Bəybala xankiŞİyev şahrza əLİyev



Yüklə 4,91 Mb.
Pdf görüntüsü
səhifə18/134
tarix17.09.2018
ölçüsü4,91 Mb.
#68772
növüDərs
1   ...   14   15   16   17   18   19   20   21   ...   134

55 

 

proqramları  hazırlamaqla,  Azərbaycan  Respublikasının  Maliyyə  Nazirliyi  və 



İqtisadi  İnkişaf  Nazirliyi  ilə  razılaşdırıb  sentyabr  ayının  1-dək  Azərbaycan 

Respublikasının Nazirlər Kabinetinə təqdim edirlər. 

Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və İqtisadi İnkişaf Nazirliyi 

tərəfindən  təqdim  edilmiş  sənədlər  Azərbaycan  Respublikasının  Nazirlər 

Kabinetində  müzakirə  edilir.  Müzakirə  nəticələrində  müsbət  qərar  qəbul 

edildikdən  sonra  növbəti  büdcə  ili  üzrə  dövlət  büdcəsinin  və  icmal  büdcənin 

layihəsi,  sonrakı  üç  il  üçün  icmal  büdcənin  göstəriciləri  və  digər  sənədlərlə 

birlikdə  sentyabr  ayının  25-dək  Azərbaycan  Respublikasının  Nazirlər  Kabineti 

tərəfindən Azərbaycan Respublikasının Prezidentinə təqdim edilir. 

Azərbaycan  Respublikasının  Maliyyə  Nazirliyi  növbəti  büdcə  ili  üzrə 

dövlət  büdcəsinin  təsdiq  olunmuş  göstəriciləri  əsasında  onun  büdcə  təsnifatına 

uyğun  olaraq  mənbələr  üzrə  gəlirlərinin  və  xərclərinin  rüblük,  zəruri  hallarda 

aylıq bölgüsünü müəyyən edir. 

Təsdiq  olunmuş  dövlət  büdcəsinin  göstəriciləri, gəlir  və  xərclərin  bölgüsü 

Azərbaycan  Respublikasının  Maliyyə  Nazirliyi  tərəfindən  bir  ay  müddətində 

büdcə təşkilatlarına çatdırılır. 

Dövlət  büdcəsi  xərclərinin  təşkilatlar  üzrə  bölgüsündə  nəzərdə  tutulmuş 

ayırmaların  müəyyən  olunmuş  müddətdə  büdcə  təşkilatlarına  çatdırılmasına 

Azərbaycan 

Respublikası  Maliyyə  Nazirliyinin  rəhbərləri  Azərbaycan 

Respublikasının  qanunvericiliyində  müəyyən  edilmiş  qaydada  məsuliyyət 

daşıyırlar. 

Dövlət  büdcəsi  Azərbaycan  Respublikasının  mərkəzi  və  yerli  icra 

hakimiyyəti  orqanları  və  onların  tabeliyindəki  təşkilatlar  tərəfindən  dövlət 

xəzinədarlığı vasitəsilə icra edilir. 

Dövlət büdcəsindən maliyyələşən təşkilatların vəzifəli şəxsləri tabeliyində 

olan müəssisələrin həyata keçirdikləri maliyyə əməliyyatlarına, xərc normalarına 

müvafıq  maliyyə  qaydalarına  riayət  etmələrinə  görə  məsuliyyət  daşıyırlar.  Bu 

qaydalara  riayət  etməyən,  o  cümlədən  vəsaitin  hərəkətinə  və  istifadəsinə  dair 



56 

 

məlumatı  təqdim  etməyən, həmin  vəsaitin  təyinatını dəyişən büdcə  təşkilatlarına 



qarşı qanunvericiliklə nəzərdə tutulmuş tədbirlər həyata keçirilə bilər. 

Dövlət  büdcəsinin  gəlirlərinin  icrasını  təmin  edən  orqanlar  müəyyən 

edilmiş  formalara  uyğun  olaraq,  gəlirlərin  təsnifatı  üzrə  ilin  əvvəlindən  artan 

yekunla  aylıq  və  rüblük  hesabatları  Azərbaycan  Respublikasının  Maliyyə 

Nazirliyinə təqdim edirlər. 

Dövlət  büdcəsindən  maliyyə  yardımı  alan  təşkilatlar  dövlət  büdcəsi 

vəsaitlərindən  istifadə  barədə  müəyyən  olunmuş  qaydada  aylıq,  rüblük  və  ilin 

əvvəlindən artan yekunla funksional, iqtisadi və təşkilati təsnifat üzrə hesabatları 

Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim edirlər. 

Zərurət  yarandıqda,  Azərbaycan  Respublikasının  Nazirlər  Kabineti  və 

Maliyyə  Nazirliyi  təsdiq  olunmuş  büdcə  ayırmaları  həddində,  bölmələrin  xərc 

maddələri  və  funksional  təsnifatın  paraqrafları  səviyyəsində  iqtisadi  təsnifatın 

yarımmaddələri arasında müvafiq dəyişikliklər edə bilərlər. 

Dövlət  büdcəsinin  kassa  icrası  dövlət  xəzinədarlığı  vasitəsilə  həyata 

keçirilir. 

Dövlət  büdcəsinin  kassa  icrası  büdcə  daxilolmalarının  xəzinədarlığın  cari 

hesabında 

yığılmasını, 

bu 

daxilolmaların 



büdcə 

təsnifatına 

uyğun 

sistemləşdirilərək  xəzinə  uçotuna  alınmasını,  büdcə  xərcləri  üzrə  dövlət 



öhdəliklərinin  qəbul  olunmasını,  dövlət  öhdəliklərinə  uyğun  həyata  keçirilmiş 

mal,  iş  və  xidmət  satınalmalarının  kreditor  borcu  kimi  xəzinə  uçotuna  qəbul 

edilməsini və bu cür borcların xəzinənin cari hesabından ödənilməsini təşkil edir. 

Dövlət  xəzinədarlığı  dövlət  maliyyəsindən  istifadə  sahəsində  şəffaflığı 

təmin etmək məqsədilə dövlət büdcəsindən maliyyələşən bütün idarə, müəssisə və 

təşkilatlar üzrə maliyyə əməliyyatlarının müvafiq uçot qaydalarına uyğun uçotunu 

aparır. 

Dövlət  büdcəsinə  bütün  daxilolmalar  və  ödəmələr,  büdcədənkənar  haqlar 

(ödənişlər), büdcədənkənar dövlət fondları, Azərbaycan Respublikası Dövlət Neft 

Fondunun  gəlirləri,  əməliyyat  xərcləri,  beynəlxalq  banklarda  və  digər  dövlət 




57 

 

maliyyə  əməliyyatları  qanunvericiliklə  müəyyən  edilmiş  qaydalara  uyğun  olaraq 



dövlət xəzinədarlığı vasitəsilə icra edilir. 

Dövlət  büdcəsinin  gəlirləri,  büdcədənkənar  dövlət  fondlarının  gəlirləri, 

büdcə  kəsirinin  maliyyələşməsi  üçün  daxilolmalar  xəzinədarlığın  tranzit  və  cari 

bank hesablarına mədaxil edildikdən sonra icra olunmuş hesab olunur. 

Büdcə  daxilolmaları  vahid  büdcə  təsnifatına  uyğun  olaraq  xəzinədarlıq 

tərəfindən  təsnifatlaşdırılır,  uçota  alınmır  və  daxilolmaların  yığılmasını  təmin 

edən  dövlət  orqanları  ilə  qarşılıqlı  surətdə  dövri  olaraq  üzləşdirilir  və  hesabat 

tərtib edilir. 

Qanunvericilikdə  nəzərdə  tutulmuş  həcmdən  artıq  ödənilmiş  vergilər, 

səhvən  daxil  olduğu  müəyyən  edilmiş  daxilolmalar  mövcud  qaydalara  əsasən 

xəzinədarlıq tərəfindən dövlət büdcəsindən geri qaytarılır. 

Büdcə təşkilatlarının satın aldığı mallara, qəbul etdiyi iş və xidmətlərə görə 

dövlət  xəzinədarlığı  tərəfindən  qabaqcadan  dövlət  (büdcə)  öhdəlikləri  götürülür 

və  bu  öhdəliklər  çərçivəsində  satınalmalardan  yaranan  kreditor  borcları 

xəzinədarlıq tərəfindən ödənilir. 

Büdcə  xərclərinin  kassa  icrası  üçün  xəzinədarlıq  tərəfindən  Azərbaycan 

Respublikasının dövlət büdcəsindən maliyyələşən təşkilatlar və dövlət xərclərinin 

həyata  keçirilməsini  təmin  edən  orqanlar  qarşısında  mövcud  qaydalara  uyğun 

olaraq  dövlət  öhdəlikləri  qəbul  edilir,  bu  öhdəliklər  uçota  alınır  və  dövlət 

büdcəsinin icrası haqqında dövri hesabatlara daxil edilir. 

Qəbul  edilmiş  öhdəliklər  həddində  büdcə  təşkilatları  və  dövlət  xərclərini 

təmin  edən  orqanlar  tərəfindən  satın  alınmış  mal,  iş  və  xidmətlər  xəzinədarlıq 

tərəfindən  mövcud  qaydalara  uyğun  uçota  alınır  və  dövlət  büdcəsinin  icrası 

haqqında dövri hesabatlara daxil edilir. Bu cür satınalmalardan yaranan kreditor 

borcları  dövlət  büdcəsinin  mal,  iş  və  xidmətləri  təqdim  etmiş  hüquqi  və  fiziki 

şəxslərin qarşısında öhdəliklərini təşkil edir və bu öhdəliklərin cari və ya növbəti 

illərin  vəsaiti  hesabına  təmin  edilməsi  məcburi  sayılır.  Xəzinədarlıq  tərəfindən 



Yüklə 4,91 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə