Bəybala xankiŞİyev şahrza əLİyev



Yüklə 4,91 Mb.
Pdf görüntüsü
səhifə20/134
tarix17.09.2018
ölçüsü4,91 Mb.
#68772
növüDərs
1   ...   16   17   18   19   20   21   22   23   ...   134

61 

 

Azərbaycan  Respublikasının  Maliyyə  Nazirliyi  tərəfindən  mətbuatda  dərc 



etdirilir. 

Dövlət  büdcəsinin  və  icmal  büdcənin  gəlirlərinin  və  xərclərinin,  o 

cümlədən büdcədənkənar dövlət fondlarının auditi qanunvericiliyə  uyğun olaraq 

Azərbaycan Respublikasının Hesablama Palatası tərəfindən aparılır. 

Dövlət  büdcəsinin  icrasına  cari  nəzarəti  Azərbaycan  Respublikasının 

Maliyyə Nazirliyi həyata keçirir: 

 

maliyyə orqanlarında dövlət büdcəsinin tərtibi və icrası üzrə qüvvədə olan 



qanunvericiliyə  riayət  edilməsi,  iqtisadi-nəzarət  işlərinin  yerinə  yetirilməsi, 

maliyyə  nəzarətinin  üsul  və  metodlarının  təkmilləşdirilməsi  üzrə  tədbirlərin 

həyata keçirilməsi, dövlət büdcəsinə gəlirlərin tam və vaxtında daxil olmasının 

təmin  olunması,  büdcə  gəlirlərinin  artması  imkanlarının  aşkar  edilməsi  və 

vəsaitin  xərclənməsində  israfçılığın  qarşısının  alınması,  idarə,  müəssisə  və 

təşkilatların  maliyyə-təsərrüfat  fəaliyyətinə  nəzarətin  həyata  keçirilməsi, 

dövlət  vəsaitinin  qorunması,  onun  düzgün  və  qənaətlə  xərclənməsi,  büdcə 

təşkilatlarında  mühasibat  uçotunun  aparılması  və  hesabatın  düzgün  tərtibi 

işləri yoxlanılır; 

 



büdcə təşkilatlarının büdcə və büdcədənkənar xərclər smetasında nəzərdə 

tutulan  təyinatlarının  hesablamalarla  əsaslandırılması,  xərclər  smetasının  və 

əsas  göstəricilərin  icrası,  vəsaitlərin  təyinatı  üzrə  məqsədyönlü  və  səmərəli 

istifadə  olunması, maliyyə  intizamına  əməl  edilməsi  və uçot-hesabat işlərinin 

vəziyyəti yoxlanılır; 

 



maliyyə  orqanlarının  hesabatlarının  təhlili  zamanı  büdcə  idarələrində 

vəsaitlərdən  səmərəsiz  istifadənin  və  proqnozların  yerinə  yetirilməməsi 

səbəblərinin araşdırılması, maliyyə orqanlarının nəzarət-təftiş işinin vəziyyəti, 

pul vəsaitlərinin və maddi dəyərlilərin qeyri-qanuni xərclənməsinin qarşısının 

alınması,  dövlətə  vurulan  ziyanın  bərpası,  büdcəyə  vaxtında  ödənilməmiş 

məbləğlərin  müəyyən  edilmiş  qaydada  büdcəyə  alınması,  yoxlanılan  idarə, 

müəssisə  və  təşkilat  rəhbərlərinə  maliyyə  intizamının  pozulması  hallarının 



62 

 

aradan  qaldırılması  haqqında  təkliflərin  verilməsi,  əlavə  gəlirlərin  və  ilin 



əvvəlinə  qalan  büdcə  vəsaiti  qalıqlarının  müəyyən  olunmuş  qaydada  dövlət 

büdcəsinə  vaxtında  və  tam  məbləğdə  köçürülməsinin  təmin  edilməsi, 

maliyyələşmə mənbəyi olmadan xərclərin aparılması araşdırılır; 

 



yerli maliyyə orqanlarında, eləcə də yerli və mərkəzləşdirilmiş xərclərdən 

maliyyələşən büdcə təşkilatlarında gəlir və xərclərin icrasına dair uçot-hesabat 

işlərinin vəziyyəti, xəzinədarlıq işlərinin təşkili və aparılması yoxlanılır; 

 



şəbəkə, ştat və kontingentlər üzrə planların yerinə yetirilməsi və xərclərin 

bu planların yerinə yetirilmə dərəcəsinə uyğunluğu müəyyənləşdirilir; 

 

pul  vəsaitlərinin  və  maddi  dəyərlilərin  qorunub  saxlanılması  və  onların 



xərclənməsində  qanunçuluğa  və  ciddi  qənaət  rejiminə  riayət  edilməsi 

yoxlanılır; 

 

müavinətlərin,  təqaüdlərin  və  maddi  yardım  təyin  edilməsi  və 



ödənilməsinin  düzgünlüyü,  əmək  haqqı  fondlarından  istifadənin  düzgünlüyü 

yoxlanılır; 

 

büdcədənkənar  vəsaitlərin,  büdcədənkənar  fondların  yaradılmasının  və 



xərclənməsinin  düzgünlüyü,  büdcə  qarşısında  olan  öhdəliklərin  icrası 

yoxlanılır; 

 

əsaslı  təmirə,  avadanlıq  və  inventar  alınmasına  çəkilən  xərclərin 



səmərəliliyi,  maddi  dəyərlilərin  və  pul  vəsaitlərinin,  ştatların,  əmək  haqqı 

stavkalarının  xərcləri  üçün  müəyyənləşdirilmiş  normalara  riayət  olunması, 

ezamiyyə xərclərinin və məzuniyyət haqlarının hesablanması və ödənilməsinin 

düzgünlüyü yoxlanılır. 

Dövlət  büdcəsi  kəsirinin  məbləği  növbəti  büdcə  ili  üzrə  dövlət  büdcəsi 

haqqında qanunla müəyyən edilir. Büdcə xərclərinin gəlirlərinə təmin olunmayan 

məbləğinin  maliyyələşməsi  dövlət  borcu,  kredit  və  digər  mənbələr  hesabına 

həyata keçirilir. 

Dövlət  büdcəsində  nəzərdə  tutulmayan  xərclər  təbii  fəlakət,  digər 

fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması, habelə 




63 

 

dövlət və yerli əhəmiyyətli tədbirlərin həyata keçirilməsi üçün məbləği müəyyən 



edilən  ehtiyat  fondu  vəsaitinin  istifadə  müddəti  büdcə  ilinin  sonunda  başa  çatır. 

Dövlət  büdcəsinin  Ehtiyat  Fondunun  vəsaitindən  Azərbaycan  Respublikasının 

Nazirlər  Kabineti  tərəfindən  müəyyən  olunmuş  qaydada  istifadə  edilir. 

Azərbaycan  Respublikasının  Maliyyə  Nazirliyi  hər  rüb  Ehtiyat  Fondundan 

ayrılmış  vəsaitlər  barədə  Azərbaycan  Respublikasının  Nazirlər  Kabinetinə 

məlumat təqdim edir. 

Dövlət  büdcəsinin  tərkibində  konkret  tədbirlərin  həyata  keçirilməsi  üçün 

formalaşdırılan  məqsədli  büdcə  fondları  üzrə  daxilolmalar  və  xərclər  büdcənin 

gəlir  və  xərc  hissələrində  ayrıca  göstərilməklə,  müvafiq  maliyyə  əməliyyatları 

xəzinədarlıq vasitəsilə həyata keçirilir. Məqsədli büdcə fondlarının vəsaiti təyinatı 

üzrə  istifadə  olunmalıdır  və  onların  başqa  məqsədlər  üçün  xərclənməsinə  yol 

verilmir. 

Dövlət  büdcəsinin  gəlirləri  və  xərcləri  arasında  tarazlığın  təmin  olunması 

onun tərtibinin və icrasının mühüm şərtidir. 

Dövlət  büdcəsinin  icrası  prosesində  onun  gəlirləri  və  xərcləri  arasında 

uyğunsuzluq  yarandıqda,  bu  barədə  Azərbaycan  Respublikasının  Maliyyə 

Nazirliyi Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat verir. 

Azərbaycan  Respublikasının  Nazirlər  Kabineti  2  gün  müddətinə  bu 

məsələni  Nazirlər  Kabinetinin  iclasında  dövlət  büdcəsinin  gəlirlərini  təmin  edən 

orqanların  (Vergilər  Nazirliyi,  Dövlət  Gömrük  Komitəsi,  Dövlət  Neft  Fondu) 

iştirakı  ilə  müzakirə  edib,  həmin  orqanlara  yaranmış  vəziyyətin  10  gün 

müddətində tənzimlənməsi üçün tapşırıqlar verir. 

10  gün  müddətində  büdcə  daxilolmalarının  proqnozunda  nəzərdə  tutulan 

səviyyəyə çatdırılması dövlət büdcəsinin gəlirlərini təmin edən orqanlar (Vergilər 

Nazirliyi,  Dövlət  Gömrük  Komitəsi,  Dövlət  Neft  Fondu)  tərəfindən  mümkün 

olmazsa və bu büdcə gəlirləri və xərcləri arasında uyğunsuzluğa şərait yaradarsa, 

onda  Azərbaycan  Respublikasının  Nazirlər  Kabineti  dövlət  büdcəsinə  yenidən 

baxılması təklifi ilə Azərbaycan Respublikasının Prezidentinə müraciət edir. 




Yüklə 4,91 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə