Bəybala xankiŞİyev şahrza əLİyev



Yüklə 4,91 Mb.
Pdf görüntüsü
səhifə23/134
tarix17.09.2018
ölçüsü4,91 Mb.
#68772
növüDərs
1   ...   19   20   21   22   23   24   25   26   ...   134

70 

 

Yerli  xərclərin  həcmi  və  istiqamətləri  büdcə  təsnifatına  uyğun  olaraq 



bələdiyyələr tərəfindən müəyyənləşdirilir. 

Yerli büdcələrin xərclərinin öz gəlirləri ilə təmin olunmayan hissəsi (yerli 

büdcənin kəsiri) dövlət büdcəsindən alınan dotasiya ilə örtülə bilər. 

Dövlət  büdcəsindən  dotasiya,  subvensiya  və  ssuda  alan  yerli  büdcənin 

xərclərinin  hesablanmasında  tətbiq  olunan  normativlər  dövlət  büdcəsinin 

xərclərinin  hesablanması  üçün  tətbiq  olunan  xərc  normativlərindən  yüksək 

olmamalıdır. 

Dotasiyanın  yuxarı  həddinin  hesablanmasında  bələdiyyənin  ərazisində 

yaşayan  əhalinin  sayı  ölkənin  maliyyə  ehtiyatlarının  formalaşmasında  onun 

xüsusi çəkisi və digər amillər nəzərə alına bilər. 

Əlavə  səlahiyyətlərin  həyata  keçirilməsi  üçün  qanunvericilik  və  icra 

hakimiyyəti orqanları tərəfındən ayrılan məqsədli vəsait, o cümlədən subvensiya 

hesabına  xərclərin  maliyyələşdirilməsi  yerli  büdcənin  məxaric  hissəsində  ayrıca 

sətirlə göstərilir. 

Yerli  büdcənin  layihəsi  bələdiyyə  ərazisində  fəaliyyət  göstərən  bələdiyyə 

müəssisələrinin  və  digər  hüquqi  şəxslərin,  habelə  fıziki  şəxslərin  təsərrüfat 

fəaliyyətinin  qiymətləndirilməsi,  sosial-iqtisadi  proqnozlar  və  məqsədli 

proqramlar əsasında formalaşır. 

Dövlət  büdcəsindən  dotasiya  almaq  nəzərdə  tutulduqda  yerli  büdcənin 

layihəsi  «Dövlət  büdcə  sistemi  haqqında»  Azərbaycan  Respublikasının 

Qanununun  müvafiq  maddəsi  ilə  müəyyən  edilən  sənədlər  və  məlumatla  birgə 

may ayının 1-dək Azərbaycan Respublikası Maliyyə Nazirliyinə təqdim olunur. 

Yerli  büdcə  layihəsinin  müzakirəsi  və  təsdiqi  qaydası  qanunvericiliyə 

uyğun olaraq bələdiyyənin nizamnaməsi ilə müəyyən edilir. 

Növbəti büdcə ili üzrə yerli büdcənin layihəsi bələdiyyənin qərarı ilə cari 

ilin dekabr ayının 25-dən gec olmayaraq təsdiq edilir. 




71 

 

Yerli  büdcənin  kassa  icrası  bələdiyyənin  müraciəti  əsasında  dövlət 



xəzinədarlığı  vasitəsilə  və  ya  qanunvericiliklə  müəyyən  edilmiş  digər  üsullarla 

həyata keçirilə bilər. 

Bələdiyyələrin  gəlir  və  xərc  əməliyyatları  onların  müraciətləri  əsasında 

dövlət  xəzinədarlığı  vasitəsilə  həyata  keçirildikdə  uçot-hesabatın  təşkili  üzrə 

texniki  xidməti  dövlət  xəzinədarlığı  təmin  edir.  Bələdiyyələrin  maliyyə 

əməliyyatları  dövlət  xəzinədarlığı  vasitəsilə  həyata  keçirilmədiyi  hallarda,  belə 

əməliyyatlar  üzrə  ödəmə  və  uçot-hesabat  işlərinin  aparılması  qaydaları 

qanunvericiliklə müəyyən edilir. 

Bələdiyyələr büdcə ilindən sonrakı ilin birinci iş günü gəlir və xərclər üzrə 

əməliyyatların  dövlət  xəzindarlığı  vasitəsilə  həyata  keçirilməsindən  imtina  edə 

bilər. 

Yerli büdcələrin icrası prosesində bələdiyyələr büdcənin dəqiqləşdirilməsi 



barədə qərar verə və dövlət büdcəsindən alınmış məqsədli vəsait istisna olmaqla, 

mədaxil  və  məxaric  maddələrində  büdcə  təsnifatı  üzrə  təsdiq  edilmiş  təxsisat 

həddində dəyişikliklər apara bilərlər. 

Yerli  büdcələrin  icrası  zamanı  qəbul  edilmiş  öhdəliklər  üzrə  əməliyyatlar 

büdcə  ili  qurtardıqda  başa  çatır  və  istifadə  olunmayan  vəsait  bələdiyyələrin 

sərəncamında qalır. 

Bələdiyyələr  maliyyə  əməliyyatları  apararkən  bütün  maliyyə  qaydalarına 

riayət  edilməsinə  və  maliyyə  vəsaitindən  təyinatı  üzrə  istifadə  olunmasına  görə 

məsuliyyət daşıyırlar. 

Yerli 


büdcənin 

icrası 


haqqında 

illik 


hesabat 

bələdiyyələrin 

nizamnaməsində  müəyyən  edilmiş  qaydada  təsdiq  edilir  və  bu  barədə 

bələdiyyənin ərazisində yaşayan əhaliyə məlumat verilir. 

Yerli büdcələrin icrası prosesində mədaxil mənbələri üzrə daxil olan vəsait 

azalarsa  və  bu,  büdcə  kəsirinin  son  həddini  aşmasına  səbəb  olarsa,  müdafıə 

olunan xərc maddələri istisna olmaqla, digər xərclərə sekvestr tətbiq edilir. 



72 

 

Yerli  büdcənin  icrasına,  o  cümlədən  sərf  edilən  vəsaitin  təsdiq  edilmiş 



büdcə göstəricilərin uyğunluğuna nəzarət bələdiyyə tərəfindən həyata keçirilir və 

bu məqsədlə auditorları cəlb etmək hüququna malikdir. 

Qanunvericilik  və  icra  hakimiyyəti  orqanlarının  bələdiyyələrə  verdikləri 

səlahiyyətlərin  yerinə  yetirilməsi  üçün  ayırdıqları  maliyyə  vəsaitinin  istifadəsinə 

nəzarəti həmin orqanlar həyata keçirirlər. 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

2.2. Dövlət büdcəsinin mahiyyəti və onun iqtisadiyyatın inkişafında 

rolu 

 

İqtisadi  mahiyyətinə  görə  dövlət  maliyyəsi  dövlətin  və  dövlət  müəssisələri 

və  təşkilatlarının  pul  vəsaitləri  fondlarının  yaradılması  və  onların  geniş  təkrar 



73 

 

istehsalının  davam  etdirilməsi,  əhalinin  sosial-mədəni  ehtiyatlarının  ödənilməsi, 



ölkənin  müdafiə  qüdrətinin  yüksəldilməsi,  cəmiyyətin  idarə  edilməsi  məqsədi  ilə 

milli  daxili  məhsulun  və  milli  sərvətin  bir  hissəsinin  bölüşdürülməsi  və  yenidən 

bölüşdürülməsi ilə əlaqədar olan pul münasibətlərindən ibarətdir. 

Dövlət  büdcəsi  isə  dövlət  maliyyəsinin  mühüm  tərkib  hissəsidir.  Büdcə 

ingilis sözü olub, XVIII əsrdən maliyyə kateqoriyası kimi iqtisadi leksikona daxil 

olunmuşdur. 

Büdcə,  əsasən,  maliyyə  göstəricilərinin  birliyi  –  məcmusu  deməkdir 

(vergilər, dövlət krediti, dövlət xərcləri). Büdcə vasitəsilə vəsaitlərin cəlb olunması 

və xərclənməsi, bölgüsü həyata keçirilir. 

Dövlət  büdcəsi  dövlətin  əsas  gəlir  və  xərclərini  özündə  cəmləşdirir.  O, 

dövlətin hüquqi qüvvəyə malik olan əsas maliyyə planını təcəssüm etdirir. 

Azərbaycan  Respublikası  dövlət  büdcəsi  ilə  bağlı  bəzi  anlayışlar  aşağıdakı 

kimi izah oluna bilər: 

Büdcə  –  Azərbaycan  Respublikasının  müvafiq  dövlət  hakimiyyəti  və 

özünüidarəetmə  orqanları  vasitəsilə  dövlətə  və  bələdiyyələrə  məxsus  vəzifə  və 

funksiyaları  yerinə  yetirmək  üçün  lazım  olan  pul  vəsaitinin  yığılması  və  istifadə 

olunması üçün əsas maliyyə sənədidir. 



Büdcə  təsnifatı  –  Dövlət  büdcəsinin,  Naxçıvan  Muxtar  Respublikası 

büdcəsinin,  büdcələrin  və  büdcədənkənar  dövlət  fondlarının  gəlirlərinin, 

xərclərinin  və  maliyyələşmə  mənbələrinin  funksional,  iqtisadi,  təşkilati  və  digər 

prinsiplər əsasında qruplaşdırılmasıdır. 



Büdcə ili – yanvar ayının 1-dən dekabr ayının 31-dək olan dövrdür. 

Təsdiq olunan büdcə ayırmaları – qanunvericiliklə təsdiq olunan və dövlət 

büdcəsindən,  Naxçıvan  Muxtar  Respublikası  büdcəsində  və  yerli  büdcələrdə 

maddələr üzrə xərclənə biləcək vəsaitin yuxarı həddidir. 



Yüklə 4,91 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə