Bəybala xankiŞİyev şahrza əLİyev



Yüklə 4,91 Mb.
Pdf görüntüsü
səhifə12/134
tarix17.09.2018
ölçüsü4,91 Mb.
#68772
növüDərs
1   ...   8   9   10   11   12   13   14   15   ...   134

37 

 



 

cari gəlirlər, o  cümlədən  Azərbaycan  Respublikasının  Vergi Məcəlləsi ilə 

müəyyən  edilmiş  dövlət  vergiləri  və  bu  vergilərə  görə  hesablanmış  faiz  və 

maliyyə sanksiyaları; 

 

dövlət rüsumları, birdəfəlik rüsumlar və gömrük rüsumları; 



 

əsas vəsaitlərin və ya dövlət ehtiyatında olan malların satışından gəlirlər; 



 

daxili və xarici mənbələrdən alınan qrantlar və transfertlər; 



 

Azərbaycan  Respublikasının  qanunvericiliyi  ilə  müəyyən  edilən  digər 



daxilolmalar. 

Dövlət  büdcəsi  gəlirlərinin  yığımı  Azərbaycan  Respublikasının  Vergi 

Məcəlləsinə  və  digər  qanunvericilik  aktlarına  uyğun  olaraq  həyata  keçirilir. 

Gəlirlərin  məbləğinin  yuxarı  həddi  dövlət  büdcəsinin  qanunla  təsdiq  olunmuş 

göstəriciləri ilə məhdudlaşmır. 

Qanunvericiliklə  nəzərdə  tutulmuş  həcmdən  artıq  ödənilmiş  vergilərin, 

rüsumların,  digər  ödənişlərin  və  daxilolmaların  büdcədən  qaytarılması  dövlət 

büdcəsi gəlirlərinin azaldılmasına aid edilir. 

Dövlət büdcəsinin xərclərinə aşağıdakılar daxildir: 

 



cari  xərclər,  o  cümlədən  əmək  haqqı,  əmək  haqqına  üstəlik,  pensiya  və 

başqa sosial müavinətlər və ödənişlər, mallar və başqa xidmətlər üzrə xərclər, 

faiz üzrə ödənişlər, qrantlar, subsidiyalar və cari köçürmələr; 

 



əsaslı xərclər, o cümlədən əsas vəsaitlərin alınması, kapital qoyuluşları və 

səhmlərin alınması; 

 

kreditlər üzrə borclara, faizlərə xidmət xərcləri və layihələrdə pay iştirakı. 



Büdcə  xərcləri  müvafiq  büdcə  təsnifatına  uyğun  olaraq  təsdiq  olunmuş 

büdcə  ayırmaları  həddində  cari,  investisiya,  innovasiya  və  digər  xərclərin 

maliyyələşdirilməsinə yönəldilir. 

Hər ilin dövlət büdcəsində təsdiq edilmiş ayırmalar həmin məqsədlər üçün 

xərclərin  ən  yüksək  səviyyəsini göstərir. İl  ərzində  faktiki  xərclər  bu  məbləğdən 

çox ola bilməz. 




38 

 

Hər ilin dövlət büdcəsi üzrə təsdiq edilmiş ayırmaların icra müddəti büdcə 



ilinin sonunda başa çatır. 

Dövlət büdcəsi layihəsinin tərtibi prosesi növbəti büdcə ilinə 11 ay qalmış 

başlanır və büdcə layihəsinin Azərbaycan Respublikasının Milli Məclisinə təqdim 

edildiyi günədək olan dövrü əhatə edir. 

Növbəti büdcə ili üzrə dövlət büdcəsinin layihəsi ölkənin iqtisadi və sosial 

inkişafının  makroiqtisadi  proqnozları,  məqsədli  proqramlar,  iqtisadiyyatın 

sahələrinin,  inzibati  rayonların,  mülkiyyət  formasından  asılı  olmayaraq  bütün 

müəssisələrin  cari  və  növbəti  il  üzrə  maliyyə  –  təsərrüfat  fəaliyyətinin 

nəticələrinin qiymətləndirilməsi əsasında hazırlanır. 

Dövlət  büdcəsi  layihəsinin  tərtibi  prosesinə  yanvar  ayının  üçüncü  on 

günlüyü  ərzində  Azərbaycan  Respublikasının  Nazirlər  Kabinetinin  mətbuatda 

dərc  olunan  qərarı  ilə  başlanılır.  Bu  qərarda  büdcənin  tərtibi  ilə  məşğul  olan 

müvafiq icra hakimiyyəti orqanlarına, büdcədənkənar dövlət fondlarına və digər 

aidiyyəti  təşkilatlara  tapşırıqların  verilməsi  öz  əksini  tapır.  Qərara  uyğun  olaraq 

fevral  ayının  sonunadək  Azərbaycan  Respublikasının  İqtisadi  İnkişaf  Nazirliyi 

tərəfindən  tərtib  edilmiş  ölkənin  ortamüddətli  iqtisadi  və  sosial  inkişaf  proqramı 

dəqiqləşdirilir  və  mart  ayının  1-dən  gec  olmayaraq  Azərbaycan  Respublikasının 

Maliyyə Nazirliyinə təqdim edilir. 

Ortamüddətli iqtisadi və sosial inkişaf proqramı növbəti büdcə ili və gələn 

üç  il  üçün  ölkənin  sosial  iqtisadi  inkişaf  konsepsiyasının  və  proqnoz 

göstəricilərinin  xülasəsini,  makroiqtisadi  göstəricilərin  proqnozunu  və  sosial 

iqtisadi siyasətin əsas prioritetlərini əhatə edir. 

Makroiqtisadi  göstəricilərin  proqnozunun  tərkibinə  aşağıdakı  məlumatlar 

daxil edilir və bu göstəricilər növbəti büdcəli və gələn üç il üçün hazırlanır: 

 

Ümumi Daxili Məhsul (real artım, deflyator indeksi, dövlət və qeyri-dövlət 



sektorunun,  neft  və  qeyri-neft  sektorunun  payı,  onların  artım  və  deflyator 

indeksləri); 




39 

 



 

Ümumi  Daxili  Məhsulun  istehsal  strukturu  (onların  artım  və  deflyator 

indeksləri, ümumi buraxılışı, aralıq istehlakı, əlavə dəyəri); 

 



Ümumi  Daxili  Məhsulun  sahə  strukturu  (onların  artım  və  deflyator 

indeksləri); 

 

respublikada  istehsal  olunan  əsas  məhsul  növlərinin  sahələr  üzrə  natural 



göstəricilərinin proqnozu (o cümlədən aksizli məhsulların növləri üzrə); 

 



neftin dünya bazarında qiyməti; 

 



daxili və xarici investisiyalar (onların strukturu və real artım sürətləri); 

 



əhalinin pul gəlirləri, xərcləri və onların artım sürətləri; 

 



orta  aylıq  əmək  haqqı  (onların  iqtisadiyyatın  sahələri,  dövlət  və  qeyri-

dövlət  sektoru,  büdcə  və  qeyri-büdcə  təşkilatları,  neft  və  qeyri-neft  sektoru 

üzrə səviyyəsi və artım sürətləri); 

 



əhalinin  məşğulluq göstəriciləri  (onların  iqtisadiyyatın sahələri,  dövlət və 

qeyri-dövlət  sektoru,  büdcə  və  qeyri-büdcə  təşkilatları,  neft  və  qeyri-neft 

sektoru üzrə sayı və artım sürətləri); 

 



əhaliyə göstərilən pulu xidmətlərin həcmi və artım sürəti; 

 



istehlak qiymətlərinin orta illik indeksi (inflyasiya); 

 



Milli valyutanın ABŞ dollarına və avroya nisbətdə orta illik məzənnəsi

 



mal və xidmətlərin ticarət və tədiyyə balansına görə idxalının və ixracının 

əsas göstəriciləri, onun strukturu; 

 

tədiyyə balansı; 



 

toplu maliyyə balansı. 



Dəqiqləşdirilmiş  ortamüddətli  iqtisadi  və  sosial  inkişaf  proqramına 

müvafiq  olaraq,  cari  ilin  mart  ayında  Azərbaycan  Respublikasının  Maliyyə 

Nazirliyi  tərəfindən  növbəti  il  üçün  ilkin  ortamüddətli  büdcə  proqnozu  (gəlirlər, 

xərclər, kəsir və maliyyələşmə) və İqtisadi İnkişaf Nazirliyi tərəfindən investisiya 

proqramı tərtib edilir. 

Cari  ilin  aprel  ayının  15-dək  Azərbaycan  Respublikasının  Maliyyə 

Nazirliyi  tərəfindən  növbəti  il  üçün  dövlət  büdcəsinin  layihəsi,  büdcə-vergi 



Yüklə 4,91 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə