58
həyata keçirilən büdcədənkənar vəsaitlərin xərclərinə öhdəliklərin qəbulu
mexanizmi tətbiq edilmir.
Dövlət büdcəsinin hüquqi və fiziki şəxslər qarşısında yaranan
öhdəliklərinin büdcə vəsaiti hesabına təmin edilməsi xəzinədarlığın vahid
hesabından pul vəsaitlərinin köçürülməsi ilə həyata keçirilir və bu, dövlət
büdcəsinin xərclərinin kassa icrasını təşkil edir. Xərclərin kassa icrası müəyyən
edilmiş dövr ərzində təmin ediləcək dəyərlərin haqqının qabaqcadan ödənişi
vasitəsilə də həyata keçirilə bilər. Bu cür ödənişlər satınalmanın tərəfləri arasında
bağlanmış alqı-satqı müqavilələri ilə şərtləndirilməsi və xəzinədarlıq tərəfindən
məqbul sayıldıqdan sonra həyata keçirilir.
Dövlət büdcəsinin xərclərinin kassa icrası üzrə məlumatları bu xərcləri
həyata keçirən büdcə təşkilatları ilə xəzinədarlıq arasında dövri olaraq üzləşdirilir
və müvafiq qaydada rəsmiləşdirilir.
Dövlət xəzinədarlığının hesablarında olan pul vəsaitlərinin hərəkəti dövri
olaraq xəzinədarlıqla müvəkkil banklar arasında, eyni zamanda xəzinədarlığın
yerli orqanları ilə mərkəzi xəzinədarlıq orqanları arasında üzləşdirilir, əsassız
kənarlaşmalar aşkar edildikdə, səbəbləri araşdırılaraq aradan qaldırılır.
Xəzinədarlığın vahid hesabından aparılmış xərclərin kassa icrası büdcə
təsnifatına uyğun qruplaşdırılaraq uçota alınır və dövlət büdcəsinin icrasına dair
dövri hesabatlara daxil edilir.
Dövlət büdcəsinin icrası prosesində qəbul edilmiş öhdəliklər üzrə
əməliyyatlar büdcə ili qurtardıqdan sonra həyata keçirilə bilməz. Belə öhdəliklər
üzrə ödəmələr növbəti büdcə ilindəki ayırmalar hesabına təmin olunur.
İlin sonuna bütün xəzinə hesablarının qalıqları dövlət büdcəsinin vahid
xəzinə hesabına (məqsədli təyinatlı maliyyələşmələr istisna olmaqla) köçürülür.
Azərbaycan Respublikası Vergi Məcəlləsində nəzərdə tutulan vergi
orqanlarının maddi həvəsləndirmə və inkişaf fonduna vəsaitin ayrılması həmin
ilin vergi daxilolmalarının azaldılması hesabına həyata keçirilir.
59
Dövlət xəzinədarlığının öhdəsində olan nağd pul vəsaiti onun vahid
hesabında Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən müəyyən
edilmiş müvəkkil banklarda saxlanılır.
Vahid xəzinə hesabının idarə edilməsinin və bu hesabdan vəsaitin
silinməsinə sərəncam verilməsinin müstəsna səlahiyyəti dövlət xəzinədarlığına
məxsusdur. Dövlət xəzinədarlığının razılığı olmadan bu hesabdan hər hansı
formada vəsaitin köçürülməsi və ya götürülməsi qadağandır.
Dövlət büdcəsindən və Naxçıvan Muxtar Respublikasının Azərbaycan
Respublikasının
dövlət
büdcəsindən
maliyyələşən
təşkilatları
dövlət
xəzinədarlığının yazılı icazəsi olmadan bank hesabı aça və ya belə hesablardan
istifadə edə bilməzlər. Qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada
dövlət xəzinədarlığı əvvəllər verdiyi icazəni geri çağıra bilər.
Büdcə təşkilatları əldə etdikləri büdcə və büdcədənkənar gəlirləri tam
həcmdə və vaxtında vahid xəzinə hesabına köçürməlidirlər.
Gəlir və xərclərin icrasına dair vahid büdcə təsnifatına uyğun hazırlanmış
dövri hesabatlar yerli xəzinə orqanlarından və nazirlik, komitə, baş idarə və
Azərbaycan Respublikasının dövlət büdcəsindən maliyyələşən digər baş kredit
sərəncamçılarından qəbul edilir, yoxlanılır və icmallaşdırılır.
Büdcə təşkilatları tərəfindən malların (işlərin və xidmətlərin) satınalınması
Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə tənzimlənir.
Dövlət büdcəsinin icrasına dair hesabatın layihəsi və icmal hesabat
Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən hazırlanır.
Dövlət büdcəsinin gəlirlərinin icrası barədə hesabat dövlət büdcəsinin
gəlirlərini təmin edən orqanlar və dövlət xəzinədarlığı tərəfindən Azərbaycan
Respublikası Maliyyə Nazirliyinin müəyyən etdiyi formalarda aylıq, rüblük və
ilin əvvəlindən artan yekunla gəlirlərin təsnifatı üzrə təqdim edilmiş hesabatlar
əsasında hazırlanır.
Dövlət büdcəsinin icrası barədə aylıq hesabat Azərbaycan Respublikasının
Maliyyə Nazirliyi tərəfindən hesabat ayından sonrakı ayın 25-dək tərtib olunur və
60
Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim edilir. Hesabatda dövlət
büdcəsinin icrası funksional və iqtisadi təsnifat əsasında ilin əvvəlindən artan
yekunla əks etdirilir.
Azərbaycan Respublikasının Nazirlər Kabineti öz növbəsində bu hesabatı
Azərbaycan Respublikasının Prezidentinə təqdim edir.
Dövlət büdcəsinin icrası barədə rüblük hesabat Azərbaycan
Respublikasının Maliyyə Nazirliyi tərəfindən hazırlanaraq, növbəti rübün birinci
ayının sonunadək Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim
edilməlidir. Rüblük hesabatda başqa göstəricilərlə yanaşı, gəlir və xərclərin
icrasının müqayisəli təhlili verilir. Xərclərin maliyyələşdirilməsində faktiki
göstəricilərlə təsdiq olunmuş rəqəmlər arasında fərq yarandıqda, hesabatda bu
fərqlə bağlı izahat və dövlət əhəmiyyətli layihələrə dair məlumatlar da əks olunur.
Azərbaycan Respublikasının Nazirlər Kabineti, öz növbəsində, həmin
hesabatı Azərbaycan Respublikasının Prezidentinə təqdim edir.
Azərbaycan Respublikasının Maliyyə Nazirliyi rüblük hesabatı mətbuatda
dərc etdirir.
Dövlət büdcəsinin icrası barədə illik hesabat və müvafiq qanun layihəsi
Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən hazırlanaraq növbəti
ilin aprel ayının 25-nə kimi Azərbaycan Respublikasının Nazirlər Kabinetinə
təqdim edilir. Hesabat özündə digər məlumatlarla yanaşı, bütün dövlət borcları, il
ərzində götürülən borclar və verilən dövlət təminatları, buraxılmış dövlət
istiqrazları və ehtiyat fondlarından il ərzində istifadə haqqında məlumatları da əks
etdirir.
Azərbaycan Respublikasının Nazirlər Kabineti, öz növbəsində, həmin
hesabatı və müəyyən olunmuş göstəriciləri növbəti ilin may ayının 5-nə kimi
Azərbaycan Respublikasının Prezidentinə təqdim edir.
İcmal büdcənin icrası barədə rüblük və illik hesabatlar (büdcənin gəlirləri,
xərcləri, dövlət borcunun məbləği, kreditlər və s. məlumatlar da daxil olmaqla)
Dostları ilə paylaş: |