Bəybala xankiŞİyev şahrza əLİyev



Yüklə 4,91 Mb.
Pdf görüntüsü
səhifə15/134
tarix17.09.2018
ölçüsü4,91 Mb.
#68772
növüDərs
1   ...   11   12   13   14   15   16   17   18   ...   134

46 

 



 

sonrakı üç il üçün gəlirlərin qiymətləndirilməsi; 

 

digər zəruri göstəricilər. 



Naxçıvan  Muxtar  Respublikası,  respublikanın  şəhər  və  rayonlarının  icra 

hakimiyyəti  orqanları  lazımi  göstəriciləri  funksional  və  iqtisadi  təsnifatın 

paraqrafları,  habelə  Azərbaycan  Respublikasının  Maliyyə  Nazirliyi  tərəfindən 

müəyyən edilmiş vergi ödəyicilərinin qrupları üzrə ayrı-ayrılıqda təqdim edirlər. 

Digər zəruri göstəricilər dedikdə fəaliyyət növləri, mülkiyyət mənsubiyyəti, 

vergi  orqanlarında  hüquqi  və  fiziki  şəxs  kimi  qeydiyyatı,  vergi  növləri,  gəlir 

qrupları,  dövriyyə  həcmləri  üzrə  vergi  ödəyicilərinin  sayı  (qeydiyyatdan  keçmiş 

və fəaliyyət göstərən); vergi növləri üzrə keçən il üçün icmal hesabat göstəriciləri, 

dövlət rüsumunu tutan orqanlar üzrə keçən il üçün icmal hesabat göstəriciləri və 

sair göstəricilər başa düşülür. 

Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin təlimat məktubuna uyğun 

olaraq müəyyən edilmiş vergi ödəyiciləri büdcə layihəsində aşağıdakı məlumatları 

təqdim edirlər: 

 



keçən ildə əldə edilmiş və cari ildə gözlənilən büdcə ödənişlərinin məbləği; 

 



hesablanmış büdcə ödənişlərinin keçən ildə faktiki və cari ildə gözlənilən 

məbləğləri; 

 

büdcə ödənişlərinin keçən ildə faktiki və cari ilin sonuna gözlənilən qalığı; 



 

növbəti  il  üçün  təklif  olunan  büdcə  ödənişlərinin  həcmi,  ödənilməli  olan 



vergi və ödənişlərinin məbləği; 

 



büdcə-vergi siyasətində təklif olunan tədbirlərin qiymətləndirilməsinə dair 

göstəricilər

 

sonrakı üç il üçün büdcə ödənişlərinin qiymətləndirilməsi; 



 

digər zəruri göstəricilər. 



Maliyyə  Nazirliyi  tərəfindən  müəyyən  edilmiş  vergi  ödəyiciləri  tərəfindən 

göstəricilər funksional və iqtisadi təsnifatın paraqrafları üzrə təqdim olunur. 

Digər  zəruri  göstəricilər  dedikdə  məhsul,  iş  və  xidmətlərin  istehsalı  və 

təqdim  edilməsi,  onların  respublikadaxili  və  dünya  bazarı  qiymətləri  (məhsul,  iş 




47 

 

və  xidmətlərin  növləri  üzrə),  məhsul,  iş  və  xidmətlərin  idxalı  və  ixracı  barədə 



məlumatlar  (məhsul,  iş  və  xidmətlərin  növləri  üzrə),  vergi  növləri  üzrə  haqq-

hesab cədvəlləri, hesablara daxil olmuş vəsaitlər, onların istifadə istiqamətləri və 

sair göstəricilər başa düşülür. 

Mülkiyyət  və  təşkilati-hüquqi  formasından  asılı  olmayaraq  digər  hüquqi 

şəxslər  tərəfindən  Azərbaycan  Respublikasının  Maliyyə  Nazirliyinin  təlimat 

məktubuna uyğun olaraq büdcə layihəsində aşağıdakı məlumatlar təqdim olunur: 

 

keçən ildə əldə edilmiş və cari ildə gözlənilən büdcə ödənişlərinin məbləği; 



 

hesablanmış büdcə ödənişlərinin keçən ildə faktiki və cari ildə gözlənilən 



məbləğləri; 

 



büdcə ödənişlərinin keçən ildə faktiki və cari ilin sonuna gözlənilən qalığı; 

 



növbəti  il  üçün  təklif  olunan  büdcə  ödənişlərinin  həcmi,  ödənilməli  olan 

vergi və ödənişlərin məbləği; 

 

büdcə-vergi siyasətində təklif olunan tədbirlərin qiymətləndirilməsinə dair 



göstəricilər; 

 



sonrakı üç il üçün büdcə ödənişlərinin qiymətləndirilməsi; 

 



digər zəruri göstəricilər. 

Mülkiyyət  və  təşkilati-hüquqi  formasından  asılı  olmayaraq  digər  hüquqi 

şəxslər müəyyən olunan göstəriciləri funksional və iqtisadi təsnifatın paraqrafları 

üzrə təqdim edirlər. 

Xüsusi vergi rejimli müəssisələrdən aşağıdakı göstəricilər tələb oluna bilər: 

 



pay bölgüsü sazişlərində pay bölgüsü; 

 



kapital xərcləri; 

 



əməliyyat xərcləri; 

 



işçilərin sayı (yerli və xarici vətəndaşlar olan işçilər üzrə); 

 



əmək haqqı (yerli və xarici vətəndaşlar olan işçilər üzrə); 

 



icarə haqqı; 

 



mənfəət vergisinə dair haqq-hesab cədvəlləri

 



mənbədən tutulan vergilərə dair haqq-hesab cədvəli


48 

 



 

digər məlumatlar. 

Xüsusi vergi rejimli müəssisələrdən göstəricilər hər sazişə görə podratçılar 

və  subpodratçılar  üzrə  ayrı-ayrılıqda  təqdim  olunmalıdır.  Məlumatlar  keçən  ili, 

cari ili və sonrakı üç ili əhatə edir. 

 

Büdcədən 



maliyyələşdirilən 

təşkilatlar 

tərəfindən 

Azərbaycan 

Respublikasının  Maliyyə  Nazirliyinin  təlimat  məktubuna  uyğun  olaraq  xərclər 

üzrə  təqdim  olunan  büdcə  layihəsində  aşağıdakı  məlumatlar  da  öz  əksini 

tapmalıdır: 

 



xidmət  etdikləri  sahələr  və  xərc  bölmələri  üzrə  dövlət  büdcəsinin  vəsaiti 

hesabına  maliyyələşdirilməsi  nəzərdə  tutulan  məqsədli  proqramların 

layihələri; 

 



Naxçıvan Muxtar Respublikası, respublikanın şəhər və rayonları, büdcədən 

maliyyələşən  təşkilatlar  üzrə  funksional  və  iqtisadi  təsnifatın  paraqrafları 

səviyyəsində  büdcə  xərclərinin  keçən  ildə  faktiki  və  cari  ildə  gözlənilən 

məbləği; 

 

Naxçıvan  Muxtar  Respublikası,  respublikanın  şəhər  və  rayonları, 



Azərbaycan Respublikasının dövlət büdcəsindən maliyyələşən təşkilatlar üzrə 

funksional  və  iqtisadi  təsnifatın  paraqrafları  səviyyəsində  növbəti  üç  il  üçün 

büdcə  xərclərinin  həcmi  və  büdcə-vergi  siyasətində  nəzərdə  tutulmuş 

tədbirlərin qiymətləndirilməsinə dair göstəricilər; 

 

maliyyələşdirmə  mənbəyi  göstərilməklə,  növbəti  il  və  sonrakı  üç  il  üçün 



iqtisadi və funksional təsnifatın paraqrafları üzrə investisiya proqramları üzrə 

xərclərin həcmi; 

 

əmək haqqı barədə tələbat; 



 

əvvəlki ildən qalan əmək haqqı borcu barədə məlumat; 



 

ştatda olan işçilərin sayı barədə məlumat; 



 

ştatdankənar işçilərin sayı barədə məlumat; 



 

keçən  ildə  faktiki,  cari  ildə  gözlənilən  və  növbəti  il  üçün  ezamiyyətlərin 



sayı barədə məlumat; 


Yüklə 4,91 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə