Безымянный-1



Yüklə 178,99 Kb.
Pdf görüntüsü
səhifə28/85
tarix14.02.2018
ölçüsü178,99 Kb.
#26966
növüDərs
1   ...   24   25   26   27   28   29   30   31   ...   85

İrlandiyada yaşayan bir milyondan artıq insanın adından verildiyi bildirilirdi.
Məhkəmə bu şikayətin onun ratione personae yurisdiksiyasından kənar olduğunu
bildirmişdir. Şikayətin şəxslər qrupu tərəfindən verilməsi deyəndə eyni faktlar
əsasında Konvensiyanın bu və ya digər müddəasının pozulmasını iddia edən,
şikayətin iki və ya daha artıq şəxs tərəfindən verilməsi nəzərdə tutulur. Buna misal
olaraq, valideynlər qrupu tərəfindən verilən, Konvensiyaya əlavə 1 saylı Proto-
kolun 2-ci maddəsinə əsasən, övladlarının təhsilinin xarakterini müəyyən etmək
hüququnun pozulmasını iddia edən şikayətin verilməsini göstərmək olar (57, 58).
Yaxud «Guerra və başqaları İtaliyaya qarşı» işində şəhərin 40 nəfər sakini Kon -
vensiyanın 2, 8 və 10-cu maddələrinin pozulması ilə bağlı, və ya «Balmer-Şafrot
İsveçrəyə qarşı» işində atom elektrik stansiyasının yaxınlığında yaşayan 10 sakin
Məhkəməyə müraciət etmişlər (115, 170).
Lakin buna baxmayaraq Konvensiyanın 34-cü maddəsində ayrıca kateqo -
riyalar kimi göstərilən «şəxslər qrupu» kateqoriyası ilə «qeyri-hökumət təşkilatı»
kateqoriyası arasında dəqiq fərq müəyyən edilməmişdir. Bir sıra hallarda Avropa
Komissiyası da qeyd etmişdir ki, iddiaçı tərəfə ya qeyri-hökumət təşkilatı, ya da
şəxslər qrupu kimi baxmaq olar (57, 58). Qeyri-hökumət təşkilatlarına gəlincə
isə, Məhkəmə təcrübəsi bu siyahıya ictimai təşkilatları, həmkarlar ittifaqlarını,
kütləvi informasiya vasitələrini, siyasi partiyaları, şirkətləri, aksioner birliklərini,
dini birlikləri aid etməyə imkan verir. Dövlət təşkilatları və digər hakimiyyət
funksiyalarını həyata keçirən orqanlar bu qrupa aid edilmir. Bu və ya digər təş ki -
latın hökumət və ya qeyri-hökumət xarakterli olmasını Məhkəmə özü müəyyənləş-
dirir. Bundan əlavə Məhkəməyə şikayətlə müraciət etmiş qeyri-hökumət təş ki-
 latından, dövlət orqanlarının hərəkəti və ya fəaliyyəti nəticəsində Konvensiyanın
pozulmasının qurbanı olması tələb olunur. Bununla yanaşı, həmin qeyri-hökumət
təşkilatının ayrı-ayrı üzvlərinin deyil, bütövlükdə onun özünün (hüquqi şəxs kimi)
hüququ pozulmuş olmalıdır. Həmin təşkilat özünün ayrı-ayrı üzvlərinin subyektiv
hüquqlarının deyil, bütövlükdə hüquqi şəxs kimi özünün hüquqlarının müdafiəsini
tələb etməlidir. Məsələn, «Aqroteksim və başqaları Yunanıstana qarşı» işində
şirkətin aksionerləri Məhkəməyə müraciət edərək, şirkətin hüquqlarının pozul -
duğunu bildirmişlər. Lakin Məhkəmə ayrı-ayrı aksionerlərin hüquqlarının pozul-
madığını əsas gətirərək şikayətin ratione personae əsasla baxılmasından imtina
etmişdir.
Məhkəmə təcrübəsində «qeyri-hökumət təşkilatı» sayıla biləcək təşkilatların
müraciətlərinə tez-tez rast gəlinir. Məsələn, Məhkəməyə həmkarlar ittifaqları
(«Belçika polislərinin milli həmkarlar ittifaqı Beçikaya qarşı», «İsveç maşinistləri
həmkarlar ittifaqı İsveçə qarşı», «Uilson, Milli jurnalistlər ittifaqı və başqaları
Böyük Britaniyaya qarşı»), kütləvi informasiya vasitələri («Sandi Tayms Birləş-
Zaur  Əliyev
76


miş Krallığa qarşı»), siyasi partiyalar («Türkiyə Birləşmiş Kommunist Partiyası
Türkiyəyə qarşı», «Stankov və Birləşmiş Makedoniya «İlinden» təşkilatı Bol -
qarıstana qarşı», «Rifah partiyası və başqaları Türkiyəyə qarşı»), dini təşkilatlar
(«Müqəddəs monastırlar  Yunanıstana  qarşı»,  «Kanea  (Canea)  katolik  kilsəsi
Yunanıstana qarşı», «X. və saentologiya kilsəsi İsveçə qarşı»), kommersiya təş -
ki  latları, aksioner birlikləri («Pressos Kampaniya Navyera SC və başqaları Bel-
çi kaya  qarşı»,  «Kaplan  Birləşmiş  Krallığa  qarşı»,  «Sovtransavto  Ukraynaya
qar şı», «Uralmaş Rusiyaya qarşı») və s. bu kimi qeyri-hökumət xarakterli, yəni hər
han sı formada hakimiyyət funksiyaları həyata keçirməyən təşkilatlar müraciət
etmişlər.
Beləliklə, Avropa Məhkəməsinə ayrı-ayrı fərdlər, fərdlər qrupu və ya qeyri-
hökumət  təşkilatları  müraciət  edə  bilər.  Hakimiyyətin  istənilən  qolunu  (icra,
qanunverici,  məhkəmə)  təmsil  edən  dövlət  orqanları,  yerli  özünüidarəetmə
orqanları, dövlət ali təhsil müəssisələri, dövlət şirkətləri, ümumilikdə bu və ya
digər şəkildə hakimiyyət funksiyalarını həyata keçirən təşkilatlar Konvensiyanın
34-cü maddəsinə müvafiq olaraq Avropa Məhkəməsinə müraciət etmək hüququ-
na malik deyillər.
Məhkəmə təcrübəsində «potensial qurban» və
«dolayı qurban» anlayışları
Məhkəmə təcrübəsində «qurban» anlayışı geniş mənada qəbul edilir. Bunun
da nəticəsində Məhkəmə təcrübəsində «bilavasitə qurban» anlayışından başqa
«potensial  qurban»  və  «dolayı  qurban»  anlayışları  fərqləndirilir.  «Potensial
qurban» anlayışı ilə bağlı olan halda, Məhkəmə müəyyən edir ki, gələcəkdə vurula
bilən və real olan ziyanın təhlükəsi olduğu halda belə, iddiaçıya qurban kimi bax-
maq olar. Məsələn, bununla əlaqədar olaraq, 1978-ci il tarixli «Klass və başqaları
Almaniya Federativ Respublikasına qarşı» işi üzrə qərara nəzər salaq. 13 avqust
1968-ci ildə Almaniyada yazışma, telefon danışıqları və poçt göndərişləri sirrini
məhdudlaşdıran qanun qəbul edilmişdir. Bu qanuna etiraz edən ərizəçilər dövlətin
müvafiq qanunvericilik tədbirləri müəyyən etmək hüququnu inkar etmədən, bu
qanunun Konvensiya ilə (6, 8, 13-cü maddələr) uyğunsuzluğunu göstərərək bildir -
mişlər ki, o, maraqlı şəxslərin bu cür tədbirlər barədə xəbərdar edilmələri vəzifə -
sini  hakimiyyət  orqanlarının  üzərinə  qoymamış  və  bununla  da,  bu  tədbirlərə
məhkəmə qaydasında etiraz etmək imkanını istisna etmişdir.
Məhkəmə tərəfindən işə baxılarkən cavabdeh tərəf təkidlə qeyd edirdi ki,
iddiaçılara  Konvensiyanın  34-cü  maddəsi  anlamında  «qurban»  kimi  baxmaq
olmaz. Belə ki, onlardan heç birinə qarşı sözügedən qanun tətbiq edilməmiş,
Avropa İnsan Hüquqları Məhkəməsi
77


Yüklə 178,99 Kb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə