Bəybala xankiŞİyev şahrza əLİyev


II FƏSİL. BÜDCƏ UÇOTU VƏ HESABATIN BÜDCƏ



Yüklə 4,91 Mb.
Pdf görüntüsü
səhifə11/134
tarix17.09.2018
ölçüsü4,91 Mb.
#68772
növüDərs
1   ...   7   8   9   10   11   12   13   14   ...   134

34 

 

II FƏSİL. BÜDCƏ UÇOTU VƏ HESABATIN BÜDCƏ 



PROSESİNDƏ ROLU VƏ MİLLİ MÜHASİBAT UÇOTU 

STANDARTLARI 

 

2.1.  Büdcə  qanunvericiliyi  və  büdcə  prosesi,  2.2.  Dövlət  büdcəsinin  mahiyyəti  və  onun  iqtisadiyyatın 

inkişafında  rolu,  2.3.  Mühasibat  uçotunun  beynəlxalq  standartlara  keçməyinin  zəruriliyi,  2.4.  Büdcə 

təşkilatları üçün Milli mühasibat uçotu Standartları 

 

2.1. Büdcə qanunvericiliyi və büdcə prosesi 

 

Büdcə hüququ büdcənin tərtibi, müzakirəsi, təsdiqi və icrası zamanı dövlət 



idarəetmə və hakimiyyət orqanlarının hüquqi normalarının məcmusunu özündə əks 

etdirir. Büdcə hüququ əsasında dövlətin büdcə sistemi fəaliyyət göstərir və qurulur. 

Büdcənin  tərtibi,  müzakirəsi  və  təsdiqi  zamanı  mərkəzi  və  yerli  icra  hakimiyyəti 

orqanlarının  büdcə  hüququ  onların  arasında  iqtisadi  və  idarəetmə  funksiyalarına 

uyğun olaraq müəyyən edilir. 

Büdcə hüququnun inkişaf etdirilməsi üç istiqamət üzrə aparılır. Bunlar vergi 

hüququ,  xərc  hüququ  və  illik  büdcəni  təsdiqetmə  hüququdur.  Büdcə  hüququ 

məsələsində,  hər  şeydən  əvvəl,  vergilərin  Milli  Məclis  tərəfindən  nə  qədər  vergi 

yığma  imkanı  bilindikdən  sonra  büdcə  xərclərinin  təsdiq  edilməsi  və 

maliyyələşdirilməsi  hüququnun  açıqlanması  mərhələsi  gəlir.  İllik  büdcənin  təsdiq 

olunması mərhələsi çox məsuliyyətli bir mərhələdir. Bu zaman büdcənin icrasının 

təmin edilməsi kimi mühüm məsələ öz kəskinliyi ilə qarşıya çıxır. 

Büdcə  sistemi  haqqında  Azərbaycan  Respublikasının  qanunvericiliyi 

Azərbaycan  Respublikası  Konstitusiyasından,  büdcə  sistemi  haqqında  qanuna 

müvafiq olaraq hər büdcə ili üzrə qəbul edilən dövlət büdcəsi haqqında qanundan, 

digər 


qanunlardan 

və 


normativ-hüquqi 

aktlardan,  habelə  Azərbaycan 

Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən ibarətdir.  



35 

 

Azərbaycan  Respublikasında  büdcə  sistemini  Azərbaycan  Respublikasının 



dövlət büdcəsi, Naxçıvan Muxtar Respublikasının büdcəsi və yerli büdcələr təşkil 

edir.  


Büdcə  sistemi  bu  sistemə  daxil  olan  büdcələrin  vahid  prinsiplər  əsasında 

fəaliyyətinə və onların müstəqilliyinə əsaslanır.  

Büdcə  sisteminin  vahidliyi  tənzimləyici  mədaxil  mənbələrindən  istifadə 

etmək, məqsədli büdcə fondları yaratmaq, maliyyə ehtiyatlarını müxtəlif səviyyəli 

büdcələr arasında bölüşdürmək vasitəsilə büdcələrin qarşılıqlı əlaqəsinə əsaslanır. 

Büdcə  sisteminin  vahidliyi  yeni  büdcə  təsnifatı,  büdcə  sənədləri  və 

formalarından  istifadə  olunması,  büdcələrin  icrasına  dair  müntəzəm  hesabatın  və 

icmal  büdcə  hesabatının  hazırlanması  və  qanunvericiliklə  müəyyən  olunmuş 

qaydada təqdim edilməsi yolu ilə təmin edilir. 

Büdcələrin  müstəqilliyi  mövcud  qanunvericiliyə  uyğun  olaraq  mədaxil 

mənbələrinin  və  vahid  büdcə  təsnifatı  çərçivəsində  xərclərin  istiqamətlərini 

müəyyənləşdirmək hüququnun olması ilə təmin edilir. 

Dövlət  büdcəsinin,  Naxçıvan  Muxtar  Respublikasının  büdcəsinin  və  yerli 

büdcələrin  tərkib  hissəsi  kimi  məqsədli  büdcə  fondları  yaradıla  bilər.  Bu  fondlar 

müstəqil mədaxil mənbələrinə malik ola bilər. 

Məqsədli  büdcə  fondları  üzrə  daxilolmalar  və  xərclər  büdcələrin  gəlir  və 

xərc hissələrində ayrıca göstərilməklə müvafiq maliyyə əməliyyatları xəzinədarlıq 

vasitəsilə həyata keçirilir. 

Məqsədli  büdcə  fondlarının  vəsaiti  müəyyən  edilmiş  təyinatı  üzrə  istifadə 

olunmalıdır və onların başqa məqsədlər üçün xərclənməsinə yol verilmir. 

Məqsədli  büdcə  fondlarının  hesablarında  ilin  sonuna  qalan  vəsait  onların 

növbəti ildə gəlirlərinə daxil edilir.  




36 

 

Məqsədli  büdcə  fondları  müstəqil  mədaxil  mənbələrinə  malik  olmayaraq 



müvafiq  büdcələrdən  ayırmalar  hesabına  formalaşdıqda,  bu  fondlar  həmin 

büdcələrin xərc hissəsində əks etdirilir. İlin sonuna fondların hesablarında qalan 

istifadə olunmamış vəsait maliyyələşdirmə mənbəyinə qaytarılır. 

Dövlət büdcəsində, Naxçıvan Muxtar Respublikasının büdcəsində və yerli 

büdcələrdə  nəzərdə  tutulmayan  xərclər  və  fövqəladə  hallar  üçün  məbləği 

müəyyən edilən ehtiyat fondu yaradılır. 

Ehtiyat fondunda vəsaitin həcmi növbəti büdcə ilinin gəlirinin 5 faizindən 

artıq  olmamaqla  və  əvvəlki  illərdə  bu  xərcin  faktiki  icrası  baş  verən  fövqəladə 

halların statistikası nəzərə alınmaqla müəyyən edilir. 

Ehtiyat fondu vəsaitinin istifadə olunma müddəti büdcə ilinin sonunda başa 

çatır. 

Ehtiyat  fondunun  vəsaitindən  istifadə  qaydaları  Azərbaycan  Respublikası 



Nazirlər Kabineti və bələdiyyələr tərəfindən təsdiq edilir. 

Büdcəyə  daxiolmalar  vəziyyətindən  asılı  olmayaraq  iqtisadi  təsnifatın 

aşağıdakı maddələri üzrə xərclər müdafiə olunan xərc maddələri hesab edilir və 

onlara sekvestr tətbiq olunmur: 

 

əmək haqqı; 



 

əmək haqqına üstəlik; 



 

pensiya, başqa sosial müavinətlər və ödənişlər



 

dövlətin daxili və xarici borclarına xidmətlə bağlı xərclər; 



 

hər  il  üçün  dövlət  büdcəsi  haqqında  qanuna  uyğun  olaraq  müdafiə 



olunması zəruri sayılan digər maddələr üzrə xərclər. 

Azərbaycan Respublikası dövlət büdcəsinin məqsədi ölkənin iqtisadi, sosial 

və  digər  strateji  proqramların  və  problemlərinin  həlli,  dövlətin  funksiyalarının 

həyata  keçirilməsi  üçün  qanunvericiliklə  müəyyən  edilmiş  qaydada  maliyyə 

vəsaitinin toplanmasını və istifadəsini təmin etməkdir. 

Dövlət büdcəsinin gəlirləri aşağıdakılardan ibarətdir: 




Yüklə 4,91 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə