Безымянный-1



Yüklə 178,99 Kb.
Pdf görüntüsü
səhifə31/85
tarix14.02.2018
ölçüsü178,99 Kb.
#26966
növüDərs
1   ...   27   28   29   30   31   32   33   34   ...   85

dia çı isə bu tarixə qədər mühakimə olunmuş və onun apellyasiya prosesində şəx -
sən iştirak etmək haqqında tələbinə bu tarixə qədər rədd cavabı verilmişdir. Lakin
Məhkəmə bununla razılaşmayaraq qeyd etmişdir ki, bu halda əsas kimi işə apel -
lyasiya instansiyasında baxılma tarixi, yəni 1993-cü il may ayının 10-u götürülür,
bu isə Polşa tərəfinin Məhkəmənin yurisdiksiyasını tanımasından sonraya təsadüf
edir (138, 31).
Milli məhkəmənin qərarının Avropa Məhkəməsinin «ratione temporis» yu -
ris diksiyası  baxımından  əhəmiyyətini  açıqlamaq  üçün  «Gülnarə  Kazımova
Azərbaycana qarşı» işinə nəzər salaq. 3 may 2001-ci ildə ərizəçi dələduzluqda
şüb   həli bilinərək polis tərəfindən saxlanılmışdır. 11 may 2001-ci ildə rayon məh -
kəməsi onun barəsində həbs qətimkan tədbiri seçilməsi barədə qərar qəbul et miş -
dir. 17 sentyabr 2001-ci ildə birinci instansiya məhkəməsi ərizəçini 3 il müddətinə
azadlıqdan məhrumetmə cəzasına məhkum et mişdir. Ərizəçinin şikayəti ondan
ibarət olmuşdur ki, ibtidai istintaq və birinci instansiya məhkəməsində məhkəmə
baxışı gedişində həbs olunmasının səbəbləri, ona qarşı ittihamların xarakteri və
səbəbləri haqqında yaxşı başa düşdüyü dildə məlumatlandırılmayıb. Eyni zaman -
da ona müdafiəyə hazırlaşmaq üçün kifayət qədər vaxt və imkan verilməyib, özü
tərəfindən seçilmiş vəkilin köməyilə müdafiə oluna bilməyib, həmçinin tərcümə -
çinin köməyindən istifadə edə bilməyib. O, bildirmişdir ki, birinci instansiya məh -
kə məsi bütün bu faktları və müvafiq sübutları müəyyən edə və qiymətləndirə
bil məyib və buna görə də, araşdırma zamanı səhvlərə yol verilib və beləliklə də,
Konvensiyanın 6-cı maddəsinin bu məsələyə tətbiq olunmasını tələb etmişdir.
Avropa Məhkəməsi isə öz qərarında qeyd etmişdir ki, onun, Konvensiyanın ratifi -
ka siyasından sonra yaranan aktlar, faktlar və qərarlar əsasında Konvensiyanın po -
zul masına dair şikayətlərə baxmaq hüququ vardır. Ərizəçinin şikayətində qərarının
düzgünlüyünü və ədalətliliyini mübahisələndirdiyi birinci instansiya məhkəmə-
sində baxış və mühakimə icraatı 17 sentyabr 2001-ci ildə, yəni 15 aprel 2002-ci
ildən xeyli əvvəl başa çatıb. Qərarın qəbul edildiyi tarix mühüm əhəmiy yə tə malik
olduğu üçün, bununla əlaqədar birinci instansiya məhkəməsinin öz qə ra rını elan
etmə tarixi, yəni 17 sentyabr 2001-ci il həlledici faktordur. Beləliklə, Məh kəmə
müəyyən etmişdir ki, ərizənin bu hissəsi ratione temporis Məhkəmənin səlahiyyət
çər çivəsindən kənara çıxır və buna görə də Konvensiyanın müd dəalarının təsiri
altına düşmür (5, 126-129).
Avropa Məhkəməsinin zamana görə yurisdiksiyası kontekstində bizim üçün
xüsusi  önəm  kəsb  edən  məsələ  Ermənistanın  Azərbaycan  torpaqlarını  işğalı
nəticəsində hüququ pozulmuş insanların Avropa Məhkəməsinə müraciət etməsi
və bu tip şikayətlərə Məhkəmədə baxılması perspektivinin təhlilidir.
İlk olaraq qeyd olunmalıdır ki, Məhkəmə təcrübəsində «uzanan pozuntu»
Zaur  Əliyev
82


ad lanan hüquqpozmalarla bağlı işlərə də rast gəlinir. Məhkəmə tərəfindən buna
bir mənalı tərif verilməmişdir. Ümumi şəkildə qeyd etmək olar ki, belə pozuntu,
Konvensiyada təsbit olunmuş bu və ya digər hüququn pozulmasıdır ki, bu pozuntu
cavabdeh dövlətin Konvensiyanı ratifikasiya etməsi və Məhkəmənin yurisdiksi -
yasını tanıması tarixindən əvvəl baş vermişdir və bu tarixdən sonra da davam
etmişdir (138, 32). Konkret iş üzrə hüquq pozuntusunun «uzanan» olub-olmaması
haq qında məsələni Məhkəmə özü müəyyən edir və buna müvafiq olaraq, bu və ya
di gər işə «ratione temporis» şərtinin tətbiq olunması məsələsini də Məhkəmə həll
edir.
Avropa  Məhkəməsinin  zamana  görə  yurisdiksiyası  (ratione  temporis)
kontekstində qeyd etmək olar ki, bu halda Ermənistanın Avropa İnsan Hüquqları
Konvensiyasını ratifikasiyasından və Məhkəmənin yurisdiksiyasını tanımasından
əvvəl baş verən, lakin bu günədək davam edən uzanan hüquq pozuntusu vardır.
Yəni, baxmayaraq ki, pozuntu faktı baş verəndə Konvensiya Ermənistan üçün
məcburi hüquqi qüvvə kəsb etmirdi, bu pozuntu Ermənistanın Konvensiyaya
qoşulmasından sonra da davam etmişdir. Yəni Məhkəmənin təcrübəsinə əsasən,
bu pozuntulara «uzanan hüquq pozuntusu» statusu verilməli və buna əsasən qarşı
tərəfin «ratione temporis»lə bağlı ola biləcək etirazı rədd edilməlidir.
Dediklərimizi əsaslandırmaq üçün Məhkəmənin təcrübəsinə müraciət edək.
Bununla əlaqədar olaraq, «Loizidou Türkiyəyə qarşı» işinə nəzər salaq.
Türkiyə tərəfi bu işin Məhkəmənin ərazi yurisdiksiyası altına düşmədiyini bəyan
etməklə yanaşı, eyni zamanda burada «ratione temporis» şərtinə əməl edilmədiyini
də qeyd edirdi. İddiaçı 1989-cu ildə, Konvensiyaya əlavə 1 saylı Protokolun 1-ci
maddəsinin  pozulması  ilə  əlaqədar Avropa  Komissiyasına  müraciət  etmişdir,
sonradan isə bu iş Məhkəməyə verilmişdir. Türkiyə tərəfi qeyd edirdi ki, «ratione
temporis»  şərtinə  uyğun  olaraq  iddiaçının  şikayəti  rədd  edilməlidir.  Belə  ki,
pozuntu faktı Konvensiyanın Türkiyə üçün məcburi qüvvə kəsb etməsindən əv -
vələ təsadüf edir. Məhkəmə isə öz növbəsində qeyd etmişdir ki, bu halda «ratione
temporis» tətbiq olunmur, belə ki, Türkiyənin Məhkəmənin yurisdiksiya sı nı tanı-
masından əvvəl başlanan və işin baxılması anına qədər davam edən uzanan hüquq
pozuntusu vardır (2, 19). Yaxud 24 iyun 1993-cü il tarixli «Papamixalopulos
(Papamichalopoulos) və başqaları Yunanıstana qarşı» işi üzrə qərarında Məhkəmə
1 saylı Protokolun 1-ci maddəsinin pozulduğunu və bu pozuntunun uzanan xarak -
terli olmasını qeyd etmişdir (69, 820).
Başqa bir misal «De Bekker» işi ilə bağlıdır. Belçika vətəndaşı II Dünya
müharibəsi illərində faşistlərlə əməkdaşlıq etməkdə günahlandırılmışdır. Onun
əməli sübuta yetirilmiş və Belçika tərəfi Konvensiyanı ratifikasiya edənə qədər,
milli məhkəmə tərəfindən iş üzrə qərar çıxarılmışdır. Lakin sonradan adı çəkilən
Avropa İnsan Hüquqları Məhkəməsi
83


Yüklə 178,99 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə