Bəybala xankiŞİyev şahrza əLİyev



Yüklə 4,91 Mb.
Pdf görüntüsü
səhifə25/134
tarix17.09.2018
ölçüsü4,91 Mb.
#68772
növüDərs
1   ...   21   22   23   24   25   26   27   28   ...   134

77 

 

Dotasiya – dövlət büdcəsindən Naxçıvan Muxtar Respublikasının büdcəsinə 

və  yerli  büdcələrə  onların  gəlir  və  xərclərini  tənzimləmək  məqsədilə  əvəzsiz 

verilən maliyyə vəsaitidir. 



Qrant  –  daxili  və  xarici  mənbələr  hesabına  əvəzsiz  verilən  məqsədli 

maliyyə yardımıdır. 



Subvensiya  –  məqsədli maliyyələşdirmənin həyata keçirilməsi üçün dövlət 

büdcəsindən  Naxçıvan  Muxtar  Respublikasının  büdcəsinə  və  yerli  büdcələrə 

verilən,  lakin  həmin  məqsəd  üçün  və  ya  müəyyən  edilmiş  müddətdə  istifadə 

edilmədikdə geri qaytarılan maliyyə vəsaitidir. 



Subsidiya  –  dövlət  büdcəsindən  Naxçıvan  Muxtar  Respublikasının 

büdcəsinə, yerli büdcələrə və hüquqi şəxslərə əvəzsiz verilən maliyyə vəsaitidir. 



Məqsədli  büdcə  fondları  –  dövlət  büdcəsi,  Naxçıvan  Muxtar 

Respublikasının  büdcəsi  və  yerli  büdcələrin  tərkibində  konkret  tədbirlərin  həyata 

keçirilməsi üçün formalaşan və istifadə edilən pul vəsaitidir. 

Sekvestr  –  dövlət  büdcəsi,  Naxçıvan  Muxtar  Respublikasının  büdcəsi  və 

yerli  büdcələrin  gəlirləri  yerinə  yetirilmədikdə,  müdafiə  olunmuş  xərc  maddələri 

istisna olmaqla, büdcə ilinin qalan ayları üzrə xərclərin müəyyən olunmuş qaydada 

ixtisarıdır. 



Müdafiə olunan xərc maddələri – büdcə ili ərzində maliyyələşdirilməsinə 

sekvestr tətbiq olunmayan, qanunvericiliklə müəyyən edilmiş büdcə xərcləridir. 



Dövlət borcu – müvafiq xərclərin maliyyələşdirilməsi üçün dövlət zəmanəti 

əsasında  alınan  və  müəyyən  olunmuş  müddətlərdə  qaytarılmasına  öhdəlik 

götürülən maliyyə vəsaitidir. 

Toplu  maliyyə  balansı  –  konkret  dövr  üçün  ölkədə  maliyyə  vəsaitlərinin 

yaranma mənbələri və istifadə istiqamətləri barədə məlumatları özündə əks etdirən 

maliyyə sənədidir. 



78 

 

Büdcə 



təşkilatı 

– 

maliyyələşdirilməsi 

bilavasitə 

Azərbaycan 

Respublikasının  dövlət  büdcəsi  və  Naxçıvan  Respublikasının  büdcəsi  hesabına 

həyata keçirilən idarə və təşkilatlardır. 



Büdcənin  tərtibi  prosesində  iştirak  edən  təşkilatlar  –  mərkəzi  və  yerli 

icra hakimiyyəti orqanları və onların struktur bölmələri, büdcə gəlirlərinin icrasını 

təmin edən orqanlar, dövlət büdcəsindən maliyyələşən və (və ya) maliyyə yardımı 

alan  təşkilatlar,  büdcədənkənar  dövlət  fondları  və  vergi  ödəyiciləri,  zərurət 

yarandıqda, bələdiyyələrdir. 

Milli  iqtisadiyyatın  inkişaf  etməsində,  istehsalın  stimullaşdırılmasında, 

həmçinin  cəmiyyətin  sosial  inkişafında  dövlət  büdcəsinin  çox  böyük  rolu  vardır. 

Dövlət büdcəsinin rolu həm kəmiyyət, həm də keyfiyyət baxımından qeyd olunur. 

Kəmiyyət  təsiri  dedikdə  hansı  istiqamətə  nə  qədər  vəsait  yönəldilməsi  başa 

düşülür.  Keyfiyyət  təsiri  isə  iki  cür  təhlil  edilir.  Bir  tərəfdən  vergilərin  düzgün 

qurulması və vəsaitlərin səmərəli xərclənməsi, digər tərəfdən isə büdcə vasitəsilə 

maliyyə nəzarsəti həyata keçirilir. 

Büdcə  hər  bir  ölkədə  iqtisadiyyatın  ən  mühüm  tənzimləyicisi  kimi  çıxış 

etdiyindən,  makroiqtisadi  tənzimləmənin  ən  mühüm  elementlərindən  biri  dövlət 

büdcəsidir.  

Dövlətlə  müəssisə,  təşkilat,  idarə  və  əhali  arasında  yaranan  maliyyə 

münasibətləri  büdcə  münasibətləri  adlanır.  Büdcə  münasibətləri  mühüm 

xüsusiyyətlərə  malikdir.  Əvvəla,  onlar  bölgü  prosesi  zamanı  yaranır.  Burada 

dövlət  aparıcı  iştirakçı  olur.  İkincisi,  bu  münasibətlər  ümumdövlət  tələbatının 

ödənilməsi üçün mərkəzləşdirilmiş pul vəsaiti fondlarının yaranması və istifadəsi 

ilə əlaqədardır. 

Büdcə  münasibətləri böyük  çoxçeşidliliyi  ilə  xarakterizə  olunur,  çünki bu 

münasibətlər  bölgü  prosesinin  müxtəlif  istiqamətləri  arasında  vasitədir 

(iqtisadiyyatın müxtəlif sahələri, ictimai fəaliyyət sferası, xalq təsərrüfatı sahələri, 

ölkənin  əraziləri  arasında)  və  təsərrüfatçılığın  bütün  halqalarını  əhatə  edir 



79 

 

(respublika, yerli). Büdcə münasibətlərinin istiqamətlərində təsərrüfatçılığın idarə 



olunması metodları və əhaliyə sosial-mədəni xidmət göstərilməsindən, həmçinin 

büdcə münasibətlərinin tarixi inkişaf mərhələlərində yaranan problemlərin dövlət 

tərəfindən həllindən danışılır. 

Büdcə münasibətləri obyektiv münasibətlərə malikdir. Bu, onunla şərtlənir 

ki,  hər  il  milli  sərvətin  müəyyən  bir  hissəsi  təkrar  istehsalın  genişləndirilməsi, 

əhalinin  sosial-mədəni  tələbatının  ödənilməsi,  idarəetmə  və  müdafiə 

məsələlərinin həlli üçün dövlətin əlində cəmləşdirilməlidir. 

Dövlət büdcəsi aşağıdakı vəzifələri yerinə yetirir: 

1.

 

İctimai məhsulun və milli gəlirin yenidən bölgüsü; 



2.

 

İqtisadiyyatın dövlət tənzimlənməsi və stabilləşdirilməsi; 



3.

 

Sosial siyasətin maliyyə təminatı; 



4.  Mərkəzləşdirilmiş  pul  vəsait  fondunun  yaradılması  və  istifadəsinə 

nəzarət. 

Dövlət büdcəsi öz vəzifələrini bölgü və nəzarət funksiyası vasitəsilə həyata 

keçirir. 

Bölgü funksiyası vasitəsilə pul vəsaitlərinin dövlətin əlində cəmləşdirilməsi 

və  ümumdövlət  mənafeyinə  istifadəsi  həyata  keçirilir.  Bu  funksiyanın  məzmunu 

ictimai  istehsalın  müxtəlif  sahələri  arasında  maliyyə  ehtiyatlarının  yenidən 

bölgüsü ilə müəyyən olunur. Maliyyənin digər halqalarından heç biri vəsaitlərin 

yenidən  bölgüsünü  büdcə  kimi  çoxçeşidli  (sahələrarası,  ərazilərarası  və  s.)  və 

çoxsəviyyəli  (respublika,  şəhər  və  s.)  həyata  keçirmir.  Büdcə  daxilolmaları  və 

xərc  təyinatlı  göstəricilərdə  müvafiq  olaraq  öz  əksini  tapan  büdcə  vəsaitlərinin 

hərəkəti bölgü funksiyasının əsasını təşkil edir. 

Nəzarət  funksiyası  maliyyə  vəsaitlərinin  dövlətin  xəzinəsinə  vaxtında  və 

tam  şəkildə  daxil  olmasını,  büdcə  vəsaitlərinin  bölgüsünün  düzgün  aparılmasını 

və səmərəli istifadəsini öyrənməyə imkan verir. 

İqtisadiyyatın 

bütün 

sahələrində 



pul 

hərəkətində, 

alqı-satqı 

əməliyyatlarında  büdcə  nəzarəti  var,  çünki  bütün  bu  əməliyyatlar  büdcənin 




Yüklə 4,91 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə