Безымянный-1



Yüklə 178,99 Kb.
Pdf görüntüsü
səhifə21/85
tarix14.02.2018
ölçüsü178,99 Kb.
#26966
növüDərs
1   ...   17   18   19   20   21   22   23   24   ...   85

ciə tin  əsas  şərtlərindən  biri  olaraq Avropa  İnsan  Hüquqları  Konvensiyasında
olduğu kimi bütün dövlətdaxili hüquq müdafiə mexanizmlərinin tükəndirilməsi
göstərilir. Eyni zamanda bunun ardınca qeyd olunur ki, bu qayda belə vasitələrin
tətbiqinin həddindən artıq ləngidilməsi halında tətbiq olunmur. Avropa İnsan
Hüquqları Konvensiyasında belə bir müddəa olmasa da, məlumdur ki, Avropa
Məh kəməsi bu qaydanı olduqca uğurla tətbiq edir. Yəni hər bir konkret halda döv -
lət daxili vasitələrin tükənib tükənməməsini Məhkəmə özü müəyyən edir, yəni
əgər şikayətçi sübut edə bilsə ki, onun müraciət etməli olduğu bu və ya digər mi-
lli mexanizm bu halda qeyri-səmərəlidir və bu orqana müraciət etməklə o heç bir
pozitiv nəticə əldə etməyəcəkdi, belə olan halda Avropa Məhkəməsi işi icraata
qəbul edə bilər. 
Avropa Məhkəməsindən fərqli olaraq, komitələrə hüquq pozuntusu ilə bağlı
üçüncü şəxslər də müraciət edə bilər. Məsələn, Əlillərin hüquqları haqqında Kon -
ven siyaya dair Fakültativ Protokola əsasən, Əlillərin hüquqları üzrə Komitə Kon -
vensiyanın müddəalarının müvafiq iştirakçı-dövlət tərəfindən pozulmasının qurbanı
olduğunu iddia edən və onun yurisdiksiyası altında olan şəxslərdən və ya şəxslər
qrupundan  yaxud  onların  adından  məlumatları  qəbul  etmək  və  baxmaq  səla -
hiyyətinə malikdir. Avropa İnsan Hüquqları Konvensiyasının 34-cü maddəsinə
əsasən, Məhkəmə istənilən fiziki şəxsdən, qeyri-hökumət təşkilatından və ya ayrı-
ayrı şəxslər qrupundan, iştirakçı-dövlətlərdən birinin onun bu Konvensiyanın və ya
ona dair Protokolların müddəaları ilə nəzərdə tutulmuş hüquqların pozmasının
qurbanı olduğunu iddia edən şikayətlər qəbul edə bilər. Göründüyü kimi, Avropa
İnsan Hüquqları Konvensiyası zərərçəkənin adından üçüncü şəxsin Məhkəməyə
müraciətini nəzərdə tutmur. Doğrudur, Avropa Məhkəməsinin təcrübə sin də «dolayı
qurban» anlayışı mövcuddur və bu haqda növbəti fəsildə ətraflı bəhs olu nur. Yəni
bəzi  hallarda  (məsələn,  yaşamaq  hüququnun  pozulması  hallarında)  Məh kəmə
zərərçəkənin qohumlarına (məsələn, valideynlərinə) «qurban» statusu verir.
Prosedur xarakterli daha bir fərq ondan ibarətdir ki, adətən komitələr işə
qapalı iclaslarda baxırlar, Avropa Məhkəməsinin iclasları isə, Məhkəmə tərəfindən
istisna hal kimi digər qərar qəbul edilməzsə, açıq keçirilir.
Avropa İnsan Hüquqları Məhkəməsi ilə komitələr arasında ən mühüm fərq
isə, onların qərarlarının hüquqi qüvvəsindədir. Komitələrin qərarları bir qayda
olaraq hüquqi cəhətdən məcburi olmur və bu qərarların icrası üzərində nəzarət
mexanizmi mövcud deyildir. Komitələrdən fərqli olaraq Avropa İnsan Hüquqları
Konvensiyasına əsasən, iştirakçı-dövlətlər Məhkəmənin qərarlarını icra etməyi
öhdələrinə  götürmüşlər.  Bundan  başqa  bu  qərarların  icrası  üzərində  effektiv
nəzarət mexanizmi mövcuddur. Belə ki, Avropa İnsan Hüquqları Konvensiyasının
46-cı maddəsinə əsasən, Məhkəmənin qəti qərarı onun icrasına nəzarəti həyata
Zaur  Əliyev
60


keçirən Nazirlər Komitəsinə göndərilir.
Eyni zamanda müqavilə qurumlarının yaradılmasını nəzərdə tutan BMT
konvensiyalarından fərqli olaraq Avropa İnsan Hüquqları Konvensiyasına əsasən
fərdi və dövlətlərarası şikayət proseduru məcburi xarakter daşıyır. Yəni Konvensi -
yanın iştirakçısı  olan  dövlət  avtomatik  olaraq  Məhkəmənin  bu  səlahiyyətini
tanıyır.  Dövlətlərarası  şikayət  prosedurunda  mühüm  fərq  ondan  ibarətdir  ki,
komitə lər dən fərqli olaraq Avropa İnsan Hüquqları Konvensiyasının iştirakçı-
dövləti digər müvafiq iştirakçı-dövləti xəbərdar etmədən və onun mülahizələrini
öyrənmədən dövlətlərarası şikayətlə Məhkəməyə müraciət edə bilər. Avropa İnsan
Hüquqları Konvensiyasının 33-cü maddəsinə əsasən, bir iştirakçı-dövlət digərini
Konvensiyanın və ya ona dair hər hansı bir Protokolun (Protokolların) müddəala-
rını hər hansı şəkildə pozması ehtimalı ilə bağlı Məhkəməyə müraciət edə bilər.
BMT sistemində isə müvafiq komitəyə dövlətlərarası şikayətlə müraciət etmək
niyyətində olan dövlət əvvəlcə qarşı tərəfə (yəni pozuntuya yol verməsi ehtimal
edilən iştirakçı-dövlətə) müraciət etməlidir. Məsələn, Vətəndaş və siyasi hüquqlar
haqqında Beynəlxalq Paktın 41-ci maddəsinə müvafiq olaraq, Paktın iştirakçısı
olan  hər  hansı  dövlət  digər iştirakçı-dövlətin  bu  Paktın  müddəalarını  həyata
keçirmədiyi qənaətinə gələrsə, onda o, bu məsələni yazılı məlumat şəklində həmin
dövlətin nəzərinə çatdıra bilər. Əgər məsələ onları təmin edəcək şəkildə həll
edilməzsə, yalnız bundan sonra müraciət Komitəyə təqdim edilə bilər.
Eyni zamanda əvvəldə qeyd edildiyi kimi, komitələrin əsas səlahiyyət lə rin -
dən biri iştirakçı-dövlətlərin müvafiq beynəlxalq müqavilədən irəli gələn öhdə lik -
lərin yerinə yetirilməsi ilə bağlı dövri məruzələrinə baxmaqdan ibarətdir. Avropa
İnsan Hüquqları Konvensiyası isə ümumiyyətlə «dövri məruzə» proseduru nə zər -
də tutmur.
Nəhayət, Avropa İnsan Hüquqları Məhkəməsi - beynəlxalq səviyyədə ədalət
mühakiməsini həyata keçirən və məhkəmə orqanının bütün əsas atributlarına
malik olan, ədalət mühakiməsinin əsas prinsiplərini (tərəflərin bərabərliyi, çəkiş -
mə prinsipi və s.) rəhbər tutan ixtisaslaşdırılmış beynəlxalq məhkəmə orqanıdır.
Yuxarıda haqqında bəhs olunan BMT-nin müvafiq qurumları isə məhkəmə
orqanı deyil, tövsiyə xarakterli qərarlar qəbul edən kvaziməhkəmə orqanlarıdır.
Avropa İnsan Hüquqları Məhkəməsi və Amerikaarası
İnsan Hüquqları Komissiyası və Məhkəməsi
İnsan hüquqlarının müdafiəsinin regional mexanizmləri sırasında Amerika
sistemi əsas yerlərdən birini tutur. İnsan hüquqlarının beynəlxalq müdafiəsinin
Amerika sisteminin əsasını bu sənədlər təşkil edir: 1948-ci il tarixli İnsan hüquq
Avropa İnsan Hüquqları Məhkəməsi
61


Yüklə 178,99 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə