Beyin şişlərinin bir çox növləri var, lakin onlar əsasən iki qrupa bölünür



Yüklə 4,07 Mb.
səhifə3/3
tarix20.06.2023
ölçüsü4,07 Mb.
#118253
1   2   3
sinir

Onurğa beyni şişi onurğa kanalında və ya fəqərə sütununun sümüklərində inkişaf edən bir böyümədir. Onurğanın sümüklərinə (vertebra) təsir edən şişlərə vertebral şiş deyilir.

Onurğa beyni şişləri, xüsusilə şişlər böyüdükcə müxtəlif işarə və simptomlara səbəb ola bilər. Şişlər onurğaya və ya sinir köklərinə, qan damarlarına və ya fəqərə sütununun sümüklərinə təsir göstərə bilər. Bu əlamətləri qeyd etmək olar:
• Şiş böyüməsinə bağlı olaraq şiş bölgəsində ağrı
• Ümumiyyətlə, bədənin digər hissələrinə yayılan kürək ağrısı
• Ağrı, isti və soyuğa daha az həssaslaşma
• Bağırsaq və ya sidik kisəsinin funksiya itkisi
• Bəzən yıxılmalara səbəb olan yerimə çətinliyi
• Gecə vaxtı kəskinləşən kürək ağrısı
• Xüsusilə qollarda və ya ayaqlarda hiss itkisi və ya əzələ zəifliyi
• Bədənin müxtəlif nahiyələrində orta və ya ciddi dərəcədə əzələ zəifliyi
Kürək ağrısı onurğa şişlərinin geniş yayılmış bir ilkin simptomudur. Ağrı kürəkdən başqa bud, ayaq, qıç və ya əllərə da yayıla bilər. 
Baş beyin absesləri
Baş beyin abseslərinin beyin maddəsində məhdud toplanmasıdır.Beyin absesləri daha çox beyindaxili,az hallarda isə epidural və ya subdural olaraq rast gəlinir.

Xəstəliyin əmələ gəlməsinəstafilokokk,streptokokk,pnevmokokk və meninqokokklar səbəb olur.Bəzi hallarda isə absisin müayinəsində bağırsaq çöpləri,ibtidailər və qarışıq flora da müəyyən edilir.İnfeksiyanın beyin maddəsinə daxil olma yolları müxtəlifdir.Beyin abseslərinin etiologiyasına və patogenezin uyğun olaraq kontakt,metastatik və travmatik ola bilir.
Beyin abseslərinin təxminən yarısı otogen mənşəlidir.Otogen infeksiyalar labirint və siqmayabənzər ciblər vasitəsilə beyinə daxil olur.Metastatik abseslərin əmələ gəlməsinə ağ ciyər xəstəlikləri - pnevmoniya,bronxohektaziya,abses və empiema səbəb olur.Beyində əmələ gələn metastatik abseslərin əmələ gəlməsində digər xəstəliklərin də rolu ola bilir.Bunlara aiddir:
- septik xoralı endoartrit
- osteomielit
- daxili üzvlərin absesləri
- müxtəlif infeksion xəstəliklər
İnfeksiyanın beyinə daxil olması septik emboliya hesab edilir.Abses əmələ gəldikdən sonra beyin qişalarının məhdud iltihabı baş verir.Sonra isə sağalma baş verir və yerində çapıq toxuma inkişaf edir.Bəzi hallarda absesin kapsullaşması baş verir.Bu absesin əmələ gəldiyi gündən 3-6 həftə arasında baş verir.
Baş beyin absesləri xəstələrdə aşağıdakı əlamətlərin əmələ gəlməsinə səbəb olur:
- yüksək hərarət
- üşütmə
- qanda leykositoz
- solğunluq
- zəiflik
- arıqlama
- baş ağrıları
- serebral mənşəli qusma
- göz dibində dəyişikliklər
- yuxululuq
Baş beyin abseslərinin gedişi və kliniki mənzərəsi beyin şişləri ilə oxşar əlamətlərə malikdir.Bu səbəbdən diaqnostika zamanı differensasiyalı diaqnostikaya ehtiyac duyulur.
Xəstəliyin müalicəsi cərrahi yolla aparılır.Abses boşluqları geniş açılır və punksiya edilib irin sorulur.Müalicə xəstəliyin başlanğıcından təyin edilən antibiotiklərlə aparılır.
KİSTOZ ARAXNOİDİT
Onurğa beynin yumşaq və hörümçək toruna bənzər qişaları arasında bitişmə və kistaların əmələ gəlməsi ilə xarakterizə olunan patoloji prosesdir.

Etiologiyası:
Kəskin və xroniki infeksiyalar, vərəm, meningitlər, sifilis və onurğa beynin travmaları xəstəliyin etioloji səbəblərinə aiddir.
Klinikası:
Keçici paresteziya və aşağı ətraflarda ağrı, xəstəliyin ilkin əlamətləri hesab olunur. Əvvəlcə ağrılar daimi, birtərəflidir, sonra isə xəstəliyin inkişaf etmə dərəcəsindən asılı olaraq ikitərəfli və simmetrik xarakter daşıyır. Ağrılar seqmentar, sonralar isə keçici hissiyyat pozulmaları ilə müşahidə olunur. Hissiyyat pozulmaları və vətər reflekslərinin uzunmüddətli azalması yaxud tamamilə itməsi xəstəliyin yeganə klinik əlaməti ola bilər.
Diaqnostikası: Diaqnozu rentgen müayinəsi ilə təyin edilir.
Kontrast maddələrlə müayinə zamanı onurğa beynin ocaqlı atrofiyası və qişalarda diffuz yapışqan kistoz dəyişikliklər aşkar edilir. Onurğa beyni mayesi uzun müddət normal yaxud az dərəcədə dəyişilmiş olur.
Spinal araxnoiditi onurğa beyni şişləri, spinal paximeningit, dağınınq sklerozun spinal forması və dissirkulyator mielopatiya ilə differensə etmək lazımdır.
Müalicəsi:
Fiziki üsullarla müalicə, onurğa nahiyəsində ultrabənövşəyi şüa eritem dozası, onurğa boyunca yaxud köndələninə induktotermiya tətbiqi əhəmiyyət daşıyır. Onurğa beynin kompressiyası ilə müşahidə olunan məhdud spinal araxnoiditlərdə cərrahi əməliyyat- bitişmə və kistaların kəsilməsi göstərişdir.
SİFİLYOMA
Amili solğun spiroxetadır. Sifilis xəstəliyi ya heç müalicə olunmadıqda və ya yarımçıq müalicə olunmadıqda və ya yarımçıq müalicə olunduqda neyroluesin erkən xəstəliyi şəklində inkişaf edir.

Bütün həcmli xəstəliklərdə olduğu kimi ümumbeyin və yerli əlamətlərlə keçir. Obyektiv əlamətlərdən neyroluesin klinikasında olduğu kimi obyektiv olaraq bəbəklər bərabərsizləşir,girintili- çıxıntılı olur ,bəbəyin işığa qarşı reaksiyası zəifləyir ,reflekslər zəifləyir və bəərabərsizləşir. Qanda və onurğa beyin mayesində Vasserman reaksiyası müsbət olur.

TUBERKULYOMA

Yüklə 4,07 Mb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə