Bəybala xankiŞİyev şahrza əLİyev



Yüklə 4,91 Mb.
Pdf görüntüsü
səhifə8/134
tarix17.09.2018
ölçüsü4,91 Mb.
#68772
növüDərs
1   ...   4   5   6   7   8   9   10   11   ...   134

23 

 

– Maliyyə vəziyyəti haqqında informasiya



 

Pul resursları və onların hərəkəti haqqında informasiya; 



– Fondların hərəkəti və maliyyələşdirilməsi haqqında informasiya; 

 



Maliyyə riskləri haqqında informasiya. 

Bundan  əlavə,  daha  ətraflı  hazırlanmış  konkret  informasiya,  nəzarət  və 

idarəetmə həllinin qəbul edilməsi menecerlər üçün vacibdir. 

İdarəetmə uçotu müəssisənin təsərrüfatdaxili proseslərinə xidmət edir. Burada 

uçot və hesabat müəssisənin idarə olunması üzərində daxili nəzarəti təşkil edir. 

Operativ  idarəetmə  həllinin  qəbul  edilməsi  üçün  vacib  olan  informasiya  ilk 

növbədə məsrəflərə aiddir. Bu informasiya çox qısa bir zamanda daxil olmalıdır, o, 

idarəetmənin 

tələbatlarına 

uyğun 


olaraq 

ətraflı 


hazırlanmalı 

və 


ümumiləşdirilməlidir;  həmçinin  müəssisənin  perspektiv  inkişafı  məsələlərinə 

uyğun olaraq formalaşmalıdır. 

İdarəedici  firmadaxili  istehsal  uçotunun  təşkilinin  prinsipləri  müəssisə 

tərəfindən  onun  konkret  tələbatlarına  uyğun  olaraq  sərbəst  müəyyən  edilir.  Eyni 

zamanda,  aralarında  olan  fərqə  baxmayaraq,  maliyyə  və  istehsal  uçotu  qarşılıqlı 

əlaqəlidirlər.  İstehsal  uçotunda  maliyyə  uçotunun  göstəriciləri  istifadə  olunur,  öz 

növbəsində idarə uçotu maliyyə mühasibatlığında istifadə edilən, misal üçün, mal-

material ehtiyatları qiymətləndirdikdə, göstəriciləri təqdim edir. 

İdarə uçotu xərclərin və səmərəliliyin qarşılıqlı əlaqəsi üçün zəminlər yaradır. 

İdarə uçotu menecmentin mühüm məsələlərini təmin etməlidir: 

 

uzunmüddətli 



planda 

müəssisə 

siyasətinin 

formalaşdırılması 

və 

proqnozlaşdırılması; 



 

qısa müddətə planlaşdırma. 



Müəssisə  rəhbərliyi  inkişaf  strategiyası  məsələlərini  həll  edərkən 

mühasibatlıqdan  daxil  olan  satış  həcmi,  maya  dəyəri,  qiymət  və  mənfəət  barədə 

informasiyadan istifadə edir. 

Alternativ variantların təhlili üçün, məsələn, xərclərin hesablanmasına haşiyə 

yanaşma kimi və idarə uçotunun digər spesifik iş üsulları istifadə edilir. 



24 

 

İdarə  mühasibatlığı  üçün  təşkilati  baxış  hədsiz  dərəcədə  vacibdir.  Ayrı-ayrı 



bölmələrin hüquq və vəzifələrinin düzgün bölüşdürülməsi üçün struktur yaradılır. 

Təşkilati  baxış,  birincisi,  müvafiq  smeta  (büdcə)  üzərində  nəzarət  və  onların 

planlaşdırılmasını təmin etməlidir; ikincisi, fəaliyyətin səmərəliliyinin yüksəlməsi 

və  istənilməz  kənarlaşmağın  aradan  qaldırılmasında  istehsal  prosesinə  operativ 

müdaxilə tələbatlarına cavab verməlidir. 

İdarə uçotunun əsas məsələlərindən biri bütün mərhələlərdə şirkətin ayrı-ayrı 

bölmələrinin  fəaliyyətinin  əlaqələndirilməsidir.  Maliyyə  resurslarının  öz  təyinatı 

üzrə istifadə edilməsi, istehsalın həcmi və satış həcmləri ilə bağlılığı tələb olunur. 

Əlaqələndirmənin  məqsədləri  smetaların  icrasına  nəzarət  vasitəsi  ilə  həyata 

keçirilir. 

İdarə  uçotunun  digər  vacib  aspekti  –  informasiyanın  idarəetmənin  ayrı-ayrı 

səviyyələrinə  ötürülməsi,  idarəetmə  sisteminin  müxtəlif  hissələri  arasında 

informasiya  mübadiləsinin  təşkili,  yəni  əlaqə  yaratmaqdır.  Bu  məsələ  bir  çox 

müəssisələrdə  geniş  inkişaf  etmiş  idarəetmənin  informasiya  sisteminin  təşkili 

vasitəsi ilə həll edilir. 

 

 




25 

 

 



 

1.3. Uçot və hesabat standartlarının hazırlanmasında beynəlxalq 

təşkilatlar və onların rolu 

 

Beynəlxalq  uçot  standartları  sahəsində  hazırda  bir  sıra  ictimai  təşkilatlar 



fəaliyyət göstərir. 

Mühasibat  uçotunun  beynəlxalq  standartlarını  işləyib-hazırlayan  və  onların 

tətbiqinə kömək edən təşkilatlar: 

 



Beynəlxalq mühasibat standartları üzrə Komitə 

 



İnternational Accounting Standarts Committee (IASK) 

 



Birləşmiş Millətlər Təşkilatı 

 



İqtisadi və Sosial Şura 

 



Transmilli şirkətlər üzrə Komissiya 

 



Uçot 

və 


hesabatın 

beynəlxalq  standartları  üzrə 

ekspertlərin 

hökumətlərarası işçi qrupu 

 

İqtisadi Əməkdaşlıq və İnkişaf təşkilatı 



 

Avropa Birliyi 



 

Peşəkar mühasiblərin digər regional təşkilatları 



 

Qiymətli kağızlar və birjalar üzrə Komissiya 



 

Maliyyə uçotu standartları üzrə Şura Financial 



Beynəlxalq  mühasibat  standartları  üzrə  Komitə  1973-cü  ildə  Avstraliyanın, 

Kanadanın,  Fransanın,  AFR-ın,  Yaponiyanın,  Meksikanın,  Hollandiyanın,  Böyük 

Britaniyanın,  İrlandiyanın  və  ABŞ-ın  peşəkar  mühasibat  təşkilatları  tərəfindən 

yaradılmışdır.  Hal-hazırda  bu  Komitədə  76  ölkədən  100-dən  artıq  peşəkar 

mühasibat birlikləri və assosiasiyaları iştirak edir. Komitə müstəqil, qeyri-hökumət 

təşkilatıdır.  Rəhbər  orqan  İdarə  heyətidir,  ona  13  ölkənin  milli  mühasibat 

təşkilatları daxildir. 



26 

 

Beynəlxalq mühasibat standartları üzrə komitənin əsas vəzifələri aşağıdakılar 



hesab edilir: 

 



maliyyə  hesabatı  tərtib  olunarkən  ictimaiyyət  üçün  maraq  kəsb  edən 

standartları işləyib-hazırlamaq və dərc etmək; 

 

onların  yayımına,  qəbul  edilməsinə  və  onlara  əməl  olunmasına  beynəlxalq 



səviyyədə şərait yaratmaq; 

 



uçotun, mühasibat standartlarının və uçotun və hesabatın prosedurlarının milli 

tənzimlənməsinin  təkmilləşdirilməsi  və  uzaqlaşdırılması  (harmonizasiyası) 

üzrə işlər həyata keçirmək. 

Məqsədlərinə nail olmaq üçün Komitə müxtəlif ölkələrdə uçotun və hesabatın 

mövcud  təcrübəsinin  icmallarını  həyata  keçirir,  milli  uçot  standartlarının  tənqidi 

qiymətini və bu standartların tətbiqi üzrə tövsiyələr verir. 

Komitə öz işində standartlar üzrə milli Komitələrlə qarşılıqlı fəaliyyət göstərir. 

Komitənin  fəaliyyəti  təkcə  peşəkar  mühasiblər  və  maliyyə  analitiklərini  təmsil 

edən  təşkilatlar  tərəfindən  yox,  həm  də  həmkarlar  təşkilatları,  fond  birjaları, 

maliyyə institutları, sahibkarlar ictimaiyyətləri tərəfindən dəstəklənir və tanınır. 

Dünya  səviyyəsində  Komitə  –  mühasibat  uçotu  standartları  buraxan  rəsmi 

tanınmış yeganə təşkilatdır. 

Standartların  işlənib-hazırlanması  və  buraxılışı  üsulu  bir  neçə  mərhələdən 

ibarətdir. Katiblik  idarə  heyətində  müzakirə  edilən  və  sonra işçi-orqana  problemə 

əsas  yanaşmaları  müəyyən  edən  və  onları  araşdırmaya  təqdim  edən  hazırlıq 

komitəsinə  göndərilən  gələcək  beynəlxalq  standartların  mövzusunu  hazırlayır. 

Hazırlıq komitəsi idarə heyətindən iradları alaraq maraqlanan ictimaiyyətə təqdim 

edilmək üçün idarə heyətinin səslərinin 2/3-ci ilə bəyənilmiş standartın layihəsinin 

ilk  variantını  dərc  edir.  6  ay  ərzində  istənilən  mütəxəssis  sonra  idarə  heyəti 

tərəfindən  nəzərdən  keçirilən  öz  irad  və  təkliflərini  verə  bilər.  Son  layihə  idarə 

heyəti tərəfindən bəyənilir (onun iştirakçılarının səslərinin 3-4-dən az olmayaraq), 

tərcümə  və  dərc  olunma  üçün  Komitənin  bütün  üzv-ölkələrinə  göndərilir.  Bu 

təxminən 3 il çəkir. Yalnız bundan sonra standart qüvvəyə minir. 



Yüklə 4,91 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə