Bəybala xankiŞİyev şahrza əLİyev



Yüklə 4,91 Mb.
Pdf görüntüsü
səhifə22/134
tarix17.09.2018
ölçüsü4,91 Mb.
#68772
növüDərs
1   ...   18   19   20   21   22   23   24   25   ...   134

67 

 



 

yerli  sosial-iqtisadi inkişaf proqramlarını yerli  büdcələrin vəsaiti hesabına 

maliyyələşdirmək  mümkün  olmadıqda,  dövlət  büdcəsindən  dotasiya  və 

subvensiya ayrılması; 

 

qanunvericilik  və  icra  hakimiyyəti  orqanları  tərəfindən  bələdiyyələrə 



verilmiş  əlavə  səlahiyyətlərin  həyata  keçirilməsi  üçün  dövlət  büdcəsindən 

zəruri maliyyə vəsaitinin təmin edilməsi; 

 

icra  hakimiyyəti  orqanlarının  qəbul  etdikləri  qərarlar  nəticəsində  yerli 



büdcələrin gəlirlərinin azalması və ya xərclərinin artması baş verdikdə, uyğun 

azalma və ya artma məbləğlərinin bu qərarları qəbul edən orqanlar tərəfindən 

kompensasiya edilməsi. 

Dövlət  büdcəsinin,  büdcədənkənar  dövlət  fondları  büdcələrinin  tərtibi, 

icrası  və  icrasına  nəzarət  üzrə  əməliyyatların  əlaqələndirilməsi  Azərbaycan 

Respublikası  Prezidenti  ilə  razılaşdırılaraq  Azərbaycan  Respublikasının  Nazirlər 

Kabineti,  Maliyyə  Nazirliyi  və  büdcədənkənar  dövlət  fondları  tərəfindən  birgə 

həyata keçirilir. 

Yerli  büdcəyə  daxil  edilən  layihələrin  maliyyələşdirilməsi  üçün 

büdcədənkənar dövlət fondlarından ayrılan vəsait müvafiq yerli büdcə vasitəsilə 

istifadə  olunur.  Naxçıvan  Muxtar  Respublikasının  büdcəsi  Azərbaycan 

Respublikasının  və  Naxçıvan  Muxtar  Respublikasının  Konstitusiyaları  ilə, 

«Dövlət büdcə  sistemi  haqqında»  Azərbaycan  Respublikasının  Qanunu  və  digər 

qanunvericilik aktları ilə müəyyən edilir. 

Naxçıvan  Muxtar  Respublikasının  büdcəsi  Azərbaycan  Respublikasının 

Vergi  Məcəlləsi  ilə  müəyyən  olunmuş  dövlət  vergiləri,  digər  ödənişlər,  həmin 

vergi  və  ödənişlərə  görə  hesablanmış  faiz  və  sanksiyalar,  habelə  digər 

daxilolmalar hesabına formalaşır. 

Naxçıvan  Muxtar  Respublikası  büdcəsinin  vəsaiti  Muxtar  Respublikanın 

sosial və iqtisadi inkişafı, əhalinin rifahının yaxşılaşdırılması ilə bağlı tədbirlərin 

maliyyələşdirilməsinə istifadə edilir. 



68 

 

Naxçıvan Muxtar Respublikası büdcəsinin layihəsi «Dövlət büdcə sistemi 



haqqında»  Azərbaycan  Respublikasının  Qanunu  ilə  müəyyən  edilmiş  dövlət 

büdcəsinin  təqviminə  və  Naxçıvan  Muxtar  Respublikasının  qanunvericiliyinə 

uyğun olaraq tərtib olunur. 

Növbəti il üzrə Naxçıvan Muxtar Respublikasının büdcəsi cari ilin dekabr 

ayının  25-dən  gec  olmayaraq  Naxçıvan  Muxtar  Respublikasının  Ali  Məclisi 

tərəfindən  təsdiq  edilir  və  Naxçıvan  Muxtar  Respublikasının  mətbuatında  dərc 

olunur. 

Naxçıvan  Muxtar  Respublikası  büdcəsinin  icrası  «Dövlət  büdcə  sistemi 

haqqında»  Azərbaycan  Respublikasının  Qanunu  və  Naxçıvan  Muxtar 

Respublikasının qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. 

Naxçıvan Muxtar Respublikası büdcəsinin kassa icrası dövlət xəzinədarlğı 

vasitəsilə həyata keçirilir. 

Naxçıvan  Muxtar  Respublikası  büdcəsinin  icrasına  nəzarəti  Azərbaycan 

Respublikasının  Hesablama  Palatası  və  Naxçıvan  Muxtar  Respublikasının  Ali 

Məclisi həyata keçirir. 

Yerli büdcə bələdiyyə statusuna uyğun olaraq özünüidarəetmə prinsiplərini 

reallaşdırmaq,  bələdiyyələrin  Azərbaycan  Respublikasının  Konstitusiyası  və 

qanunları  ilə  müəyyənləşdirilmiş  səlahiyyətlərini  həyata  keçirmək  üçün 

formalaşan və istifadə olunan maliyyə vəsaitidir. 

Yerli büdcənin tərtibi və icrası büdcə sisteminin qanunvericiliklə müəyyən 

edilmiş  ümumi  prinsipləri  əsasında  Azərbaycan  Respublikasında  tətbiq  olunan 

büdcə təsnifatına uyğun olaraq həyata keçirilir. 

Yerli büdcənin müstəqilliyi öz mədaxil mənbələrinin və bələdiyyənin yerli 

büdcə  vəsaitinə  sərəncam  vermək  barədə  müstəsna  hüququnun  olması  ilə  təmin 

edilir. 

Bələdiyyələrin müraciəti və qanunvericiliklə nəzərdə tutulmuş hallar istisna 

olmaqla  qanunvericilik  və  icra  hakimiyyəti  orqanlarının  bələdiyyələrin  büdcə 

fəaliyyətinə müdaxilə edilməsinə yol verilmir. 




69 

 

Bələdiyyələr  maliyyə ilinin sonuna büdcədə əmələ gəlmiş sərbəst maliyyə 



qalıqlarına müstəqil sərəncam verirlər. 

Bələdiyyələr yerli büdcələrin tərtibində və icrasında müstəqildirlər. 

Dövlətin yerli büdcələrə maliyyə dəstəyi aşağıdakı yollarla həyata keçirilir: 

 



investisiya  mühitini  yaxşılaşdırmaqla  və  səmərəli  siyasəti  həyata 

keçirməklə istehsal və xidmət sahələrinin inkişafına şərait yaratmaq; 

 

yerli  sosial-iqtisadi inkişaf proqramlarını yerli  büdcələrin vəsaiti hesabına 



maliyyələşdirmək  mümkün  olmadıqda,  dövlət  büdcəsindən  dotasiya  və 

subvensiya ayırmaq. 

Qanunvericilik  və  icra  hakimiyyəti  orqanları  bələdiyyələrə  əlavə 

səlahiyyətlər  həvalə  etdikdə  onları  bu  səlahiyyətlərin  həyata  keçirilməsi  üçün 

zəruri maliyyə vəsaiti ilə təmin edir. 

İcra  hakimiyyəti  orqanlarının  qəbul  etdikləri  qərarlar  nəticəsində  yerli 

büdcələrin  gəlirlərinin  azalması  və  ya  xərclərinin  artması  baş  verdikdə,  uyğun 

azalma  və  ya  artma  məbləğləri  bu  qərarları  qəbul  edən  orqanlar  tərəfindən 

kompensasiya olunur. 

Bələdiyyə  qanunvericiliklə  nəzərdə  tutulmuş  qaydada  yerli  büdcənin 

icrasına dair məlumatı statistika orqanlarına və Azərbaycan Respublikası Maliyyə 

Nazirliyinə təqdim edir. 

Yerli büdcənin gəlirlərinə Azərbaycan Respublikasının  müvafiq qanunları 

ilə müəyyən edilmiş vergilər və digər ödənişlər, habelə həmin vergi və ödənişlərə 

görə hesablanmış faiz və sanksiyalar aid edilir. 

Yerli  vergi  və  ödənişlərin  hesablanması,  ödənilməsi  və  güzəştlərin 

verilməsi  qaydası,  habelə  onların  dərəcələrinin  yuxarı  həddi  qanunla  müəyyən 

edilir, tətbiqi qaydaları isə bələdiyyələrin qərarları ilə müəyyənləşdirilir. 

Qanunvericiliklə  nəzərdə  tutulmuş  qaydada  bələdiyyələr  yerli  əhəmiyyətli 

tədbirlərin maliyyələşdirilməsi üçün könüllü birdəfəlik ödənişlər yalnız məqsədli 

təyinatı üzrə istifadə olunur. 



Yüklə 4,91 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə