zəruri hallarda
aylıq bölgüsünü müəyyən edir.
Təsdiq olunmuş dövlət büdcəsinin göstəriciləri, gəlir və xərclərin bölgüsü
Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən bir ay müddətində
büdcə təşkilatlarına çatdırılır.
Dövlət büdcəsi xərclərinin təşkilatlar üzrə bölgüsündə nəzərdə tutulmuş
ayırmaların müəyyən olunmuş müddətdə büdcə təşkilatlarına çatdırılmasına
Azərbaycan
Respublikası Maliyyə Nazirliyinin rəhbərləri Azərbaycan
Respublikasının qanunvericiliyində müəyyən edilmiş qaydada məsuliyyət
daşıyırlar.
Dövlət büdcəsi Azərbaycan Respublikasının mərkəzi və yerli icra
hakimiyyəti orqanları və onların tabeliyindəki təşkilatlar tərəfindən dövlət
xəzinədarlığı vasitəsilə icra edilir.
Dövlət büdcəsindən maliyyələşən təşkilatların vəzifəli şəxsləri tabeliyində
olan müəssisələrin həyata keçirdikləri maliyyə əməliyyatlarına, xərc normalarına
müvafıq maliyyə qaydalarına riayət etmələrinə görə məsuliyyət daşıyırlar. Bu
qaydalara riayət etməyən, o cümlədən vəsaitin hərəkətinə və istifadəsinə dair
56
məlumatı təqdim etməyən, həmin vəsaitin təyinatını dəyişən büdcə təşkilatlarına
qarşı qanunvericiliklə nəzərdə tutulmuş tədbirlər həyata keçirilə bilər.
Dövlət büdcəsinin gəlirlərinin icrasını təmin edən orqanlar müəyyən
edilmiş formalara uyğun olaraq, gəlirlərin təsnifatı üzrə ilin əvvəlindən artan
yekunla aylıq və rüblük hesabatları Azərbaycan Respublikasının Maliyyə
Nazirliyinə təqdim edirlər.
Dövlət büdcəsindən maliyyə yardımı alan təşkilatlar dövlət büdcəsi
vəsaitlərindən istifadə barədə müəyyən olunmuş qaydada aylıq, rüblük və ilin
əvvəlindən artan yekunla funksional, iqtisadi və təşkilati təsnifat üzrə hesabatları
Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim edirlər.
Zərurət yarandıqda, Azərbaycan Respublikasının Nazirlər Kabineti və
Maliyyə Nazirliyi təsdiq olunmuş büdcə ayırmaları həddində, bölmələrin xərc
maddələri və funksional təsnifatın paraqrafları səviyyəsində iqtisadi təsnifatın
yarımmaddələri arasında müvafiq dəyişikliklər edə bilərlər.
Dövlət büdcəsinin kassa icrası dövlət xəzinədarlığı vasitəsilə həyata
keçirilir.
Dövlət büdcəsinin kassa icrası büdcə daxilolmalarının xəzinədarlığın cari
hesabında
yığılmasını,
bu
daxilolmaların
büdcə
təsnifatına
uyğun
sistemləşdirilərək xəzinə uçotuna alınmasını, büdcə xərcləri üzrə dövlət
öhdəliklərinin qəbul olunmasını, dövlət öhdəliklərinə uyğun həyata keçirilmiş
mal, iş və xidmət satınalmalarının kreditor borcu kimi xəzinə uçotuna qəbul
edilməsini və bu cür borcların xəzinənin cari hesabından ödənilməsini təşkil edir.
Dövlət xəzinədarlığı dövlət maliyyəsindən istifadə sahəsində şəffaflığı
təmin etmək məqsədilə dövlət büdcəsindən maliyyələşən bütün idarə, müəssisə və
təşkilatlar üzrə maliyyə əməliyyatlarının müvafiq uçot qaydalarına uyğun uçotunu
aparır.
Dövlət büdcəsinə bütün daxilolmalar və ödəmələr, büdcədənkənar haqlar
(ödənişlər), büdcədənkənar dövlət fondları, Azərbaycan Respublikası Dövlət Neft
Fondunun gəlirləri, əməliyyat xərcləri, beynəlxalq banklarda və digər dövlət
57
maliyyə əməliyyatları qanunvericiliklə müəyyən edilmiş qaydalara uyğun olaraq
dövlət xəzinədarlığı vasitəsilə icra edilir.
Dövlət büdcəsinin gəlirləri, büdcədənkənar dövlət fondlarının gəlirləri,
büdcə kəsirinin maliyyələşməsi üçün daxilolmalar xəzinədarlığın tranzit və cari
bank hesablarına mədaxil edildikdən sonra icra olunmuş hesab olunur.
Büdcə daxilolmaları vahid büdcə təsnifatına uyğun olaraq xəzinədarlıq
tərəfindən təsnifatlaşdırılır, uçota alınmır və daxilolmaların yığılmasını təmin
edən dövlət orqanları ilə qarşılıqlı surətdə dövri olaraq üzləşdirilir və hesabat
tərtib edilir.
Qanunvericilikdə nəzərdə tutulmuş həcmdən artıq ödənilmiş vergilər,
səhvən daxil olduğu müəyyən edilmiş daxilolmalar mövcud qaydalara əsasən
xəzinədarlıq tərəfindən dövlət büdcəsindən geri qaytarılır.
Büdcə təşkilatlarının satın aldığı mallara, qəbul etdiyi iş və xidmətlərə görə
dövlət xəzinədarlığı tərəfindən qabaqcadan dövlət (büdcə) öhdəlikləri götürülür
və bu öhdəliklər çərçivəsində satınalmalardan yaranan kreditor borcları
xəzinədarlıq tərəfindən ödənilir.
Büdcə xərclərinin kassa icrası üçün xəzinədarlıq tərəfindən Azərbaycan
Respublikasının dövlət büdcəsindən maliyyələşən təşkilatlar və dövlət xərclərinin
həyata keçirilməsini təmin edən orqanlar qarşısında mövcud qaydalara uyğun
olaraq dövlət öhdəlikləri qəbul edilir, bu öhdəliklər uçota alınır və dövlət
büdcəsinin icrası haqqında dövri hesabatlara daxil edilir.
Qəbul edilmiş öhdəliklər həddində büdcə təşkilatları və dövlət xərclərini
təmin edən orqanlar tərəfindən satın alınmış mal, iş və xidmətlər xəzinədarlıq
tərəfindən mövcud qaydalara uyğun uçota alınır və dövlət büdcəsinin icrası
haqqında dövri hesabatlara daxil edilir. Bu cür satınalmalardan yaranan kreditor
borcları dövlət büdcəsinin mal, iş və xidmətləri təqdim etmiş hüquqi və fiziki
şəxslərin qarşısında öhdəliklərini təşkil edir və bu öhdəliklərin cari və ya növbəti
illərin vəsaiti hesabına təmin edilməsi məcburi sayılır. Xəzinədarlıq tərəfindən
Dostları ilə paylaş: |