Bəybala xankiŞİyev şahrza əLİyev



Yüklə 4,91 Mb.
Pdf görüntüsü
səhifə19/134
tarix17.09.2018
ölçüsü4,91 Mb.
#68772
növüDərs
1   ...   15   16   17   18   19   20   21   22   ...   134

58 

 

həyata  keçirilən  büdcədənkənar  vəsaitlərin  xərclərinə  öhdəliklərin  qəbulu 



mexanizmi tətbiq edilmir. 

Dövlət  büdcəsinin  hüquqi  və  fiziki  şəxslər  qarşısında  yaranan 

öhdəliklərinin  büdcə  vəsaiti  hesabına  təmin  edilməsi  xəzinədarlığın  vahid 

hesabından  pul  vəsaitlərinin  köçürülməsi  ilə  həyata  keçirilir  və  bu,  dövlət 

büdcəsinin  xərclərinin  kassa  icrasını  təşkil  edir.  Xərclərin  kassa  icrası  müəyyən 

edilmiş  dövr  ərzində  təmin  ediləcək  dəyərlərin  haqqının  qabaqcadan  ödənişi 

vasitəsilə də həyata keçirilə bilər. Bu cür ödənişlər satınalmanın tərəfləri arasında 

bağlanmış  alqı-satqı  müqavilələri  ilə  şərtləndirilməsi  və  xəzinədarlıq  tərəfindən 

məqbul sayıldıqdan sonra həyata keçirilir. 

Dövlət  büdcəsinin  xərclərinin  kassa  icrası  üzrə  məlumatları  bu  xərcləri 

həyata keçirən büdcə təşkilatları ilə xəzinədarlıq arasında dövri olaraq üzləşdirilir 

və müvafiq qaydada rəsmiləşdirilir. 

Dövlət  xəzinədarlığının  hesablarında  olan  pul  vəsaitlərinin  hərəkəti  dövri 

olaraq  xəzinədarlıqla  müvəkkil  banklar  arasında,  eyni  zamanda  xəzinədarlığın 

yerli  orqanları  ilə  mərkəzi  xəzinədarlıq  orqanları  arasında  üzləşdirilir,  əsassız 

kənarlaşmalar aşkar edildikdə, səbəbləri araşdırılaraq aradan qaldırılır. 

Xəzinədarlığın  vahid  hesabından  aparılmış  xərclərin  kassa  icrası  büdcə 

təsnifatına  uyğun  qruplaşdırılaraq  uçota  alınır  və  dövlət  büdcəsinin  icrasına  dair 

dövri hesabatlara daxil edilir. 

Dövlət  büdcəsinin  icrası  prosesində  qəbul  edilmiş  öhdəliklər  üzrə 

əməliyyatlar büdcə ili qurtardıqdan sonra həyata keçirilə bilməz. Belə öhdəliklər 

üzrə ödəmələr növbəti büdcə ilindəki ayırmalar hesabına təmin olunur. 

İlin  sonuna  bütün  xəzinə  hesablarının  qalıqları  dövlət  büdcəsinin  vahid 

xəzinə hesabına (məqsədli təyinatlı maliyyələşmələr istisna olmaqla) köçürülür. 

Azərbaycan  Respublikası  Vergi  Məcəlləsində  nəzərdə  tutulan  vergi 

orqanlarının  maddi  həvəsləndirmə  və  inkişaf  fonduna  vəsaitin  ayrılması  həmin 

ilin vergi daxilolmalarının azaldılması hesabına həyata keçirilir. 



59 

 

Dövlət  xəzinədarlığının  öhdəsində  olan  nağd  pul  vəsaiti  onun  vahid 



hesabında  Azərbaycan  Respublikasının  Maliyyə  Nazirliyi  tərəfindən  müəyyən 

edilmiş müvəkkil banklarda saxlanılır. 

Vahid  xəzinə  hesabının  idarə  edilməsinin  və  bu  hesabdan  vəsaitin 

silinməsinə  sərəncam  verilməsinin  müstəsna  səlahiyyəti  dövlət  xəzinədarlığına 

məxsusdur.  Dövlət  xəzinədarlığının  razılığı  olmadan  bu  hesabdan  hər  hansı 

formada vəsaitin köçürülməsi və ya götürülməsi qadağandır. 

Dövlət  büdcəsindən  və  Naxçıvan  Muxtar  Respublikasının  Azərbaycan 

Respublikasının 

dövlət 

büdcəsindən 



maliyyələşən 

təşkilatları 

dövlət 

xəzinədarlığının  yazılı  icazəsi  olmadan  bank  hesabı  aça  və  ya  belə  hesablardan 



istifadə  edə  bilməzlər.  Qanunvericiliklə  müəyyən  edilmiş  hallarda  və  qaydada 

dövlət xəzinədarlığı əvvəllər verdiyi icazəni geri çağıra bilər. 

Büdcə  təşkilatları  əldə  etdikləri  büdcə  və  büdcədənkənar  gəlirləri  tam 

həcmdə və vaxtında vahid xəzinə hesabına köçürməlidirlər. 

Gəlir  və  xərclərin  icrasına  dair  vahid  büdcə  təsnifatına  uyğun  hazırlanmış 

dövri  hesabatlar  yerli  xəzinə  orqanlarından  və  nazirlik,  komitə,  baş  idarə  və 

Azərbaycan  Respublikasının  dövlət  büdcəsindən  maliyyələşən  digər  baş  kredit 

sərəncamçılarından qəbul edilir, yoxlanılır və icmallaşdırılır. 

Büdcə təşkilatları tərəfindən malların (işlərin və xidmətlərin) satınalınması 

Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə tənzimlənir. 

Dövlət  büdcəsinin  icrasına  dair  hesabatın  layihəsi  və  icmal  hesabat 

Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən hazırlanır. 

Dövlət  büdcəsinin  gəlirlərinin  icrası  barədə  hesabat  dövlət  büdcəsinin 

gəlirlərini  təmin  edən  orqanlar  və  dövlət  xəzinədarlığı  tərəfindən  Azərbaycan 

Respublikası  Maliyyə  Nazirliyinin  müəyyən  etdiyi  formalarda  aylıq,  rüblük  və 

ilin  əvvəlindən  artan  yekunla  gəlirlərin  təsnifatı  üzrə  təqdim  edilmiş  hesabatlar 

əsasında hazırlanır. 

Dövlət büdcəsinin icrası barədə aylıq hesabat Azərbaycan Respublikasının 

Maliyyə Nazirliyi tərəfindən hesabat ayından sonrakı ayın 25-dək tərtib olunur və 



60 

 

Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim edilir. Hesabatda dövlət 



büdcəsinin  icrası  funksional  və  iqtisadi  təsnifat  əsasında  ilin  əvvəlindən  artan 

yekunla əks etdirilir. 

Azərbaycan  Respublikasının  Nazirlər  Kabineti  öz  növbəsində  bu  hesabatı 

Azərbaycan Respublikasının Prezidentinə təqdim edir. 

Dövlət  büdcəsinin  icrası  barədə  rüblük  hesabat  Azərbaycan 

Respublikasının Maliyyə Nazirliyi tərəfindən hazırlanaraq, növbəti rübün birinci 

ayının  sonunadək  Azərbaycan  Respublikasının  Nazirlər  Kabinetinə  təqdim 

edilməlidir.  Rüblük  hesabatda  başqa  göstəricilərlə  yanaşı,  gəlir  və  xərclərin 

icrasının  müqayisəli  təhlili  verilir.  Xərclərin  maliyyələşdirilməsində  faktiki 

göstəricilərlə  təsdiq  olunmuş  rəqəmlər  arasında  fərq  yarandıqda,  hesabatda  bu 

fərqlə bağlı izahat və dövlət əhəmiyyətli layihələrə dair məlumatlar da əks olunur. 

Azərbaycan  Respublikasının  Nazirlər  Kabineti,  öz  növbəsində,  həmin 

hesabatı Azərbaycan Respublikasının Prezidentinə təqdim edir. 

Azərbaycan  Respublikasının  Maliyyə  Nazirliyi  rüblük  hesabatı  mətbuatda 

dərc etdirir. 

Dövlət  büdcəsinin  icrası  barədə  illik  hesabat  və  müvafiq  qanun  layihəsi 

Azərbaycan  Respublikasının  Maliyyə  Nazirliyi  tərəfindən  hazırlanaraq  növbəti 

ilin  aprel  ayının  25-nə  kimi  Azərbaycan  Respublikasının  Nazirlər  Kabinetinə 

təqdim edilir. Hesabat özündə digər məlumatlarla yanaşı, bütün dövlət borcları, il 

ərzində  götürülən  borclar  və  verilən  dövlət  təminatları,  buraxılmış  dövlət 

istiqrazları və ehtiyat fondlarından il ərzində istifadə haqqında məlumatları da əks 

etdirir. 

Azərbaycan  Respublikasının  Nazirlər  Kabineti,  öz  növbəsində,  həmin 

hesabatı  və  müəyyən  olunmuş  göstəriciləri  növbəti  ilin  may  ayının  5-nə  kimi 

Azərbaycan Respublikasının Prezidentinə təqdim edir. 

İcmal büdcənin icrası barədə rüblük və illik hesabatlar (büdcənin gəlirləri, 

xərcləri,  dövlət  borcunun  məbləği,  kreditlər  və  s.  məlumatlar  da  daxil  olmaqla) 



Yüklə 4,91 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə