64
3.1.3
Sənaye məqsədləri üçün suyun götürülməsi
Regionda sudan iqtisadiyyatda istifadə suvarma ilə müqayisədə o qədər də yüksək deyil. Bunu
3.5
və 3.4-cü cədvəlləri müqayisə etsək daha aydın görərik.
2011-
ci ildə sənaye ehtiyacları üçün 10.9 mln m
3
(0.9%) sudan istifadə olunub. Göründüyü kimi,
bu kifayət qədər kiçik rəqəmdir.
Cədvəl 3.5. Sənaye ehtiyacları üçün sudan istifadə edilməsi
1)
(milyon m
3
) (Mənbə: Meliorasiya və
Su Təsərrüfatı ASC)
Rayonlar / İllər
2000
2005
2008
2009
2010
2011
Pilot -
cəmi
12.7
16.9
15.5
13.7
19.6
10.9
Gəncə şəhəri
5.7
8.2
7.5
2.0
0.4
1.3
Qazax rayonu
0.3
-
0.2
0.2
-
0.2
Ağstafa rayonu
0.2
-
0.1
0.1
0.0
0.0
Tovuz rayonu
-
0.7
0.0
0.0
-
0.0
Şəmkir rayonu
5.1
8.0
6.0
8.2
9.9
7.2
Gədəbəy rayonu
0.2
-
-
-
-
-
Daşkəsən rayonu
0.4
-
0.0
-
0.0
0.0
Samux rayonu
-
-
0.0
0.0
0.2
0.0
Göygöl rayonu
0.3
0.0
1.6
3.1
9.0
2.1
Goranboy rayonu
-
-
-
-
-
0.1
Tədqiqat ərazisində əsas sənaye müəssisələri Gəncə və Şəmkir şəhərlərindədir. Gəncə
şəhərinin çirkab suları şəhərin kanalizasiya sisteminə axıdılır. Gəncənin tullantı suları şəhərdən
keçən Gəncəçayın hövzəsində deyil, qonşu Kürəkçayın hövzəsinə axıdılır. Bu səbəbdən sənaye
tullantı suları Gəncəçayı çirkləndirmir. Bu məsələ Kürəkçay hövzəsinin idarə olunma planı
hazırlanarkən bu məsələ nəzərə alınmalıdır.
3.1.4
Hidroenergetika
Zurnabad kəndi ərazisində 1927-ci ildə tikilmiş və hazırda fəaliyyət göstərməyən kiçik su
elektrik stansiyasının su götürən kanal (uzunluğu 2.5 km) hazırda lillənmişdir və bu səbəbdən onun
suburaxma qabiliyyəti kəskin azalmışdır [Рустамов, Кашкай, 1989].
Şəmkirçay su anbarı suvarma məqsədilə tikilir və eyni zamanda suyun enerjisindən istifadə
edilməklə əlavə elektrik enerjisinin əldə etməsi məqsədilə layihədə 3 elektrik stansiyasının tikintisi
nəzərdə tutulmuşdur. Bu su elektrik stansiyalarında istifadə olunacaq su təzədən Şəmkirçaya
65
axıdılacaq. Bu o deməkdir ki, Şəmkirçayın su ehtiyatlarının kəmiyyətinə əhəmiyyətli mənfi təsir
gözlənilmir.
Yekun olaraq qeyd etmək lazımdır ki, Gəncəçayın yuxarı axınında sudan hidroenergetikada
istifadə onun su rejiminə o qədər də ciddi təsir etmir.
3.2
Nöqtəvi çirklənmə mənbələri
3.2.1
Yaşayış məntəqələrindən atılan çirkab suları
2011-ci ild
ə pilot ərazidə yaşayış məntəqələrindən 31.1 mln m
3
çirkab suları atılıb
(Cədvəl
3.6.). Bu da m
əişət təsərrüfat və sənaye məqsədləri üçün götürülən ümumi su həcminin (40.4 mln
m
3
) 76 %-ni t
əşkil edir.
Cədvəl 3.6. Yaşayış məntəqələrindən çirkab suların atılması
(milyon kub metr) (Mənbə:
Meliorasiya və Su Təsərrüfatı ASC)
Rayonlar / İllər
2000
2005
2008
2009
2010
2011
Pilot ərazi- cəmi
6.6
28.7
22.3
34.8
35.5
31.1
Gəncə şəhəri
0.01
19.0
12.3
12.4
12.3
9.5
Qazax rayonu
0.5
0.4
0.4
0.4
0.8
0.6
Ağstafa rayonu
0.3
0.5
0.2
0.7
0.1
0.1
Tovuz rayonu
-
0.2
1.2
0.9
0.95
0.8
Şəmkir rayonu
4.9
8.0
6.0
7.0
8.6
7.4
Gədəbəy rayonu
0.1
-
0.1
0.3
0.4
0.1
Daşkəsən rayonu
0.7
0.3
0.1
0.2
0.1
0.2
Samux rayonu
-
0.2
0.0
0.4
0.11
0.1
Göygöl rayonu
0.1
0.1
1.0
11.6
12.0
11.9
Goranboy rayonu
-
-
1.0
0.9
0.1
0.5
Qazax şəhərində 1970-ci illərdə qurulmuş kanalizasiya sistemi kiçikdir. Təqribən 6.100 sakin
kanalizasiya şəbəkəsinə qoşulmuşdur.
Çirkab su toplama sistemi köhn
ədir və əvəz edilməlidir; çox sayda zədələrin olduğu bildirilir;
kanalizasiya sisteml
ərində olan əks-filtrasiya mühüm çirklənmə mənbəyidir.