Beynəlxalq İqtisadi Münasibətlər Kitabın təşkil edilməsində göstərdiyi köməyə görə müəllimim Rəşad Fərhad oğlu



Yüklə 5,61 Mb.
Pdf görüntüsü
səhifə26/213
tarix23.01.2018
ölçüsü5,61 Mb.
#22207
1   ...   22   23   24   25   26   27   28   29   ...   213

 

71

 



həmçinin daxili bazarın həcmi, iqtisadi inkişafın səviyyəsi, ölkənin təbii resurslarla təminatı, 

milli  iqtisadiyyatın  sahəvi  strukturu  da  əhəmiyyətli  dərəcədə  təsir  edir.  Burada,  eyni 

zamanda, etnik, sosial və siyasi amillər də müəyyən dərəcədə rol oynayırlar. 

BƏB-in təsiri nəticəsində dünya iqtisadiyyatında əhəmiyyətli dəyişikliklər baş verir. 

Bununla  yanaşı,  BƏB  proseslərinin  özü  də  müxtəlif  amillərin,  ilk  növbədə  elmi-texniki 

tərəqqinin təsiri ilə  müxtəlif dəyişikliklərə  məruz  qalır. Belə ki,  BƏB-ə  aktiv surətdə cəlb 

olunmuş sahələrin arasında hasiledici sənayenin və kənd təsərrüfatının payı getdikcə azalır, 

emaledici sənayenin payı isə əksinə, getdikcə artır. Sahədaxili əmək bölgüsü aktiv şəkildə 

inkişaf  edir  ki,  bu  da  əmək  məhsukdarlığının  və  məhsulların  keyfiyyətinin  yüksəlməsi  ilə 

müşaiyət  olunur.  Birgə  müqavilələrə  və  kapital  qoyuluşlarına  əsaslanan  müəssisələrarası 

əmək bölgüsü yüksək sürətlə inkişaf edir.  

Eyni  zamanda,  dünya  təsərrüfatının  ölkə  qrupları  arasında  mövcud  olan  BƏB-in 

xarakteri  də  dəyişir.  Belə  ki,  keçmiş  sosialist  ölkələri  tamhüquqlu  partnyorlar  qismində 

BƏB-in  dünya  sisteminə  cəlb  olunurlar.  Sənayecə  inkişaf  etmiş  ölkələr,  dünya  inkişafının 

üç  əsas  mərkəzi  arasında  BƏB-in  məzmunu  əhəmiyyətli  dəyişikliklərə  məruz  qalır. 

Transmilli şirkətlərin təsiri və milli sənayenin güclənməsi nəticəsində daha az inkişaf etmiş 

ölkələr  ixtisaslaşma  istiqamətlərinin  dəyişməyə  və  ―xammal  əlavəsi‖  kimi  çıxış  etməkdən 

qaçmağa çalışırlar.  

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 



 

72

 



4.1.

 

Beynəlxalq ticarət anlayışı, obyektləri və subyektləri, onun milli iqtisadiyyat 

üçün əhəmiyyəti  

4.2.

 

Beynəlxalq ticarət nəzəriyyələri və onların təkamülü 

4.2.1. Klassik nəzəriyyələrə qədərki konsepsiyalar, onların tənqidi 

4.2.2. Beynəlxalq ticarətin klassik nəzəriyyələri 

4.2.3. Beynəlxalq ticarətin neoklassik nəzəriyyələri 

4.2.4. Beynəlxalq ticarətin müasir nəzəriyyələri 

4.3.

 

Əmtəələrlə  beynəlxalq  ticarətin  müasir  inkişaf  səviyyəsi,  onun  əmtəə  və 

coğrafi strukturlarında müşahidə edilən əsas meyllər 

4.4.

 

Dünya  qiymətlərinin  mahiyyəti  və  əsas  növləri,  beynəlxalq  ticarətdə 

qiymətəmələgəlmə 

4.5.

 

Xarici ticarət siyasətinin mahiyyəti, onun əsas formaları və vasitələri 

4.5.1. Xarici ticarət siyasətinin tarif vasitələri 

4.5.2. Xarici ticarət siyasətinin qeyri-tarif vasitələri 

4.6.

 

Xidmətlərlə beynəlxalq ticarətin mahiyyəti, xüsusiyyətləri və inkişaf meylləri 

4.7.

 

Beynəlxalq  ticarətin  dövlətlərarası  və  hüquqi  tənzimlənməsi:  beynəlxalq 

təşkilatlar və normativ aktlar 

 

 



MÖVZU 4 

Beynəlxalq ticarət və beynəlxalq ticarət siyasəti 

 

 



  

Beynəlxalq ticarət anlayışı, obyektləri və subyektləri,  

formaları və onun milli iqtisadiyyat üçün əhəmiyyəti 

 

 



BİM-in əsas formalarından biri olan beynəlxalq ticarətin ilk işartıları hələ quldarlıq 

dövründə  müşahidə  edilməyə  başlanmışdır.  Buna  görə  də  o  BİM-in  tarixən  birinci  və 

hazırda ən inkişaf etmiş forması sayılır. 

 

Beynəlxalq ticarət dedikdə bütün dünya ölkələrinin xarici ticarətlərinin məcmusunu 

əks  etdirən  əmtəə-pul  münasibətləri  sferası  başa  düşülür.  Başqa  sözlə,  beynəlxalq  ticarət 

müxtəlif  ölkələrin  satıcıları  və  alıcıları  arasında  əmək  məhsulları  (əmtəə  və  xidmətlər)  ilə 

mübadilə sistemidir. 

 

Xarici  ticarət  isə  milli  təsərrüfatlar  arasında  əmtəə  və  xidmətlərlə  mübadilədir. 

―Xarici ticarət‖ termini ancaq ayrıca götürülmüş ölkə üçün tətbiq edilə bilər. 

 

Beynəlxalq  ticarət  prosesində  əmtəə  axınlarının  iki  istiqaməti  –  ixrac  və  idxal 



meydana  gəlir.  Əmtəənin  mənşəyi  və  təyinatından  asılı  olaraq  ixrac  və  idxalın  təsnifatı 

Cədvəl 4.1-də verilmişdir. 

 

İxrac  və  idxal  əməliyyatlarının  qiymətləndirilməsi  göstəriciləri  üçün  xarici  və 



beynəlxalq ticarətin aşağıdakı kəmiyyət və keyfiyyət xarakteristikalarının müəyyən edilməsi 

mühüm əhəmiyyət kəsb edir: 

 

dəyər və fiziki həcm (əmtəə dövriyyəsi); 



 

dünya ticarətində əmtəə qruplarının nisbətini əks etdirən əmtəə strukturu



 

ticarət axınlarının ayrı-ayrı ölkələr və onların qrupları arasında bölgüsünü əks etdirən 



coğrafi strukturu. 

Cədvəl 4.1 

 


 

73

 



İxrac və idxal növlərinin təsnifi 

 

İXRAC 

İDXAL 

1)  müəyyən  ölkədə  hazırlanmış  (istehsal  və 

emal  edilmiş)  əmtəələrin  xarici  ölkələrə 

göndərilməsi; 

1)  daxili  bazarda  satılmaq  üçün  xaricdən 

əmtəə  gətirilməsi,  həmçinin  xaricdən 

müəyyən haqq müqabilində xidmət alışı; 

 

2) sonradan qaytarılmaq şərti ilə xammal və 



yarımfabrikatların  gömrük  nəzarəti  altında 

emalı  edilməsi  üçün  xarici  ölkələrə 

göndərilməsi; 

2) sonradan xaricə göndərilmək şərti ilə emal 

məqsədilə 

xammal, 


yarımfabrikat 

və 


detalların gətirilməsi; 

 

3)  təkrar  ixrac  –  daha  əvvəl  xaricdən 



gətirilmiş, 

cümlədən 



beynəlxalq 

hərraclarda,  birjalarda  satılmış  əmtəələrin 

xarici ölkələrə göndərilməsi

 

3)  təkrar  idxal  –  daha  əvvəl  xaricə 



göndərilmiş 

milli 


əmtəələrin 

geri 


qaytarılması; 

4)  milli  əmtəələrin  sonradan  qaytarılmaq 

şərti  ilə  müəyyən  müddətə  xarici  ölkələrə 

göndərilməsi (sərgilərə, yarmarkalara) və ya 

daha  əvvəl  gətirilmiş  (hərraclara,  sərgilərə, 

yarmarkalara)  xarici  əmtəələrin  xarici 

ölkələrə göndərilməsi; 

 

4)  əmtəələrin  müəyyən  müddətə  beynəlxalq 



sərgilərə, 

yarmarkalara, 

hərraclara 

gətirilməsi; 

5)  birbaşa  istehsal  əlaqələri  qaydasında, 

həmçinin  transmilli  şirkətlər  çərçivəsində 

məhsulların xaricə göndərilməsi 

 

5) 



transmilli 

şirkətlər 

çərçivəsində 

məhsulların gətirilməsi 

 

 

Xarici  ticarət  dövriyyəsi  bu  və  ya  digər  ölkənin  ixracının  və  idxalının  dəyərlərinin 



cəmidir. 

 

Xarici  ticarətin  dəyər  həcmi  müəyyən  dövr  üçün  cari  valyuta  məzənnələrindən 

istifadə etməklə cari qiymətlərdə hesablanır. 

 

Xarici  ticarətin  fiziki  həcmi  daimi  qiymətlərdə  hesablanır  və  zəruri  müqayisələri 

aparmağa və xarici ticarətin real dinamikasını müəyyən etməyə imkan verir. 



Dünya  əmtəə  dövriyyəsi  bütün  dünya  dövlətlərinin  ancaq  ixraclarının  həcmini 

toplamaqla müəyyən edilir və adətən ABŞ dollarında əks olunur. 

İxrac  əməliyyatları  özündə  əmtəənin  gəminin  göyərtəsinə  çatdırılması  və  yüklənmə 

limanında  malın  gəminin  tutacağından  göyərtəsinə  keçirilməsi  ilə  əlaqədar  xərcləri  əks 

etdirən FOB (free on board – franko göyərtədə) qiymətləri əsasında hesablanır. 

İdxal  əməliyyatlarının  hesablanması  özündə  FOB  şərtləri  ilə  yanaşı  yükün 

sığortalanması  ilə  bağlı  xərcləri  əks  etdirən  CIF  (cost,  insurance,  freight  –  dəyər,  sığorta, 

fraxt) qiymətləri əsasında əks etdirilir. 

FOB  və  CIF  ―İnkoterms  2000‖  adlanan  və  kommersiya  əməliyyatlarında  istifadə 

edilən terminlərdən ikisidir. ―İnkoterms 2000‖ haqqında bir qədər sonra daha geniş məlumat 

veriləcəkdir. 

Dünya ixracının həcmi dünya idxalının həcminə bərabər olmalıdır ki, çünki, bir ölkə 

tərəfindən ixrac edilən əmtəə digər ölkə tərəfindən idxal edilir. Lakin faktiki olaraq dəyərinə 



Yüklə 5,61 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   213




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə