70
Yerli xərclərin həcmi və istiqamətləri büdcə təsnifatına uyğun olaraq
bələdiyyələr tərəfindən müəyyənləşdirilir.
Yerli büdcələrin xərclərinin öz gəlirləri ilə təmin olunmayan hissəsi (yerli
büdcənin kəsiri) dövlət büdcəsindən alınan dotasiya ilə örtülə bilər.
Dövlət büdcəsindən dotasiya, subvensiya və ssuda alan yerli büdcənin
xərclərinin hesablanmasında tətbiq olunan normativlər dövlət büdcəsinin
xərclərinin hesablanması üçün tətbiq olunan xərc normativlərindən yüksək
olmamalıdır.
Dotasiyanın yuxarı həddinin hesablanmasında bələdiyyənin ərazisində
yaşayan əhalinin sayı ölkənin maliyyə ehtiyatlarının formalaşmasında onun
xüsusi çəkisi və digər amillər nəzərə alına bilər.
Əlavə səlahiyyətlərin həyata keçirilməsi üçün qanunvericilik və icra
hakimiyyəti orqanları tərəfındən ayrılan məqsədli vəsait, o cümlədən subvensiya
hesabına xərclərin maliyyələşdirilməsi yerli büdcənin məxaric hissəsində ayrıca
sətirlə göstərilir.
Yerli büdcənin layihəsi bələdiyyə ərazisində fəaliyyət göstərən bələdiyyə
müəssisələrinin və digər hüquqi şəxslərin, habelə fıziki şəxslərin təsərrüfat
fəaliyyətinin qiymətləndirilməsi, sosial-iqtisadi proqnozlar və məqsədli
proqramlar əsasında formalaşır.
Dövlət büdcəsindən dotasiya almaq nəzərdə tutulduqda yerli büdcənin
layihəsi «Dövlət büdcə sistemi haqqında» Azərbaycan Respublikasının
Qanununun müvafiq maddəsi ilə müəyyən edilən sənədlər və məlumatla birgə
may ayının 1-dək Azərbaycan Respublikası Maliyyə Nazirliyinə təqdim olunur.
Yerli büdcə layihəsinin müzakirəsi və təsdiqi qaydası qanunvericiliyə
uyğun olaraq bələdiyyənin nizamnaməsi ilə müəyyən edilir.
Növbəti büdcə ili üzrə yerli büdcənin layihəsi bələdiyyənin qərarı ilə cari
ilin dekabr ayının 25-dən gec olmayaraq təsdiq edilir.
71
Yerli büdcənin kassa icrası bələdiyyənin müraciəti əsasında dövlət
xəzinədarlığı vasitəsilə və ya qanunvericiliklə müəyyən edilmiş digər üsullarla
həyata keçirilə bilər.
Bələdiyyələrin gəlir və xərc əməliyyatları onların müraciətləri əsasında
dövlət xəzinədarlığı vasitəsilə həyata keçirildikdə uçot-hesabatın təşkili üzrə
texniki xidməti dövlət xəzinədarlığı təmin edir. Bələdiyyələrin maliyyə
əməliyyatları dövlət xəzinədarlığı vasitəsilə həyata keçirilmədiyi hallarda, belə
əməliyyatlar üzrə ödəmə və uçot-hesabat işlərinin aparılması qaydaları
qanunvericiliklə müəyyən edilir.
Bələdiyyələr büdcə ilindən sonrakı ilin birinci iş günü gəlir və xərclər üzrə
əməliyyatların dövlət xəzindarlığı vasitəsilə həyata keçirilməsindən imtina edə
bilər.
Yerli büdcələrin icrası prosesində bələdiyyələr büdcənin dəqiqləşdirilməsi
barədə qərar verə və dövlət büdcəsindən alınmış məqsədli vəsait istisna olmaqla,
mədaxil və məxaric maddələrində büdcə təsnifatı üzrə təsdiq edilmiş təxsisat
həddində dəyişikliklər apara bilərlər.
Yerli büdcələrin icrası zamanı qəbul edilmiş öhdəliklər üzrə əməliyyatlar
büdcə ili qurtardıqda başa çatır və istifadə olunmayan vəsait bələdiyyələrin
sərəncamında qalır.
Bələdiyyələr maliyyə əməliyyatları apararkən bütün maliyyə qaydalarına
riayət edilməsinə və maliyyə vəsaitindən təyinatı üzrə istifadə olunmasına görə
məsuliyyət daşıyırlar.
Yerli
büdcənin
icrası
haqqında
illik
hesabat
bələdiyyələrin
nizamnaməsində müəyyən edilmiş qaydada təsdiq edilir və bu barədə
bələdiyyənin ərazisində yaşayan əhaliyə məlumat verilir.
Yerli büdcələrin icrası prosesində mədaxil mənbələri üzrə daxil olan vəsait
azalarsa və bu, büdcə kəsirinin son həddini aşmasına səbəb olarsa, müdafıə
olunan xərc maddələri istisna olmaqla, digər xərclərə sekvestr tətbiq edilir.
72
Yerli büdcənin icrasına, o cümlədən sərf edilən vəsaitin təsdiq edilmiş
büdcə göstəricilərin uyğunluğuna nəzarət bələdiyyə tərəfindən həyata keçirilir və
bu məqsədlə auditorları cəlb etmək hüququna malikdir.
Qanunvericilik və icra hakimiyyəti orqanlarının bələdiyyələrə verdikləri
səlahiyyətlərin yerinə yetirilməsi üçün ayırdıqları maliyyə vəsaitinin istifadəsinə
nəzarəti həmin orqanlar həyata keçirirlər.
2.2. Dövlət büdcəsinin mahiyyəti və onun iqtisadiyyatın inkişafında
rolu
İqtisadi mahiyyətinə görə dövlət maliyyəsi dövlətin və dövlət müəssisələri
və təşkilatlarının pul vəsaitləri fondlarının yaradılması və onların geniş təkrar
73
istehsalının davam etdirilməsi, əhalinin sosial-mədəni ehtiyatlarının ödənilməsi,
ölkənin müdafiə qüdrətinin yüksəldilməsi, cəmiyyətin idarə edilməsi məqsədi ilə
milli daxili məhsulun və milli sərvətin bir hissəsinin bölüşdürülməsi və yenidən
bölüşdürülməsi ilə əlaqədar olan pul münasibətlərindən ibarətdir.
Dövlət büdcəsi isə dövlət maliyyəsinin mühüm tərkib hissəsidir. Büdcə
ingilis sözü olub, XVIII əsrdən maliyyə kateqoriyası kimi iqtisadi leksikona daxil
olunmuşdur.
Büdcə, əsasən, maliyyə göstəricilərinin birliyi – məcmusu deməkdir
(vergilər, dövlət krediti, dövlət xərcləri). Büdcə vasitəsilə vəsaitlərin cəlb olunması
və xərclənməsi, bölgüsü həyata keçirilir.
Dövlət büdcəsi dövlətin əsas gəlir və xərclərini özündə cəmləşdirir. O,
dövlətin hüquqi qüvvəyə malik olan əsas maliyyə planını təcəssüm etdirir.
Azərbaycan Respublikası dövlət büdcəsi ilə bağlı bəzi anlayışlar aşağıdakı
kimi izah oluna bilər:
Büdcə – Azərbaycan Respublikasının müvafiq dövlət hakimiyyəti və
özünüidarəetmə orqanları vasitəsilə dövlətə və bələdiyyələrə məxsus vəzifə və
funksiyaları yerinə yetirmək üçün lazım olan pul vəsaitinin yığılması və istifadə
olunması üçün əsas maliyyə sənədidir.
Büdcə təsnifatı – Dövlət büdcəsinin, Naxçıvan Muxtar Respublikası
büdcəsinin, büdcələrin və büdcədənkənar dövlət fondlarının gəlirlərinin,
xərclərinin və maliyyələşmə mənbələrinin funksional, iqtisadi, təşkilati və digər
prinsiplər əsasında qruplaşdırılmasıdır.
Büdcə ili – yanvar ayının 1-dən dekabr ayının 31-dək olan dövrdür.
Təsdiq olunan büdcə ayırmaları – qanunvericiliklə təsdiq olunan və dövlət
büdcəsindən, Naxçıvan Muxtar Respublikası büdcəsində və yerli büdcələrdə
maddələr üzrə xərclənə biləcək vəsaitin yuxarı həddidir.
Dostları ilə paylaş: |