77
Dotasiya – dövlət büdcəsindən Naxçıvan Muxtar Respublikasının büdcəsinə
və yerli büdcələrə onların gəlir və xərclərini tənzimləmək məqsədilə əvəzsiz
verilən maliyyə vəsaitidir.
Qrant – daxili və xarici mənbələr hesabına əvəzsiz verilən məqsədli
maliyyə yardımıdır.
Subvensiya – məqsədli maliyyələşdirmənin həyata keçirilməsi üçün dövlət
büdcəsindən Naxçıvan Muxtar Respublikasının büdcəsinə və yerli büdcələrə
verilən, lakin həmin məqsəd üçün və ya müəyyən edilmiş müddətdə istifadə
edilmədikdə geri qaytarılan maliyyə vəsaitidir.
Subsidiya – dövlət büdcəsindən Naxçıvan Muxtar Respublikasının
büdcəsinə, yerli büdcələrə və hüquqi şəxslərə əvəzsiz verilən maliyyə vəsaitidir.
Məqsədli büdcə fondları – dövlət büdcəsi, Naxçıvan Muxtar
Respublikasının büdcəsi və yerli büdcələrin tərkibində konkret tədbirlərin həyata
keçirilməsi üçün formalaşan və istifadə edilən pul vəsaitidir.
Sekvestr – dövlət büdcəsi, Naxçıvan Muxtar Respublikasının büdcəsi və
yerli büdcələrin gəlirləri yerinə yetirilmədikdə, müdafiə olunmuş xərc maddələri
istisna olmaqla, büdcə ilinin qalan ayları üzrə xərclərin müəyyən olunmuş qaydada
ixtisarıdır.
Müdafiə olunan xərc maddələri – büdcə ili ərzində maliyyələşdirilməsinə
sekvestr tətbiq olunmayan, qanunvericiliklə müəyyən edilmiş büdcə xərcləridir.
Dövlət borcu – müvafiq xərclərin maliyyələşdirilməsi üçün dövlət zəmanəti
əsasında alınan və müəyyən olunmuş müddətlərdə qaytarılmasına öhdəlik
götürülən maliyyə vəsaitidir.
Toplu maliyyə balansı – konkret dövr üçün ölkədə maliyyə vəsaitlərinin
yaranma mənbələri və istifadə istiqamətləri barədə məlumatları özündə əks etdirən
maliyyə sənədidir.
78
Büdcə
təşkilatı
–
maliyyələşdirilməsi
bilavasitə
Azərbaycan
Respublikasının dövlət büdcəsi və Naxçıvan Respublikasının büdcəsi hesabına
həyata keçirilən idarə və təşkilatlardır.
Büdcənin tərtibi prosesində iştirak edən təşkilatlar – mərkəzi və yerli
icra hakimiyyəti orqanları və onların struktur bölmələri, büdcə gəlirlərinin icrasını
təmin edən orqanlar, dövlət büdcəsindən maliyyələşən və (və ya) maliyyə yardımı
alan təşkilatlar, büdcədənkənar dövlət fondları və vergi ödəyiciləri, zərurət
yarandıqda, bələdiyyələrdir.
Milli iqtisadiyyatın inkişaf etməsində, istehsalın stimullaşdırılmasında,
həmçinin cəmiyyətin sosial inkişafında dövlət büdcəsinin çox böyük rolu vardır.
Dövlət büdcəsinin rolu həm kəmiyyət, həm də keyfiyyət baxımından qeyd olunur.
Kəmiyyət təsiri dedikdə hansı istiqamətə nə qədər vəsait yönəldilməsi başa
düşülür. Keyfiyyət təsiri isə iki cür təhlil edilir. Bir tərəfdən vergilərin düzgün
qurulması və vəsaitlərin səmərəli xərclənməsi, digər tərəfdən isə büdcə vasitəsilə
maliyyə nəzarsəti həyata keçirilir.
Büdcə hər bir ölkədə iqtisadiyyatın ən mühüm tənzimləyicisi kimi çıxış
etdiyindən, makroiqtisadi tənzimləmənin ən mühüm elementlərindən biri dövlət
büdcəsidir.
Dövlətlə müəssisə, təşkilat, idarə və əhali arasında yaranan maliyyə
münasibətləri büdcə münasibətləri adlanır. Büdcə münasibətləri mühüm
xüsusiyyətlərə malikdir. Əvvəla, onlar bölgü prosesi zamanı yaranır. Burada
dövlət aparıcı iştirakçı olur. İkincisi, bu münasibətlər ümumdövlət tələbatının
ödənilməsi üçün mərkəzləşdirilmiş pul vəsaiti fondlarının yaranması və istifadəsi
ilə əlaqədardır.
Büdcə münasibətləri böyük çoxçeşidliliyi ilə xarakterizə olunur, çünki bu
münasibətlər bölgü prosesinin müxtəlif istiqamətləri arasında vasitədir
(iqtisadiyyatın müxtəlif sahələri, ictimai fəaliyyət sferası, xalq təsərrüfatı sahələri,
ölkənin əraziləri arasında) və təsərrüfatçılığın bütün halqalarını əhatə edir
79
(respublika, yerli). Büdcə münasibətlərinin istiqamətlərində təsərrüfatçılığın idarə
olunması metodları və əhaliyə sosial-mədəni xidmət göstərilməsindən, həmçinin
büdcə münasibətlərinin tarixi inkişaf mərhələlərində yaranan problemlərin dövlət
tərəfindən həllindən danışılır.
Büdcə münasibətləri obyektiv münasibətlərə malikdir. Bu, onunla şərtlənir
ki, hər il milli sərvətin müəyyən bir hissəsi təkrar istehsalın genişləndirilməsi,
əhalinin sosial-mədəni tələbatının ödənilməsi, idarəetmə və müdafiə
məsələlərinin həlli üçün dövlətin əlində cəmləşdirilməlidir.
Dövlət büdcəsi aşağıdakı vəzifələri yerinə yetirir:
1.
İctimai məhsulun və milli gəlirin yenidən bölgüsü;
2.
İqtisadiyyatın dövlət tənzimlənməsi və stabilləşdirilməsi;
3.
Sosial siyasətin maliyyə təminatı;
4. Mərkəzləşdirilmiş pul vəsait fondunun yaradılması və istifadəsinə
nəzarət.
Dövlət büdcəsi öz vəzifələrini bölgü və nəzarət funksiyası vasitəsilə həyata
keçirir.
Bölgü funksiyası vasitəsilə pul vəsaitlərinin dövlətin əlində cəmləşdirilməsi
və ümumdövlət mənafeyinə istifadəsi həyata keçirilir. Bu funksiyanın məzmunu
ictimai istehsalın müxtəlif sahələri arasında maliyyə ehtiyatlarının yenidən
bölgüsü ilə müəyyən olunur. Maliyyənin digər halqalarından heç biri vəsaitlərin
yenidən bölgüsünü büdcə kimi çoxçeşidli (sahələrarası, ərazilərarası və s.) və
çoxsəviyyəli (respublika, şəhər və s.) həyata keçirmir. Büdcə daxilolmaları və
xərc təyinatlı göstəricilərdə müvafiq olaraq öz əksini tapan büdcə vəsaitlərinin
hərəkəti bölgü funksiyasının əsasını təşkil edir.
Nəzarət funksiyası maliyyə vəsaitlərinin dövlətin xəzinəsinə vaxtında və
tam şəkildə daxil olmasını, büdcə vəsaitlərinin bölgüsünün düzgün aparılmasını
və səmərəli istifadəsini öyrənməyə imkan verir.
İqtisadiyyatın
bütün
sahələrində
pul
hərəkətində,
alqı-satqı
əməliyyatlarında büdcə nəzarəti var, çünki bütün bu əməliyyatlar büdcənin
Dostları ilə paylaş: |