Безымянный-1



Yüklə 178,99 Kb.
Pdf görüntüsü
səhifə26/85
tarix14.02.2018
ölçüsü178,99 Kb.
#26966
növüDərs
1   ...   22   23   24   25   26   27   28   29   ...   85

olunur. Qeyd etmək lazımdır ki, bu maddə ayrıca deyil, digər maddələrlə birgə
tətbiq olunur. 14-cü maddə bir növ, Konvensiyada hər hansı bir hüquq və azadlığın
təsbit olunduğu hər bir maddənin tərkib hissəsini təşkil edir. Bunu Məhkəmə də
öz qərarlarında qeyd etmişdir. O.V.Romanovskayanın Rusiya Federasiyasına qarşı
işi üzrə şikayətin qəbul edilmə meyarı üzrə 3 aprel 2001-ci il tarixli qərarında
Məhkəmə bildirmişdir ki, 14-cü maddə ayrıca deyil, Konvensiyanın digər maddə -
ləri ilə birgə tətbiq edilir. Onu da vurğulamaq lazımdır ki, qeyd edilən maddənin
genişləndirilməsini, yəni ayrı-seçkiliyin ümumi qadağan olunmasını nəzərdə tutan
Konvensiyaya əlavə 12 saylı Protokol qəbul edilmişdir. Protokola əsasən, qanunla
təsbit olunmuş hər hansı hüquqdan istifadə cinsindən, irqindən, dərisinin rən gin -
dən, dilindən, dinindən, siyasi və ya digər əqidəsindən, milli və ya sosial mənşə -
yindən, milli azlığa mənsubiyyətindən, əmlak vəziyyətindən, doğu mundan və ya
digər əlamətlərindən asılı olmayaraq ayrı-seçkilik olmadan təmin olunmalıdır.
Həmin maddənin 2-ci bəndinə əsasən isə, heç kəs bu maddənin 1-ci bən dində
qeyd olunmuş əlamətlərə görə dövlət hakimiyyəti orqanları tərəfindən hər hansı
ayrı-seçkiliyə məruz qala bilməz. Bu Protokol «ayrı-seçkiliyin qadağan olunması»
anlayışını əsaslı şəkildə genişləndirərək, yalnız Konvensiyada təsbit edil miş hüquq
və azadlıqlara deyil, həmçinin, digər, yəni, Konvensiyada nəzərdə tu tulmayan hü-
quq və azadlıqlara münasibətdə də hər hansı ayrı-seçkiliyi qadağan edir.
Ayrı-seçkiliyin qadağan edilməsindən danışarkən, qeyd etmək yerinə düşər -
di ki, Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinə əsasən, dövlət
irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak və -
ziy yətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar itti -
faq larına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq hər kəsin
hü quq və azadlıqlarının bərabərliyinə təminat verir. İnsan və vətəndaş hüquqlarını
və azadlıqlarını irqi, milli, dini, dil, cinsi, mənşəyi, əqidə, siyasi və sosial mən su -
biy yətə görə məhdudlaşdırmaq qadağandır.
Konvensiyada heç nə hər hansı bir dövlətin, şəxslər qrupunun və ya şəxsin,
burada təsbit olunmuş hüquq və azadlıqlarının ləğvinə yönəlmiş hər hansı bir
fəaliyyətlə məşğul olmaq və ya hər hansı bir hərəkəti etmək, yaxud onları bu Kon-
vensiyada nəzərdə tutulduğundan daha artıq dərəcədə məhdudlaşdırmaq hüququna
malik olması kimi şərh oluna bilməz (17-ci maddə).
1998-ci ilin mayın 25-də Məhkəmə «Sosialist Partiyası və digərləri Türki -
yə yə qarşı» işi üzrə qərar çıxarmışdır. Qeyd edilən partiya 1988-ci il fevralın 1-də
təsis edilmişdir. Partiyanın təsis edilməsindən 2 həftə sonra Baş prokuror qeyd
olunan partiyanın Nizamnaməsində ölkədə proletariat diktaturasının bərqərar
olmasının nəzərdə tutulmasını və bunun ölkə Konstitusiyasına zidd olduğunu əsas
gətirərək  onun  bağlanması  ilə  əlaqədar  Konstitusiya  Məhkəməsinə  müraciət
Zaur  Əliyev
72


etmişdir.  Konstitusiya  Məhkəməsi  isə  öz  növbəsində  həmin  partiyanın  ləğvi
haqqında qərar çıxarmışdır. Konvensiyanın 11-ci maddəsinin pozulması ilə əlaqə -
dar Avropa Məhkəməsində işə baxılarkən Türkiyə Hökuməti «bu partiyanın ümu -
mi likdə Konvensiyaya və orada təsbit olunmuş hüquq və azadlıqlara təhlükə
tö rət məsini» göstərərək, şikayətin Konvensiyanın 17-ci maddəsi əsasında rədd
edilməsi məsələsini qaldırdı. Lakin Məhkəmə bununla razılaşmayaraq qeyd etdi
ki, bu halda 17-ci maddənin tətbiqi yersizdir, belə ki, qeyd olunan partiyanın proq -
ramı Konvensiyada təsbit edilmiş hüquq və azadlıqların pozulmasına yönələn fəa -
liyyəti nəzərdə tutmur (70, 496-508).
Beləliklə, göründüyü kimi, Avropa Məhkəməsinin predmet yurisdiksiyası
bəzi hallarda yalnız Konvensiyada və əlavə Proto kol larda təsbit olunmuş hüquq
və azadlıqlarla mütləq qaydada məhdudlaşmır. Avropa Məhkəməsinin təcrübəsi
onu  deməyə  əsas  verir  ki,  bir  sıra  hallarda  Məhkəmə  hər  hansı  bir  hüququn
Konvensiyada və ya əlavə Protokollarda nəzərdə tutulmamasına baxmayaraq bu
hüququ digər oxşar hüququn tərkib hissəsi sayaraq onu özünün predmet yuris-
diksiyasına daxil edir. Bu isə bir daha təsdiq edir ki, milli məhkəmə orqanları
Avropa İnsan Hüquqları Konvensiyasını tətbiq edərkən Avropa Məhkəməsinin
qərarlarını nəzərə almalı və Konvensiyanı Məhkəmənin qərarlarına uyğunlaşdırıl -
mış şəkildə tətbiq etməlidirlər. Yəni Konvensiya Məhkəmənin şərh etdiyi qaydada
tətbiq olunmalıdır. Avropa Məhkəməsi Konvensiyanı təfsir etməklə Konvensiya
ilə təmin olunmuş hüquqların dairəsini genişləndirmişdir.
2.2. Avropa İnsan Hüquqları Məhkəməsinin
şəxslərə görə yurisdiksiyası (ratione personae)
Məhkəmənin  şəxslərə  görə  yurisdiksiyası  iki  istiqamət  üzrə  nəzərdən
keçiril mə li dir, birincisi, Məhkəməyə kimlər müraciət edə bilər, ikincisi isə, şikayət
kimə qarşı verilə bilər.
Avropa Məhkəməsi tərəfindən baxılmış işlərin əksəriyyətini fərdi şikayətlər
əsasında olan işlər təşkil edir. Fərdi şikayət hüququ - Məhkəmənin ərazi yurisdik -
siyası hüdudları daxilində olan hər bir şəxsin, onun Konvensiyada təsbit olunmuş
hüquq və azadlıqlarının dövlət orqanları tərəfindən pozulduğu halda və bu hüquq
və azadlıqların dövlətdaxili səviyyədə müdafiəsinə nail oluna bilinmədiyi halda,
Avropa Məhkəməsinə müraciət etmək hüququdur. Konvensiyanın «Fərdi şika yət -
lər» adlanan 34-cü maddəsinə əsasən, «Məhkəmə istənilən fiziki şəxsdən, qeyri-
hökumət təşkilatından və ya ayrı-ayrı şəxslər qrupundan, Razılığa gələn Yüksək
Tərəflərdən birinin onun bu Konvensiya və ya onun Protokolları ilə tanınmış hü-
quqlarını pozmasının qurbanı olduğunu iddia edən şikayətlər qəbul edə bilər.
Avropa İnsan Hüquqları Məhkəməsi
73


Yüklə 178,99 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə