Bəybala xankiŞİyev şahrza əLİyev



Yüklə 4,91 Mb.
Pdf görüntüsü
səhifə17/134
tarix17.09.2018
ölçüsü4,91 Mb.
#68772
növüDərs
1   ...   13   14   15   16   17   18   19   20   ...   134

52 

 

həmçinin Naxçıvan Muxtar Respublikasının icra hakimiyyəti orqanları ilə, zərurət 



olduqda bələdiyyələr və mülkiyyət formasından asılı olmayaraq hüquqi şəxslərlə 

alınmış  büdcə  layihələri  üzrə  müzakirələr  aparır.  Müzakirələrin  nəticələri 

protokollarla rəsmiləşdirilir. 

Növbəti  büdcə  ili  üzrə  dövlət  büdcəsinin  və  icmal  büdcənin  layihəsi  və 

sonrakı  üç  il  üçün  icmal  büdcənin  göstəriciləri  cari  ilin  sentyabr  ayının  15-dək 

Azərbaycan 

Respublikasının  Maliyyə  Nazirliyi  tərəfindən  Azərbaycan 

Respublikasının Nazirlər Kabinetinə təqdim edilir. 

Bunlara aşağıdakılar daxildir: 

 



növbəti  büdcə  ili  üzrə  dövlət  büdcəsi  haqqında  qanun  layihəsi  və  qanun 

layihəsinə  dair  izahat;  dövlət  büdcəsi  haqqında  qanun  layihəsində  aşağıdakı 

göstəricilər öz əksini tapır: 

 



gəlirlərin və xərclərin ümumi məbləği; 

 



Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi ilə razılaşdırılmaqla    

vergilərin dərəcələri; 

 

mədaxil mənbələri üzrə gəlirlərin məbləği; 



 

mənbələr üzrə qrantlar və transfertlər



 

ayrı-ayrı gəlirlərin büdcələr arasında bölgüsü və ayırma normaları; 



 

funksional  və  iqtisadi  təsnifata  uyğun  olaraq  paraqraf  səviyyəsində 



xərclərin məbləği; 

 



Naxçıvan  Muxtar  Respublikasının  büdcəsinə  və  yerli  büdcələrə  verilən 

qrantların, dotasiyaların, subsidiyaların və subvensiyaların məbləği; 

 

büdcə ssudalarının ümumi məbləği və istiqamətləri; 



 

daxili  və  xarici  dövlət  borclarının  faizləri  və  əsas  məbləğləri  üzrə 



ödənişlər; 

 



dövlətin üçüncü tərəf qarşısında öhdəliyinin yuxarı həddi; 

 



sair beynəlxalq öhdəliklərin məbləği; 

 



ehtiyat fondlarının məbləği; 


53 

 



 

Azərbaycan  Respublikasının  daxili  və  xarici  borclanmasının  (il  ərzində 

götürülə biləcək dövlət borcunun, o cümlədən dövlət istiqrazları hesabına cəlb 

ediləcək vəsaitin məbləği) və büdcə ili ərzində veriləcək maliyyə zəmanətləri 

üzrə məbləğin yuxarı həddi; 

 



xərclərin maliyyələşdirmə ardıcıllığı; 

 



dövlət büdcəsinin müdafıə olunan xərc maddələri

 



dövlət büdcəsi kəsirinin yuxarı həddinin məbləği; 

 



Azərbaycan  Respublikası  Dövlət  Neft  Fondunun  gəlirləri  nəzərə 

alınmadan icmal büdcə kəsirinin yuxarı həddinin məbləği; 

 

icmal büdcənin xərclərinin yuxarı həddinin məbləği; 



 

büdcə-vergi siyasətinin əsas istiqamətləri; 



 

büdcə  gəlirləri  təsnifatının,  funksional,  iqtisadi  və  təşkilati  təsnifatların 



paraqrafları səviyyəsində gəlirlərin və xərclərin layihəsi;    

 



dövlət  borcları  və  dövlət  zəmanəti  ilə  digər  öhdəliklərə  dair  məlumat,  o 

cümlədən:  

 

xarici  dövlət  borclarına  hesablanan  faizlər  və  əsas  məbləğlər  üzrə 



ödənişlər; 

 



daxili  dövlət  borclarına  hesablanan  faizlər  və  əsas  məbləğlər  üzrə 

ödənişlər; 

 

büdcə ili ərzində xarici dövlət borcu yaradan kredit xətləri üzrə gözlənilən 



daxilolmaların məbləği (o cümlədən bilavasitə büdcəyə olan daxilolmalar); 

 



büdcə ili ərzində daxili dövlət borcu yaradan kredit xətləri üzrə gözlənilən 

daxilolmaların məbləği (o cümlədən bilavasitə büdcəyə olan daxilolmalar); 

 

büdcə ili ərzində xarici dövlət borcuna xidmət göstərilməsi ilə bağlı xərclər 



(o cümlədən büdcədən maliyyələşən xərclər); 

 



büdcə ili ərzində daxili dövlət borcuna xidmət göstərilməsi ilə bağlı xərclər 

(o cümlədən büdcədən maliyyələşən xərclər); 

 

büdcə  ili  ərzində  büdcədən  maliyyələşməsi  proqnozlaşdırılan  sair 



beynəlxalq öhdəliklər (beynəlxalq təşkilatlara üzvlük haqları); 


54 

 



 

beynəlxalq maliyyə qurumlarının səhm kapitallarında iştirak payı və s.; 

 

büdcə ili ərzində xarici borclanmanın (imzalanacaq borc müqavilələri üzrə) 



yuxarı həddi; 

 



büdcə ili ərzində daxili borclanmanın (imzalanacaq borc müqavilələri üzrə) 

yuxarı həddi; 

 

funksional  və  iqtisadi  təsnifata  uyğun  olaraq  paraqraflar  səviyyəsində 



növbəti il üzrə icmal büdcənin layihəsi; 

 



qanunvericiliyə  uyğun  olaraq,  Azərbaycan  Respublikasının  Milli  Məclisi 

tərəfindən  təsdiq  olunması  nəzərdə  tutulduğu  hallarda  növbəti  büdcə  ili  üzrə 

büdcədənkənar dövlət fondlarının büdcələri haqqında qanun layihələri

 



növbəti  büdcə  ili  üzrə  gəlirlərin  və  xərclərin  ötən  ilin  faktiki  və  cari  ilin 

gözlənilən  nəticələri  ilə  gəlirlərin  təsnifatı,  xərclərin  funksional,  iqtisadi  və 

təşkilati təsnifatlarının paraqrafları səviyyəsində müqayisəsi; 

 



cari ilin icmal büdcəsinin gözlənilən icrasına dair məlumat

 



büdcədənkənar əməliyyatlara dair icmal hesabat

 



keçən büdcə ilində faktiki və cari büdcə ilində gözlənilən maliyyələşdirmə 

mənbələri barədə hesabat. 

 

Azərbaycan  Respublikasının  İqtisadi İnkişaf  Nazirliyi  sentyabr ayının  10-



dək  aşağıdakı  göstəriciləri  Azərbaycan  Respublikasının  Nazirlər  Kabinetinə 

təqdim etməlidir: 

 

Azərbaycan  Respublikasının  növbəti  büdcə  ili  və gələn  üç il üzrə  iqtisadi 



və sosial inkişaf konsepsiyasını və proqnoz göstəricilərini; 

 



növbəti  il  üzrə  dövlət  büdcəsinin  və  icmal  büdcənin,  habelə  gələn  üç  il 

üzrə icmal büdcənin layihələrinə uyğun olaraq, mühüm investisiya layihələrini 

özündə əks etdirən dövlət investisiya proqramlarının layihələrini; 

 



Azərbaycan Respublikasının ərazisi üzrə toplu maliyyə balansını. 

Büdcədən  maliyyələşən  aidiyyəti  nazirlik,  komitə,  şirkət,  baş  idarə  və 

digər  büdcə  təşkilatları  xidmət  etdikləri  sahələr  və  xərc  bölmələri  üzrə  dövlət 

büdcəsinin  vəsaiti  hesabına  maliyyələşdirilməsi  nəzərdə  tutulan  məqsədli 




Yüklə 4,91 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə