Bəybala xankiŞİyev şahrza əLİyev



Yüklə 4,91 Mb.
Pdf görüntüsü
səhifə28/134
tarix17.09.2018
ölçüsü4,91 Mb.
#68772
növüDərs
1   ...   24   25   26   27   28   29   30   31   ...   134

86 

 

nəzərdə tutulmuşdur. Vergi Məcəlləsi indiyədək ölkədə gedən vergi islahatlarının 



məntiqi  davamı,  mövcud  olan  vergi  qanunlarının  vahid  prinsiplər  əsasında 

sistemləşdirilmiş  məcmusudur.  Vergi  Məcəlləsində  də  vergilərin  dərəcələrinin 

aşağı  salınması,  xarici  investorlar  üçün  əlverişli  vergiqoyma  şəraitinin 

yaradılması,  sahibkarlıq  subyektləri  üçün  sadələşdirilmiş  sistem  üzrə  verginin 

tətbiq  edilməsi,  büdcəyə  artıq  ödəmələrin  vaxtında  qaytarılmamasına  görə  vergi 

tədiyyəçilərinə  faizlərin  ödənilməsi,  mübahisəli  məsələlərin  vergi  ödəyicilərinin 

xeyrinə həll edilməsi məsələləri öz əksini tapmışdır. 

Müəssisə  və  təşkilatların  maliyyə  vəziyyətlərinin  sağlamlaşdırılması  və 

istehsalın  inkişaf  etdirilməsinə  şərait  yaratmaq  istiqamətində  atılan  vacib 

addımlardan  biri  də  «hüquqi  şəxslərin  dövlət  büdcəsinə  borclarının  güzəştli 

ödənişi  haqqında»  və  «Özəlləşdirilən  dövlət  müəssisələrinin  aqrar  islahatları 

nəticəsində ləğv olunmuş və işğal altında olan rayonların təsərrüfat subyektlərinin 

borcları haqqında» Azərbaycan Respublikası Qanunlarının qəbul olunmasıdır. 

Göstərilən  tədbirlər  müəssisə  və  təşkilatla  illərlə  yığılmış  köhnə  yükdən 

azad  olmağa,  onların  dövriyyə  vəsaitlərinin  özgəninkiləşdirilməsi  əvəzinə 

istehsalın inkişafına, özəlləşdirilmiş müəssisələrin yeni iqtisadi mühitdə özlərinə 

yer  tapmaları  üçün  şərait  yaradılmasına  yönəldilmişdir  və  biz  hesab  edirik  ki, 

milli  istehsalımızın,  xüsusi  ilə  də  qeyri-neft  sektorunun  dirçəlməsində  bu 

qanunların təsiri gözəçarpacaq dərəcədə olacaqdır. 

Respublika  iqtisadiyyatının  daha  da  sağlamlaşdırılması  və  bu  sahədə  əldə 

edilmiş  uğurların  möhkəmləndirilməsində  dövlət  maliyyə  nəzarətinin  rolu  və 

əhəmiyyəti böyükdür. 

Son  illər  yoxlama  və  nəzarət  funksiyasını  həyata  keçirən  dövlət  orqanları 

tərəfindən  yol verilən  sui-istifadə hallarının qarşısının  alınması, vətəndaşların  və 

hüquqi  şəxslərin  qanuni  hüquq  və  mənafelərinin  təmin  olunması  üçün  bir  sıra 

tədbirlər həyata keçirilmişdir. 

Nəticədə  iqtisadi  sahədə  bir-birini  təkrarlayan,  paralel  və  lüzumsuz 

yoxlamaların sayı  azalmış,  bazar iqtisadiyyatının  inkişafına  mənfi təsir göstərən 




87 

 

bir  sıra  halların  qarşısı  alınmış,  vətəndaşların  və  hüquqi  şəxslərin  qanuni 



mənafelərinin qorunmasına nail olunmuşdur. 

Dövlət  maliyyə  nəzarətinin  günün  tələbləri  səviyyəsində  qurulması 

məqsədi  ilə  qeyd  olunan  tədbirlərin  həyata  keçirilməsi,  respublikada  istehsalın 

artmasına,  vətəndaşların  həyat  səviyyəsinin  yüksəlməsinə  müəyyən  qədər  öz 

təsirini göstərmişdir. 

Ölkədə  mövcud  olan  işsizlik  və  kasıblıq  probleminin  aradan qaldırılması, 

yeni  iş  yerlərinin  yaradılması,  kiçik  və  orta  sahibkarlığın  inkişaf  etdirilməsi, 

infrastrukturun  bərpası  məqsədilə  sərfəli  şərtlərlə  kreditlər  cəlb  edilməsi 

praktikasından geniş istifadə olunmasına zərurət vardır. 

Bu  baxımdan  Beynəlxalq  Valyuta  Fondu,  Beynəlxalq  Yenidənqurma  və 

İnkişaf  Bankı,  İslam  İnkişaf  Bankı,  Asiya  İnkişaf  Bankı,  Almaniyanın  KFV 

Bankı,  Yaponiyanın  İqtisadi  Əməkdaşlıq  Təşkilatı  ilə  əməkdaşlıq  nəticəsində 

respublikamızda  həyata  keçirilən  iqtisadi  islahatların,  yenidənqurma  və  bərpa 

işlərinin maliyyə vəsaiti ilə dəstəklənməsi xüsusi qeyd edilməlidir. 

Eyni  zamanda  qeyd  etmək  olar  ki,  ölkəmizin  kredit  reytinqinin  müəyyən 

edilməsi  və  bu  reytinqin  bir  sıra  qonşu  ölkələrlə  müqayisədə  yüksək  olması 

xüsusi əhəmiyyət kəsb edir. 

Elə  bu  səbəbdən  beynəlxalq  maliyyə-kredit  təşkilatları  ilə  aparılan 

müvəffəqiyyətli  danışıqlar  nəticəsində  Böyük  Bankının  su  təchizatı  sisteminin 

yenidən  qurulmasına,  Binə  Aeroportunda  uçuşların  təhlükəsizliyinin  təmin 

edilməsinə,  aeroportun  tikintisinə,  yol  tikintisinə,  kimya  sənayesinin  inkişafına, 

neft,  qaz,  enerji  sektorunun  bərpasına,  kəndli-fermer  təsərrüfatlarının 

dirçəldilməsinə,  qaçqın  və  məcburi  köçkünlərin  yeni  iş  yerləri  ilə  təmin 

edilməsinə və sahələrə güzəştli şərtlərlə investisiyalar cəlb edilmişdir. 

Mövcud  infrastrukturun  bərpası,  yenidən  qurulması,  yeni  iş  yerlərinin 

yaradılması  və  ölkədə  keçirilən  islahatların  dəstəklənməsi  məqsədi  ilə  sərfəli 

şərtlərlə xaricdən hökumət zəmanəti ilə cəlb edilmiş kreditlərin iqtisadi islahatlar 

və  struktur  dəyişikliklərinin  maliyyələşdirilməsinə,  elektrik-enerji  sektorunun 




88 

 

yenidən  qurulmasına,  nəqliyyat  xidmətinin  yaxşılaşdırılmasına,  kimya,  kənd 



təsərrüfatı,  irriqasiya-drenaj  işlərinin  görülməsinə  və  sair  mühüm  sahələrin 

maliyyələşdirilməsinə yönəldilmişdir. 

Qeyd etmək lazımdır ki, cəlb edilən investisiya məqsədli kreditlərə xidmət 

bilavasitə büdcədən həyata keçirilir. 

Büdcə xərcləri ölkənin maliyyə həyatında çox böyük rola malikdir. Dövlət 

xərcləri  içərisində  iqtisadiyyatda  kapital  yığımı  ilə  bağlı  xərclər,  investisiya 

xərcləri,  transfert  xərcləri  ilə  birlikdə  büdcənin  xərc  hissəsində,  demək  olar  ki, 

müəyyən  məbləğdə  paya  malikdir.  İnvestisiya  xərcləri  iqtisadiyyatın  istehsal 

norması, istehsal həcmi, məşğulluq və milli gəlir norması ilə bağlı olan xərclərdir. 

Transfert  xərcləri  əvəzində  heç  bir  mal  və  xidmət  satın  alnmadığı  üçün 

iqtisadiyyatda  fərdlər,  sosial  təbəqələr,  sektorlar  və  bölgələr  arasında  gəlir 

bölgüsü ilə əlaqədar olan xərcləri əhatə edir. Daha doğrusu, transfert xərcləri gəlir 

bölgüsünü dəyişdirir. 

Göründüyü kimi, heç bir dövlət xərci təsirsiz qalmır, bu və ya digər sahəyə 

müəyyən səviyyədə təsir edir. Ona görə də dövlət xərclərinin iqtisadi təsirləri bu 

xərclər həyata keçirilərkən istifadə olunan maliyyə mənbələri ilə sıx bağlıdır. Belə 

ki,  dövlət  xərcləri  vergilərlə,  borclanma  ilə,  emissiya  ilə  maliyyələşdirilə  bilər. 

Bəzən  elə  şərait  yaranır  ki,  bu  üç  maliyyə  mənbəyindən  eyni  vaxtda  istifadə 

edilir. Dövlət xərclərinin maliyyələşdirilməsində normal hal isə dövlət büdcəsinin 

tarazlığının qorunması və dövlət xərclərinin vergilərlə maliyyələşdirilməsidir. 

Büdcə xərclərinin yaratdığı iqtisadi təsirləri bir-birindən fərqli olan üç qrup 

vasitəsilə  izah  etmək  mümkündür.  Bu  qrupların  hər  birini  bir  metod  kimi  qəbul 

etməklə  makroiqtisadi  yanaşma  metodunu,  funksional  təsnifləşdirməyə  uyğun 

olaraq  dövlət  xərclərinin  iqtisadi  təsirini  və  dövlət  xərclərinin  iqtisadiyyat 

üzərindəki ümumi təsirinin müəyyənetmə metodunu göstərmək olar. 

1.

 



Büdcə  xərclərinin  makroiqtisadi  təsirləri  dedikdə,  ilk  növbədə,  dövlət 

xərclərinin istehsala,   milli məhsula və milli gəlirə, qiymətlərə, məşğulluğa və s. 




Yüklə 4,91 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə