Bəybala xankiŞİyev şahrza əLİyev



Yüklə 4,91 Mb.
Pdf görüntüsü
səhifə30/134
tarix17.09.2018
ölçüsü4,91 Mb.
#68772
növüDərs
1   ...   26   27   28   29   30   31   32   33   ...   134

92 

 

Belə  ki,  dövlət  büdcəsinin  xərclərinin  müəyyən  hissəsi  milli  məhsulun 



formalaşmasında  xüsusi  çəkiyə  malik  olan  kənd  təsərrüfatı,  meşə  təsərrüfatı, 

balıqçılıq, sənaye və tikinti, mənzil-kommunal, nəqliyyat, rabitə və sair xərclərin 

maliyyələşdirilməsinə  yönəldilir.  Bu  da  birbaşa  milli  istehsalın  inkişafına  şərait 

yaradır. 

Qeyd  olunanlarla  yanaşı,  cəmiyyətin idarə  olunmasında  mühüm  rolu  olan 

və  son  nəticədə  bütün  dəyərlərin  yaradıcısı  olan  insanların  təhsilinin, 

sağlamlığının təmin edilməsi, ölkədə elmi-texniki tərəqqinin yüksəldilməsi üçün 

dövlət büdcəsində müəyyən məbləğdə vəsait nəzərdə tutulur ki, bu da bütövlükdə 

milli istehsalın idarə olunmasında və onun inkişafında böyük rol oynayır. 

Bu  gün  büdcədə  milli  istehsalın  stimullaşdırılmasında  böyük  rola  malik 

olan elektrik enerjisi, təbii qaz, su, istilik enerjisi xərclərinin maliyyələşdirilməsi 

üçün vəsait nəzərdə tutulur. 

Yaxın gələcək üçün bir sıra sahələrdə islahatların aparılması, yeni istehsal 

sahələrinin  yaradılması  məqsədilə  ölkəmizə  güzəştli  şərtlərlə  kredit  verən 

beynəlxalq maliyyə kredit təşkilatları ilə müvəffəqiyyətli və intensiv danışıqların 

aparılması zəruri hesab edilir. 

Beynəlxalq  maliyyə  təşkilatlarından  səhiyyə,  təhsil,  pensiya  və  maliyyə 

sektorunda  islahatların  aparılması  məqsədilə  TRASEKA  xətti  çərçivəsində  yol 

tikintisi üçün sənaye və kənd təsərrüfatı emalı sahələrinin dirçəldilməsi məqsədilə 

investisiyalar  cəlb  edilməsi  istiqamətində  də  işlər  aparılmasının  vacibliyi  qeyd 

olunmalıdır.  

 

 



 

 

 



 

 



93 

 

 



 

 

 



 

 

 



 

 

2.3. Mühasibat uçotunun beynəlxalq standartlara keçməyinin zəruriliyi 

 

Uçot və hesabat sahəsində beynəlxalq standartların işlənib-hazırlanmasına 



və tətbiq edilməsinə tələbat aşağıdakı əsas səbəblərlə şərtlənmişdir: 

1)

 



dünya təsərrüfat əlaqələrinin inkişafında transmilli şirkətlərin rolu

2)

 



kapital bazarlarının inkişafına mühasibat uçotunun təsiri

3)

 



mühasibat uçotunun regional sistemləri. 

1.  Dünya  təsərrüfat  əlaqələrinin  inkişafında  transmilli  şirkətlərin 

(TMŞ) rolu 

Transmilli  şirkətlər  dünya  iqtisadiyyatında  liderlik  edirlər.  BMT-nin 

məlumatlarına görə, hazırda 37 mindən artıq TMŞ onların 170 min xarici törəmə 

firmaları və filialları ilə dünya özəl sektorun üçdə birinə nəzarət edirlər. TMŞ-nin 

xarici  istehsalının  həcmi  5,5  mlrd  dollar  təşkil  edir,  bu  da  dünya  ixracatının 

həcmindən (4 mlrd doll.) artıqdır. Məhz TMŞ-lərin xarici iqtisadi fəaliyyətindən 

əksər  inkişaf  etmiş  ölkələrin  ixracatının  həcmləri  və  istiqaməti  asılıdır.  Etiraf 

etmək  lazımdır  ki,  TMŞ  bütün  dünyada  iqtisadi  inkişafın  hərəkətvericisi  kimi 

çıxış  edir.  TMŞ  üçün  müxtəlif  ölkələrin  şirkətlərinin  birləşməsi  və  udulması 

prosesi  səciyyəvidir,  məsələn,  yapon  investorları  ABŞ  milli  şirkətlərinin 

səhmlərini fəal surətdə alırlar, müxtəlif Avropa ölkələrinin şirkətlərinin birləşməsi 

prosesi  gedir,  onlar,  öz  növbələrində,  Asiya  regionu  şirkətləri  ilə  səhmlərini 




94 

 

mübadilə  edirlər  və  s.  TMŞ  xammal,  işçi  qüvvəsi,  kapital  bazarlarının  daim 



dəyişən  şərtlərinə  yüksək  uyğunlaşma  dərəcəsi  ilə  fərqlənir,  onların  ehtiyat 

qüvvələri olduqca çevikdir. Həmçinin TMŞ-nin fəaliyyətində firmadaxili ticarətin 

və transfert qiymət əmələ gəlməsinin rolunu da qeyd etmək lazımdır. 

TMŞ-lər  öz  kapitallarını  investisiya  etdikləri  müəssisələrin  maliyyə 

vəziyyəti  barədə  kifayət  qədər  tam  və  etibarlı  informasiyaya  malik  olmadan  öz 

iqtisadi  və  maliyyə  siyasətlərini  uğurla  həyata  keçirə  bilməzlər.  Dürüst  maliyyə 

informasiyası  olmadan  TMŞ-lərin  resurslarının  yerləşdirilməsi  üzrə  müxtəlif 

ölkələrin bazarlarının təklif etdiyi alternativlərin təhlili mümkün deyil. Müxtəsər 

desək,  TMŞ-lərin  menecerləri  bütün  səviyyələrdə  qərarlar  qəbul  edilməsi 

prosesini təmin edən inkişaf etmiş daxili informasiya və hesabat sisteminə ehtiyac 

duyurlar.  Ancaq  bu  cür  sistem  yaradılarkən,  məsələn,  yerli  uçot  sisteminin 

qavranılmamasını,  eləcə  də  kifayət  qədər  olmayan  peşə  hazırlığını  və  müəyyən 

anlayışlara, metodlara və formalara uyğunlaşa bilməməsini təyin edən mədəni və 

sosioloji amilləri nəzərə almaq zəruridir. 

Mühasibat  uçotunun  firmadaxili  aspektlərindən  savayı,  qəbul  edən 

ölkələrin uçot və hesabat formaları və metodlarını bilmək böyük əhəmiyyət kəsb 

edir. Hər şeydən öncə, TMŞ-lərin törəmə şirkətləri milli normalara və standartlara 

əməl  etməyə  borcludurlar.  Daha  sonra,  TMŞ-nin  filialları  və  törəmə  şirkətləri 

olduqları ölkənin iqtisadi infrastrukturu banklarla, maliyyə orqanları ilə qarşılıqlı 

fəaliyyətdə  olurlar  və  yerli  istifadəçilər  üçün  məqbul  formada  hesabat  təqdim 

etməlidirlər.  Eyni  zamanda  baş  şirkətin  xarici  firmalarının  hesabatı  təqdim 

edilərkən  hesabatların  tərcüməsi  və  modifikasiyası  zərurəti  yaranır.  Ümumi 

(cəmləşdirilmiş)  hesabat  tərtib  olunarkən  böyük  mühasibat  uçotunun  və 

hesabatının  hesabat  məlumatlarının  qarşılıqlı  uzlaşdırılması  zəruridir.  Bu  zaman 

fərqlər həm formal xarakterə (balansın təqdim olunmasının, nəticələrin hesabının 

müxtəlif  modelləri),  həm  də  əslində,  zahirən  eyni  anlayışların  şərhində  fikir 

ayrılıqlarına malikdir. 



Yüklə 4,91 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə