Bəybala xankiŞİyev şahrza əLİyev



Yüklə 4,91 Mb.
Pdf görüntüsü
səhifə31/134
tarix17.09.2018
ölçüsü4,91 Mb.
#68772
növüDərs
1   ...   27   28   29   30   31   32   33   34   ...   134

95 

 

TMŞ-lərin  xarici  iqtisadi  fəaliyyəti,  digər  şirkətlərin  xarici  ticarət 



əməliyyatları,  beynəlxalq  investisiya  prosesi,  dünya  fond  birjalarındakı  əqdlər 

xarici valyutada onu milli valyutaya çevirməklə hesablaşmalar aparmaq zərurəti 

yaradır.  Bu  cür  çevirmələr  TMŞ-nin  ümumi  (cəmləşdirilmiş)  hesabatı  tərtib 

olunarkən  də  zəruridir.  Prinsipcə  bu,  texniki  uçot  problemləridir,  lakin  onlar  da 

mühasibat  uçotunun  beynəlxalq  standartlaşdırılması  vasitəsi  ilə  həll 

edilməməlidir. 

Burada  bu  nəticə  çıxır  ki,  TMŞ-lər  obyektiv  olaraq  uçotun 

beynəlmiləlləşməsinə  təşəbbüs  edir  və  onun  beynəlxalq  standartlaşdırılmasına 

fəal yardım göstərir. 

2. Kapital bazarlarının inkişafına mühasibat uçotunun təsiri 

Beynəlxalq  kapital  bazarları  milli  bazarlardan  əmələ  gəlmişdir.  Yaxın 

keçmişdə  müəssisələrin  borc  kapitalına  olan  tələbatları  milli  kapital  bazarları 

vasitəsi  ilə  ödənilirdi.  Nümunə  kimi  müəssisələrin  onlara  lazım  olan  kapitalları 

ölkə daxilində ilkin və təkrar kapital bazarları vasitəsi ilə toplamaq imkanları olan 

ABŞ göstərilə bilər. ABŞ-ın qiymətli kağızların təkrar bazarı – dünyada ən böyük 

bazardır. 

İkinci  Dünya  müharibəsindən  sonra  maliyyə  bazarında  vəziyyət  köklü 

surətdə  dəyişdi.  Xüsusilə  Amerika  yardımı  proqramı  və  öz  iqtisadiyyatını  bərpa 

edən  müharibədən  sonrakı  Avropada  dollar  “aclığı”  amerikan  müəssisələrinin 

xarici investisiyalarının artımına səbəb oldu. 

Hal-hazırda bir sıra amillər üzündən beynəlxalq kapital bazarlarının sürətli 

inkişafı  və  onların  mövqelərinin  möhkəmlənməsi  müşahidə  olunur.  Bu  cür 

amillərə  aşağıdakılar  aiddir:  inkişaf  planlarını  və  milli  gəlirlərin  dəstəklənməsi 

üzrə  proqramlar  həyata  keçirən  ölkələrin  xarici  maliyyə  mənbələrinə  artan 

tələbatı,  maliyyə  bazarlarında  rəqabət,  ölkələrin  artıq  maliyyə  resurslarına  malik 

olan və xarici investisiyalara ehtiyac duyan ölkələrə bölünməsi. 

Digər  tərəfdən,  beynəlxalq  standartlar  bir  çox  birja  əməliyyatlarını 

sadələşdirir və bununla da onların inkişafına təkan verirlər. 



96 

 

3. Mühasibat uçotunun regional sistemləri 

Qeyd etmək mühümdür ki, mühasibat uçotu heç vaxt onun tətbiqi dairəsini 

hər  hansı  bir  sahə  və  ya  ayrıca  ölkə  ilə  məhdudlaşdırmamışdır.  “İtalyan 

mühasibatı”  çox  sürətlə  Almaniyanı,  Fransanı,  Niderlandı,  sonra  isə  Böyük 

Britaniyanı  fəth  etdi.  Böyük  Britaniyanın  17-18-ci  əsrlərdə  hökmran  üstün 

mövqeyi  mühasibat uçotunu nəinki  Şimali  Amerikada, həm  də  Britaniya  Birliyi 

ölkələrində  yaymağa  kömək  etdi.  Holland  təsiri  uçotun  İndoneziya  və  Cənubi 

Afrikada  “mənimsənilməsinə”  imkan  yaratdı.  Fransız  uçot  sistemi  Polineziyada 

və  Afrikada  fransız  təsir  zonasında  yayılmışdır,  Almaniya  isə  Yaponiyada, 

İsveçdə və keçmiş çar Rusiyasında uçotun inkişafına təsir göstərdi. 

Birləşmiş  ştatların  iqtisadi  qüdrətinin  bizim  yüzilliyin  birinci  yarısında 

artması amerikan modelinin nəzəri mövqelərinin və təcrübənin təkcə Almaniyada 

və  Yaponiyada  yox,  həm  də  inkişaf  etməkdə  olan  ölkələrdə,  o  cümlədən 

Braziliyada, İsraildə, Meksikada və Filippində təsirinin artması ilə nəticələndi. 

Bu  təsir  hal-hazırda  da  xeyli  hiss  olunan  dərəcədə  qalır.  Birləşmiş  ştatlar 

mühasibat uçotu sahəsində elmi işləmələrə maliyyə ayırmaları və nəşrlərin sayına 

görə  öndə  gedirlər,  onlar  həmin  profil  yönümlü  universitet  təhsilinin  yüksək 

inkişaf  etmiş  sisteminə  malikdilər.  Eyni  zamanda  heç  də  bütün  ölkələr  uçotun 

amerikan standartlarını və prinsiplərini həvəslə qəbul etmirlər. 

Mühasibat uçotu mahiyyətcə universaldır, onun dili – “beynəlxalq ünsiyyət 

dilidir”,  “balans”,  “debet”,  “kredit”,  “konto”  (hesab)  kimi  kateqoriyalar  bütün 

dünyada başa düşülür və tətbiq olunur. 

Artıq deyilmişdir ki, dünya təcrübəsində aktivlər qiymətləndirilərkən daha çox 

ilkin  maya  dəyərindən  istifadə  edirlər,  baxmayaraq  ki,  bu  metod  modifikasiya 

edilmiş  şəkildə  tətbiq  edilir.  Belə  bir  nöqteyi-nəzər  mövcuddur  ki,  balansda 

aparılan  qiymətləndirmə  əmlakın  o  zaman  real  dəyərinə  maksimum  yaxın 

olmalıdır,  buna  görə  də  cari  dəyəri  tətbiq  etmək,  yaxud  gələcək  əməliyyatlardan 

ehtimal  olunan  itkiləri  və  gəlirləri  nəzərə  almaq,  qiymətlərin  dəyişməsini  əks 

etdirmək və i.a. vacibdir. 




97 

 

İnflyasiya ümumdünya hadisəsi olduğundan, onun nəticələri isə həm mikro, həm 



də  makro  səviyyələrdə  duyulduğundan  bu  məsələ  üzrə  uçot  problemlərinin  həlli 

üçün  maksimum  səy  göstərilməlidir.  Aydındır  ki,  bu,  Azərbaycanda  müasir 

iqtisadi vəziyyət üçün də xeyli aktualdır. 

Eləcə  də  balansa  hansı  vəsait  və  resurs  növlərinin  daxil  edilməsi  barədə 

məsələnin  birmənalı  olmayan  həllini  qeyd  etmək  lazımdır,  xüsusilə  də  bu, 

“firmanın  qiyməti”  və  ETTKİ-nə  xərclər  kimi  aktivlər  barəsində  səciyyəvidir. 

Buradan bu kateqoriyalı vəsaitlərin silinməsinə müxtəlif baxışlar ortaya çıxır: bir 

qisim ölkələrdə onların faydalı istifadə müddəti ərzində amortizasiyasına, yaxud da 

öz  kapitalının  azaldılması  hesabına  dərhal  silinməsinə  icazə  verilir.  Bir  sıra 

ölkələrdə  alternativ  seçimə  yol  verilmir  (məsələn,  ABŞ-da,  Kanadada  və 

Yaponiyada “firmanın qiymətinin” dərhal silinməsinə icazə verilmir, onun aktivdə 

məcburi “kapitallaşması” tələb olunur). Amortizasiya müddətlərinin təyin edilməsi 

təcrübəsi  də  fərqlənir.  Ayrı-ayrı  ölkələrdə  “firmanın  qiymətinin”  silinməsinin 

maksimum  müddətin  məhdudlaşdırılması müəyyən edilir, məsələn ABŞ-da 40 il, 

Avstraliyada – 20 il, Hollandiya və İsveçdə – 10 il, Almaniya və Yaponiyada – 5 

il.  Ticarət  markaları,  ticarət  nişanları,  EHM  üçün  proqram  təminatı  və  sair  kimi 

duyulmayan aktivlərin uçotu və amortizasiyası zamanı da fərqlər mövcuddur. 

Eynilə və öhdəliklərin uçot təcrübəsi də fərqlənir. Məsələn, Argentinada vergilər 

üzrə öhdəliklər hesablanmırlar, onlar yalnız kassa metodu üzrə hesaba alınırlar və 

əks olunurlar. Hollandiyada təxirə salınmış gəlir vergisinin məbləği (faktiki vergi 

ilə maliyyə uçotda müəyyən edilmiş mənfəətə uyğun hesablanmış vergi arasındakı 

fərq) diskontlaşır. 

“Öhdəliklər”  anlayışının  müxtəlif təfsir  edilməsi  ona  gətirib  çıxarır ki,  ayrı-ayrı 

Avropa  ölkələrində  və  Cənubi  Afrikada,  məsələn,  qiymətləndirmə  ehtiyatları 

yaranılmır  (hətta  pensiya  öhdəlikləri  üçün  də),  əksinə  Almaniya  və  İsveçrə 

“öhdəlik” termininin “gizli” ehtiyatlara tətbiq edilməsinin nümunəsidirlər, bununla 

da  onlar  həmin  ehtiyatların  yaradılasına  bəraət  qazandırırlar.  Bu  ölkələrdə 



Yüklə 4,91 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə