64
Dövlət büdcəsinin icrası prosesində gəlirlər təsdiq olunmuş məbləğdən az
daxil olduqda, funksional və iqtisadi təsnifat üzrə xərclər (müdafiə olunan xərc
maddələri istisna olmaqla) mütənasib şəkildə, təşkilati təsnifatı üzrə xərclər isə
Maliyyə Nazirliyinin müəyyən etdiyi qaydada azaldılır.
Dövlət büdcəsinin icrası prosesində büdcənin gəlirləri üzrə faktiki
daxilolmalar ilin birinci yarısı üzrə nəzərdə tutulan göstəricilərdən 30 faiz az
olduğu halda, müdafiə olunmuş xərc maddələrinin maliyyələşdirilməsi üçün
vəsait çatmadıqda, büdcə kəsirinin nisbi göstəricisi təsdiq olunmuş səviyyəni
keçdikdə və ilin sonunadək yuxarıda göstərilənləri aradan qaldırmaq barədə
Azərbaycan Respublikasının Nazirlər Kabineti, İqtisadi İnkişaf Nazirliyi və
Maliyyə Nazirliyi tərəfindən əsaslandırılmış təklif olmadıqda, Nazirlər Kabineti
sentyabr ayının 15-dən gec olmayaraq büdcədə dəqiqləşdirmə aparılması barədə
Azərbaycan Respublikasının Prezidentinə müraciət edir.
Ölkənin sosial və iqtisadi inkişaf proqramlarının yerinə yetirilməsini təmin
etmək məqsədilə qanunvericiliklə müəyyən edilmiş qaydada dövlətin təminatı
əsasında borc alına bilər.
Büdcə ili ərzində alınan dövlət borcunun məbləği, onun istifadəsi və dövlət
borcuna xidmət göstərilməsi ilə bağlı xərclər dövlət büdcəsində əks etdirilir.
Büdcə gəlirlərinin həcmindən və ayırmaların səviyyəsindən asılı olmayaraq
dövlət borcu üzrə xidmətlər (əsas borc, faiz) tam və vaxtında həyata
keçirilməlidir. Faizlər və borclar kredit müqaviləsinə, yaxud dövlət qiymətli
kağızlarının şərtlərinə əsasən vaxtında ödənilməlidir.
Daxili və xarici dövlət borclarının yuxarı həddi müvafıq büdcə ili üçün
dövlət büdcəsi haqqında qanunla müəyyənləşdirilir.
Azərbaycan Respublikasının Maliyyə Nazirliyi dövlət borcları üzrə
sənədlərin əslinə uyğun olaraq borcların uçotunu aparır və hər rüb onlar haqqında
məlumatları mətbuatda dərc etdirir.
Azərbaycan Respublikası Hökumətinin xarici hüquqi və fiziki şəxslərlə
(qeyri-rezidentlərlə), digər ölkələrlə və beynəlxalq maliyyə-kredit təşkilatları ilə
65
imzaladığı müqavilələr əsasında yaranmış xarici dövlət borcunun və ölkə
daxilində dövlət zəmanəti ilə alınan kreditlər, hökumət adından buraxılan
qiymətli kağızlar şəklində dövlət istiqrazları, hökumətin təminat verdiyi digər
borc öhdəlikləri üzrə yaranmış daxili dövlət borcunun qeydiyyatı üçün xarici və
daxili borc bölmələrindən ibarət iki ədəd baş kitab – xarici dövlət borcunun
registri və daxili dövlət borcunun registri tərtib edilir.
Dövlət borcunun qeydiyyatı və uçotu Azərbaycan Respublikasının Maliyyə
Nazirliyi tərəfindən həyata keçirildiyi üçün və imzalanmış müqavilələrdə
hökumətin adından «Borcalan» və «Zəmanətçi» funksiyalarının icraçısı kimi
Azərbaycan Respublikasının Maliyyə Nazirliyi çıxış etdiyi üçün, müvafıq olaraq
xarici dövlət borcunun registri və daxili dövlət borcunun registri Azərbaycan
Respublikasının Maliyyə Nazirliyi tərəfindən aparılır.
Dövlət
borcunu
yaradan
müqavilələr
müvafiq
qaydada
paraqraflandırıldıqdan sonra dövlət borcunun müvafiq registrlərinə daxil edilir.
Dövlət borcu yaradan kreditlərə zəmanətlərin verilməsi qaydası
Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarı ilə tənzimlənir.
Xarici və daxili dövlət borcunun qeydiyyatı və uçotunun aparılması
Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafıq qərarı ilə həyata keçirilir.
Azərbaycan
Respublikasının Maliyyə Nazirliyi dövlət borcunun
qeydiyyatını, uçotunu, onun vəziyyətinə və kreditlərin vaxtında qaytarılmasına
cari nəzarəti, xarici dövlət borcunun və daxili dövlət borcunun registrlərində
qeydlərin düzgün aparılmasını və dövlət registrinin baş kitablarının
saxlanılmasını təmin edir.
Dövlət borcu yaradan kreditlərin təyinatı üzrə istifadəsi və vaxtında
qaytarılmasına görə icraçı orqanlar müvafiq qanunvericiliyə uyğun olaraq
məsuliyyət daşıyırlar.
Dövlət borcunun uçotu onun qəbul olunmuş təsnifatının, istifadəsinin, faiz
ödənişlərinin və borcun geri qaytarılmasının icmalını əhatə edir.
66
Azərbaycan Respublikasının Maliyyə Nazirliyi xarici dövlət borcunun
uçotunun qurulması və aparılması məqsədi ilə dövlət zəmanəti ilə kredit alan
borclu təşkilatlardan aylıq və rüblük hesabatlar alır. Hesabatda əks etdirilən
məlumatların dürüstlüyünə görə hesabatı təqdim edən təşkilatın rəhbəri şəxsən
məsuliyyət daşıyır. Hesabat məlumatları hesabat ayından sonrakı ayın 15-dən gec
olmayaraq Maliyyə Nazirliyinə təqdim edilməlidir. Alınmış məlumatlar artan
yekunla ümumiləşdirilir və xarici dövlət borcunun ölkə üzrə ümumi məbləği
müəyyən olunaraq uçotu aparılır.
Azərbaycan Respublikasının Maliyyə Nazirliyi dövlət borcunun mövcud
vəziyyəti barədə məlumatları hər rüb mətbuatda dərc etdirir.
Bu məlumatlarda aşağıdakılar əks etdirilir:
•
dövlət borcunun həcmi;
•
borcun növünə görə tərkibi;
•
borcun kreditorlar üzrə tərkibi;
•
borcun sahələr üzrə və təyinatına görə tərkibi;
•
borcun faiz dərəcələri və qaytarılma müddətləri üzrə tərkibi;
•
dövlət borcu ilə bağlı digər məlumatlar.
Beynəlxalq maliyyə-kredit təşkilatlarında iştirak payı (səhm zərfi) və
beynəlxalq ictimai-siyasi təşkilatlara üzvlük haqqı öhdəliklərinin uçotu müvafiq
qaydada rəsmiləşdirilir.
Dövlət büdcəsi ilə Naxçıvan Muxtar Respublikasının büdcəsi və yerli
(bələdiyyə) büdcələr arasında qarşılıqlı əlaqə tənzimləyici mədaxil mənbələrindən
istifadə etməli, məqsədli büdcə fondları yaratmaq, maliyyə ehtiyatlarını
bölüşdürmək prinsiplərinə uyğun qurulur.
Yerli büdcələrlə dövlət büdcəsi arasında qarşılıqlı büdcə münasibətləri
aşağıdakı qaydada həyata keçirilir:
•
investisiya mühitini yaxşılaşdırmaqla və səmərəli iqtisadi siyasət həyata
keçirməklə istehsal və xidmət sahələrinin inkişafına şərait yaradılması;
Dostları ilə paylaş: |