Безымянный-1



Yüklə 178,99 Kb.
Pdf görüntüsü
səhifə15/85
tarix14.02.2018
ölçüsü178,99 Kb.
#26966
növüDərs
1   ...   11   12   13   14   15   16   17   18   ...   85

6. Uşaq hüquqları komitəsi;
7. Bütün əməkçi-miqrantların və onların ailə üzvlərinin hüquqlarının 
müdafiəsi üzrə komitə;
8. Əlillərin hüquqları üzrə komitə;
9. Zorakı itkin düşmələrə qarşı komitə.
Bu qurumların hər biri müvafiq beynəlxalq müqavilə əsasında təsis edilib,
yalnız İqtisadi, sosial və mədəni hüquqlar üzrə komitə eyniadlı Pakt əsasında
deyil, EKOSOK-un qətnaməsi əsasında yaradılmışdır. İqtisadi, sosial və mədəni
hüquqlar haqqında Paktda komitənin yaradılması nəzərdə tutulmamışdır. Paktın
16-cı maddəsinə əsasən, iştirakçı-dövlətlər bu Pakta uyğun olaraq həyata keçir -
dikləri tədbirlər və bu Paktda təsbit olunmuş hüquqların təmini sahəsində əldə
olunmuş nailiyyətlərə dair məruzələrini BMT Baş Katibinə təqdim edir; o isə öz
növbəsində məruzələri baxılmaq üçün EKOSOK-a göndərir. Lakin 1987-ci ildən
İqtisadi, sosial və mədəni hüquqlar üzrə komitənin fəaliyyətə başlaması ilə Pakt-
da nəzərdə tutulan və yuxarıda qeyd olunan prosedur dəyişikliyə məruz qaldı.
İlk müqavilə qurumu - İrqi ayrı-seçkiliyin ləğvi üzrə komitə - 19 70-ci ildə
təsis edilmişdir (96, 339).
Lakin bundan əvvəl 1965-ci ildə üzv-dövlətlər EKOSOK-un qərarı ilə BMT
Baş Katibinə bu və ya digər hüquqların həyata keçirilməsinə dair illik məruzələr
təqdim edirdilər. Dövlətlərin məruzələrinə baxılması üçün dövri məruzələr üzrə
xüsusi komitə fəaliyyət göstərirdi. BMT çərçivəsində qəbul olunan universal
beynəlxalq müqavilələrin (insan hüquqlarına dair beynəlxalq paktlar, irqi ayrı –
seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında konvensiya və s.) qüvvəyə
minməsi ilə bundan əvvəl mövcud olan mexanizm yenisi ilə əvəz olundu.
Əsasında təsis edildiyi beynəlxalq-hüquqi aktda təsbit olunmuş insan hü -
quq larına dair beynəlxalq hüquq normalarının implementasiyası üzərində bey -
nəlxalq nəzarət həyata keçirən universal müqavilə qurumlarının əsas funksiyası
iştirakçı dövlətlərin müvafiq konvensiya ilə üzərlərinə götürdükləri öhdəliklərin
icrasına dair əvvəlcə ilkin, daha sonra isə dövri məruzələrinə baxmaq, bununla
bağlı müvafiq dövlətə tövsiyələr bildirmək, həmçinin mandatından asılı olaraq
fərdi və (və ya) dövlətlərarası şikayətlərə baxmaqdan ibarətdir.
Qeyd edildiyi kimi müqavilə qurumları əsas etibarilə dövlətlərin məru zə lə -
rinə baxmaq və bununla bağlı onlara tövsiyələr vermək məqsədilə təsis edilmişlər.
Məruzələrə baxarkən komitələr əsasən aşağıdakı məqamlara diqqət yetirirlər:
- müvafiq beynəlxalq aktda təsbit olunmuş hüquq və azadlıqların pozulduğu
halda onların bərpası üçün səmərəli dövlətdaxili hüquq müdafiə mexanizmlərinin
(məhkəmə, inzibati və digər) mövcudluğu;
-  beynəlxalq  səviyyədə  tanınmış  insan  hüquqlarının  milli  hüquqda,  ilk
Avropa İnsan Hüquqları Məhkəməsi
45


növbədə əsas qanunda və digər qanunvericilik aktlarında təsbit olunması;
-  insan  hüquqlarına  dair  beynəlxalq  aktların  milli qanunvericiliyə
münasibətdə  hüquqi  statusu,  dövlətdaxili  hüquqda  normativ  hüquqi  aktların
iyerarxiyasında onların yeri;
-  dövlətin  iştirakçısı  olduğu insan  hüquqlarına  dair  beynəlxalq  hüquqi
aktların milli səviyyədə birbaşa tətbiqi imkanları;
- insan hüquqları sahəsində milli nəzarət mexanizmlərinin mövcudluğu və
fəaliyyəti;
-  müvafiq  dövlət  tərəfindən  konvension  normaların  implementasiyası
sahəsində həyata keçirilən fəaliyyət, əldə olunan uğurlar, mövcud çətinliklər və s.
Komitələr tərəfindən dövlətlərin dövri məruzələrinə baxılmasının aşağıdakı
məqsədlərini qeyd etmək olar:
1. Milli  qanunvericiliyin  təhlili,  ayrı-ayrı  qanunvericilik  aktlarının
beynəlxalq hüquq normalarına uyğunluğunun müəyyən edilməsi;
2. Dövlətlər tərəfindən insan hüquqlarının təmininə diqqətin artırılması,
daim bu məsələnin nəzarət altında saxlanılmasının təmin edilməsi;
3. Dövlətlərə müvafiq beynəlxalq müqavilədən irəli gələn öhdəliklərin nə
dərəcədə yerinə yetirilməsi ilə bağlı məlumat vermək imkanının yaradılması;
4. İnsan hüquqlarının təmini sahəsində ictimai nəzarətin gücləndirilməsinə
və inkişafına nail olunması;
5. İnsan  hüquqlarının  təmini  sahəsində  dəqiq  indikatorların  müəyyən
edilməsi;
6. Dövlətlərə insan hüquqlarının implementasiyası, pozulmuş hüquq və
azadlıqların bərpası sahəsində mövcud olan nöqsan və çatışmazlıqların aşkarlan -
ma sında yardımçı olunması;
7. Qarşılıqlı informasiya mübadiləsi və mövcud nöqsanların birgə səylərlə
aradan qaldırılmasına nail olunması.
Komitələr tərəfindən bu və digər qrup insan hüquq və azadlıqlarının təmini,
bu  sahədə  həyata  keçirilən  tədbirlər,  ümumilikdə  insan  hüquqları  sahəsində
mövcud durumla bağlı dövri məruzələrə baxılması, bununla əlaqədar müvafiq
tövsiyələrin qəbul edilməsi, müvafiq dövlətdə insan hüquqlarının inkişafı, hüquqi
dövlət və vətəndaş cəmiyyətinin bərqərar olunması, milli qanunvericiliyin, hüquq
tətbiqetmə praktikasının təkmilləşdirilməsi baxımından əhəmiyyətlidir. Lakin
bununla yanaşı mövcud olan müəyyən çətinlikləri də qeyd etmək lazımdır.
Dövlətlərin dövri məruzələri vaxtında təqdim etməməsi, bir sıra hallarda
illərlə yubatması, bəzən göstərilən məlumatların həqiqəti əks etdirməməsi, statistik
göstəricilərin düzgün verilməməsi, bir sıra dövlətlərin müqavilə qurumlarının
tövsiyələrinə  laqeyd  yanaşması,  bu  tövsiyələrə  əməl  etməməsi  və  nəhayət
Zaur  Əliyev
46


tövsiyələrin həyata keçirilməsi üzrə effektiv nəzarət mexanizminin olmaması və
bununla bağlı digər hallar müqavilə qurumlarının işində çətinliklər yaratmaqla
yanaşı, bütövlükdə insan hüquqlarının beynəlxalq-hüquqi müdafiəsinin BMT
sisteminin səmərəliliyini şübhə altına almış olur.
Fəaliyyətlərinin ilk illərində öhdəliklərin icrası ilə müvafiq məlumatların
yalnız  dövlətdən  alınması  ilə  məhdudlaşdırılması  bu  qurumların  səmərəli  və
obyektiv fəaliyyətinə olduqca böyük maneələr törədirdi. Lakin sonradan milli
insan  hüquqları  təsisatlarının  (ilk  növbədə  ombudsmanların),  qeyri-hökumət
təşkilatlarının  müqavilə  qurumlarına  alternativ  məruzələr  təqdim  etməsi  və
sessiyalarda iştirakı komitələr tərəfindən ölkədə insan hüquqları sahəsində vəziy-
yətin düzgün dəyərləndirilməsində əhəmiyyətli oldu.
İndi  isə  ayrı-ayrı  komitələrin fəaliyyətinin  əsasları  və  onların  yuris-
diksiyaları ilə Avropa İnsan Hüquqları Məhkəməsinin yurisdiksiyası arasında
oxşar və fərqli cəhətlərə nəzər salaq:
1. İrqi ayrı-seçkiliyin ləğvi üzrə Komitə
Bu Komitə ilk yaradılan müqavilə qurumu olub İrqi ayrı-seçkiliyin bütün
formalarının  ləğv  edilməsi  haqqında  1965-ci  il  Beynəlxalq  Konvensiyasının
əsasında 1970-ci ildə təsis edilmişdir. Komitə onun işində müstəqil, şəxsi qisimdə
iştirak edən, öz dövlətlərini təmsil etməyən, yüksək əxlaqi keyfiyyətlərə malik, 4
il müddətinə seçilən 18 nəfər ekspertdən ibarətdir. Konvensiyanın 9-cu maddəsi-
nə  əsasən,  iştirakçı-dövlətlər  Baş  Katibə  bu  Konvensiyanın  müddəalarının
implementasiyası ilə bağlı həyata keçirdikləri qanunvericilik, məhkəmə, inzibati
və ya digər tədbirlər haqqında hesabat təqdim edirlər. İlkin hesabat Konvensiyanın
dövlətə münasibətdə qüvvəyə minməsindən sonra bir il müddətində, daha sonra
isə hər 4 ildən bir təqdim edilməlidir. Komitə həmçinin öz fəaliyyətinə dair Baş
Assambleyaya illik hesabatlar təqdim edir. Konvensiyanın 11-ci maddəsinə uyğun
olaraq,  hər  hansı  iştirakçı  dövlət  digər  iştirakçı  dövlətin  bu  Konvensiyanın
müddəalarına əməl etməməsi qənaətinə gələrsə, Komitəyə müraciət edə bilər.
Dövlətlərarası  və  ya  fərdi  şikayət  prosedurunu  nəzərdə  tutan  digər  universal
beynəlxalq müqavilələrdən fərqli olaraq sözü gedən Konvensiya bir iştirakçı-
dövlətin digərinə qarşı Komitəyə müraciətlə bağlı hər hansı bir xüsusi bəyanatın
verilməsi və ya digər əlavə prosedur nəzərdə tutmur.
Dövlətlərarası şikayət prosedurundan fərqli olaraq fərdi şikayət proseduru
fakültativ xarakter daşıyır. Belə ki, Konvensiyanın 14-cü maddəsinə əsasən, fərdi
şikayət  prosedurunun  həyata  keçirilməsi  üçün  dövlət, Komitənin  onun
yurisdiksiyası altında olan şəxslərdən və ya şəxslər qrupundan bu Konvensiyanın
Avropa İnsan Hüquqları Məhkəməsi
47


Yüklə 178,99 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə