Безымянный-1



Yüklə 178,99 Kb.
Pdf görüntüsü
səhifə18/85
tarix14.02.2018
ölçüsü178,99 Kb.
#26966
növüDərs
1   ...   14   15   16   17   18   19   20   21   ...   85

-  Subkomitəni  öz  ərazisində  qəbul  etmək  və  saxlanma  yerlərinə  baş
çəkməyə imkan vermək;
-  İşgəncəyə  məruz  qalmamaq  hüququnun  müdafiəsinin  gücləndirilməsi
məqsədilə ehtiyacların və zəruri olan tədbirlərin qiymətləndirilməsi məqsədilə
Subkomitə tərəfindən sorğu edilə bilən bütün aidiyyəti məlumatı təqdim etmək;
- Subkomitənin tövsiyələrini öyrənmək və onların mümkün tətbiqi ilə bağlı
dialoq aparmaq.
Başçəkmələrin nəticəsi olaraq Subkomitə öz tövsiyə və iradlarını konfi den -
sial qaydada iştirakçı dövlətə göndərir. Özünün fəaliyyəti haqqında illik hesabatı
isə İşgəncə əleyhinə Komitəyə təqdim edir.
Fakültativ Protokolun gətirdiyi daha bir mühüm yenilik milli preventiv
mexanizmlərlə bağlıdır.
Protokola əsasən, onun müvafiq dövlətə münasibətdə qüvvəyə minməsindən
sonra  bir  ildən  gec  olmayaraq  iştirakçı-dövlətlər  milli  səviyyədə  işgəncənin
qarşısının alınması məqsədilə müstəqil şəkildə fəaliyyət göstərəcək milli preventiv
mexanizmin təsis edilməsi öhdəliyini götürürlər. İştirakçı-dövlətlər milli preventiv
mexanizmlərə işgəncələrin qarşısının alınması ilə bağlı müvafiq qurumlara tövsi-
yələr verilməsi; qüvvədə olan qanunvericilik və qanun layihələrinə dair təkliflər
verilməsi; azadlıqdan məhrum edilmiş şəxslərin sayı, onların saxlandıqları yerlər,
onların rəftar və saxlanma şəraitinə dair istənilən məlumatın alınması, azadlıqdan
məhrum edilmiş və ya azadlığı başqa cür məhdudlaşdırılmış şəxslərin saxlandığı
və saxlana biləcəyi istənilən yerə sərbəst buraxılış imkanının olması, belə şəxslərlə
fərdi söhbət aparmaq imkanının olması; Subkomitə ilə əlaqələr yaratmaq, ona
məlumat ötürmək və üzvləri ilə görüşmək hüququnun olmasını təmin etməyi öz
öhdələrinə götürürlər.
Milli preventiv mexanizm araşdırmaların nəticəsi olaraq müvafiq səlahiy -
yətli orqanlara tövsiyələr verir və illik məruzələrlə çıxış edir. Subkomitə işgəncə
hallarının qarşısının alınması ilə bağlı tövsiyə və iradların konfidensial qaydada
iştirakçı-dövlətlə yanaşı zərurət olduqda milli preventiv mexanizmə də göndərir.
Milli preventiv mexanizmin təşkili qaydalarını, milli səviyyədə hansı orqanın bu
funksiyanı yerinə yetirəcəyi ilə bağlı məsələni açıq qoyan Fakültativ Protokol bu -
nu iştirakçı-dövlətlərin öz ixtiyarına buraxır. Dövlətlər ya yeni bir təsisat yarada,
ya xud artıq mövcud olan hansısa bir qurum daxilində müstəqilliyi təmin olun -
maqla bu mexanizmi təsis edə bilərlər.
Təcrübə göstərir ki, milli preventiv mexanizm funksiyalarını bir çox hallarda
müstəqil fəaliyyət göstərən milli insan hüquqları təsisatları, əsasən də ombudsman
təsisatları  yerinə  yetirir  (məsələn,  Çexiya,  Polşa,  Sloveniya,  Serbiya,  İsveç,
Estoniya, Moldova; Sloveniya və Moldovada isə bu mexanizmə qeyri-hökumət
Avropa İnsan Hüquqları Məhkəməsi
53


təşkilatları da cəlb edilmişlər).
Azərbaycan Respublikasının 2 dekabr 2008-ci il tarixli Qanunu ilə adı çəki -
lən Protokol Milli Məclis tərəfindən ratifikasiya edilmişdir. Azərbaycan Respub -
li kası Prezidentinin 13 yanvar 2009-cu il tarixli Sərəncamına əsasən Fakültativ
Pro tokolda  nəzərdə  tutulmuş  milli  preventiv  mexanizm  funksiyalarını  yerinə
yetirən  təsisat  qismində  Azərbaycan  Respublikasının  İnsan  Hüquqları  üzrə
Müvəkkili (Ombudsman) müəyyən edilmişdir.
6. Uşaq hüquqları Komitəsi
Bu Komitə Uşaq hüquqları haqqında 1989-cu il Konvensiyası əsasında
1990-cı ildə fəaliyyətə başlamışdır. Komitə 4 il müddətinə seçilən, uşaq hüquqları
sahəsində səriştəyə malik, müstəqil qisimdə fəaliyyət göstərən 10 ekspertdən
ibarətdir. Komitənin əsas səlahiyyəti iştirakçı-dövlətlərin uşaq hüquqlarının təmini
ilə bağlı ölkədə vəziyyətə dair hər 5 ildən bir məruzələrə baxmaqdan ibarətdir.
Komitə həmçinin Baş Assambleyaya Baş Katib tərəfindən onun adından uşaq
hüquqları  ilə  bağlı  bu  və  ya  digər  məsələyə  dair  təhqiqat  aparmaq  təklifi  ilə
müraciət edə bilər. Komitə həmçinin dövri məruzələrlə bağlı ümumi xarakterli
tövsiyələr qəbul edir.
Azərbaycan Respublikası 1992-ci ildən Konvensiyanın iştirakçısıdır. Azər -
baycan hökuməti tərəfindən Uşaq hüquqları Komitəsinə birinci məruzə 1995-ci
ildə, ikinci məruzə 2004-cü ildə, üçüncü və dördüncü məruzələr isə 2009-cu ildə,
Uşaq  hüquqları  haqqında  Konvensiyanın  uşaqların  silahlı  münaqişələrə  cəlb
edilməsinə dair 2000-ci il tarixli Fakültativ Protokoluna dair məruzə 2008-ci ildə,
Uşaq hüquqları haqqında Konvensiyanın Uşaq alverinə, uşaq fahişəliyinə və uşaq
pornoqrafiyasına dair 25 may 2000-ci il tarixli Fakültativ Protokoluna dair məruzə
2008-ci ildə təqdim edilmişdir.
Qeyd etmək lazımdır ki, Baş Assambleyanın 54/263 saylı 25 may 2000-ci
il tarixli qətnaməsi ilə Uşaq hüquqları haqqında Konvensiyaya iki Fakültativ
Protokol qəbul edilmişdir - Uşaqların silahlı münaqişələrə cəlb edilməsinə dair
Fakültativ Protokol və Uşaq alverinə, uşaq fahişəliyinə və uşaq pornoqrafiyasına
dair Fakültativ Protokol. Hər iki Protokol iştirakçı-dövlətlər üçün hər beş ildən
bir Uşaq hüquqları Komitəsinə dövri məruzələr təqdim etmək öhdəliyi nəzərdə
tutur. Azərbaycan Respublikası tərəfindən 2 aprel 2002-ci il tarixli Qanunla hər iki
Protokol ratifikasiya edilmişdir.
Uşaq  hüquqları  Komitəsi  fərdi  və  ya  dövlətlərarası  şikayətlərə  baxmaq
səlahiyyətinə malik olmayan yeganə müqavilə qurumudur. Hesab edirik ki, uşaq
hüquqlarının müdafiəsinə diqqətin getdikcə artdığı bir vaxtda Komitənin həm
Zaur  Əliyev
54


fərdi, həm də dövlətlərarası şikayətlərə baxa bilməsi səlahiyyəti ilə təmin edilməsi
(Uşaq hüquqları haqqında Konvensiyaya əlavə protokol qəbul edilməklə) uşaq
hüquqlarının beynəlxalq səviyyədə müdafiəsi baxımından olduqca əhəmiyyətli
addım olardı.
Yeri gəlmişkən qeyd etmək lazımdır ki, Uşaq hüquqları haqqında Konven -
siyaya dair Fakültativ Protokol hazırlanmaqdadır və həmin Protokol komitəyə
həm fərdi, həm də dövlətlərarası şikayətlərə baxmaq səlahiyyətinin verilməsini
nəzərdə tutur. 2012-ci ilin fevralından qeyd olunan Protokol imzalanmaq üçün
açıq elan edilmişdir.
7. Bütün əməkçi-miqrantların və onların ailə üzvlərinin hü quqlarının
müdafiəsi üzrə Komitə
Komitə Bütün əməkçi-miqrantların və onların ailə üzvlərinin hüquqlarının
müdafiəsi haqqında 1990-cı il Konvensiyası əsasında 2004-cü ildə təsis olunmuş
və elə həmin ilin martında Komitənin ilk sessiyası keçirilmişdir. Komitə 4 il
müddətinə seçilən 14 müstəqil ekspertdən ibarətdir. Komitənin əsas səlahiyyətləri
hər 5 ildən bir dövlətlərin təqdim etdikləri dövri məruzələrə və Konvensiyanın
pozulması ilə bağlı fərdi və dövlətlərarası şikayətlərə baxmaqdan ibarətdir.
Qeyd etmək lazımdır ki, istər fərdi, istərsə də dövlətlərarası şikayət prose -
du ru könüllü xarakter daşıyır, yəni dövlət Konvensiyanın iştirakçısı olmaqla Ko -
mi tənin  bu  səlahiyyətini  avtomatik  olaraq  tanımır,  bunun  üçün  müvafiq  işti-
 rakçı-dövlətin xüsusi bəyanatı tələb olunur.
Azərbaycan  Respublikası  1998-ci  ildən  Konvensiyanın  iştirakçısıdır.
Azərbaycan Hökuməti tərəfindən Bütün əməkçi-miqrantların və onların ailə üzv -
lərinin hüquqlarının müdafiəsi üzrə Komitəyə dövri məruzə 2007-ci ildə təqdim
edilmişdir.
8. Əlillərin hüquqları üzrə Komitə
Komitə  2006-cı  ilin  dekabrında  qəbul  edilən  və  2008-ci  ilin  mayında
qüvvəyə minən Əlillərin hüquqları haqqında Konvensiya əsasında yaradılıb. 23
fevral 2009-cu il tarixdə Komitənin ilk sessiyası öz işinə başlamışdır. 4 il müd -
dətinə seçilən və onun işində müstəqil surətdə iştirak edən 18 ekspertdən ibarət
olan Komitənin əsas səlahiyyəti hər 4 ildən bir əlilliyi olan şəxslərin hüquqlarının
səmərəli  təmin  edilməsi  üzrə  iştirakçı-dövlətlərin  öz  üzərlərinə  götürdükləri
öhdəlikləri yerinə yetirmələri ilə bağlı dövri məruzələrə, həmçinin BMT Baş
Avropa İnsan Hüquqları Məhkəməsi
55


Yüklə 178,99 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə