Bəybala xankiŞİyev şahrza əLİyev


Büdcədənkənar  dövlət  fondları  –



Yüklə 4,91 Mb.
Pdf görüntüsü
səhifə24/134
tarix17.09.2018
ölçüsü4,91 Mb.
#68772
növüDərs
1   ...   20   21   22   23   24   25   26   27   ...   134

74 

 

Büdcədənkənar  dövlət  fondları  –  Azərbaycan  Respublikasının 

qanunvericiliyinə  uyğun  olaraq  dövlət  tərəfindən  hüquqi  şəxs  qismində  təsis 

edilmiş və dövlət büdcəsindən kənar müstəqil büdcəyə malik olan məqsədli dövlət 

maliyyə fondlarıdır.  

Büdcədənkənar  dövlət  büdcəsindən  və  Naxçıvan  Muxtar  Respublikası 

büdcəsindən  kənar  əməliyyatlar  –  müvafiq  icra  hakimiyyəti  orqanlarının  və 

büdcə təşkilatlarının qanunvericiliklə müəyyən edilmiş qaydada büdcədən kənarda 

əldə etdikləri gəlirlər və həyata keçirdikləri xərclər üzrə maliyyə əməliyyatlarıdır. 

İcmal  büdcə  –  dövlət  büdcəsinin  (büdcə  təşkilatlarının  büdcədənkənar 

əməliyyatları  da  olmaqla)  Naxçıvan  Muxtar  Respublikası  büdcəsinin  və 

büdcədənkənar  dövlət  fondlarının  gəlir  və  xərclərinin  büdcə  təsnifatına  uyğun 

paraqraflar səviyyəsində əks etdirilən maliyyə sənədidir. 



Büdcə  kəsiri  (defisit)  –  büdcə  xərclərinin  gəlirlə  təmin  olunmayan 

məbləğidir. 



Büdcə artıqlığı (profisit) – büdcə gəlirlərinin büdcə xərclərindən artıq olan 

məbləğidir. 



Dövlət büdcəsinin kassa icrası – büdcə gəlirlərinin büdcəyə daxil olmasını 

və  xərclərin  büdcə  təsnifatına  uyğun  olaraq  xəzinədarlıq  vasitəsilə  ünvanlı 

istifadəsini təmin edən icra mexanizmidir. 

Uçot  siyasəti  –  maliyyə  hesabatlarının  tərtib  və  təqdim  edilməsi  üçün 

təşkilat tərəfindən qəbul edilmiş onun iş xüsusiyyətlərinə uyğun olan prinsiplərin, 

əsasların, şərtlərin, qaydaların və təcrübələrin məcmusudur. 

Maliyyə  hesabatları  –  istifadəçinin  konkret  məlumat  ehtiyaclarına  cavab 

verən hesabat tələb etmək hüququ olmadıqda, onun bu tələbatını ödəmək məqsədi 

ilə  dövlət  büdcəsindən  maliyyələşən  təşkilatın  maliyyə  vəziyyəti  və  maliyyə 

fəaliyyətinin nəticələrinin strukturlaşdırılmış təqdimatıdır. 




75 

 

Maliyyə  hesablarında  qeydlər  –  dövlət  büdcəsindən  maliyyələşən 

təşkilatın maliyyə vəziyyəti haqqında hesabatında, maliyyə fəaliyyətinin nəticələri 

haqqında  hesabatında,  xalis  aktivlərdə  (kapital)  dəyişikliklər  haqqında  hesabatda 

və  pul  vəsaitlərinin  hərəkəti  haqqında  hesabatında  təqdim  edilmiş  maddələrin 

açıqlanmasını  və  ya  təhlilini  və  bu  hesabatlarda  yer  almayan  maddələr  haqqında 

əlavə informasiyanın təqdimatını təmin edir. 

Aktivlər  –  keçmiş  hadisələrin  nəticəsi  olaraq  dövlət  büdcəsindən 

maliyyələşən  təşkilatın  nəzarətində  olan  və  gələcəkdə  bu  təşkilat  üçün  iqtisadi 

fayda və xidmət potensialı vəd edən resurslardır. 

Öhdəliklər  –  dövlət  büdcəsindən  maliyyələşən  təşkilatın  keçmiş  hadisələr 

nəticəsində yaranan cari öhdəlikləridir və onların həll edilməsi iqtisadi fayda və ya 

xidmət  potensialını  təcəssüm  etdirən  resursların  bu  təşkilatdan  kənara  çıxması  ilə 

nəticələnir. 



Xalis  aktivlər  (kapital)  –  bütün  öhdəliklər  çıxıldıqdan  sonra  təsərrüfat 

subyektinin aktivləri üzrə qalan dəyəridir 



Gəlir  –  mülkiyyətçilər  tərəfindən  ayırmalarda  artım  istisna  olmaqla  xalis 

aktivlərdə  kapitalda  artım  ilə  nəticələnən  və  hesabat  dövrü  ərzində  dövlət 

büdcəsindən maliyyələşən təşkilata daxil olan (olacaq) iqtisadi fayda və ya xidmət 

potensialıdır. 



Xərclər – aktivlərin xaric olması və ya istehlak edilməsi iqtisadi mənfəətin, 

mülkiyyətçilər  üçün  bölüşdürülmələrə  aid  olmayan  xalis  aktivlərin  (kapitalın) 

azalması  ilə  nəticələnən  və  ya  öhdəliklərin  yaranması  ilə  müşahidə  edilən 

məsrəflərdir. 



Qiymətləndirmə  –  maliyyə  vəziyyəti  haqqında  hesabatda  və  ya  maliyyə 

fəaliyyətinin  nəticələri  haqqında  hesabatda  təqdim  edilən  obyektin  pul  ifadəsinin 

müəyyənləşdirilməsidir. 



76 

 

Likvidlik  –  dövlət  büdcəsindən  maliyyələşən  təşkilatın  aktivinin  nominal 

dəyəri dəyişilməz saxlanılmaqla, onların qısa müddət ərzində nağd pul vəsaitlərinə 

çevrilməsi yolu ilə yaranmış öhdəliklərinin yerinə yetirilməsi qabiliyyətidir. 



Büdcə  gəlirləri  –  Azərbaycan  Respublikasının,  Naxçıvan  Muxtar 

Respublikasının  və  yerli  özünüidarəetmə  orqanlarının  müvafiq  qanunvericilik 

aktları  ilə  müəyyən  olunmuş  qaydada  dövlət  büdcəsinə,  Naxçıvan  Muxtar 

Respublikası  büdcəsinə  və  yerli  büdcələrə  daxil  olan  vergilər,  rüsumlar,  digər 

ödənişlər və daxilolmalardır. 

Büdcə  xərcləri  –  büdcə  təsnifatına  uyğun  olaraq  dövlət  büdcəsindən, 

Naxçıvan  Muxtar  Respublikasının  büdcəsindən  və  yerli  büdcələrdən 

qanunvericiliklə nəzərdə tutulan tələbatı ödəmək üçün ayrılan vəsaitdir. 

Mərkəzləşdirilmiş  gəlir  –  dövlət büdcəsində müəyyən edilən normativlərə 

uyğun  olaraq  dövlət  büdcəsi  gəlirlərindən  yerli  gəlirlər  çıxıldıqdan  sonra 

formalaşan gəlirdir. 

Mərkəzləşdirilmiş  xərc  –  büdcə  təsnifatına  uyğun  olaraq,  dövlət 

büdcəsində  nəzərdə  tutulan  müvafiq  orqanların  fəaliyyətinin  və  tədbirlərin 

maliyyələşdirilməsi ilə bağlı xərclərdir. 

Yerli  gəlir  –  dövlət  büdcəsində  müəyyən  edilən  normativlər  əsasında 

formalaşan ayrı-ayrı şəhər və rayonlar üzrə gəlirdir. 



Yerli  xərc  –  büdcə  təsnifatına  uyğun  olaraq,  maliyyələşdirilməsi  yerli 

gəlirlər  və  mərkəzləşdirilmiş  gəlirlərdən  ayrılan  vəsait  hesabına  həyata  keçirilən 

xərclərdir. 

Büdcə  ssudaları  –  dövlət  büdcəsindən  Naxçıvan  Muxtar  Respublikasının 

büdcəsinə,  yerli  büdcələrə  və  hüquqi  şəxslərə,  yerli  büdcələrdən  bələdiyyə 

təşkilatlarına  qaytarılmaq  şərti  ilə  il  ərzində  müəyyən  müddətə  verilən  maliyyə 

vəsaitidir. 




Yüklə 4,91 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə