61
Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən mətbuatda dərc
etdirilir.
Dövlət büdcəsinin və icmal büdcənin gəlirlərinin və xərclərinin, o
cümlədən büdcədənkənar dövlət fondlarının auditi qanunvericiliyə uyğun olaraq
Azərbaycan Respublikasının Hesablama Palatası tərəfindən aparılır.
Dövlət büdcəsinin icrasına cari nəzarəti Azərbaycan Respublikasının
Maliyyə Nazirliyi həyata keçirir:
•
maliyyə orqanlarında dövlət büdcəsinin tərtibi və icrası üzrə qüvvədə olan
qanunvericiliyə riayət edilməsi, iqtisadi-nəzarət işlərinin yerinə yetirilməsi,
maliyyə nəzarətinin üsul və metodlarının təkmilləşdirilməsi üzrə tədbirlərin
həyata keçirilməsi, dövlət büdcəsinə gəlirlərin tam və vaxtında daxil olmasının
təmin olunması, büdcə gəlirlərinin artması imkanlarının aşkar edilməsi və
vəsaitin xərclənməsində israfçılığın qarşısının alınması, idarə, müəssisə və
təşkilatların maliyyə-təsərrüfat fəaliyyətinə nəzarətin həyata keçirilməsi,
dövlət vəsaitinin qorunması, onun düzgün və qənaətlə xərclənməsi, büdcə
təşkilatlarında mühasibat uçotunun aparılması və hesabatın düzgün tərtibi
işləri yoxlanılır;
•
büdcə təşkilatlarının büdcə və büdcədənkənar xərclər smetasında nəzərdə
tutulan təyinatlarının hesablamalarla əsaslandırılması, xərclər smetasının və
əsas göstəricilərin icrası, vəsaitlərin təyinatı üzrə məqsədyönlü və səmərəli
istifadə olunması, maliyyə intizamına əməl edilməsi və uçot-hesabat işlərinin
vəziyyəti yoxlanılır;
•
maliyyə orqanlarının hesabatlarının təhlili zamanı büdcə idarələrində
vəsaitlərdən səmərəsiz istifadənin və proqnozların yerinə yetirilməməsi
səbəblərinin araşdırılması, maliyyə orqanlarının nəzarət-təftiş işinin vəziyyəti,
pul vəsaitlərinin və maddi dəyərlilərin qeyri-qanuni xərclənməsinin qarşısının
alınması, dövlətə vurulan ziyanın bərpası, büdcəyə vaxtında ödənilməmiş
məbləğlərin müəyyən edilmiş qaydada büdcəyə alınması, yoxlanılan idarə,
müəssisə və təşkilat rəhbərlərinə maliyyə intizamının pozulması hallarının
62
aradan qaldırılması haqqında təkliflərin verilməsi, əlavə gəlirlərin və ilin
əvvəlinə qalan büdcə vəsaiti qalıqlarının müəyyən olunmuş qaydada dövlət
büdcəsinə vaxtında və tam məbləğdə köçürülməsinin təmin edilməsi,
maliyyələşmə mənbəyi olmadan xərclərin aparılması araşdırılır;
•
yerli maliyyə orqanlarında, eləcə də yerli və mərkəzləşdirilmiş xərclərdən
maliyyələşən büdcə təşkilatlarında gəlir və xərclərin icrasına dair uçot-hesabat
işlərinin vəziyyəti, xəzinədarlıq işlərinin təşkili və aparılması yoxlanılır;
•
şəbəkə, ştat və kontingentlər üzrə planların yerinə yetirilməsi və xərclərin
bu planların yerinə yetirilmə dərəcəsinə uyğunluğu müəyyənləşdirilir;
•
pul vəsaitlərinin və maddi dəyərlilərin qorunub saxlanılması və onların
xərclənməsində qanunçuluğa və ciddi qənaət rejiminə riayət edilməsi
yoxlanılır;
•
müavinətlərin, təqaüdlərin və maddi yardım təyin edilməsi və
ödənilməsinin düzgünlüyü, əmək haqqı fondlarından istifadənin düzgünlüyü
yoxlanılır;
•
büdcədənkənar vəsaitlərin, büdcədənkənar fondların yaradılmasının və
xərclənməsinin düzgünlüyü, büdcə qarşısında olan öhdəliklərin icrası
yoxlanılır;
•
əsaslı təmirə, avadanlıq və inventar alınmasına çəkilən xərclərin
səmərəliliyi, maddi dəyərlilərin və pul vəsaitlərinin, ştatların, əmək haqqı
stavkalarının xərcləri üçün müəyyənləşdirilmiş normalara riayət olunması,
ezamiyyə xərclərinin və məzuniyyət haqlarının hesablanması və ödənilməsinin
düzgünlüyü yoxlanılır.
Dövlət büdcəsi kəsirinin məbləği növbəti büdcə ili üzrə dövlət büdcəsi
haqqında qanunla müəyyən edilir. Büdcə xərclərinin gəlirlərinə təmin olunmayan
məbləğinin maliyyələşməsi dövlət borcu, kredit və digər mənbələr hesabına
həyata keçirilir.
Dövlət büdcəsində nəzərdə tutulmayan xərclər təbii fəlakət, digər
fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması, habelə
63
dövlət və yerli əhəmiyyətli tədbirlərin həyata keçirilməsi üçün məbləği müəyyən
edilən ehtiyat fondu vəsaitinin istifadə müddəti büdcə ilinin sonunda başa çatır.
Dövlət büdcəsinin Ehtiyat Fondunun vəsaitindən Azərbaycan Respublikasının
Nazirlər Kabineti tərəfindən müəyyən olunmuş qaydada istifadə edilir.
Azərbaycan Respublikasının Maliyyə Nazirliyi hər rüb Ehtiyat Fondundan
ayrılmış vəsaitlər barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə
məlumat təqdim edir.
Dövlət büdcəsinin tərkibində konkret tədbirlərin həyata keçirilməsi üçün
formalaşdırılan məqsədli büdcə fondları üzrə daxilolmalar və xərclər büdcənin
gəlir və xərc hissələrində ayrıca göstərilməklə, müvafiq maliyyə əməliyyatları
xəzinədarlıq vasitəsilə həyata keçirilir. Məqsədli büdcə fondlarının vəsaiti təyinatı
üzrə istifadə olunmalıdır və onların başqa məqsədlər üçün xərclənməsinə yol
verilmir.
Dövlət büdcəsinin gəlirləri və xərcləri arasında tarazlığın təmin olunması
onun tərtibinin və icrasının mühüm şərtidir.
Dövlət büdcəsinin icrası prosesində onun gəlirləri və xərcləri arasında
uyğunsuzluq yarandıqda, bu barədə Azərbaycan Respublikasının Maliyyə
Nazirliyi Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat verir.
Azərbaycan Respublikasının Nazirlər Kabineti 2 gün müddətinə bu
məsələni Nazirlər Kabinetinin iclasında dövlət büdcəsinin gəlirlərini təmin edən
orqanların (Vergilər Nazirliyi, Dövlət Gömrük Komitəsi, Dövlət Neft Fondu)
iştirakı ilə müzakirə edib, həmin orqanlara yaranmış vəziyyətin 10 gün
müddətində tənzimlənməsi üçün tapşırıqlar verir.
10 gün müddətində büdcə daxilolmalarının proqnozunda nəzərdə tutulan
səviyyəyə çatdırılması dövlət büdcəsinin gəlirlərini təmin edən orqanlar (Vergilər
Nazirliyi, Dövlət Gömrük Komitəsi, Dövlət Neft Fondu) tərəfindən mümkün
olmazsa və bu büdcə gəlirləri və xərcləri arasında uyğunsuzluğa şərait yaradarsa,
onda Azərbaycan Respublikasının Nazirlər Kabineti dövlət büdcəsinə yenidən
baxılması təklifi ilə Azərbaycan Respublikasının Prezidentinə müraciət edir.
Dostları ilə paylaş: |