Beyin şişlərinin bir çox növləri var, lakin onlar əsasən iki qrupa bölünür



Yüklə 4,07 Mb.
səhifə2/3
tarix20.06.2023
ölçüsü4,07 Mb.
#118253
1   2   3
sinir

Bədxassəli beyin şişi
Bədxassəli beyin şişləri sürətlə çoxalır. Beyin hüceyrələri arasında əmələ gəldiyi üçün beyin toxuması ilə iç-içədir və əməliyyatla çıxarılması daha çətin ola bilər. Cərrahi müdaxilə beyin funksiyalarının itirilməsinə səbəb ola bilər.
İkinci dərəcəli beyin şişi
İkinci dərəcəli beyin şişi – ağciyər, döş, prostat vəzi kimi toxumalarda əmələ gələn xərçəng hüceyrələrinin qan dövranı ilə beyinə yayılması (metastaz) zamanı baş verir. Müalicə növü şişin yerləşdiyi yerə və onun gətirdiyi riskə görə dəyişir.
Beyin şişinin səbəbi nədir?
Beyin şişinin dəqiq səbəbi bilinməsə də, bəzi risk faktorları var.
Genetik faktor
Ümumiyyətlə, bütün xərçənglərin 5-10 %-i genetik səbəblərə görə baş verir. İrsiyyət də beyin şişinin əmələ gəlməsi üçün risk faktorudur. Bu səbəbdən ailəsində beyin şişi olan insanların mütəmadi olaraq həkim müayinəsindən keçmələri tövsiyə olunur.
Yaş
Araşdırmalar göstərib ki, beyin şişi riski yaşla artır.
Radiasiya
İonlaşdırıcı şüalanmaya məruz qalanlarda beyin şişinin əmələ gəlmə riski artır. Bu risk qrupuna misal olaraq, Fukusima və Çernobıl kimi nüvə fəlakətləri nəticəsində radioaktiv tullantılara məruz qalanları, həmçinin xərçəng xəstəliyini radiasiya ilə müalicə edənləri göstərmək olar.
Metastaz
Bədənin digər hissələrində əmələ gələn xərçəng hüceyrələri də beyinə yayılaraq orada şiş əmələ gəlməsinə səbəb ola bilər.
Metastaz verməyə ən çox meylli olan xərçəng növləri:


Beyin şişinin əlamətləri hansılardır?
Beyin şişinin simptomları şişin ölçüsünə və yerindən asılı olaraq dəyişir.
Bunlar:

  • Xüsusilə səhər saatlarında pisləşən baş ağrısı

  • Ürəkbulanma

  • Qusma

  • Balansın olmaması

  • Gəzməkdə çətinlik

  • Müvəqqəti yaddaş itkisi

  • Danışmaqda çətinlik

  • Görmə itkisi

  • Şəxsiyyət dəyişiklikləri

  • Anormal göz hərəkətləri

  • Əzələ çəkmə

  • Səbəbsiz huşunu itirmək

  • Uyuşma

  • Əllərdə və ayaqlarda gizildəmə

  • Epileptik tutmalar


Yüklə 4,07 Mb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə