Bəybala xankiŞİyev şahrza əLİyev



Yüklə 4,91 Mb.
Pdf görüntüsü
səhifə21/134
tarix17.09.2018
ölçüsü4,91 Mb.
#68772
növüDərs
1   ...   17   18   19   20   21   22   23   24   ...   134

64 

 

Dövlət büdcəsinin icrası prosesində gəlirlər təsdiq olunmuş məbləğdən az 



daxil  olduqda,  funksional  və  iqtisadi  təsnifat  üzrə  xərclər  (müdafiə  olunan  xərc 

maddələri  istisna  olmaqla)  mütənasib  şəkildə,  təşkilati  təsnifatı  üzrə  xərclər  isə 

Maliyyə Nazirliyinin müəyyən etdiyi qaydada azaldılır. 

Dövlət  büdcəsinin  icrası  prosesində  büdcənin  gəlirləri  üzrə  faktiki 

daxilolmalar  ilin  birinci  yarısı  üzrə  nəzərdə  tutulan  göstəricilərdən  30  faiz  az 

olduğu  halda,  müdafiə  olunmuş  xərc  maddələrinin  maliyyələşdirilməsi  üçün 

vəsait  çatmadıqda,  büdcə  kəsirinin  nisbi  göstəricisi  təsdiq  olunmuş  səviyyəni 

keçdikdə  və  ilin  sonunadək  yuxarıda  göstərilənləri  aradan  qaldırmaq  barədə 

Azərbaycan  Respublikasının  Nazirlər  Kabineti,  İqtisadi  İnkişaf  Nazirliyi  və 

Maliyyə Nazirliyi tərəfindən əsaslandırılmış təklif olmadıqda,  Nazirlər  Kabineti 

sentyabr ayının 15-dən gec olmayaraq büdcədə dəqiqləşdirmə aparılması barədə 

Azərbaycan Respublikasının Prezidentinə müraciət edir. 

Ölkənin sosial və iqtisadi inkişaf proqramlarının yerinə yetirilməsini təmin 

etmək  məqsədilə  qanunvericiliklə  müəyyən  edilmiş  qaydada  dövlətin  təminatı 

əsasında borc alına bilər. 

Büdcə ili ərzində alınan dövlət borcunun məbləği, onun istifadəsi və dövlət 

borcuna xidmət göstərilməsi ilə bağlı xərclər dövlət büdcəsində əks etdirilir. 

Büdcə gəlirlərinin həcmindən və ayırmaların səviyyəsindən asılı olmayaraq 

dövlət  borcu  üzrə  xidmətlər  (əsas  borc,  faiz)  tam  və  vaxtında  həyata 

keçirilməlidir.  Faizlər  və  borclar  kredit  müqaviləsinə,  yaxud  dövlət  qiymətli 

kağızlarının şərtlərinə əsasən vaxtında ödənilməlidir. 

Daxili  və  xarici  dövlət  borclarının  yuxarı  həddi  müvafıq  büdcə  ili  üçün 

dövlət büdcəsi haqqında qanunla müəyyənləşdirilir. 

Azərbaycan  Respublikasının  Maliyyə  Nazirliyi  dövlət  borcları  üzrə 

sənədlərin əslinə uyğun olaraq borcların uçotunu aparır və hər rüb onlar haqqında 

məlumatları mətbuatda dərc etdirir. 

Azərbaycan  Respublikası  Hökumətinin  xarici  hüquqi  və  fiziki  şəxslərlə 

(qeyri-rezidentlərlə),  digər  ölkələrlə  və  beynəlxalq  maliyyə-kredit  təşkilatları  ilə 




65 

 

imzaladığı  müqavilələr  əsasında  yaranmış  xarici  dövlət  borcunun  və  ölkə 



daxilində  dövlət  zəmanəti  ilə  alınan  kreditlər,  hökumət  adından  buraxılan 

qiymətli  kağızlar  şəklində  dövlət  istiqrazları,  hökumətin  təminat  verdiyi  digər 

borc öhdəlikləri üzrə yaranmış daxili dövlət borcunun qeydiyyatı üçün xarici və 

daxili  borc  bölmələrindən  ibarət  iki  ədəd  baş  kitab  –  xarici  dövlət  borcunun 

registri və daxili dövlət borcunun registri tərtib edilir. 

Dövlət borcunun qeydiyyatı və uçotu Azərbaycan Respublikasının Maliyyə 

Nazirliyi  tərəfindən  həyata  keçirildiyi  üçün  və  imzalanmış  müqavilələrdə 

hökumətin  adından  «Borcalan»  və  «Zəmanətçi»  funksiyalarının  icraçısı  kimi 

Azərbaycan Respublikasının Maliyyə Nazirliyi çıxış etdiyi üçün, müvafıq olaraq 

xarici  dövlət  borcunun  registri  və  daxili  dövlət  borcunun  registri  Azərbaycan 

Respublikasının Maliyyə Nazirliyi tərəfindən aparılır. 

Dövlət 


borcunu 

yaradan 


müqavilələr 

müvafiq 


qaydada 

paraqraflandırıldıqdan sonra dövlət borcunun müvafiq registrlərinə daxil edilir. 

Dövlət  borcu  yaradan  kreditlərə  zəmanətlərin  verilməsi  qaydası 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarı ilə tənzimlənir. 

Xarici  və  daxili  dövlət  borcunun  qeydiyyatı  və  uçotunun  aparılması 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafıq qərarı ilə həyata keçirilir. 

Azərbaycan 

Respublikasının  Maliyyə  Nazirliyi  dövlət  borcunun 

qeydiyyatını,  uçotunu,  onun  vəziyyətinə  və  kreditlərin  vaxtında  qaytarılmasına 

cari  nəzarəti,  xarici  dövlət  borcunun  və  daxili  dövlət  borcunun  registrlərində 

qeydlərin  düzgün  aparılmasını  və  dövlət  registrinin  baş  kitablarının 

saxlanılmasını təmin edir. 

Dövlət  borcu  yaradan  kreditlərin  təyinatı  üzrə  istifadəsi  və  vaxtında 

qaytarılmasına  görə  icraçı  orqanlar  müvafiq  qanunvericiliyə  uyğun  olaraq 

məsuliyyət daşıyırlar. 

Dövlət borcunun uçotu onun qəbul olunmuş təsnifatının, istifadəsinin, faiz 

ödənişlərinin və borcun geri qaytarılmasının icmalını əhatə edir. 



66 

 

Azərbaycan  Respublikasının  Maliyyə  Nazirliyi  xarici  dövlət  borcunun 



uçotunun  qurulması  və  aparılması  məqsədi  ilə  dövlət  zəmanəti  ilə  kredit  alan 

borclu  təşkilatlardan  aylıq  və  rüblük  hesabatlar  alır.  Hesabatda  əks  etdirilən 

məlumatların  dürüstlüyünə  görə  hesabatı  təqdim  edən  təşkilatın  rəhbəri  şəxsən 

məsuliyyət daşıyır. Hesabat məlumatları hesabat ayından sonrakı ayın 15-dən gec 

olmayaraq  Maliyyə  Nazirliyinə  təqdim  edilməlidir.  Alınmış  məlumatlar  artan 

yekunla  ümumiləşdirilir  və  xarici  dövlət  borcunun  ölkə  üzrə  ümumi  məbləği 

müəyyən olunaraq uçotu aparılır. 

Azərbaycan  Respublikasının  Maliyyə  Nazirliyi  dövlət  borcunun  mövcud 

vəziyyəti barədə məlumatları hər rüb mətbuatda dərc etdirir. 

Bu məlumatlarda aşağıdakılar əks etdirilir: 

 

dövlət borcunun həcmi; 



 

borcun növünə görə tərkibi; 



 

borcun kreditorlar üzrə tərkibi; 



 

borcun sahələr üzrə və təyinatına görə tərkibi; 



 

borcun faiz dərəcələri və qaytarılma müddətləri üzrə tərkibi; 



 

dövlət borcu ilə bağlı digər məlumatlar. 



Beynəlxalq  maliyyə-kredit  təşkilatlarında  iştirak  payı  (səhm  zərfi)  və 

beynəlxalq  ictimai-siyasi  təşkilatlara  üzvlük  haqqı  öhdəliklərinin  uçotu  müvafiq 

qaydada rəsmiləşdirilir. 

Dövlət  büdcəsi  ilə  Naxçıvan  Muxtar  Respublikasının  büdcəsi  və  yerli 

(bələdiyyə) büdcələr arasında qarşılıqlı əlaqə tənzimləyici mədaxil mənbələrindən 

istifadə  etməli,  məqsədli  büdcə  fondları  yaratmaq,  maliyyə  ehtiyatlarını 

bölüşdürmək prinsiplərinə uyğun qurulur. 

Yerli  büdcələrlə  dövlət  büdcəsi  arasında  qarşılıqlı  büdcə  münasibətləri 

aşağıdakı qaydada həyata keçirilir: 

 



investisiya  mühitini  yaxşılaşdırmaqla  və  səmərəli  iqtisadi  siyasət  həyata 

keçirməklə istehsal və xidmət sahələrinin inkişafına şərait yaradılması; 




Yüklə 4,91 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə