Bəybala xankiŞİyev şahrza əLİyev



Yüklə 4,91 Mb.
Pdf görüntüsü
səhifə32/134
tarix17.09.2018
ölçüsü4,91 Mb.
#68772
növüDərs
1   ...   28   29   30   31   32   33   34   35   ...   134

98 

 

ehtiyatlılıq  prinsipi  ifrat  ifadəsini  tapır  və  bir  sıra  hallarda  gələcəkdə  mümkün 



itgilərin yenidən qiymətləndirilməsi mövcuddur. 

Əməliyyatların  xarici  valyutada  yenidən  hesablanma  zamanı  da  beynəlxalq 

uçotda zidiyyətli problemlər yaranır: hesablama zamanı hansı mübadilə məzənnəsi 

və hansı ana istinadən tətbiq edilməlidir, bunun nəticəsində yaranmış fərqləri necə 

şərh etməli və s. 

    Beləliklə,  aydındır  ki,  beynəlxalq  uçot  sisteminin  yaradılması  üzrə  iş 

aparılması  üçün  obyektiv  tələbat  və  ilkin  şərtlər  mövcuddur.  Bu  iş  müxtəlif 

ölkələrə  mövcud  olan  uçot  sistemlərinin  tədqiqindən,  müqayisəsindən  və 

təsnifatından,  uçotun,  hesabatın  və  auditin  unifikasiyası  üzrə  işləmələrdən  və 

tövsiyələrdən ibarətdir. 

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 




99 

 

 



2.4. Büdcə təşkilatları üçün Milli Mühasibat Uçotu standartları 

 

Büdcə  təşkilatları  üçün  Milli  Mühasibat  Uçotu  Standartları  Azərbaycan 



Respublikası  Maliyyə  Nazirliyinin  13  yanvar  2009-cu  il  tarixli  əmri  ilə  təsdiq 

edilmişdir. 

Azərbaycan  Respublikasında  büdcə  təşkilatları  üçün  tətbiq  olunan 

aşağıdakı Milli Mühasibat Uçotu Standartları müəyyən edilmişdir. 



Maliyyə hesabatlarının təqdimatı üzrə 1 №-li Milli Mühasibat Uçotu 

Standartı 

Standartın məqsədi hesabat ili üçün tərtib edilmiş maliyyə hesabatları ilə 

həmin  təşkilatın  əvvəlki  dövrlər  üçün  hazırladığı  maliyyə  hesabatları,  eləcə  də 

digər  təşkilatların  maliyyə  hesabatları  arasında  müqayisəni  təmin  edən  ümumi 

təyinatlı,  maliyyə  hesabatlarının  təqdim  edilməsi  üzrə  metodların  müəyyən 

edilməsidir. 

Standart  büdcə  təşkilatlarına,  bələdiyyə  orqanlarına  və  büdcədənkənar 

fondlara tətbiq edilir. 

Standart 

büdcə 


təşkilatlarından, 

bələdiyyə 

orqanlarından 

və 


büdcədənkənar  fondlardan  maliyyə  hesabatlarının  hesablama  metodu  əsasında 

hazırlanıb təqdim edilməsini tələb edir. 

Mühasibat uçotunu tənzimləyən qüvvədə olan normativ-hüquqi aktlar ilə 

bu  Milli  Mühasibat  Uçotu  Standartı  arasında  ziddiyyət  yarandığı  halda,  tətbiq 

edilir. 

 

 




100 

 

Pul vəsaitlərinin hərəkəti haqqında Hesabatı üzrə 2 №-li Milli 



Mühasibat Uçotu Standartı 

Bu  standartın  məqsədi  pul  vəsaitlərinin  əməliyyat,  investisiya  və 

maliyyələşdirmə  fəaliyyətləri  üzrə  təsnifləşdirilən  pul  vəsaitlərinin  hərəkəti 

haqqında  hesabat  vasitəsilə  keçmiş  hesabat  dövründə  təşkilatın  pul  vəsaitləri  və 

onların  ekvivalentlərinin  hərəkətində  baş  verən  dəyişikliklər  haqqında 

informasiyanın təqdim edilməsinin tələb edilməsindən ibarətdir. 

Hesablama metodu əsasında maliyyə hesabatları hazırlayan və təqdim edən 

təşkilat  pul  vəsaitlərinin  hərəkəti  haqqında  hesabatını  bu  Standartın  tələblərinə 

uyğun  olaraq  hazırlamalı  və  onu  maliyyə  hesabatlarının  hazırlandığı  hər  hesabat 

dövrü  üzrə  təqdim  edilən  maliyyə  hesabatlarının  tərkib  hissəsi  kimi  təqdim 

etməlidir. 

Bu  standart  büdcə  təşkilatlarına,  bələdiyyə  orqanlarına  və  büdcədənkənar 

fondlara tətbiq edilir. 

Mühasibat  uçotunu  tənzimləyən  qüvvədə  olan  normativ-hüquqi  aktlar  ilə 

bu  Milli  Mühasibat  Uçotu  Standartı  arasında  ziddiyyət  yarandığı  halda,  Büdcə 

Təşkilatları üçün Milli Mühasibat Uçotu standartı tətbiq edilir. 



 

Uçot siyasəti, uçot qiymətləndirmələrində dəyişikliklər və səhvlər üzrə 3 

№-li Milli Mühasibat Uçotu Standartı 

Bu  standartın  məqsədi  uçot  siyasətində  və  uçot  qiymətlərində  edilən 

dəyişikliklərə  və  səhvlərin  düzəldilməsinə  dair  məlumatın  açıqlanması  və  uçot 

qaydaları  ilə  yanaşı,  uçot  siyasətinin  seçilməsi  və  dəyişdirilməsi  üçün  istifadə 

olunan meyarların müəyyən olunmasından ibarətdir. 

Bu  Standartın  uçot  siyasətinin  seçilməsi  və  tətbiqi  zamanı,  habelə  uçot 

siyasətində  və  uçot  qiymətlərində  dəyişikliklərin  və  əvvəlki  hesabat  dövrlərinin 

səhvləri üzrə düzəlişlərin uçotu zamanı tətbiq edilir. 




101 

 

Əvvəlki hesabat dövrlərinin səhvlərinin düzəldilməsi və uçot siyasətlərində 



dəyişiklərin tətbiq edilməsi məqsədilə aparılmış retrospektiv düzəlişlər üzrə vergi 

nəticələri ictimai sektora məxsus əksər büdcə təşkilatları üçün müvafiq olmaması 

səbəbindən  bu  standart  çərçivəsində  nəzərdən  keçirilmir.  “Mənfəət  vergisi”  adlı 

12  №-li  Mühasibat  Uçotunun  Beynəlxalq  Standartı  əvvəlki  hesabat  dövrlərinin 

səhvlərinin  düzəldilməsi  və  uçot  siyasətlərində  tətbiq  edilməsi  məqsədilə 

aparılmış  retrospektiv  düzəlişlər  üzrə  vergi  nəticələrinin  uçotuna  dair  təlimatları 

əks etdirir. 

Bu  standart  büdcə  təşkilatlarına,  bələdiyyə  orqanlarına  və  büdcədənkənar 

fondlara tətbiq edilir. 

Mühasibat  uçotunu  tənzimləyən  qüvvədə  olan  normativ-hüquqi  aktlar  ilə 

bu  Milli  Mühasibat  Uçotu  Standartı  arasında  ziddiyyət  yarandığı  halda,  Büdcə 

Təşkilatları üçün Milli Mühasibat Uçotu Standartı tətbiq edilir. 

 

Xarici valyuta məzənnələrində dəyişikliklərin təsiri üzrə 4 №-li Milli 

Mühasibat Uçotu Standartı 

Bu  standartın  əsas  məqsədi  təşkilatın  xarici  valyuta  ilə  həyata  keçirdiyi 

əməliyyatların,  habelə  xarici  ölkələrdə  aparılan  fəaliyyətlərin  təşkilatın  maliyyə 

hesabatlarında  əks  etdirilməsi  və  maliyyə  hesabatlarının  təqdimat  valyutasına 

çevrilməsi qaydalarının müəyyən edilməsidir. 

Bu  standart  hansı  məzənnənin  seçiləcəyi  və  maliyyə  hesabatlarında 

məzənnə dəyişikliklərinin təsirinin necə göstərilməsini müəyyən edir. 

Mühasibat  uçotunun  hesablama  metodu  əsasında  maliyyə  hesabatları 

hazırlayan  və  təqdim  edən  təşkilat  bu  Standartın  tətbiqi  ilə  bağlı  Şərhlər  və 

Tövsiyyələrdəki əlavə şərtləri nəzərə almaqla, Standartın tələblərinə uyğun olaraq 

xarici valyuta məzənnələrində dəyişikliklərin təsiri ehtiyatları uçota almalıdır. 



Yüklə 4,91 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə