Безымянный-1



Yüklə 178,99 Kb.
Pdf görüntüsü
səhifə23/85
tarix14.02.2018
ölçüsü178,99 Kb.
#26966
növüDərs
1   ...   19   20   21   22   23   24   25   26   ...   85

məsləhət rəyləri ilə bağlıdır. Belə ki, Avropa İnsan Hüquqları Konvensiyasının
iştirakçı-dövlətləri Avropa  Məhkəməsinə  məsləhət  rəyləri  verilməsi  ilə  bağlı
müraciət  edə  bilməzlər.  Bu  hüquqa  yalnız  Avropa  Şurası  Nazirlər  Komitəsi
malikdir. Amerika Konvensiyası isə iştirakçı-dövlətlərin məsləhət rəyləri ilə bağlı
Məhkəməyə müraciət hüququnu nəzərdə tutur.
Avropa Məhkəməsindən fərqli olaraq Amerika Məhkəməsi maliyyələşdiyi
regional təşkilat, yəni Amerika Dövlətləri Təşkilatı qarşısında hesabatlıdır. Yəni
Məhkəmə Təşkilatın Baş Assambleyasına illik hesabatlar təqdim edir. Zənnimizcə,
bu, Amerika Məhkəməsinin Avropa Məhkəməsindən mühüm fərqini göstərməklə,
həm də onun (Amerika Məhkəməsi nəzərdə tutulur) qüsurlu cəhətlərindəndir.
Çünki tam müstəqil bir orqan, xüsusilə də məhkəmə hər hansı bir qurum qarşı -
sında hesabatlı olmamalıdır.
Avropa İnsan Hüquqları Məhkəməsi və İnsan və xalqların hüquqları üzrə
Afrika Komissiyası və Məhkəməsi
1963-cü  ildə  özündə  50-dən  çox  dövləti  birləşdirən  ən  iri  regional
beynəlxalq təşkilat olan Afrika Birliyi Təşkilatının yaradılması və daha sonra
1981-ci ildə İnsan və xalqların hüquqları haqqında Xartiyanın qəbul edilməsi ilə
insan hüquqlarının müdafiəsinin Afrika regional mexanizminin əsası qoyuldu.
Xartiyanın digər universal və regional beynəlxalq hüquqi aktlardan fərqi ondan
ibarətdir ki, Xartiyada bir sıra mühüm III nəsil hüquqlar, yəni kollektiv hüquqlar
- beynəlxalq sülh və təhlükəsizlik hüququ, inkişaf hüququ, sağlam ətraf mühit
hüququ - öz əksini tapmışdır. Qeyd etmək yerinə düşərdi ki, 2000-ci ildə Afrika
Birliyi Təşkilatı Afrika Birliyinə çevrilmişdir. Bu mexanizmin əsasını qeyd olunan
Xartiyaya uyğun olaraq təsis edilən və 1987-ci ildə fəaliyyətə başlayan İnsan və
xalqların hüquqları üzrə Afrika Komissiyası təşkil edir. Komissiya, Xartiyanın
işti rakçı-dövlətlərinin təqdimatı əsasında Birliyin üzv ölkələrinin dövlət və höku -
mət başçıları Assambleyası tərəfindən 6 il müddətinə seçilən (yenidən seçilə bil -
mək hüququ ilə) milliyyətcə afrikalı olan 11 müstəqil üzvdən ibarətdir. Xartiyaya
əsasən Komissiya Afrika qitəsində insan hüquqlarının inkişafı və müdafiəsi üçün
yaradılır. Komissiyanın əsas funksiyaları aşağıdakılardan ibarətdir:
- İnsan və xalqların hüquqlarına dair tədqiqatlar aparmaq;
- İnsan və xalqların hüquqları sahəsində ixtisaslaşan yerli təşkilatlara dəstək
vermək;
- Hökumətlərə tövsiyələr vermək;
- Afrika dövlətlərinin qanunvericiliyinin təkmilləşdirilməsinə yardımçı
olmaq.
Zaur  Əliyev
64


Komissiya, həmçinin, iştirakçı-dövlətlərin, Afrika Birliyinin və ya Birlik
tərəfindən tanınan istənilən Afrika təşkilatının xahişi ilə Xartiyanın müddəalarını
şərh edə bilər. Komissiyanın daha bir mühüm səlahiyyəti ondan ibarətdir ki, o,
dövlətlərarası və fərdi şikayətlərə baxır, həmçinin ayrı-ayrı məlumatlar əsasında
insan və xalqların hüquqlarının kobud və kütləvi pozulması hallarına Assamble-
yanın diqqətini cəlb edir.
Dövlətlərarası şikayət proseduru BMT komitələrində olduğu kimidir, lakin
mühüm fərq ondan ibarətdir ki, Afrika Xartiyasına əsasən (40-cı maddə) bəzi
hallarda bir iştirakçı-dövlət digərinin Xartiyanın müddəalarını pozması ilə bağlı
həmin dövləti xəbərdar etmədən birbaşa Komissiyaya müraciət edə bilər.
Fərdi  şikayət  proseduru Amerikaarası  İnsan  Hüquqları  Komissiyasında
olduğu kimidir. Mühüm fərq ondan ibarətdir ki, Amerika Konvensiyasından fərqli
olaraq Afrika Xartiyasında dövlətdaxili orqanın qərarından sonra Komissiyaya
müraciət etmək üçün 6 aylıq vaxt məhdudiyyəti nəzərdə tutulmamışdır. Xartiyada
şikayətin milli müdafiə vasitələri tükəndikdən sonra ağlabatan müddət ərzində
Komissiyaya göndərilməsi şərti irəli sürülür. «Ağlabatan müddət»in isə hansı vaxtı
əhatə  etməsi  Xartiyada  açıqlanmır.  Eyni  zamanda  pozuntu  aşkar  etdikdə
Komissiyanın müvafiq dövlətin üzərinə hansı tələblər qoymaq səlahiyyəti də
Xartiyada açıq qalır.
Qeyd etmək lazımdır ki, hal-hazırda Afrika Komissiyası ilə yanaşı yeni bir
orqan olan Afrika İnsan və xalqların hüquqları Məhkəməsi də fəaliyyət göstərir.
Məhkəmə Afrika Xartiyasına əlavə 9 iyun 1998-ci il tarixli Protokol əsasında təsis
olunmuşdur.  25  yanvar  2004-cü  ildə  Protokol  qüvvəyə  minmiş  və  Afrika
Məhkəməsi  fəaliyyətə  başlamışdır.  Xüsusilə  vurğulanmalıdır  ki,  Məhkəmə
Komissiyanı əvəz etmir, əksinə, onun fəaliyyətini tamamlayır. Məhkəmə üzv-
dövlətlərin təqdimatı əsasında Assambleya tərəfindən gizli səsvermə yolu ilə 6 il
müddətinə (yenidən seçilə bilmək hüququ ilə) seçilən 11 hakimdən ibarətdir.
Məhkəməyə Komissiya, iştirakçı-dövlətlər, Afrika hökumətlərarası təşkilatları
müraciət edə bilərlər. Eyni zamanda Məhkəmə, işə aidiyyatı olan Komissiya
yanında müşahidəçi statusuna malik olan qeyri-hökumət təşkilatlarına və ya ayrı-
ayrı fərdlərə bilavasitə Məhkəməyə müraciət etmək hüququ verə bilər. Məh kəmə
insan və xalqların hüquqlarının pozuntusu faktını müəyyən edərsə, delikvent-
dövlətin qarşısına bu pozuntunu aradan qaldırmaq, ədalətli kompensasiya ödəmək
və  digər  tələblər  qoya  bilər.  Məhkəmənin  qərarları  məcburidir  və iştirakçı-
dövlətlər bu qərarları icra etmək öhdəliyini götürmüşlər.
Göründüyü kimi, insan hüquqlarının müdafiəsinin Afrika sistemi ayrı-ayrı
fərdlərin hüquqlarının müdafiəsi sahəsində geniş səlahiyyətlərə malik deyildir və
bu baxımdan fərdlərin hüquqlarının müdafiəsi sahəsində bu sistemə daxil olan
Avropa İnsan Hüquqları Məhkəməsi
65


qurumları  (Komissiya  və  Məhkəmə)  səmərəli  adlandırmaq  olmaz.  Avropa
Məhkəməsindən mühüm fərq ondan ibarətdir ki, artıq qeyd edildiyi kimi, əgər
Avropa  İnsan  Hüquqları  Məhkəməsi  əsas  etibarilə  ayrı-ayrı  fərdlərin,  fərdlər
qrupunun, qeyri-hökumət təşkilatlarının hüquqlarının müdafiəsində ixtisaslaşıbsa,
Afrika sistemi haqqında bunu demək olmaz. Bundan başqa Afrika Komissiyası
fərdi şikayətlərə baxsa da, Avropa Məhkəməsindən fərqli olaraq məcburi qərarlar
qəbul etmək və delikvent-dövlətin üzərinə yerinə yetirilməsi məcburi olan tələblər
qoymaq səlahiyyətinə malik deyil. Avropa Məhkəməsindən fərqli olaraq, Afrika
Məhkəməsi daimi əsasda fəaliyyət göstərmir. Avropa İnsan Hüquqları Məhkəməsi
ilə Afrika Məhkəməsi arasında mühüm fərqlərdən biri də ondan ibarətdir ki, Afrika
Məhkəməsində fərdi şikayət proseduru fakültativ xarakter daşıyır.
Ümumilikdə qeyd etmək lazımdır ki, insan hüquqlarının beynəlxalq hüquqi
müdafiəsinin istər universal, istərsə də regional mexanizmləri əsas etibarilə Avropa
İnsan Hüquqları Konvensiyasının təsiri altında formalaşmış və bu Konvensiya və
Avropa Məhkəməsinin təcrübəsi əsasında inkişaf edir.
Yuxarıda verilən müqayisəli təhlildən də göründüyü kimi, Avropa İnsan
Hüquqları Məhkəməsini bu gün istər universal, istərsə də regional mexanizmlər
sırasında ən səmərəli beynəlxalq hüquq müdafiə mexanizmi adlandırmaq olar.
Zaur  Əliyev
66


Yüklə 178,99 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə